Основные термины информационной безопасности



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/42
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8893
1   ...   23   24   25   26   27   28   29   30   ...   42

94 
Prosess 
Proses 
− yerinə yetirilən proqramlar.  
 
Protection key 
Yaddaşın  mühafizə  açarı  –  proqrama  ayrılmış  yaddaş  blokuna 
veril
ən və yaddaşın müraciətləri üçün istifadə edilən kod. Mühafizə 
açarı ilə üst-üstə düşməlidir, əks halda proqramın işi qəza kodu ilə 
dayandırılır. 
 
Protocol 
Protokol 
− sistemin müxtəlif komponentlərinə (məsələn, şəbəkənin 
qovşaqlarına)  informasiyanı  mübadilə  etməyə  imkan verən 
semantik v
ə sintaksis qaydalar və formatlar toplusu. 
 
Proxy 
Proksi – kliyentl
ə server arasında əlaqə “quran” tətbiqi proqram. 
 
Proxy Agent 
Proksi  agent  – 
şəbəkələrarası  ekranda  və  ya  xüsusi  serverdə 
qurulan tətbiqi proqram təminatıdır; protokolları filtrasiya etmək və 
onları qurğunun interfeysləri arasında yönəltmək imkanı var. 
 
Proxy server 
Proksi  server  –  k
liyent  tətbiqi  proqramı,  məsələn,  veb-brauzer  və 
real ser
ver arasında yerləşən server. 
 
Public key 
Açıq  açar  –  rəqəmsal  imzaları  yoxlamaq  üçün  və  ya verilənləri 
şifrləmək üçün istifadə edilən asimmetrik açar cütünün açıq hissəsi. 
 
Public key certificate 
Açiq  açar  sertifikatı  –  istifadəçinin  adını  və  açıq  açarını 
əlaqələndirən,  sertifikat  xidməti  mərkəzinin  gizli  açarı  ilə 
imzalan
mış rəqəmsal sənəd. 
 


95 
Public Key (Asymmetric) Cryptographic Algorithm 
Açıq açarlı (asimmetrik) şifrləmə alqoritmi – əlaqəli iki açardan –
açıq açardan və gizli açardan istifadə edən kriptoqrafik alqoritm. 
 
Public Key Cryptography Standards (PKCS) 
Açıq açarlı kriptoqrafiya standartları – RSA Data Security şirkəti 
t
ərəfindən qeyri-formal konsorsiumla birlikdə  yaradılmışdı. 
Konsorsiuma ilk vaxtlar Apple, Microsoft, DEC, Lotus, Sun v
ə 
MIT  daxil  idi.  Hazırda  PKCS#1,  PKCS#3,  PKCS#5,  PKCS#6, 
PKCS#7, PKCS#8, PKCS#9, 
PKCS#10, PKCS#11 standartları nəşr 
edilib. 
PKCS h
əm alqoritmdən  asılı,  həm də  alqoritmdən  asılı  olmayan 
realiz
ələri müəyyən edir. Bir çox alqoritm dəstəklənir, lakin yalnız 
Diffi-Helman v
ə  RSA alqoritmləri  ətraflı  təsvir olunur. PKCS 
standartları  vaxtaşırı  nəzərdən keçirilir və  kriptoqrafiya sahəsində 
son nailiyy
ətlər nəzərə alınmaqla əlavələr edilir. 
 
Public Key Infrastructure (PKI) 
Açiq  açar infrastrukturu  – 
açıq  açar  sertifikatlarının  verilməsi, 
dəstəklənməsi  və  ləğv  edilməsi  imkanı  olmaqla,  sertifikatların  və 
açıq  açar-gizli açar  cütlərinin  idarə  olunması  üçün  istifadə  edilən 
siyasətlər,  server  platformaları,  proqram  və  aparat  təminatı 
çoxluğudur. 
 
Python   
Payfon  – 
geniş  istifadə  edilən ümumi təyinatlı,  yüksək səviyyəli 
proqramlaşdırma  dili.  Onun  dizayn  fəlsəfəsi  kodun  oxunaqlığını 
xüsusi  vurğulayır,  sintaksisi  isə  proqramçılara  ideyanı  C++  və  ya 
Java dill
ərində olduğundan daha az sətirdə ifadə etməyə imkan verir. 
 
 


96 

 
Quantum Key Distribution (QKD)  

arların  kvant  paylanması  –  açar  materialının  optik  lifli rabitə 
x
ətti ilə  ötürülməsi metodu. Açar bitləri impuls lazeri tərəfindən 
buraxılan  işıq  fotonlarının  paylanması  ilə  kodlaşdırılır.  Kvant 
fizikasının  fundamental  qanunlarına  görə  (Heyzenberqin qeyri-

əyyənlik prinsipi) kvant sisteminin xassələrini pozmadan onun 
ölçülm
əsini aparmaq olmaz. Bunun sayəsində açar materialının gizli 
ələ keçirilməsini və ya aktiv müdaxiləni istisna edən etibarlı kanal 
formalaşdırılır. 
 
Quantum Cryptography 
Kvant kriptoqrafi
yası – 1984-cü ildə açarların kvant paylanması 
sistemi il
ə  meydana  çıxıb.  Hazırda  açarların  kvant  paylanması  ilə 
yanaşı təhlükəsiz birbaşa kvant rabitəsi, kvant axın şifrləməsi, kvant 
steqanoqrafiyası,  kvant açarlar infrastrukturu,  kvant rəqəmsal 
imzası mövzularında da tədqiqatlar aparılır. 
 


97 

 
Rainbow series 
Göy 
qurşağı  seriyası  –  ABŞ  Müdafiə  Nazirliyi tərəfindən 
informasiya t
əhlükəsizliyi üzrə nəşr edilmiş standartlar seriyası. 
 
Random Number Generator (RNG) 
T
əsadüfi  ədədlər  generatoru  –  ədədlərin  əvvəlcədən bilinməyən 
ardıcıllığını yaratmaq üçün istifadə edilən proses. Əgər qiymətlərin 
tam  toplusunda h
ər  bir  qiymətin  seçilməsi  bərabər ehtimallıdırsa, 
onda bel
ə qiymətlər təsadüfi hesab edilir. 
 
Ransomware  
Veril
ənlərin girov  götürülməsi aləti  –  verilənlərin girov 
götürülm
əsi üçün zərəli proqram təminatı;  bu eksploytda 
b
ədniyyətli hədəf  kompüterdə  verilənləri  şifrləyir və  deşifrləmə 
açarını vermək üçün ödəniş tələb edir. 
 
Recovery procedures 
B
ərpaetmə  prosedurları  −  sistemin  qəzadan sonra normal 
f
əaliyyətə qaytarılması üçün əməliyyatlar ardıcıllığı. 
 
Red team  
Qırmızı  komanda  –  şirkətin  strategiyasını,  məhsullarını  və  qəbul 
edilmiş anlayışlarını icazəli şəkildə sındırmağa çalışan daxili qrup. 
 
Reference monitor concept 
Müraci
ətlər monitoru konsepsiyası − subyektlərin obyektlərə bütün 
giriş  cəhdlərini  ayıran  abstrakt  maşın  anlayışına  əsaslanan  girişə 
n
əzarət  konsepsiyası.  Praktikada  təhlükəsizlik nüvəsi  şəklində 
realiz
ə edilir. 
 
Registration Authority (RA) 
Qeydiyyat Mərkəzi (QM) – abunəçinin şəxsiyyətini müəyyən edən 
və Sertifikat Xidmətləri Mərkəzinə (SXM) bu haqda zəmanət verən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə