ÖZÜ VƏ ustadi haqda məlumat



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə8/204
tarix25.06.2018
ölçüsü5,35 Mb.
#51160
1   ...   4   5   6   7   8   9   10   11   ...   204

28

 

 



28

 

iran aşıqlarının dastanları    



 

 

 



dədə qorqud dastanının sonu. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

ƏKBƏR HƏMİDİ ƏLYAR



 

      Əkbər  Səmədoğlu  Həmidi  Əlyar 

1973-cu  ildə  Qaradağın  Dizmar 

mahalının  Əlyar  kəndində  anadan 

olub.  Yeniyetmə  çağlarından  şeir 

yazmağa  başlayıb  və  Aşıq  sənətinə 

maraq  göstərib.  Universitetdə  təhsil 

alan  vaxtlar  Əlyar  Aşıq  Qurbandan 

Aşıq  havalarının  adlarını  öyrənib. 

Tehrana köçdükdən  sonra ustad Aşıq 

Heydər  Məhmudi  ilə  tanış  olur.  Bir 

ildən sonra 1377-ci ildə Aşıq Heydər 

Məhmudi  Əkbər  Həmidiyə  deyir  ki, 

mən  məsləhət  görürəm  sən  ustad 

Aşıq  Şəhbazinin  məktəbinə  gedəsən. 



29

 

 



29

 

iran aşıqlarının dastanları    



 

 

 



Orda  cox  geniş  və  gözəl  məlumat  toplayarsan.  Həmidi  1377-ci  ildə 

mənimlə tanış oldu. Şeirlərində “Əlyar” və “Həmidi” təxəllüsü qoyan 

mühəndis  Həmidi  indiyə  qədər  beş-altı  cild  kitabın  müəllifi  olub  və 

Tehranda  bir  çox  sazlı-sözlü  məclislərin  qurulmasında  ustadı  Aşıq 

Səlcuqla  birgə  fəaliyət  göstərib.  Bildiyiniz  kimi,  Aşıqlar  məclisi 

divani  ilə  başlayar,  dalınca  təcnis  və  onun  dalınca  dübeyti  oxuyub, 

sonra  keçərlər  danışığa,    dastana  və  başqa  havalara.  Məncə, 

rəhmətlik  ustad  Kamandar  birinci  Aşıq  idi  ki,  bu  qaydanı  bütün 

məclislərdə  gözləyirdi  və  Aşıq  sənətinin  bu  ənənəsinə  öz  möhrünü 

vuraraq dünyadan getdi. Biz 2000-ci ildə ustadin dünyadan köçməsi 

münasibəti ilə qurduğumuz təntənəli məclisdə  mühəndis Əlyar onun 

bu  adətini  nəzərə  alaraq  mənə  dedi:  "Ustad!  İndiki  məclislərin  vaxt 

hesabına görə bu qaydanı qorumaq mümkün olmayacaq. Çünki bu üç 

havanın hərəsi üç bənd şeir ilə 20 dəqiqədən artıq vaxt aparır. Mənə 

belə  gəlir  ki,  əgər  qafiyə  rədifcə  vahid,  amma  hər  bəndi  müxtəlif 

formada olan bir şeir yazılsa (ilk 

bənd divani, ikinci bənd qoşma-təcnis və üşüncü bənd isə gəraylı) 

onda həm Aşıq, həm də dinləyici yorulmaz və eyni halda Aşıqlığın 

bu əski və gözəl qaydası da pozulmaz. Əgər indi bu şeirin son bəndi 

də müxəmməs olsa, daha gözəl olar. Çünki məclisin sonunda oxunar. 

Mən  də  bu  gün  ustad  Kamandarın  şərəfinə  belə  bir  şeir  yazıb 

gəlmişəm.  O  gün  Əlyarın o şeiri  mənim və məclis  iştirakçıları üçün 

çox maraqlı idi. O, bu şeirin adinı «açar-bağlayar» qoyub. İndi mən 

də  o şeiri burda qeyd edirəm ki,  həm mənim ustadım ulu Kamandar 

yad olunsun, həm də siz oxucular bu sayaq şeir ilə tanış olub qiymət 

verəsiniz : 



Ustad Kamandarın dünyadan köçməsi münasibəti ilə 

Divani 

Zalım fələk bir od saldı şirin canə, ağlaram, 

Ah çəkibən alovlanıb yana-yanə  ağlaram. 

Köçmüş durnam hey dayanar gözlərimin önündə

Gözüm  yaşı axıb gedər, dönər qanə, ağlaram. 

 

Təcnis 

Bir  ömür sazı ilə ellər oyandı, 



30

 

 



30

 

iran aşıqlarının dastanları    



 

 

 



Yurdunun qəmini çəkdi, o yandı. 

Aşıq deyər, o yandı, 

O alışdı, o yandı. 

Ayrılığın dırnağı 

Ürəkləri oyandı. 

İndi daha ona vətən oyandı, 

Dönüb baxmaz bir bu yanə, ağlaram. 

 

Gəraylı 

Düşsəm vaxtın axarına, 

Gedib çıxsam diyarına, 

Döşənərəm  məzarına, 

Gəlib fəğanə, ağlaram. 

 

Müəxəmməs 

Dünya  qəribə  dünyadır, o  açıb  bu  oyunları, 

Qatıbdı  qarə toprağa  hökmdarı, sənətkarı. 

Dünən dədə Aşıq Ələsgəri, bu gun  ustad Kamandarı, 

Bizə  də rəhm  etməyəcək bu allı hiyləgər qarı. 

 

Koroğlunun dastanlarını  



FOLKLOR ŞÜNAS 

Əkbər Həmidi(ƏLYAR) dan almışam. 

Kor  oğlunu  öz  adı  rovşən  iydi  atasşnı  adı  əli  kişi.  əli  var 

dövlətilə  məşhur  olan  həsən  xanın  ilxıçısidi.  əli  neçə  il 

həsən  xanın  ilxısını  otarmışdı.  Və  onun  qapısında  ömrünü 

gününü  keçirmişdi  və  saqqalını  ağardtmışdı.  əli  bir  gün 

ilxını dəryanın qırağına aparmışdı atlar dəryanın qırağında 

bir  otlağda  otlayırdılar.  əli  birdən  gördü  dəryadan  iki  at 

çıxdı atlar gəldilər ilxıda iki madyan atınan cütləşıb sonra 

qayıtdılar dəryaya girdilər. Bundan üç ay keçdi bu madyan 

atlar  hərəsi  bir  qulan  doğdular  və  bular  böyüyüb  bir  yaşa 




31

 

 



31

 

iran aşıqlarının dastanları    



 

 

 



çatdılar.  Bir  gün  həsənxanın  evinə  bir  xan  dostu  qonaq 

gəlmişdi  .  həsən  xan  bu  gələn  qonağdan  yaxşı  qonağlığ 

elədi  yemək-  içmək  hərnə  öz  yerindəydi  qonaq  çox  razı 

qaldı  .  qonaq  dedı  həsənxan  eşitmişəm  sənun  çox  böyün 

ilxun  və  dəyərli  atlarun  var.  Həsən  xan  dedi  bəli  əziz 

dostum  çox  atlarım  var  gedəndə  iki  at  sənə  peşkaş 

edəciyəm.  Elə  bu  zaman  həsənxan  ilxıçısını  çağırıb  dedi: 

sabah  ilxıdan  iki  at  seçəciyəm  ilxını  çölə  aparmazsan.  əli 

kişi gecə öz aləmində dedi həsənxankı istəyir bu qonağına 

iki  yaxşı  at  versin  mən  elə  o  dərya  atlarından  döl  qalan 

qulanları  seçəciyəm  saxlıyam  çünkü  əli  kişi  bilirdı  bu  iki 

qulanın  gələcəyi  necə  atlar  olacax.əli  kişi  o  iki  qulanı 

tövlədə bağladı qalan atları həmişəki kimi sübh açılmamış 

yığb  çölə  apardı.  Sabah  açıldı  həsənxan  qonağıynan  gəldi 

ilxının olduğu yerə qonaq baxdı iki qulandan başqa bir at 

yoxdu. Qonax bildiki həsən xan buna peşkaş gəldiyi bu iki 

qulan  olacax  qonaq  çox  narahat  oldu.  Qonax  dedi  həsən 

xan  demişdilə  sənun  çox  gözəl  atlarun  var  bəs  mənə  bu 

atları  layiq  bilibsən.  Mənim  belə  atlardan  nə  çox  varımdı 

istirsən sabah adam göndər bir ilxı bu ölu-mölülərdən qatıb 

qabağına  gətirsin.  Qonağın  bu  sözü  həsənxana  bir  bütöv 

dəydi  bir  para.  Xan  adam  göndərdi  əli  kişini  çağrıb 

gətirdilər  həsənxan  dedi:mən  gecə  sənə  demədim  sabah 

ilxıdan  at  tutacam  sən  ilxını  niyə  apardun  çölə?  əli  dedi: 

xan mən atları otdan qoymaq istəmədim. Qonaqa layiq iki 

at  bağlamışam  tövlədə  axı  mən  qoca  ilxıçıyam  bilirəm 

yaxşı  at  hansılardı  sənun  ilxunda  bu  iki  atın  üstünə  at 

olmuyacax.  əlinin  yekə-yekə  danışmağından  həsənxanın 

qəzəbi tutdu. Heç nəyi yoxlamadan əmir verdi callad gəlsin 

calladlar  gəldilər  xan  dedi  aparun  əli  kişini  gözlərin 




Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə