P 140217
Birgə Su İdarəetməsi (BSİ) modeli (WEAP) üzrə hesabat (DD6)
Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi
BMTİP
Noyabr 2014
Sənəd barədə məlumat
|
Tarix
Layihə nömrəsi
Məsul şəxs
Sifarişçi
Sifarişçinin nümayəndəsi
|
01.11.2014
P 140217
Dr. Georg Petersen
BMTİP
Fərid Abbasov
|
Bu hesabat eynisinin bütün əvvəlki versiyalarını əvəzləyir və onları qüvvədən salır
Əlaqə
Dr. Georg Petersen
HYDROC Consult
Siegum 4, 24960 Siegum, Almaniya
+49-172-4509149
gpetersen@hydroc.de
www.hydroc.de
Bu hesabat Türyançay pilot hövzəsində su ehtiyatlarının bölüşdürülməsi modelinin qurulması üçün yanaşmanı təsvir edir. Hesabat məlumatların toplanmasını və gözdən keçirilməsini, eləcə də seçilmiş WEAP modelinin ilkin səviyyədə hazırlanmasını təsvir edir.
Hidrometeoroloji məlumatlar və suya tələbatla bağlı məlumatlar qrafiklər və xəritələr vasitəsilə yoxlanmışdır. BSİ modelinin qurulması üçün məlumatlar məhdud olmuşdur. Beləliklə, hazırlanmış model ilkin versiyadır və gələcəkdə təkmilləşdirilə bilər. Tövsiyə olunur ki, məlumatlar əldə olunduqca daxil edilsin.
İşin nəticəsində verilən tövsiyələrin məqsədi əlavə məlumatların toplanması vasitəsilə hazırlanmış WEAP modelinin təkmilləşdirilməsi, eləcə də yerli ekspertləri iş yerində təlimə cəlb etməklə dayanıqlılığını artırmaqdır.
1. Texniki tapşırıq
Vəzifə və öhdəliklər
-
BSİ modelinin hazırlanması üçün mövcud məlumatların gözdən keçirilməsinə (o cümlədən müvafiq BSİ modelinin təhlili və seçilməsinə) rəhbərlik etmək
-
Mövcud məlumatlar əsasında Türyançay pilot hövzəsi üçün hidroloji tədqiqatlar (su ehtiyatları, azsulu axınların qiymətləndirilməsi, sərfin qiymətləndirilməsi) və hidrogeoloji tədqiqatlara (yeraltı su ehtiyatlarının sərfinin qiymətləndirilməsi) rəhbərlik etmək
-
Türyançay pilot hövzəsində BSİ modelini hazırlamaq və kalibrasiya etmək.
Təhvil veriləcək nəticə/məhsullar
WEAP modelindən istifadə etməklə Türyançay pilot hövzəsində BSİ modelinin qurulması və kalibrasiya edilməsi.
BSİ modelini təşkil etmək üçün iki növ məlumatlar toplanmışdır:
-
hidrometeoroloji məlumatlar (Bölmə 2.1 və 2.2)
-
suvarma suyuna və içməli suya olan tələbat (Bölmə 2.5).
2.1 Meteoroloji məlumatlar
Türyançay hövzəsində Qəbələdə meteoroloji stansiya var (Şəkil 1). Bu stansiyada havanın temperaturu, torpağın temperaturu, nisbi rütubət, rütubət çatışmazlığı, küləyin sürəti, yağıntı və qarın qalınlığı gündəlik ölçülür.
Şəkil 1: Türyançay pilot hövzəsinin və hidrometeoroloji məntəqələrin xəritəsi. Relyefin rəqəmsal modeli SRTM v4-dən, digər ərazi məlumatları sifarişçi tərəfindən təmin edilmişdir.
Məlumatlar diqqətlə yoxlanılmış, aşkar səhvlər və qeyri-dəqiq ölçmə məlumatları nümunədən çıxarılmış və süzgəcdən keçirilmiş məlumatlar dəsti aşağıdakı abzaslarda təsvir olunduğu kimi, təhlil edilmişdir.
Yağıntı
Türyançay hövzəsində Qəbələ stansiyasında gündəlik yağıntı məlumatları mövcuddur. Gündəlik ölçmə məlumatları 2001-2010-cu illəri, aylıq ölçmə məlumatları isə 1962-2012-ci illəri (2010 istisna olmaqla) əhatə edir.
Şəkil 2 1962-2012-ci illər üzrə illik yağıntını göstərir. Bu müddət üzrə uzunmüddətli orta yağıntı 900mm/il-dir. Tendensiya göstərir ki, 1960-cı illərdəki yüksək yağıntı 1970-ci illərdə kəskin azalaraq 1975-ci ildə 235mm/il-ə çatır, uzunmüddətli orta göstərici ətrafında 1980-ci illərdən 1990-cı illərin ortalarına qədər enib-qalxmalar müşahidə olunur, son dövrlərdə isə uzunmüddətli orta göstəricini ötür.
Şəkil 2: Qəbələdə ölçülmüş illik yağıntı (1962 - 2012).
Aylıq yağıntı ildən-ilə keçdikcə xeyli dəyişir (Şəkil 3). Yağıntının ayıq paylanması il ərzində çox dəyişmir, xüsusi yaş və ya quru mövsüm müşahidə olunmur. Yağıntı üzrə aşağıdakı tendensiya müşahidə olunur:
-
Qışda nisbətən aşağı (Dekabr-Fevral)
-
Yazın sonundan yayın əvvəlinədək (May-iyul) və payızda (Oktyabr-Noyabr) nisbətən yüksək.
Şəkil 3: Qəbələdə ölçülmüş aylıq yağıntı (1962-2012). Qara rəng çoxillik orta aylıq yağıntını göstərir.
Qar
Qar Qafqaz regionu üçün qışda baş verən illik səciyyəvi xüsusiyyətdir. Dağlar qış ərzində qarla örtülü olur. 2001-2010-cu illər üzrə gündəlik ölçmə məlumatları mövcuddur. Buna əsasən, Qəbələdə orta aylıq qar dərinliyi maksimum 16sm olmuşdur və qar örtüyü ən çox yanvar və fevral aylarında qalır (Şəkil 4)
Şəkil 4: Qəbələdə ölçülmüş orta aylıq qar dərinliyi (2001-2010).
Temperatur
Türyançay hövzəsində Qəbələ stansiyasında gündəlik intervallarla temperatur məlumatları mövcuddur. Gündəlik ölçmələr 2001-2010-cu illəri, aylıq məlumatlar 1961-2012-ci illəri əhatə edir (2010-cu il çıxılmaqla).
Qışda temperatur 0°C-ə yaxındır. Yanvar ən soyuq aydır. Yayda temperatur 23°C-yə qalxır. Ən isti aylar iyul və avqustdur (Şəkil 5). Aylıq temperatur yağıntı ilə müqayisədə ildən-ilə az dəyişir.
Şəkil 5: Qəbələdə ölçülmüş orta aylıq hava temperaturu (1961-2012). Qara rəng çoxillik orta aylıq yağıntını göstərir.
Temperaturun çoxillik sırası (1961-2012) 1990-cı illərin sonundan etibarən nisbətən artmağa meylliliyi göstərir (Şəkil 6).
Şəkil 6: Qəbələdə ölçülmüş çoxillik orta aylıq hava temperaturu
Digər
Yuxarıdakı məlumatlardan əlavə, meteoroloji stansiya həm də torpağın temperaturu, küləyin sürəti və rütubətliliyi gündəlik olaraq ölçür (2001-2010).
Dostları ilə paylaş: |