Parlayan Günəş aylıq jurnal Təsisçi: İmam Rza (əleyhis-salam)-ın müqəddəs hərəmi Məsul müdir



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə3/8
tarix30.10.2018
ölçüsü3,63 Mb.
#76125
1   2   3   4   5   6   7   8

Allahın Peyğəmbəri (s) buyurub: “Mən sizin 

aranızda iki ağır şey əmanət qoyub gedirəm. 

Əgər onlara arxalanıb istinad etsəniz, məndən 

sonra  heç  vaxt  zəlalətə  düşüb  yolunuzu 

azmayacaqsınız.  Onlardan  biri  digərindən 

daha  böyükdür.  Biri Allahın  kitabı  (Quran)-

dır ki, bir ip (rabitə ipi) kimi asimandan yerə 

tərəf  çəkilmişdir.  Digəri  isə  mənim  Əhli-

Beytim,  itrətimdir.  Agah  olun  ki,  bu  iki 

əmanət  (Cənnətdə)  Kövsər  hovuzunun 

yanında  mənə  qovuşana  qədər  bir-birindən 

ayrılmayacaqlar.” 

1

 İmam Baqir (ə) buyurub: “Bəndə Allahdan 



bir hacət diləyən zaman Allah-təala öz şəninə 

görə  yaxın  gələcəkdə,  ya  bir  qədər  təxirə 

salaraq  onun  duasını  qəbul  edər.  Amma, 

bəndə sonradan günah edər. Belə olan halda 

Allah-təala  Mələyə  deyər:  Onun  diləyini 

yerinə yetirmə və onu (nemətdən) məhrum et. 

Çünki o, özünü Mənim qəzəbimə düçar etdi 

və  Mənim  tərəfimdən  məhrumiyyətə  layiq 

oldu.”

2

 



İmam  Baqir  (ə)  buyurub:  “Vallah,  Allah-

təala insanlardan yalnız iki şey – nemətlərini 

daha  da  artırmaq  üçün  onlara  görə  şükr 

etmələrini  və  günahlarını  bağışlamaq  üçün 

günahlarını etiraf etmələrini istəyib.”

3

 



İmam Kazım (ə) buyurub: “Siz bəlanı nemət, 

asayiş və rifahı isə müsibət hesab etməyincə 

əsla  mömin  olmazsınız.  Çünki  bəla  və 

1-  Biharul-Ənvar, cild 23, səh. 106, hədis 7 

2-  Biharul-Ənvar, cild 75, səh. 329, hədis 11

3-  Əl-Kafi, cild 2, səh. 426, hədis 2

çətinliyə  səbr  etmək  asayiş  və  rahatlıq 

içərisində qəflətdə olmaqdan daha dəyərli və 

üstündür.”

4

 



İmam Kazım (ə) buyurub: “Mömin tərəzinin 

iki  gözü  kimidir  ki,  imanı  nə  qədər  artsa, 

bəlası  da  çoxalar  və  nəhayət  günahdan  pak 

ətək ilə Allah-təala ilə görüşər.”

5

 

 İmam Cavad (ə) buyurub: “Din qardaşları 



ilə  görüşmək,  qısa  olsa  belə,  əqlin 

çiçəklənməsinə və bar verməsinə səbəb olar.”

6

 

İmam  Cavad  (ə)  buyurub:  “Bir  şeyi 



möhkəmlənməmiş  və  sabit  olmamış  üzə 

çıxarmaq,  onun  korlanmasına  gətirib 

çıxarar.”

7

 



İmam  Hadi  (ə)  buyurub:  “İncitdiyin  kəsdə 

səfa-səmimiyyət  axtarma  və  bədbinlik  oxun 

ilə  nişan  aldığın  kəsdən  xeyirxahlıq  umma. 

Çünki sənin qəlbin başqalarına münasibətdə 

necədirsə  başqalarının  da  qəlbi  sənə  qarşı 

elədir.”


8

 

İmam  Hadi  (ə)  buyurub:  “Şükr  edən,  öz 



şükrünün  bərəkətindən,  onun  şükrünə  səbəb 

olan  nemətdən  daha  çox  səadət  qazanar. 

Çünki  nemətlər  dünya  malıdır,  amma  şükr, 

nemətləri özü ilə axirətə aparar.”

9

 

4-  Mizanul-Hikmət (xülasəsi) hədis 894



5-  Biharul-Ənvar, cild 67, səh. 242, hədis 82

6-  Biharul-Ənvar, cild 74, səh. 353, hədis 26

7-  Biharul-Ənvar, cild 75, səh. 71, hədis 13

8-  Biharul-Ənvar, cild 74,  səh. 181

9-  Tuhəful-Uqul, səh. 483

6

7

Nurani hədislər



Ayətullah  şeyx  Həbibullah  Gülpayqaninin 

təhsili  İsfahan  şəhərində  sona  yetdi. 

Təhsilindən  sonra  Məşhəd  şəhərinə  hicrət 

etdi.  Məşhədə  gələndən  sonra  Gövhərşad 

məscidində  imamcamaat  vəzifəsində  çalışır 

və mədrəsələrin birində fiqh, hədis, təfsir və 

əxlaq dərslərini tədris edirdi. O böyük alim, 

müctəhid  1384-cü  hicri  qəməri  ilinin 

Cəmadiüs-sani ayının 23-ü (30 oktyabr 1964-

cü miladi ilində) vəfat etdi və İmam Rzanın 

(ə) mübarək hərəmində torpağa tapşırıldı.

Höccətül-İslam  Salehi  1371-ci  hicri  şəmsi 

ili (miladi 1992-ci il), Ramazan ayının 21-i, 

Qədr gecəsi, Qum şəhərinin Müsəllaye Qüds 

adlanan yerində şeyx Həbibullah Gülpayqani 

barəsində buyurmuşdu: 

“Özüm  şahid  olmuşam  ki,  çarəsiz,  əlacı 

olmayan  xəstələr  Gövhərşad  məscidində 

namaz qurtarandan sonra şeyxə yaxınlaşaraq 

ondan  istəyirdilər  ki,  Allahdan  onlar  üçün 

şəfa istəsin. O böyük alim öz mübarək əlini 

hər  hansı  bir  xəstənin  üzərinə  çəkərdisə, 

bədəni tərləyər və şəfa tapardı.”

Ağa Salehi Xansari, o böyük mərceyi-təqlid 

olan alimin dilindən nəql edir və deyir:  Bir 

vaxt  mən  ondan  bunun  fəlsəfəsi  barədə 

soruşdum.

O belə cavab verdi: “40 il müddətində gecə 

namazlarımın  hamısını  İmam  Rzanın  (ə) 

hərəmində qılmışam və sübh tezdən hərəmin 

qapıları  açılan  vaxt  O  həzrəti  ilk  ziyarət 

edənlərdən  olmuşam.  Bir  dəfə  bir  həftə 

xəstələnmişdim,  elə  bir  xəstəlik  ki,  hərəmə 

getməyə belə taqətim yox idi. Bir gün evimin 

pəncərəsindən  baxanda  gözlərim  hərəmə 

sataşdı.  Üzümü  hərəmə  tərəf  tutdum  və  ərz 

etdim:  Ağa!  Özünüz  bilirsiniz  ki,  40  il 

müddətində  hər  gecə  sizin  zəvvarınız 

olmuşam, amma bir həftə olar ki, xəstəyəm. 

Sizin  ziyarətinizə  gələ  bilmədiyim  üçün  üzr 

istəyirəm!”

Şeyx Həbibullah deyir: “Yuxuya dalmışdım. 

Birdə gördüm ki, İmam Rza (ə) əlində gözəl 

bir  gül,  oturacaqda  əyləşib  və  iki  xadim  də 

İmam  Rzanın  (ə)  qarşısında  dayanıblar. 

Həzrət  (ə)  gülü  xadimlərin  birinə  verdi  ki, 

onu  mənə  versin.  Elə  ki,  gülü  əlimə  aldım 

özümdə  bir  rahatlıq  hiss  etdim.  İstəmədən 

yuxudan oyandım. Otaqda gözəl bir ətir iyi və 

İmamın  (ə)  mənə  yuxuda  verdiyi  gül  də 

əlimdə idi. Tamamilə sağalmışdım.

Ayağa qalxdım, həmişəki kimi hərəmə gəlib 

ibadətlə məşğul oldum ta ki, hərəmin qapıları 

açıldı. Yenə İmamı (ə) ilk ziyarət edənlərdən 

oldum.  Ziyarətdən sonra camaat namazı üçün 

Gövhərşad məscidinə getdim.

Namazdan sonra gördüm ki, bir qrup xəstə 

insanlar  qarşımı  kəsib  və  deyirlər:  “Şeyx 

Həbibullah! İmamın sənə verdiyi o gülü bizim 

bədənimizə  sürt  ki,  biz  də  şəfa  tapaq.” 

Bunların  ki,  hadisədən  xəbərləri  yox  idi. 

Amma  bildim  ki,  bunları  İmam  Rza  (ə) 

göndərib.  Gülün  yarpaqlarından  onların 

bədəninə  və  üzünə  sürtürdüm.  Sonra 

görürdüm  ki,  onlar  şəfa  tapıblar.  Elə  o 

vaxtdan,  o  gülü  həzrətdən  aldığım  əlimlə 

kimin üzərinə qoyurdumsa şəfa tapırdı.”

O  deyir  ki,  Şeyx  Həbibullaha  dedim:  “Bu 

gülü  İmam  (ə)  xadimlərin  birinə  verdi  ki, 

bunu  sənə  versinlər,  elə  o  vaxtdan  əlin  şəfa 

verir. Gör İmam Rzanın (ə) özü bu gülü sənə 

versə idi nə olardı?”

Bu  vaxt  şeyx  Həbibullah  narahat  oldu  və 

dedi: “Vallah İmam (ə) özü ö gülü mənə versə 

idi, onun mübarək əli mənim əlimə dəysə idi, 

yəqinim var ki, əlim ölü cəsədə dəysəydi, onu 

belə canlandırardı.

1

 



1-  Gəncineye daneşməndan, (Məhəmmədşərif Razi), cild 7, 

səh. 512


İmam Rza (əleyhis-salam)-ın kəraməti

8

9

İmam Rza (ə)


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə