Parlayan Günəş aylıq jurnal Təsisçi: İmam Rza (əleyhis-salam)-ın müqəddəs hərəmi Məsul müdir


Müsafirin (səfərdə olanın) namazı



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə6/8
tarix30.10.2018
ölçüsü3,63 Mb.
#76125
1   2   3   4   5   6   7   8

Müsafirin (səfərdə olanın) namazı

Səfərdə dörd rükətli namazların qəsr 

qılınması

Səfərdə  dörd  rükətli  namazlar  müəyyən 

şərtlərlə qəsr yəni, iki rükət qılınmalıdır.

Dörd rükətli namazlar, yəni, zöhr, əsr və işa 

namazları səfərdə qəsr qılınır. Sübh və məğrib 

namazları qəsr qılınmır.



Müsafir namazının şərtləri

Səfərə çıxan şəxs, yəni müsafir 8 şərtlə dörd 

rükətli namazları iki rükət qılmalıdır:

1. Müsafir şəri məsafəni qət etməlidir. Yəni 

ya getdiyi, ya qayıtdığı, ya da gedib-qayıtdığı 

məsafə  ən  azı  8  fərsəx  (təqribən  43  km.) 

olmalıdır.

2. Müsafir səfərə çıxarkən 8 fərsəx məsafəni 

qət etmək niyyətində olmalıdır. Deməli, əgər 

müsafır  əvvəlcədən  8  fərsəx  məsafəni  qət 

etmək niyyətində olmasa, başqa sözlə desək, 

8  fərsəxdən  az  bir  məsafəni  qət  etməyi 

nəzərdə  tutsa  və  nəzərdə  tutduğu  məkana 

çatdıqdan  sonra  başqa  bir  yerə  səfər  etmək 

qərarına  gəlsə,  bu  halda  əgər  səfər  edəcəyi 

növbəti məkanla səfər etdiyi məkan arasındakı 

məsafə şəri məsafədən (8 fərsəx- təqribən 43 

km.)  az olsa, hətta öz mənzilindən ora qədər 

olan  məsafə  şəri  məsafə  qədər  olsa  belə 

namazını tam şəkildə qılmalıdır.

3. Müsafir yola çıxdıqdan sonra şəri məsafəni 

qət  etmək  niyyətindən  dönməsin.  Beləliklə, 

əgər  yola  çıxdıqdan  sonra  dörd  fərsəxi  qət 

etməmiş fikrindən dönsə və ya qərarsız olsa, 

müsafir  hökmündə  deyildir.  Hərçənd  ki, 

niyyətindən  dönməmişdən  öncə  qəsr  qıldığı 

namazlar düzdür.

4. Müsafir vətənindən və ya on gün qalacağı 

bir yerdən keçməklə məsafəni kəsməməlidir.

5. Səfər, şəri baxımdan halal olmalıdır. Əgər 

səfər, günah və haram olsa, istər səfərin özü 

haram  olsun,  məsələn,  cihaddan  qaçmaq, 

istərsə də haram bir iş üçün səfər etsin, belə 

səfər şəri baxımdan səfər hökmündə deyil və 

namaz tam qılınmalıdır.

6.  Sabit  yaşayış  yeri  olmayan  və  köçəri 

həyat  tərzi  sürənlərin  səfəri  şəri  baxımdan 

səfər hökmündə deyildir.

7. Sürücü, gəmiçi və s. bu kimi daim səfər 

etmək insanın peşəsi olmasın. İşi səfərdə olan 

şəxs də bu qəbildəndir.

8. “Tərəxxüs həddi”nə çatmalıdır. Tərəxxüs 

həddi o məkana deyilir ki, orada artıq şəhərdə 

deyilən azanın səsi eşidilmir və şəhər divarları 

da  görünmür.  Böyük  ehtimalla  azan  səsinin 

eşidilməməsi  tərəxxüs  həddini  təyin  etmək 

üçün kifayət edir.

Müsafirin  namazı  ilə  bağlı  müxtəlif 

məsələlər

1- Müsafir dörd yerdə namazını tam və ya yarı 

qılmaqda 

azaddır: 

“Məscidül-Həram”, 

“Məscün-Nəbi”,  “Kufə”  məscidi,  İmam 

Hüseynnin  (ə)  hərəmi.  Bu  dörd  yerdə  namazı 

tam qılmaq fəzilətlidir. Məscidin Peyğəmbər (s) 

dövründəki əhatəsi ilə bugünkü əhatəsi arasında 

fərq  yoxdur.  Peyğəmbər  (s)  məscidi,  Kufə 

məscidi  və  İmam  Hüseynin  (ə)  hərəmi  də  bu 

hökmdədir.

2- Müsafir olduğunu bilib, namazı yarı qılmalı 

olan şəxs onu tam qılarsa namazı batildir. Əgər 

müsafir  namazının  yarı  olduğunu  unudarsa  və 

tam  qılarsa,  onu  təzələməlidir.  Müsafir 

namazının  hökmünü  bilib  səfərdə  olduğuna 

diqqət yetirməyən və namazını tam qılan şəxs, 

əgər  müsafir  namazının  yarı  olması  hökmünü 

bilməmişsə, bu vaxtadək bu hökmü eşitməmişsə, 

yarı  namaz  əvəzinə  qıldığı  tam  namaz 

düzgündür.

3-  Namazı  yarı  qılmalı  olduğunu  ümumi 

şəkildə  bilən  müsafir  onun  xırdalıqlarından 

xəbərsiz  olarsa  (məsələn,  bilməzsə  ki,  müsafir 

üçün səkkiz fərsəx yol getmək şərtdir) ehtiyata 

əsasən  tam  qıldığı  namazı  yarı  şəkildə 

təzələməlidir.

4- Bir şəxs müsafir olduğunu unudub namazı 

tam  qılarsa,  namazın  vaxtı  ötməmiş  yadına 

düşdükdə,  namazı  yarı  şəkildə  yerinə 

yetirməlidir. Vaxtı keçdikdən sonra başa düşsə 

qəzası yoxdur.

5-  Vəzifəsi  namazı  tam  qılmaq  olan  şəxs 

bilərəkdən, səhvən və ya unutduğu üçün namazı 

yarı  qılarsa,  namazı  batildir.  Hətta  on  gün 

qalmaq qərarına gəlib həmin müddətdə namazı 

tam  qılmalı  olduğunu  bilməyən  və  yarı  qılan 

şəxs vacib ehtiyat budur ki, onları tam şəkildə 

təzələsin.

6-  Dörd  rükətli  namaza  məşğul  ikən  müsafir 

olduğunu  xatırlayan  şəxs  (ya  da  səkkiz  fərsəx 

yol getdiyini yada salan adam) üçüncü rükətin 

rükusuna  getməsə,  namazını  iki  rükətli  başa 

çatdırmalıdır.  Əgər  üçüncü  rükətin  rükusuna 

getsə namazı batildir, onu yarı şəkildə yenidən 

qılmalıdır.

7-  Namazın  əvvəl  vaxtında  səfərdə  olub 

namazını qılmayan, sonra vətəninə və ya on gün 

qalmalı  olduğu  yerə  çatan  şəxs  namazını  tam 

qılmalıdır.  Namazın  əvvəl  vaxtında  vətənində 

və ya on gün qalmalı yerdə olan, sonra səfərə 

çıxan şəxs səfərdə namazını yarı qılır.

8- İnsanın namazı səfərdə qəzaya getsə, onun 

qəzasını  yarı  qılmalıdır.  (Namazın  qəzasını 

səfərdə  və  ya  vətəndə  qılmağın  fərqi  yoxdur.) 

Əgər  vətəndə  namazı  qəzaya  getsə  həmin 

namazın qəzası səfərdə də tamdır.

1

1-  Ətraflı məlumat üçün hər kəs təqlid etdiyi müctəhidin 



şəriət hökmlərinin izahına aid yazılmış risaləsinə müraciət 

etməlidir.



14

15

Fiqh ( Əhkam bölməsi )




Dua,  Allah-təala  ilə  raz-niyaz  və  ilahi 

rəhmət xəzinələrinin açarlarından biridir. 

İlahi  xəzinələrdən  istifadə  etmək  üçün 

açara ehtiyac var və hədislərdə bu açarın 

“dua”  olduğu  bildirilir.  Hər  bir  bəndə 

istədiyi vaxt bu açar vasitəsi ilə mərhəmət 

xəzinələrini  açıb  ilahi  mərhəmətdən 

faydalana bilər. İmam Əli (s) bir hədisdə 

buyurur:

ِةَملُّظلا ُحابصِم َو ِةَمحَّرلا ُحاتفِم ُءاعُّدلا

“Dua  rəhmət  açarı  və  qaranlıqda 

çıraqdır.”

1

  

Hal-hazırda günlərini yaşadığımız Rəcəb 

ayı üçün məsum imamlarımız tərəfindən 

müxtəlif  dualar,  zikrlər,  namazlar  və 

ziyarətlər tövsiyə edilmişdir. Bu göstəriş 

və  tövsiyələr  vasitəsi  ilə  möminlər  

1-  Tuhəful-uqul, səh. 86

 

mübarək  Rəcəb  ayından  daha  çox 



faydalanırlar.  Hədislərdə  tövsiyə  edilmiş 

dualardan biri də Rəcəb ayının gündəlik 

duasıdır  ki,  mənəvi  və  İlahi  maarif 

baxımından  çox  zəngin  bir  mətnə 

malikdir.  Seyid  ibn  Tavus  nəql  edir  ki, 

Səccad ləqəbi ilə məşhur olan Məhəmməd 

ibn  Zəkvan  o  qədər  səcdə  edib  səcdədə 

ağlamışdı ki, gözləri kor olmuşdu, deyirdi:

İmam Sadiqə (ə) belə ərz etdim: Canım 

sizə fəda olsun, indi Rəcəb ayıdır, mənə 

elə bir dua öyrədin ki, Allah-təala onunla 

mənə  xeyir  versin.  Həzrət  (ə)  mənə  bu 

duanı  öyrətdi  və  buyurdu  ki,  bu  duanı 

Rəcəb  ayında  gecə-gündüz  namazlardan 

sonra oxuyum.

،ٍّرَش ِّلُك َدْنِع ُهَطَخَس ُنَمآ َو ،ٍرْيَخ ِّلُكِل ُهوُجْرَأ ْنَم اي 

اي ،ُهَلَأَس ْنَم يِطْعُـي ْنَم اي ،ِليِلَقْلاِب َريِثَكْلا يِطْعُـي ْنَم اي 

َو ُهْنِم ًانُّنَحَت ُهْفِرْعَـي ْمَل ْنَم َو ُهْلَأْسَي ْمَل ْنَم يِطْعُـي ْنَم 

َو ايْنُّدلا ِرْيَخ َعيِمَج  َكاَّيِإ يِتَلَأْسَمِب يِنِطْعَأ ،ًةَمْحَر 

َكاَّيِإ يِتَلَأْسَمِب يِّنَع ْفِرْصا َو ،ِةَرِخ ٰلا ِرْيَخ َعيِمَج 

ام  ٍصوُقْـنَم ُرْـيَغ ُهَّنِإَف ،ِةَرِخ ٰلا ِّرَش َو ايْنُّدلا ِّرَش َعيِمَج 

َو  ِل ٰلَجْلا اَذ اي .ُميِرَك اي  َكِلْضَف ْنِم يِنْدِز َو ،َتْيَطْعَأ 

، ِلْوَّطلا َو ِّنَمْلا اَذ اي ،ِدوُجْلا َو ِءامْعَّـنلا اَذ اي ِمارْكِلإا         

ِراّنلا ىَلَع يِتَبْيَش ْمِّرَح 

Tərcüməsi:

Ey  bütün  xeyir  işlərdə  ümid 

bəslədiyim!  Bütün  şər  işlərdə  Öz 

qəzəbindən  Özünə  sığındığım!  Ey  az 

müqabilində  çox  əta  edən!  Ey 

istəyənlərə  əta  edən!  Ey  Onu 

tanımayanlara və Ondan istəməyənlərə 

lütf və mərhəmət səbəbindən əta edən! 

Səndən bütün dünya və axirət xeyrini 

istəyən  bəndənə  əta  et.  İstəyimə  görə  

 

 

 

 

 

 

 

məndən dünya və axirət şərini tamamilə 

uzaq  et!  Həqiqətən,  Sənin  əta  etdiyin 

nöqsansızdır.  Öz  fəzl  və  kərəmindən 

mənə əta et, ey Kərim!

1

Ravi  deyir:  Sonra  həzrət  mübarək 

saqqalını  sol  əlinə  alıb  sağ  əlinin  işarə 

barmağını yellətməyə başlayaraq bu duanı 

oxumağa başladı:

Ey  calal  və  böyüklük  sahibi!  Ey 

nemətlər  və  səxavət  sahibi!  Ey  əta  və 

kərəm  sahibi!  Saqqalımı  (üzümü)  oda 

(cəhənnəm oduna) haram et!

2

 

Rəcəb  ayının  günlərində  bu  duanı 

oxumaq  insanın  inkişafı,  onun  yüksək 

mənəvi keyfiyyətlər əldə etməsi üçün çox 

mübarək və münasib bir aydır.

1-  Əl-İqbal, Seyid ibni Tavus, cild 3, səh. 211; Zadul-məad

Əllamə Məclisi, səh. 17

2-  Daha ətraflı məlumat əldə etmək üçün “Məfatihul-cinan” 

kitabına və digər dua kitablarına müraciət edə bilərsiniz.

Mübarək Rəcəb ayının gündəlik duası

16

17

Dua



Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə