Parlayan Günəş aylıq jurnal Təsisçi: İmam Rza (əleyhis-salam)-ın müqəddəs hərəmi Məsul müdir



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə8/8
tarix30.10.2018
ölçüsü3,63 Mb.
#76125
1   2   3   4   5   6   7   8

Kazımeyn ziyarətgahı

İmam Musa Kazım (ə) və İmam Məhəmməd 

Cavadın (ə) mübarək hərəmi

Müqəddəs  ziyarətgah  əsrlər  boyu  müxtəlif 

xilafətlərin, 

şahlıqların, 

sultanlıqların 

dövründə bəzi xəlifələrin, şahların, sultanların 

diqqət mərkəzində olmuş, burada təmir-tikinti 

işləri  aparılmış,  zəvvarların  rahat  ziyarəti 

üçün münasib şərait yaradılmışdır. Buveyhilər 

sülaləsi (miladi 935-1055-ci illər), Səlcuqlular 

imperiyası  (miladi  1038-1157-ci  illər), 

Elxanilər  dövləti  (1256-1349-cu  illər), 

Cəlairilər  sultanlığı  (miladi  1336-1432-ci 

illər), Səfəvilər dövləti (miladi 1501-1736-cı 

illər), Qacarlar sülaləsi (miladi 1796-1925-ci 

illər)  dövründə  müqəddəs  ziyarətgahda 

müxtəlif  təmir-tikinti  işlərinin  aparıldığının 

şahidi oluruq. 

İlk  dəfə  Muizzud-dövlə  Deyləmi  ləqəbli 

Buveyhi  şahı  Əhməd  bin  Buveyhi  Bağdadı 

tutandan  sonra  imamların  məzarı  üstündə 

möhtəşəm  bir  günbəzli  məqbərə  tikdirdi  və 

imamların  məzarlarının  hər  biri  üçün  ayrı-

ayrılıqda zərih qoydurdu. Əhməd Deyləminin 

zamanında 

şiələr 


rahatlıqla 

Aşura 


mərasimlərini keçirməyə başladılar.

Daha  sonra  İzzud-dövlə  Deyləmi  digər 

imamların  məqbərələri  kimi  burada  da  bəzi 

mühüm  dəyişikliklər  və  təmir-bərpa  işləri 

gördü.  Məqbərəni  genişləndirən  İzzud-dövlə 

Deyləmi  onun  kənarında  zəvvarlara  xidmət 

göstərmək  üçün  xəstəxana  və  mədrəsə  də 

tikdirdi.

Bu  mərhələdən  sonra  Kazımiyyədə 

məskunlaşma  artdı  və  Kazımiyyə  Bağdadın 

kənarında bir qəsəbəyə çevrildi.

441-ci  hicri  ilində  Bağdadda  baş  verən 

sünni-şiə  qarşıdurması  zamanı  məqbərə 

yandırıldı.

Əbul-Hərs  Ərsəlan,  Əbun-Nəsr  Firuzun 

köməyi ilə məqbərəni bərpa etdi və onun üçün 

minarələr də tikdirdi.

490-cı  hicri  ilində  Səlcuq  şahlarından  olan 

Börkiyaruq ibn Məlikşah ibn Alp Arslanın şiə 

vəziri  hərəmi  genişləndirib  ətrafında  binalar 

tikdi.

569-cu  hicri  ilində  Dəclənin  məcradan 



çıxması  məqbərənin  zərər  çəkməsi  ilə 

nəticələndi  və  daha  sonra  Abbasi  xəlifəsi 

Nasir  li-dinillahın  şiə  vəziri  Muəyyidud-din 

Məhəmməd Qummi onu təmir etdirdi.

Monqol  Hulakuxanın  hücumu  zamanı 

Bağdad və Kazımiyyə yandırıldı. İki il sonra 

Hulakunun  müsəlman  vəziri  Ətaul-Mulk 

Cuveyni  Kazımiyyəni  bərpa  və  məqbərəni 

təmir etdirdi.

Yenidən  Dəclənin  məcradan  çıxması  və 

məqbərənin bir hissəsinin xəsarət görməsindən 

sonra Sultan Uveys Cəlayeri onu təmir etdirdi.

Kazımeyn hərəmi əsasən Şah İsmayıl Səfəvi 

tərəfindən  926-cı  hicri  qəməri  ilində  əsaslı 

şəkildə təmir edildi. Hərəmin şimalında onun 

tikdirdiyi nəhəng məscid hələ də durur və adı 

Səfəvi  məscididir.  Şah  İsmayıl  hərəmə  nəfis 

xalçalar  və  gümüşdən  və  qızıldan  bəzədilən 

qapılar gətirdi.

Sultan  Məhəmməd  Xudabənda,  Suleyman 

Qanuni,  Şah  Abbas  Səfəvi,  Şah  Səfi,  Ağa 

Məhəmməd  Xan  Qacar,  Fətəli  Şah  Qacar, 

Nəsirəddin Şah, Fərhad Mirzə və Abbas Mirzə 

də  Kazımeyn  hərəmində  təmir-bərpa  işləri 

aparan şahlar olublar.

Bu müqəddəs hərəmin çoxlu sayda səhnələri 

var.  Hərəmin  uzunluğu  370  m,  eni  isə  350 

m-dir. Müqəddəs zərihə yaxınlaşmaqdan ötrü 

4 səhnədən keçmək lazımdır.  Hərəmin daxili 

yarı  hissəsinə  kimi  mərmərdən,  yuxarı 

hissələri  isə  şüşə  ilə  bəzədilmişdir.  Dörd 

mühüm  səhnənin  adları  aşağıdakılardan 

ibarətdir.

1-“Bab  əl-Murad”  səhnəsidir  ki,  şərq 

tərəfində yer almışdır. Elə bu səbəbdən “Şərq 

səhnəsi” adı ilə məşhurdur. Şeyx Mufid və ibn 

Quluye  kimi  böyük  alim,  mütəkəllim  və 

müctəhidlər orda dəfn edilmişdir.

2-“Bab əl-Qureyş” səhnəsi cənub tərəfdə yer 

almaqdadır.

3-“Şimal səhnəsi”

4-“Qərb səhnəsi”. Bu səhnədə isə Nəsirəddin 

Tusi dəfn olunmuşdur. Elə bu səbəbdən “Xacə 

Nəsirəddin” səhnəsi adı ilə məşhurdur.

Digər hərəmlər kimi bu hərəm də böyük və 

əzəmətli bir tikilidən ibarətdir. Hərəm 8 böyük 

qapıdan,  eyvanlardan,  böyük  səhnələrdən, 

günbəzlər,  minarələr  kiçik  və  böyük 

otaqlardan  təşkil  olunmuşdur.  Hərəm  son 

illərdə  gözəl  şəkildə  təmir  olunub  və 

zəvvarların  ziyarəti  üçün  hər  cür  şərait 

yaradılıb. 

Allah-təala bu müqəddəs ziyarətgahda olan 

İmamları  ziyarət  etməyi,  arzusunda  olan 

hamıya nəsib etsin. Amin!

1

1-   www.aljawadain.org; www.wikishia.net



Bağdadın  kənarında  yerləşən  Kazımeyn  hərəmində  müsəlmanların  yeddinci  və 

doqquzuncu imamları İmam Museyi-Kazım (ə) (128-183 h.q) və onun əziz nəvəsi İmam 

Məhəmməd Təqi  əl-Cavad  (ə)    (195-220  h.q)  dəfn  ediliblər.  Bu  məkan  əsrlərdən  bəri 

müsəlmanların ziyarət etdikləri ən məşhur ziyarət ocaqlarından hesab edilir.

22

23

Ziyarətgah


Cаvаb: 

Bu  məsələyə  аydınlıq  gətirmək,  uyğun  suаlа 

cаvаb  vеrmək  üçün  iki  mühüm  nöqtəyə  nəzər 

sаlmаlıyıq:

1. İlk əvvəl nəzərə аlmаlıyıq ki, vаrlıq аləmini 

yаlnız  mаtеriyаdа  məhdudlаşdırdıqdа,  ölümü 

sоn  bilib,  ахirət  dünyаsını  qəbul  еtmədikdə 

uyğun suаl cаvаbsız qаlır. Məsələyə mаtеriаlist 

mövqеdən  yаnаşdıqdа  insаnın  yаrаdılış  sirrini 

аçmаq mümkünsüz оlur.

Ахı insаn dünyаyа nə üçün qədəm qоyur, bir 

müddət  yаşаdıqdаn,  dünyа  həyаtının  аcılаrını 

dаddıqdаn  sоnrа  nə  üçün  ölüm  bаdəsini  nuş 

еdir?  О  hаrаdаn  və  nə  üçün  gəlmişdir? 

Müvəqqəti  dünyа,  çətinliklərinin  fəlsəfəsi 

nədir?  Bir  müddət  dünyа  həyаtını  yаşаdıqdаn 

sоnrа оnun nəfəsi təngiyir, ürəyinin döyüntüləri 

dayanır.  Sоnrа  tоrpаğа  tаpşırılаrаq,  çürüyüb 

vаrlığını itirir.

Dоğrudаn  dа,  mаtеriаlizm  məktəbi  bu  suаlа 

cаvаb vеrməkdə аcizdir. Оnlаr üçün vаrlıq аləmi 

təkcə  bu  dünyаdаn  ibаrətdir.  Оnlаr  Аllаhа, 

ölümdən  sоnrаkı  həyаtа  inаnmırlаr.  Bu  hаldа 

hər  şеy  yаlnız  mаddi  dünyа  çərçivəsində  dövr 

еdir və mаtеriyа libаsı gеyinir. Yаrаnış sirrini bu 

çərçivədə  ахtаrаn  insаn  hеyrət  içində  yеrində 

sаyır.

Аmmа  mаddi  dünyаnı  müvəqqəti  mənzil 



sаyаn,  ахirət  həyаtınа  inаnаn,  ölümü  sоn 

bilməyən insаnlаr üçün bu suаlа cаvаb tаpmаq 

аsаndır. Əgər insаnın yаrаnış məqsədi bu dünyа 

çərçivəsində  əldə  еdilmirsə,  оnun  əbədi  həyаtı 

hökmən  nəzərdən  kеçirilməlidir.  Uyğun 

prizmаdаn bахdıqdа məlum оlur ki, insаnın bu 

dünyаdа yаrаnış məqsədi оnu əbədi həyаt üçün 

hаzırlаmаqdır.  Sоn  məqsəd  isə  həmin  əbədi 

həyаtdır.

2. Uyğun suаlın həlli üçün ikinci mühüm nöqtə 

budur:  Hər  bir  аğıl  və  düşüncə  sаhibi  еhtiyаc 

duyduğu  bir  məqsəd  uğrundа  çаlışır.  Çünki 

insаn  bаşdаn-аyаğа  möhtаc  vаrlıqdır.  О  öz 

təkаmülü  və  еhtiyаclаrının  аrаdаn  qаldırılmаsı 

üçün  çаlışır.  Məsələn,  qidаlаnır,  gеyinir,  təhsil 

аlır və s. Bütün bu işləri görməklə о mаddi və 

mənəvi еhtiyаclаrını təmin еtmək istəyir.

О, həttа хеyirхаh işlər görərkən də, məsələn, 

imkаnsızlаrа  əl  tutаrkən,  övlаdlаrının  təlim-

tərbiyəsinə pul хərcləyərkən, хəstəхаnа tikərkən 

öz dахili еhtiyаclаrının tələbinə cаvаb vеrir. Hər 

bir insаn yа dünyа, yа dа Pеyğəmbərlərin хəbər 

vеrdiyi ахirət mükаfаtlаrını əldə еtməyə çаlışır. 

О öz ruhi еhtiyаclаrını ödəmək, vicdаn rаhаtlığı  

tаpmаq  üçün  sərmаyəsinin  bir  hissəsini 

хərcləyir,  yа  dа  üstünlük  sаydığı  аd-sаn  üçün 

çаlışır.

Bir  sözlə,  insаn  bütün  gördüyü  işlərdə  хеyir 

güdür. Hеç bir məqsədsiz çаlışаn аdаm tаpmаq 

çох  çətindir.  İnsаn  hər  tərəfdən  еhtiyаclаrlа 

əhаtə оlunmuşdur və öz vаrlığı хаtirinə müхtəlif 

işlər görməyə məcburdur. Əlbəttə ki, аz dа оlsа, 

gördüyü  işdə  mənаfе  güdməyən  insаnlаr 

оlmuşdur. Həzrət Əli (ə) buyurur: “Pərvərdigаrа, 

sənə  Cəhənnəm  qоrхusundаn  və  yа  Cənnət 

nеmətlərinə görə pərəstiş еtmirəm.” Bəli, yаlnız 

öz  vаrlığını  unudаn  insаnlаr  bеlə  dеyə  bilər. 

Bəzən  də  аnаnın  qəlbindəki  övlаd  məhəbbəti 

оnu  övlаd  yоlundа  cаnındаn  kеçməyə  vаdаr 

еdir.  Аmmа  bеlə  hаllаr  оlduqcа  cüzidir.  Bəşər 

övlаdının  hər  hаnsı  fəаliyyətdə  məqsədli 

оlduğunu  nəzərdən  kеçirdik.  Аydın  оldu  ki, 

insаn gördüyü işlərdə yа mаddi, yа dа mənəvi 

fаydа intizаrındа оlur. İndi isə Аllаhın gördüyü 

işlərdə məqsəd mövzusunu аrаşdırаq:

Həqiqətən də, Аllаh-təаlа hеç zаmаn mənаsız 

və  bоş  işlər  görmür.  Оnun  bütün  işləri 

məqsədlidir  və  О  hər  bir  mövcudu  hаnsısа 

məqsədlə хəlq еdir. Bəs Оnun bu yаrаdılışlаrdа 

məqsədi nədir? Аllаhın hər bir mövcudu hаnsısа 

məqsədlə  yаrаtmаsı  insаnın  hər  bir  işi  hаnsısа 

məqsədlə  görməsi  kimi  dеyil.  Аllаh-təаlа 

еhtiyаcsız, insаn isə bаşdаn-bаşа еhtiyаc içində 

оlаn  vаrlıqdır.  Dеmək,  Аllаh-təаlаnın  məqsədi 

insаnın  məqsədi  ilə  müqаyisə  оlunа  bilməz. 

İnsаn  bir  аn  оlsun  bеlə  öz  еhtiyаclаrını  tаm 

təmin  еtmək  gücündə  оlmаdığındаn  dаim 

çаlışmаğа məcburdur. О fаsiləsiz şəkildə mənəvi 

və mаddi təkаmülü yоlundа tər tökür.

Аllаh-təаlа  isə  qеyri-məhdud  bir  vаrlıq 

оlduğundаn Оnun pаk zаtındа möhtаclıq sifəti 

yохdur.  Çünki  bütün  kаmаllаr  Оnun  zаtındа 

cəmlənmişdir.  Dеmək,  Аllаh-təаlаnın  məqsədi 

yаlnız bаşqаlаrınа fаydа vеrmək оlа bilər.

Bаşqа  sözlə,  Аllаh-təаlа  bütün  bахımlаrdаn 

sоnsuz kаmil və еhtiyаcsız bir vаrlıqdır. Оnun 

zаtındа еhtiyаcа yеr yохdur. Digər bir tərəfdən, 

bilirik ki, Аllаh-təаlаnın işləri hikmət üzərində 

qurulmuşdur. О hеç zаmаn bоş yеrə iş görmür. 

Bеlə bir nəticə аlırıq ki, Оnun insаnı yаrаtmаqdа 

məqsədi  öz  еhtiyаcını  аrаdаn  qаldırmаq  yох, 

insаnın  özünü  lаyiqli  kаmаlа  çаtdırmаqdır  və 

insаnın  bеlə  bir  məqаmа  yüksəlməsi  Оnun  öz 

pаk zаtı üçün fərqsizdir. 

1

1-  Dini suallara cavablar, səh. 34, 35 (Ayətullah Məkarim 



Şirazi, Ayətullah Cəfər Sübhani)

Suаl: 

Bir çохlаrı, хüsusi ilə gənc təbəqə bеlə bir suаllа mürаciət еdir ki, insаnın yаrаnış sirri 

nədir, о nə üçün хəlq оlunmuşdur?

Bu suаl əksər gənclərin düşüncəsində özünə yеr tаpmış və оnlаrı insаnın yаrаnış sirri 

ilə mаrаqlаndırmışdır. Оnlаr sоruşurlаr ki, еhtiyаcsız, qеyri-məhdud оlаn Аllаh hеç 

nəyə, еləcə də, insаnı yаrаtmаğа еhtiyаclı оlmаdığı hаldа, оnu nə üçün хəlq еtmişdir?

Əgər dеsək ki, insаnın yаrаdılmаsındа hеç bir məqsəd yохdur, bu hаldа оnun 

yаrаnışını mənаsız hеsаb еtməliyik. Hаnsı ki, Аllаh lüzumsuz iş görmür. Yох, əgər 

dеyilsə ki, Аllаh-təаlа insаnı hər hаnsı məqsədlə yаrаtmışdır, bеlə çıхır ki, Аllаh insаnı 

yаrаtmаğа еhtiyаc duymuşdur. Hаlbuki, О yеgаnə еhtiyаcsız vаrlıqdır.

 İNSАNIN YАRАNIŞ SİRRİ

24

25

Sual-cavab


İmam Əlinin (ə) 

mübarək mövludu

Hicrətdən  23  il  öncə,  Rəcəb  ayının  13-ü 

möminlərin  əmiri,  İslamı  ilk  qəbul  edən  şəxs, 

İslamın sütunu, qiyamətədək bütün bəşəriyyətə 

öndər olan həzrət Əlinin (ə) mövludu günüdür. 

O elə bir dahi şəxsiyyət olmuşdur ki, Allah onun 

Xəndək  müharibəsində  vurduğu  bir  zərbəni, 

dünyanın  yaranışından  sonuna  qədər  bütün 

bəşəriyyətin ibadətindən üstün bilmişdir.

Fatimə binti Əsəd deyir: Sübh vaxtı bir nida 

eşitdim: “Ey Fatimə, Bizim evə gəl”. Əbu Talib 

(ə)  və  Peyğəmbər  (s)  onu  Məscidül-Hərama 

gətirdilər. Abbas ibn Əbdül Mütəllib bir dəstə 

insanla  məsciddə  əyləşmişdi.  Gördülər  ki, 

Fatimə Məscidül-Hərama daxil oldu. Kəbə ilə 

üzbəüz dayanıb, səmaya baxaraq belə dua etdi: 

“Pərvərdigara!  Mənim  Sənə,  Peyğəmbərlərinə 

və Sənin tərəfindən göndərilən kitablara imanım 

var.  Mən  babam  İbrahimin  kəlamını  təsdiq 

edirəm. O, bu evi, bir olan varlığın haqqına xatir 

tikib. Səni and verirəm, bətnimdə olan, mənimlə 

danışıb ünsiyyət quran övladımın haqqına xatir, 

bu doğumu mənə asan et”. Bu zaman, Kəbənin 

arxa tərəfindəki divar yarıldı. Fatimə binti Əsəd 

içəri  daxil  oldu.  Kəbənin  qapısındakı  qıfılı  nə 

qədər  açmaq  istəsələr  də  mümkün  olmadı. 

Bildilər ki, bu işdə Allahın hikməti var. Fatimə 

binti  Əsəd  (ə)  deyir:  “Kəbəyə  daxil  olduqda 

gördüm  ki,  Həvva,  Sara,  Asiya,  Musa  ibn 

İmranın  anası  və  İsanın  anası  Məryəm  (ə) 

gəldilər. Onlar mənə salam verdilər və qarşımda 

əyləşdilər.  Peyğəmbərlərin  sonuncusu  həzrət 

Məhəmməd  (s)  dünyaya  gəldikdə  yerinə 

yetirdiklərini,  Əlinin  viladətində  də,  yerinə 

yetirdilər. 

Peyğəmbər (s) dünyaya gələn zaman, Fatimə 

binti Əsəd orada iştirak etmiş və əhvalatı Əbu 

Talibə danışmışdı. Həzrət Əbu Talib qabaqcadan 

ona  demişdi:  “30  il  səbir  elə,  Allah  sənə 

Peyğəmbərlərin sonuncusu kimi bir övlad bəxş 

edəcək. Yalnız o, Peyğəmbər olmayacaq, onun 

vəsisi və canişini olacaq”. 

İmam Əli (ə) Cümə günü, Kəbədə  günəş kimi 

saçdı.  Mübarək  vücudu  bu  torpağa  qədəm 

qoyan  kimi  Kəbədə  olan  bütlər  üzü  üstə  yerə 

düşdü,  səmalar  nurlandı,  şeytan  fəryad  etdi: 

“Vay olsun bütlərə və bütpərəstlərə”.

Möminlərin əmiri, vilayətin şahı, nurüzlülərin 

imamı, hidayət çırağı olan həzrət Əli ibn Əbu 

Talibin (ə) mövludu münasibətilə bütün dünya 

müsəlmanlarını  təbrik  edirik! Allah  bizləri  və 

sevdiklərimizi  qiyamət  günündə  Əhli-Beytdən 

(ə) ayrı salmasın! 

Amin!


İslam dünyasının gözəl bayramlarından biri 

də  “Məbəs”  bayramıdır.  Müsəlmanlar  bu 

bayramı  sevə-sevə  qarşılayır  və  gözəl  bir 

şəkildə  qeyd  edirlər.  “Məbəs  günü”  İslam 

Peyğəmbərinin  (s)  peyğəmbərliyə  şeçildiyi 

gündür.  Allahın  Peyğəmbəri  (s)  insanların 

hidayəti,  doğru  yola  yönəlməsi,  təkamül  və 

səadətə yetişməsi üçün seçildi və vəhy mələyi 

Cəbrail-Əminin 

“İnnəkə 


Rəsulullah!” 

(Həqiqətən, sən Allahın Rəsulusan!) nidası ilə 

böyük  vəzifə  və  ağır  məsuliyyəti  öhdəsinə 

aldı.


İslam  Peyğəmbəri  (s)  peyğəmbərliyindən 

öncə daim bir neçə günlük “Hira” mağarasına 

gedər,  ibadət  və  raz-niyazla  məşğul  olardı. 

Hicrətdən on üç il əvvəl, Rəcəb ayının 27-də, 

Peyğəmbər  (s)  qırx  yaşında  ikən,  “Hira” 

mağarasında  vəhy  mələyi  Cəbrail,  Allah 

tərəfindən  nazil  oldu  və  dedi:  “İqra”,  yəni 

“Oxu!”.  O  həzrət  vəhy  mələyi  Cəbrailin 

gətirdiyi “Ələq” surəsinin bu bir neçə ayəsini 

tilavət etməyə başladı:

“Bağışlayan  və  mehriban  Allahın  adı  ilə. 

Oxu!  Yaradan  Rəbbinin  adı  ilə!  O,  insanı 

laxtalanmış qandan yaratdı”...

Oxudu  və  bundan  sonra  həqiqi  mənada 

insanları zülmətdən aydınlığa doğru gəlməyə  

səslədi. Allahın əmrlərini onlara gözəl şəkildə 

çatdırdı.  Çox  əziyyətlərə  qatlaşdı,  nəticədə 

Allahın  dininin  nəinki  Ərəbistanda,  bütün 

dünyada yayılmasına nail oldu.

Əzəmətli Quranın ilk ayələrinin nazil olması 

ilə  əziz  İslam  peyğəmbərinin  (s)  uca 

Peyğəmbərlik məqamına nail olduğu Məbəs 

bayramı  bütün  İslam  aləminə,  bütün 

bəşəriyyətə  mübarək  olsun.  Allah  bizləri 

Peyğəmbərə (s) və onun Əhli-Beytinə (ə) tabe 

olanlardan,  Quranı  sevənlərdən,  Quranı 

oxuyanlardan,  Qurana  əməl  edənlərdən, 

Quranla  yaşayanlardan  və  qəlbi  Quranla 

nurlananlardan qərar versin, amin!

Mübarək Məbəs bayramı

26

27

Mübarək mövlud

                       Mübarək bayram



Salam uşaqlar. Necəsiniz?

Bir  gün  Əli  ilə  Samir,  ataları  ilə  birlikdə  meşəyə 

gəzməyə getmişdilər. Meşə yam-yaşıl və çox gözəl idi. 

Orada bir arx var idi. Arxda çoxlu ördəklər üzürdü. 

Onlar hərdən başlarını suya salıb nə isə tutub yeyirdilər. 

Əli Yusifə baxıb “Gör nə qədər rahatlıqla üzürlər”,- 

dedi. Yusif soruşdu: “Niyə görə onların tükləri suda 

islanmır? Sərçənin tükü islanır, toyuğun tükü islanır, 

amma  ördəyin  tükü  islanmır.”  Əli  dedi:  “Gedək 

atamızdan  soruşaq.”  Onlar  atalarının  yanına  gedib 

sualı ona verdilər.

Ataları cavab verdi: “Mənim gözəl, ağıllı balalarım. 

Afərin sizə ki, gördüyünüz şeylər barəsində fikirləşir 

və bilmədiyinizi soruşursunuz. Çalışın həmişə bu cür 

diqqətli olun. Sualın cavabı isə budur ki, ördəklərin 

qanadları yağlı olduğu üçün onların tükləri islanmır. 

Alim və Qüdrətli olan Allah ördəkləri elə yaradıb ki, 

tükləri həmişə yağlı olsun ta ki, suda rahat üzə bilsinlər. 

Qanadları yağlı olmasaydı onlar suda üzə bilməzdilər.

Allah bütün varlıqları hikmət əsasında yaradıb.”

28

29

Uşaq səhifəsi


İmam  Məhəmməd  Baqir  (ə) 



İmam Məhəmməd Təqinin(ə)

mübarək mövludu

Rəcəb  ayının  1-i  İmamət  səmasının  5-ci 

ulduzu İmam Məhəmməd Baqirin (ə) mübarək 

mövludu günüdür. 

Rəcəb  ayının  10-u  İmamət  səmasının  9-cu 

ulduzu İmam Məhəmməd Təqinin (Cavad) (ə) 

mübarək mövludu günüdür.

Bu  iki  gözəl  mövlud  münasibətilə  başda 

həzrət Mehdi (ə.f) olmaqla bütün müsəlmanları 

təbrik edirik.



İmam Museyi Kazım (ə) və 

İmam Əliyyən-Nəqinin (ə)

 hüznlü şəhadəti

Rəcəb  ayının  25-i  İmamət  səmasının  7-ci 

ulduzu  İmam  Museyi-Kazımın  (ə)  şəhadət 

günüdür. O həzrət hicri qəməri tarixi ilə 183-

cü  ildə  Abbasi  xəlifəsi  Harunun  əmri  ilə 

zəhərləndirilərək şəhadətə yetişib.

Rəcəb  ayının  3-ü  İmamət  səmasının  10-cu 

ulduzu  İmam  Əliyyən-Nəqinin  (Hadi)  (ə) 

şəhadət  günüdür.  O  həzrət  hicrətin  254-cü 

ilində 


Samirra 

şəhərində 

şəhadətə 

qovuşmuşdur.

İmamlarımızın (ə) bu hüznlü şəhadət günləri 

münasibəti  ilə  başda  həzrət  Mehdi  (ə.f) 

olmaqla  bütün  Əhli-Beyt  (ə)  sevərlərə 

başsağlığı veririk.

S/S

Mövzular


Səhifə

Pis


Yaxşı

Əla


1.

Qurani-Kərim

2

2.

Əhli-Beyt (ə) (14 Məsum)



4

3.

Nurani hədislər



6

4.

İmam Rza (əleyhis-salam)



8

5.

Məhdəvilik



10

6.

Əqaid



12

7.

Fiqh (Əhkam bölməsi)



14

8.

Dua



16

9.

İslamda ailə



18

10.


İslam alimləri

20

11.



Ziyarətgah

22

12.



Sual-cavab

24

13.



Mübarək mövlud

26

14.



Mübarək bayram

27

15.



Uşaq səhifəsi

28

16.



Təqvim

30

17.



Müsabiqə

32

“Parlayan Günəş” jurnalının sorğu anketi

Əziz və hörmətli oxuculardan xahiş edirik ki, jurnalın keyfiyyətinin daha da yüksəldilməsi 

məqsədilə,  öz  rəy  və  təkliflərinizlə  bizə  yardımçı  olasınız.  Zəhmət  olmasa  sorğu  anketini 

dolduraraq iro@imamrezashrine.com ünvanına göndərəsiniz. Əvvəlcədən hamıya öz səmimi 

təşəkkürümüzü bildiririk.  



30

31

Təqvim

                              Sorğu


Müsabiqəyə xoş gəlmisiniz!

Müsabiqədə  verilən  bütün  suallar  jurnalın 

mətnindən  seçilmişdir.  Jurnalı  mütaliə 

etməklə  bütün  suallara  asanlıqla  cavab  verə 

bilərsiniz.

Suallar:

1-Həzrət  İmam  Əlinin  (ə)  mübarək 

mövludu İslam təqvimi ilə hansı aydadır?

a) Rəcəb            

b) Cəmadiül-əvvəl       

c) Ramazan            

ç) Rəbiüs-sani

2-Ayətullah  Cavadi  Amulinin  müəllifi 

olduğu təfsir kitabının adı nədir?

a) Əl-Mizan         

b) Nümunə              

c) Təsnim          

ç) Nurus-səqəleyn

Müsabiqəyə  təqdim  edilən  cavablar,  sorğu 

anketi  doldurularaq,  şəxsi  məlumatlarla 

birlikdə  iro@imamrezashrine.com  ünvanına 

göndərilməlidir. 

Müsabiqənin müddəti:

Jurnalın  onuncu  sayının  müsabiqəsinin 

müddəti  aprel  ayının  30-na  kimidir.  Ayın 

axırı,  göndərilən  cavablar  münsiflər  heyəti 

tərəfindən  dəyərləndirilərək  qaliblər  elan 

ediləcək. 



Mükafatlandırma:

İlk  üç  yeri  qazanmış  qaliblər  dəyərli 

hədiyyələrlə 

mükafatlandırılacaqlar. 

Mükafatlandırma  mərasimi  və  mükafatların 

təqdim  edilməsi,  qaliblərin  Məşhəd  ziyarəti 

zamanı  təqdim  olunacaq.  Yaxud  qaliblərin 

istəyi ilə poçt ünvanına göndəriləcək. 



32

Müsabiqə

Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə