Parlayan Günəş aylıq jurnal Təsisçi: İmam Rza (əleyhis-salam)-ın müqəddəs hərəmi Məsul müdir



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə7/8
tarix30.10.2018
ölçüsü3,63 Mb.
#76125
1   2   3   4   5   6   7   8

Ər-arvadın  ailədə  möhtac  olduqları  iki 

mühüm  xüsusiyyət  qarşılıqlı  güzəşt  və 

xətaları örtməkdir.

Bu  gözəl  xislət  ilahi  peyğəmbərlərin  və 

məsum  İmamların  (əleyhimus-salam) 

rəftarında  özünü  tam  və  bariz  şəkildə 

göstərmişdir.  O  alicənab  və  nümunəvi 

insanlar  çox  güzəşt  edib  xəta  və  səhvləri 

gizlədirdilər.

Bir gün şamlı bir nəfər Mədinə şəhərinə 

gələrək  İmam  Həsən  (əleyhis-salam)-la 

rastlaşır, amma o həzrəti tanımır. Həzrətdən 

kim  olduğunu  soruşduqda  onu  tanıyır. 

Əhli-Beyt  düşmənlərinin  apardıqları 

xoşagəlməz və yanlış təbliğatın təsiri ona 

da  nüfuz  etdiyindən  “qürbətən  iləllah” 

(Allaha xoş getsin deyə) o həzrətə nalayiq 

sözlər  deyərək  ürəyindəki  kin-küdurəti 

aşkara  çıxartdı,  öz  ədəbini  göstərdi.  Bu 

nalayiq hərəkət müqabilində İmam Həsən 

(əleyhis-salam)  əsəbiləşmədən,  narahat-

lığını  büruzə  vermədən  mülayim  və 

məhəbbət  dolu  nəzərini  o  kişiyə  salır  və 

gözəl  xasiyyətə  sahib  olmaq  haqqında 

onun üçün bir neçə Quran ayəsi tilavət edir 

və sonra buyurur: “Mən sənə hər cür kömək 

və  xidmət  göstərməyə  hazıram.”  Sonra 

həzrət ondan soruşur: “Şam əhlindənsən?” 

O  kişi  cavab  verir:  “Bəli”.  Həzrət  belə 

buyurur: “Sən bizim şəhərdə qəribsən, əgər 

bir şeyə ehtiyacın varsa sənə kömək etməyə 

hazıram, gəl səni öz evimə qonaq aparım. 

Paltarın  yoxdursa,  səni  geyindirim,  pulun 

yoxdursa  sənə  pul  verim.”  Şamlı  kişi  öz 

yaramaz  əxlaqı  müqabilində  kəskin 

reaksiya gözləyirdi və bu cür güzəşt və əfvi 

təsəvvür  etmirdi.  Amma  İmamın  bu  cür 

mülayim  rəftarından  sonra  elə  dəyişdi  ki, 

“o  vaxt  arzu  etdim  kaş  yer  aralanaydı  və 

mən yerə girəydim ki, bu cür ədəbsizlik və 

ölçüsüz  kobudluğa  yol  verməyəydim.  O 

vaxta kimi mənim üçün yer üzündə Həsən 

ibni Əli və atasından (Allahın salamı onlara 

olsun) başqa bir düşmən yox idi, amma bu 

hadisədən sonra mənim ondan və atasından 

yaxın və sevimli bir kəsim yoxdur”,- deyə 

xatırlayırdı.

1

 



1-  Səfinətül-bihar, 2-ci cild, səh. 207

QARŞILIQLI GÜZƏŞT VƏ 

XƏTALARI ÖRTMƏK

 DAHA BİR NÜMUNƏ

  Həzrət  Yusif  (əleyhis-salam)-ın  öz 

qardaşları və Züleyxanın günahından geçərək 

onları  bağışlaması  Allah  övliyalarının 

ardıcılları  üçün  tutarlı  bir  nümunədir. Allah 

peyğəmbəri qardaşlarının ona etdikləri böyük 

zülmün  qarşısında  yüksək  qüdrət  və  izzət 

sahibi olduğu halda böyüklük və alicənablıqla 

güzəşt edərək onlara deyir: “Siz məni Misirin 

şərafətlisi  və  böyüyü  etdiniz.”  Qırx  ildən 

sonra  atası  ilə  görüşərkən  ona  “Şeytan 

mənimlə  qardaşlarım  arasında  fitnə-fəsad 

saldı”,- söyləyir.

Doqquz illik zindan əziyyətini unudaraq və 

Züleyxanın  günahından  keçərək  onu 

bağışlayır.

 Beləliklə, peyğəmbər və din rəhbərlərinin 

günahı  bağışlayaraq  güzəştə  getmələrindən 

ibrət  dərsi  öyrənməklə  yanaşı  özümüzü 

Quran  ayəsinə  layiq  göstərək.  Quran  bu 

zəminədə buyurur:

“İman  əhli  gərək  güzəşt  etsinlər  və 

başqalarının  günahını  üzə  vurmasınlar. 

Məgər  istəmirsiniz  ki,  Allah  sizin 

günahınızdan  keçsin?!  Əlbəttə,  Allah  daha 

çox bağışlayan və mehribandır.”

1

 



GÜZƏŞTİN TƏSİRİ

İnsan ailə və ya cəmiyyətdəki kiçik səhvləri 

görməməzliyə vurub güzəştə getsə, belə bir 

hərəkətin o mühitdə müsbət təsiri olacaq və 

öz ardınca səfa-səmimiyyət gətirəcəkdir. Ən 

başlıcası budur ki, belə bir hərəkət Qiyamət 

günündə  Allah-təalanın  insanın  xəta  və 

pisliklərinə göz yumaraq onu bağışlamasına 

səbəb  olar.  Əfv  və  güzəştin  olması  ailə 

mühitini  hərarətli  saxlayaraq  günahların 

bağışlanmasına  səbəb  olacaqdır.  Elə  isə  hər 

vaxt  bir-birinizin  səhv  və  ya  xətası  ilə 

qarşılaşsanız,  güzəşt,  mehribanlıq  və  əfv 

şölələrini  qəlblərinizdə  alovlandırıb  isti  ailə 

ocağınızda  bir-birinizi  bağışlayaraq  əfv  və 

rəhmət kölgəsində başdan-başa məhəbbət və 

şövqlə  dolu,  xoş  və  mənəviyyatlı  bir  həyat 

keçirərsiniz.

2

 

1-  Nur surəsi, ayə 22



2-  Ailə səadətinə necə nail olaq?, səh. 17-18, (Ayətullah 

Hüseyn Məzahiri)



18

19

İslamda ailə


Müqəddəs Qum şəhərinin böyük təqlid mərcələrindən olan Ayətullah Cavadi Amuli 

İslam dünyasının iftixarı sayılan alimlərdən biridir. O, uca məqamlı fəqih, dahi arif

İslam fəlsəfəsinin inkişafında böyük rolu olan tanınmış və məşhur filosof, həmçinin 

“Təsnim” adlı İslam dünyasının ən əzəmətli təfsir kitabını yazmaqda olan dahi təfsir 

alimidir. O, öz əsərləri ilə insanların qəlbinə yol tapan, sevilən, seçilən alimlərdəndir.

Təvəllüdü

Ayətullah Abdullah Cavadi Amuli 1312 hicri-şəmsi ilində (miladi 1933-cü ildə) Amul 

məntəqəsində ruhani bir ailədə dünyaya göz açmışdır. Atası höccətul-islam vəl-

muslimin Mirzə Əbul-Həsən Cavad Amuli öz zamanında Amulun məşhur ruhani və 

alimlərindən biri olmuşdur. 

Ayətullah Cavadi Amuli

20

21

Təhsili

Ayətullah Cavadi Amuli ibtidai təhsilini Amulda 

başa vurduqdan sonra atasının elm hövzəsinə daxil 

olmaq  haqqında  təklifini  qəbul  edir.  Hövzə 

elmlərinin müqəddiməsini, yəni nəhv, sərf, məntiq, 

üsul və s. müqəddimə xüsusiyyəti daşıyan elmləri 

Amul  ustadlarının  yanında,  bəzi  dərsləri  isə 

atasından  öyrənir.  Daha  sonra  müxtəlif  yerlərdə 

böyük  ustadların  dərslərindən  bəhrələnir.  O, 

təhsilini Tehran elm hövzəsi və Mərvi mədrəsəsində 

davam etdirir. Orada Ayətullah Şeyx Məhəmməd 

Təqi  Amuli,  Əbulhəsən  Şərani,  Mirzə  Mehdi 

Muhyiddin  İlahi  Qumşei,  Huseyn  Fazil  Tuni  və 

digər  böyük  ustadlardan  fiqh,  üsul,  məqul,  heyət 

və irfan elmlərini öyrənir. Tehran elm hövzəsindəki 

beş illik təhsildən sonra böyük Qum elm hövzəsinə 

gedir  və  orada  təhsilini  davam  etdirir.  Qum  elm 

hövzəsində elmi səviyyəsini daha da artıraraq fiqh, 

üsul,  fəlsəfə,  kəlam,  irfan  və  Quran  təfsiri  kimi 

İslam elmlərində ali dərəcələrə nail olur.



Ustadları

Ayətullah Bürucerdi, Ayətullah Xomeyni, Əllamə 

Təbatəbai, Ayətullah Muhəqqiq Damad, Ayətullah 

Mirza Haşim Amuli, Ayətullah Şeyx Məhəmməd 

Təqi Amuli və s.

Tədrisi

Təhsilini başa vurduqdan sonra, müxtəlif kitabları 

tədris etməklə yanaşı elmi kitabların nəşrinə xüsusi 

diqqət  yetirmişdir.  Tədris  etdikləri  kitablardan 

“şərhe eşarat”, “şərhe təcrid”, “şərhe mənzumə”, 

“şəvahid  əl-rububiyyə”,  “ət-təhsil  “,  “şəfa”, 

“əsfar”,  “təmhid  əl-qəvaid”,  “şərhe  fusus  əl-

hekəm”, “misbah əl-uns” və s. kitabların adlarını 

qeyd  etmək  olar.  Hal-hazırda  onun  təfsir,  fəlsəfə 

və  fiqh  elminin  xaric  dərsləri  həzrət  Məsumənin 

(s.ə)  müqəddəs  hərəmində  minlərlə  tələbənin 

iştirakı  ilə  hövzənin  ən  mühüm  dərslərindən 

sayılır.  Onun  dərsləri  İran  İslam  Respublikasının 

Radio-Televiziyası  vasitəsilə  yayımlanır  və 

milyonlarla  insan  onun  dərslərindən  faydalanır. 

Bundan  əlavə  o,  1373-cü  ildə  beynəlxalq  “İsra” 

təhqiqat mərkəzini yaratmışdır. Bir çox elmi işləri 

bu mərkəz vasitəsi ilə həyata keçirilməkdədir. Bu 

böyük  şəxsiyyətin  dünyada  İslam  maarifinin 

yayılmasında  çox  böyük  rolu  olmuş,  indi  də  bu 

sahədə fəaliyyətlərini davam etdirməkdədir. 

Şagirdləri

 Yuxarıda qeyd etdiyimiz kimi Ayətullah Cavadi 

Amuli  müxtəlif  təhsil  mərkəzlərində  müxtəlif 

dərsləri tədris etməklə məşğul olmuşdur. Bu böyük 

ustad  cəmiyyət  üçün  yüzlərlə  tələbə  yetişdirib. 

Onun şagirdlərinin bir çoxu hal-hazırda siyasi və 

böyük din xadimlərindəndir. Şagirdlərindən Seyid 

Məhəmməd  Cavad  Pişvayi,  Mehdi  Şəbzindedar, 

Mustafa  Bürucerdi,  Məhəmməd  Cavad  Fazil 

Lənkərani, Qulamrıza Fəyyazi, Mustafa Məlikiyan 

və s. adlarını çəkmək olar.

                        Əsərləri

 

Onun İslam elmlərinin müxtəlif sahələri ilə bağlı 



çoxlu dəyərli əsərləri vardır. Təfsir, Kəlam, İrfan, 

Fəlsəfə,  Fiqh,  və  s.  sahələrdə  yazdığı  iki  yüzə 

yaxın  kitab  İslam  maarifinin  bənzərsiz  şah 

əsərlərindəndir.  Ən  mühüm  əsərlərindən  Qurani-

Kərimin tərtibi təfsiri olan “Təsnim” adlı təfsirdir. 

İndiyə  kimi  bu  təfsirin  49  cildi  çap  olunub. 

Tələbələrin səmimi qəlblə etdikləri dualardan biri 

budur  ki, Allah-təala  onların  ömürlərindən  kəsib 

ağanın  ömrünü  uzadsın,  ta  ki,  bu  dəyərli  təfsir 

kitabını sona çatdıra bilsin.

Ayətullah  Cavadi  Amulinin  əsərləri  müxtəlif 

dillərə  tərcümə  olunub  və  olunmaqdadır.  Ana 

dilimizə  tərcümə  olunmuş  dəyərli  əsərlərindən 

aşağıdakıların  adını  çəkmək  olar:  “Mərifət”, 

“Hikməte-əməli”,  “Xilqətin  sirri”,  “Məfatihul-

həyat” “Qadın-calal və camal aynasında” və s. 

Azərbaycan  dilinə  tərcümə  olunan  mühüm 

əsərlərindən  biri  “Məfatihul-Həyat”  (Həyatın 

açarları) kitabıdır. İnsanın yaşayışının demək olar 

ki, bütün sahələrindən bəhs edən bu dəyərli kitab 

dörd hissədən ibarətdir. Birinci hissədə insanın özü 

ilə, ikinci hissədə insanlarla, üçüncü və dördüncü 

hissədə  isə  təbiət  və  heyvanlarla  olan 

münasibətlərindən söhbət açılır. 



Hazırkı fəaliyyətləri

Bu  böyük  İslam  mütəfəkkiri,  hal-hazırda 

“Xübreqan”  məclisinin  nümayəndələrindən  biri 

olmaqla yanaşı, Qum elm hövzəsində fiqh və üsul 

elminin xaric dərslərini, təfsir və fəlsəfə elmlərini 

tədris etməklə məşğuldur və beynəlxalq “İsra” və 

digər 

elmi 


müəssisələrin 

rəhbərliyinin 

məsuliyyətini öz öhdəsində daşıyır. 

Ölkə  Prezidenti,  Milli  Məclisin  sədri,  ölkənin 

Baş  prokuroru  və  digər  yüksək  rütbəli  dövlət 

məmurları  onun  görüşünə  gələrək,  onun  müdrik 

məsləhətlərindən  və  hikmətli  nəsihətlərindən 

faydalanırlar.  Həm  keçmişdə,  həm  də  indiki 

zamanda onun siyasi sahədə göstərdiyi fəaliyyətlər 

İslam  İnqilabının  bərəkətindən  yaranan  parlaq 

səhifələrdəndir. 

1

1-   www.javadi.esra.ir



İslam alimləri


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə