Parlayan Günəş aylıq jurnal Təsisçi: İmam Rza (əleyhis-salam)-ın müqəddəs hərəmi Məsul müdir



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə4/8
tarix30.10.2018
ölçüsü3,63 Mb.
#76125
1   2   3   4   5   6   7   8

(İkinci hissə)

Məqalənin birinci hissəsində İmam Mehdinin 

(ə.f) xüsusi nümayəndələrinin əsas vəzifə və 

fəaliyyətlərindən  üçü  haqqında  söhbət  etdik. 

1. İmam Mehdinin (ə.f) adını və yerini gizli 

saxlamaq;  2.  Vəkillərə  (nümayəndələrə) 

rəhbərlik etmək; 3. İmama məxsus olan şəri 

vergilərin toplanıb paylanması. Bu məqalədə 

isə digər iki vəzifə haqqında izah veriləcək.

4. Fiqhi suallar və əqidəvi şübhələrə cavab 

vermək

İmam  Mehdinin  (ə.f)  xüsusi  nümayən-

dələrinin  fəaliyyəti  təkcə  qeyd  etdiyimiz 

bəndlərlə  qurtarmır.  Onlar  eyni  zamanda 

müxtəlif  şəri  və  fiqhi  sullara  cavab  verir, 

əqidəvi  çətinlikləri  həll  edir  və  müxaliflərin 

irəli  sürdüyü  şübhələri  aradan  qaldırırdılar. 

İmamın xüsusi nümayəndələri bu vəzifələri o 

Həzrətin təlimindən istifadə edərək öz yüksək 

elmləri  sayəsində  layiqincəsinə  yerinə  yeti-

rirdilər. Bu nümayəndələrin həyatına qısa bir 

baxış  onların  bu  sahədəki  səy  və  uğurlarını 

çox yaxşı şəkildə oxucuya çatdırır. Onlar bir 

tərəfdən İmamın olmamasına dair yürüdülmüş 

iddiaları dəf edir, bu yolda bəzi vaxtlar məcbur 

olub  İmamla  gizli  əlaqələrinin  üstünü  açır,

1

  

bəzi  vaxtlar  isə  bu  barədə  İmamdan  məktub 



gələrək  o  Həzrətin  özü  onların  köməyinə 

gəlirdi.


2

  Digər tərəfdən də, şiələrin müxtəlif 

şəri və fiqhi suallarını İmama göndərib onların 

cavabını  öyrənir,  sonra  da  camaata  çatdırır-

dılar. Nümunə olaraq İmamın Məhəmməd ibn 

Osmana yazdığı və onda İshaq ibn Yəqubun 

1-  Kəmalüddin, səh. 440–441.

2-  Əl-Qeybət, səh. 176–177

suallarına cavab verdiyi məktubu qeyd etmək 

olar.


3

  Həmçinin,  İmamın  Qum  camaatının 

nümayəndəsi  Məhəmməd  ibn  Abdullah  ibn 

Cəfər  Himyərinin  suallarına  verdiyi  geniş 

məktubu da qeyd etmək olar.

4

 



Qeyd etdiklərimizdən əlavə, bəzi vaxtlar xü-

susi  nümayəndələr  müxaliflərlə  elmi  müba-

hisələr edib onları məhkum edir və verdikləri 

cavabların  İmamdan  öyrəndiklərinə  təkid 

edirdilər.  Məsələn,  Hüseyn  ibn  Ruh  bir 

mübahisə  zamanı  İmam  Hüseyn  əleyhis-

salamın şəhadətinə dair şübhə irəli sürmüş bir 

müxalifə çox gözəl cavab verir. Onun səhərisi 

gün isə bu cavabın onu öz şəxsi fikrinə əsasən, 

verilməsini  güman  edən  bir  şiəyə  deyir: 

“Göydən yerə düşərək quşlara yem olmağım, 

yaxud  şiddətli  bir  küləyin  məni  uzaqlara 

aparıb  atması  mənim  üçün  Allahın  dinində 

şəxsi  nəzərimi  söyləməkdən  daha  yaxşıdır. 

Dünən eşitdiklərinin hamısı Allahın höccətinin 

(İmam  Mehdinin  (ə.f))  buyurduqlarıdır.” 

Həmçinin,  o,  əqaid  elmində  öz  dövrünün 

görkəmli şəxslərindən birinin İmam Museyi-

Kazim  əleyhis-salamın  şəhadətinin  səbəbi, 

məsum  İmamların  qılıncla,  yoxsa  zəhərlə 

öldürülməsi  və  eləcə  də,  xanım  Zəhranın 

(səlamullahi əleyha) Peyğəmbərin (səlləllahu 

əleyhi  və  alih)  digər  qızlarından  üstün 

olmasının səbəbini soruşduqda, ona aydın və 

qaneedici cavab vermişdir. Belə ki, onun bu 

cavabı həmin şəxsi heyran qoymuş, nəticədə 

o,  “bu  barədə  bundan  gözəl  və  qısa  cavab 

eşitməmişəm”,- demişdir.

5

3-  Ə’lamül-vəra, səh. 452–453



4-  Əl-Qeybət, səh. 229–236

5-  Əl-Qeybət, səh. 238–239



İmam Mehdinin

 (Allah zühurunu tezləşdirsin) 

xüsusi nümayəndələrinin əsas vəzifə və fəaliyyətləri

10

11

Məhdəvilik

5.  İmamın  naibi  olmaq  haqda  iddia 

edənlərlə mübarizə

Qulat


1

  və İmamın nümayəndəsi olub onunla 

camaat arasında bir vasitə olmaq haqda iddia 

edənlərə  qarşı  mübarizəni  də,  xüsusi 

nümayəndələrin  fəaliyyəti  sırasına  daxil 

etmək lazımdır. İmam Əliyyən-Nəqi əleyhis-

salamın həyatından danışarkən qeyd etdik ki, 

yolunu azmış və bir sıra məqampərəst şəxslər 

İmamları  Allah  səviyyəsinə  çatdırmaq  kimi 

əsassız  məsələləri  irəli  sürməklə  özlərini 

onların  nümayəndəsi,  onların  bəndələr 

arasındakı vasitəçisi adlandıraraq İmamın adı 

ilə camaatdan xüms və bu kimi şəri vergiləri 

təhvil alırdılar. Təbii ki, bu məsələ də, şiənin 

adını  ləkələyərək  İmamlar  üçün  bir  sıra 

çətinliklər  yaradırdı.  Kiçik  qeyb  dövründə 

bunlardan  əlavə,  özlərini  yalandan  İmamın 

xüsusi  nümayəndəsi  adlandıran  şəxslər  də 

meydana  çıxır.  Onlar  İmama  məxsus  olan 

əmlakda yersiz təsərrüf edir, fiqhi və əqidəvi 

məsələlərdə  azdırıcı  və  həqiqətdənkənar 

sözlər deyirdilər. Belə olduqda İmamın xüsusi 

nümayəndələri İmamın öz göstərişi ilə onlarla 

mübarizə  etməyə  başladılar.  Bəzi  vaxtlar 

onların qeyri-məqbul və lənətlənmələrinə dair 

İmamdan  məktublar  da  gəlirdi.  Əbu 

Məhəmməd  Şərii,  Məhəmməd  ibn  Nəsir  

 

1-  Əqidədə yollarını azmış bir qrup



Nümeyri, Əhməd ibn Hilal Kərxi, Əbu Tahir 

Məhəmməd  ibn  Əli  ibn  Bilal,  Hüseyn  ibn 

Mənsur Həllac və Məhəmməd ibn Şəlməğani 

bu  cür  şəxslərdən  olmuşlar.

2

    Adını  sonda 



qeyd  etdiyimiz  Şəlməğani  əvvəllər  şiə 

fəqihlərindən olmuş və hətta “Təklif” adlı bir 

kitab  da  yazmışdı.  Lakin  sonradan  yolunu 

azıb ifrat dərəcəsinə vararaq küframiz iddialar 

irəli  sürmüşdür.  O  cümlədən  “Ruhun  başqa 

bədənə  keçməsi”  nəzəriyyəsinə  təkid  edərək 

deyirdi ki, Peyğəmbərin (səlləllahu əleyhi və 

alih) ruhu (ikinci nümayəndə) Məhəmməd ibn 

Osmanın,  Əli  əleyhis-salamın  ruhu  (üçüncü 

nümayəndə)  Hüseyn  ibn  Ruhun,  xanım 

Fatimeyi-Zəhranın (səlamullahi əleyha) ruhu 

isə  Məhəmməd  ibn  Osmanın  qızı  Ümmü-

Külsümün  bədəninə  keçmişdir.  Hüseyn  ibn 

Ruh  onun  bu  fikrini  kafirlik  əqidəsi  hesab 

etmiş, onu məsihilərin əqidələrindən sayaraq 

Şəlməğaninin  batil  fikirlərini  öz  tayfası 

arasında  ifşa  edərək  onu  rüsvay  edir. 

Şəlməğaninin  ziyankar  təbliğatı  nəticəsində 

hicrətin üç yüz on ikinci ilinin zil-hiccə ayında 

İmam  Mehdidən  (ə.f)  onun  kafir  və  mürtəd 

(dindən çıxmış) olması haqqında Hüseyn ibn 

Ruha  bir  məktub  gəlir.  Nəhayət  hicrətin  üç 

yüz iyirmi üçüncü ilində Şəlməğani öldürülür.

3

 



2-  Əl-Qeybət, səh. 244

3- “Sireye Pişvayan”, İmam Mehdinin (ə.f) həyatı bölməsi 

(ixtisarla) 



Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə