Parlayan Günəş aylıq jurnal Təsisçi: İmam Rza (əleyhis-salam)-ın müqəddəs hərəmi Məsul müdir



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix30.10.2018
ölçüsü3,63 Mb.
#76125
1   2   3   4   5   6   7   8

Bəzən  ola  bilsin  ki,  yuxarıda  deyilən 

səbəblərdən  heç  biri  ortada  olmasın.  Lakin 

xudbinlik  və  özünüsevmə  insanın  zülmə  əl 

atmasına, yaxud  intiqam, qəzəb və ya qəlbində 

olan kin-küdurət üzündən zülm etməsinə bais 

olur.


Yuxarıda  deyilən  səbəblərin  heç  birinin 

Allahda  olmadığını  nəzərə  almaqla  belə 

nəticəyə gəlmək olar ki, Allah heç vaxt zülm 

etməz. Çünki O, hər şeyi bilir (deməli, zülmün 

birinci  səbəbi  olan  cəhl  onun  vücudunda 

yoxdur),  heç  kimə  ehtiyacı  yoxdur  (deməli, 

zülmün  ikinci  səbəbi  olan  ehtiyac  da  onda 

yoxdur) və O, hər bir insana mehribandır (və 

zülmün heç bir səbəbi onda yoxdur. Deməli, O 

zalım deyildir). O, sonsuz bir varlıqdır və onun 

kamalının  həddi-hüdudu  yoxdur.  Belə  bir 

varlıqdan ədalət və xeyirdən başqa bir iş baş 

verməz. Zalım və kafirləri cəzalandırarsa, bu 

onun zülmünə dəlalət etmir. Əksinə, kafirlərin 

öz  əməllərinin  nəticəsidir.  İndi  də  gördükləri 

işlərin  nəticəsinə  yetişirlər.  Elə  bil,  narkotik 

maddələr  istifadə  etməklə  və  spirtli  içkilər 

içməklə bir nəfər özünü sağalmaz və məhvedici 

xəstəliklərə düçar edir.

Quran bu məsələni belə açıqlayır: “Bu, yalnız 



(dünyada  gördüyünüz  pis)  əmələrin 

nəticəsidir.  (Sizə  artıq  və  əlavə  heç  bir  şey 

edilmir.)” (Nəml, 90).

3. Quran və Allahın ədaləti

Diqqəti cəlb edən məsələ budur ki, Quranda 

da Allahın ədaləti barədə çoxlu ayələr gəlmiş 

və  bu  məsələ  çox  gözəl  surətdə  bəyan 

olunmuşdur.

Bir ayə belə buyurur: “Doğrudan da, Allah 



insanlara  zərrə  qədər  zülm  etməz,  lakin 

insanlar özləri özlərinə zülm edərlər.” (Yunis, 

44).  Başqa  bir  ayədə  oxuyuruq:  “Doğrudan 

da,  Allah  (heç  kəsə)  zərrə  qədər  belə  zülm 

etməz.” (Nisa,40). Qiyamətdə sorğu-sualın da 

ədalətlə  keçiriləcəyi  barədə  deyilir:  “Biz 



qiyamət  günü  üçün  ədalət  tərəzisi  qurarıq. 

Heç  kəsə  əsla  haqsızlıq  və  zülm  edilməz.” 

(Ənbiya, 47). 

(Xatırladaq ki, sonuncu ayədə deyilən tərəzi 

insanın yaxşı və pis əməllərini ölçən tərəzidir 

və  bu  dünyanın  tərəziləri  kimi  adi  tərəzi 

deyildir.)

4. Ədalətə dəvət

Bundan öncə dedik ki, insan gərək, Allahın 

sifətlərini  özünə  nümunə  və  örnək  etsin. 

Bununla  da Allahın  sifətləri  cəmiyyətdə  icra 

olunsun. Buna əsasən, Quran Allahın ədalətinə 

işarə etdiyi qədər cəmiyyətdə və insanların hər 

bir fərdi tərəfindən də ədalətin icra olunmasına 

böyük  əhəmiyyət  verir.  Quran  bir  çox  ayədə 

insanların  və  keçmiş  nəsillərin  azğınlığının 

əsas  səbəbini  zülm  olaraq  göstərmişdir  və 

onları ən acınacaqlı əzaba düçar olmuş insanlar 

hesab etmişdir.

Qurani-Kərim  keçmiş  nəsillərin  başına 

gələnləri  bəyan  etməklə  zülm  və  fəsadın 

nəticəsində  keçmiş  nəsilləri  Allah  əzabına 

düçar  olduğunu  deyir  və  insanları  xəbərdar 

edir  ki,  zülmün  nəticəsində  belə  bir  əzaba 

düçar olmalarından qorxsunlar.

Quran açıq-aşkar və ümumi bir qayda-qanun 

kimi  buyurur:  “Həqiqətən, Allah  (Quranda 



insanlara)  ədalətli  olmağı,  yaxşılıq  etməyi, 

qohumlara haqqını verməyi (kasıb qohum-

əqrəbaya  şəriətin  vacib  bildiyi  tərzdə  əl 

tutmağı)  tövsiyə,    zina  etməyi,  pis  işlər 

görməyi və zülm etməyi isə qadağan edir.” 

(Nəhl, 90).

Bilməliyik ki, zülm etmək pis və bəyənilməz 

iş olduğu kimi, zülmü qəbul etmək də İslam və 

Quran  nəzərindən  pis  və  bəyənilməz  bir  iş 

hesab  olunur.  Bunu  Bəqərə  surəsinin  279-cu 

ayəsi də bəyan edir: “Nə zülm edərsiniz, nə 



də  sizə  zülm  olunar.  (Nə  zülm  edin,  nə  də 

zülmü qəbul etməyin.)”

Qısa  sözlə  desək,  zülmü  qəbul  edib  zalıma 

boyun  əymək  zalımı  daha  da  həvəsləndirir, 

nəticədə həddən artıq çox zülm olunur. Bu iş 

(zülmə tabe olmaq) özü də bir növ zülm hesab 

olunur. 


1

1-  Gənclər üçün “Üsulid-din” haqqında 50 dərs, (Ayətullah 

Məkarim Şirazi), Ədalət bəhsi, 2-ci dərs, (ixtisarla).

1. Ağıl nəzərindən yaxşılıq və pislik

Bilməliyik ki, insan ağlı bir həddə qədər yaxşılıq 

və pisliyi dərk edir. (Bu bəhsin adını alimlər “ağıl 

nəzərindən yaxşılıq və pislik” adlandırmışlar).

Məsələn,  bilirik  ki,  ədalət,  ehsan  vermək 

yaxşı,  zülm,  paxıllıq  isə  pis  işdir.  Hətta, 

bunu din və məzhəbi olmayanlar da bilir. 

Düzdür, bir sıra işlər var ki, insanın ağıl 

və düşüncəsi onu anlamaqda acizdir və 

bu işdə gərək, peyğəmbər (və imamlar) 

onlara kömək etsin.

Deməli,  müsəlmanlardan  “əşairə” 

adlanan bir qrup hətta ədalət və zülm 

kimi    işlərin  “ağıl”  nəzərindən 

yaxşılıq  və  pisliyini  inkar  edirsə  və 

yaxşılıq  və  pisliyi  təyin  etməyi 

Allahın öhdəsinə qoyursa, açıq-aşkar 

səhvə yol verir.

Əgər  insanın  ağlı  yaxşılıqla  pisliyi 

təyin  edə  bilmirsə,  bəs  onda  “Allah 

möcüzəni  yalançı  şəxslərə  verməz” 

məsələsini  necə  anlaya  bilərik?  Lakin 

yalan  danışmağın  pis  iş  olduğunu  və  

Allahın  belə  bir  iş  görmədiyini  bildikdə 

anlayırıq  ki,  Allahın  verdiyi  bütün  vədlər 

haqq,  (peyğəmbərlərin  vasitəsi  ilə)    dediyi 

bütün sözlər həqiqətdir. O, heç vaxt yalançıya 

(özünü  yalandan  peyğəmbər  adlandıran  şəxsə) 

kömək etməz və ona möcüzə  göndərməz. Bununla 

da şəriət və dinə etimad etmək olar.

Deməli,  belə  nəticəyə  gəlirik  ki,  ağıl  nəzərindən 

yaxşılıq  və  pislik  məsələsi  dinin  əsas  bəhslərindən 

biridir. (Diqqət.)

İndi isə Allahın ədalətinin sübutlarına qayıdırıq. 



2.  Zülmün  mənbəyi  və  səbəbi  aşağıdakı  işlərdən 

biridir

A) Cəhl və nadanlıq

Zülm  edən  şəxs  bəzən  nə  etdiyini  bilmir.  Başqasının 

haqqını tapdaladığını bilmir və öz işindən xəbərsizdir.

B) Ehtiyac

Bəzən başqalarının əlində olan şey insanı məcbur edir ki, 

bu şeytani işə (zülmə) əl atsın. Ancaq əgər insanın həmin 

şeyə ehtiyacı olmasaydı, bu işə əl atmazdı.



C) Acizlik

Bəzən  insan  başqasının  haqqını  kəsmək  istəmir, 

lakin  buna  imkan  və  qüdrəti  çatmır  və  istər-

istəməz zülm edir.



Ç)  Xudbinlik,  qəzəb,  intiqam  və  kin-

küdurət

Allahın ədalətinə 

dair sübutlar

12

13

Əqaid


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə