Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə71/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   111

______________Milli Kitabxana_____________ 

 250


sənətinin yaranması üçün maddi və mənəvi əsas olmuşdur. 

Qədim Azərbaycanın ikinci növ keramikası - cilalanmış 

qara rəngli keramika, əsasən, eneolit dövründən yaranmağa 

başlamış, tunc dövründə isə inkişaf zirvəsinə çatmışdır. 

İlk qara rəngli gil qablar eneolit dövründə hazırlanmışdır. 

Lakin dulusçular bu dövrdə kürələrdə yüksək istilik əldə edə 

bilmədiklərindən və qara keramikanın texnologiyası  hələ 

lazımınca məlum olmadığından ilk nümunələr olduqca nöqsanlı 

idi. Onların plastik forması yöndəmsiz, qara rəngləri ala-tala, 

dekorativ motivləri isə son dərəcə ibtidai şəkildə alınırdı. Bununla 

belə eneolit dövrünə aid qablarda qabarıq  şəkildə olan qəribə 

naxışlar diqqəti daha çox cəlb edir. Belə naxışlı qablardan Qazax 

rayonunun Babadərviş adlı  qədim yaşayış  məskənində  də 

tapılmışdır. E. ə. IV minilliyin eneolit qabları üzərindəki qabarıq 

işarələr həm bəzək məqsədi ilə vurulan naxış, həm də  təsvirli 

yazılar-piktoqramlar olduğu haqda fərziyyələr mövcuddur. 

Piktoqrafiya eneolit dövrünü əhatə edən Kür-Araz mədəniyyətinin 

mühüm  əlamətlərindəndir. Bu dövrə aid piktoqrafik dulusçuluq 

nümunələri Naxçıvan ətrafında və Gürcüstanda da tapılmışdır. 

Piktoqrafiya - təsvirli yazı başqa xalqlarda olduğu kimi

Azərbaycanda da yazı mədəniyyətinin ilk mərhələsini təşkil edir. 

İki Babadərviş piktoqramını  nə-zərdən keçirək. Birinci 

nümunədə iki qabarıq rəsm verilmişdir. Soldakı təsvir iki heyvan 

buynuzunun düz xətlərdə birləşməsindən əmələ gəlmişdir. 

Alban dövrünün fiqurlu keramikasında da belə rəsmlərə rast 

gəlirik. Onlar tam plastik heyvan fiqurlarının tənəzzülə uğraması, 

konkret mahiyyət-dən uzaqlaşması  nəticəsində ortaya çıxmışdır. 

Biz bu nəticəyə  əsaslanaraq piktoqramda təhrif edilmiş iki 

buynuzlu heyvan surəti görürük. Əkər dövr nəzərə alınarsa, 

güman etmək olar ki, piktoqramda iki keçi təsvir edilmişdir. Lakin 

sağ  tərəfdəki rəsmin sağ qurtaracağında ucu iti, yuxarısı isə  əyri 

şəkildə olan əlavə bir rəsm də diqqəti cəlb edir. Bu, oxu, 

yuxarıdakı əyri xətt isə kamanı ifadə edir. Ox şəkli, ox sözü qədim 

zamanlarda ovçunu, döyüşçünü təmsil edər, onun şərti rəmzi kimi 

işlənərdi. Təsadüfi deyil ki, qədim türklərdə bir çox qəbilələrin 

adları ox ilə əlaqədar olaraq «Üç ox», «On ox» və s. qoyulmuşdu. 




______________Milli Kitabxana_____________ 

 251


O vaxt ox istehsal aləti kimi fetişləşmiş-ilahiləşdirilmişdi. 

Piktoqramda ox rəsminin ovçunu bildirdiyini qəbul etsək, 

onda məzmun anlaşılar: bu təsvirli yazıda bir ovçu iki keçi 

öldürmüşdür. Belə bir məzmun bizə  qəribə  gəlsə  də, mis-daş 

dövrünün adamları üçün bu fövqəladə bir hadisənin xəbər 

verilməsi kimi zəruri və lazım idi. Piktoqramın yazılmasından 

məqsəd ovçunun igidliyini qəbilə üzvlərinə bildirmək idi. 

Babadərvişdən tapılmış ikinci piktoqram nümunəsi «M» 

şəklində  və onun üstündə üçbucaq formasında olan iki təsvir 

elementindən ibarətdir. Üçbucağın yuxarı uzadılmış yan xəttinə 

əlavə üç üfqi xətt uzadılmışdır. Belə əlavə xətlər rəsmin yanlarına 

da çəkilmişdir. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, 

piktoqramın bu iki rəsmi də mücərrəd təfəkkürün, konkret 

varlıqların rəsmlərinin mücərrədləşdirilməsi 

əsasında 

yaradılmışdır. Aşağıdakı  rəsm quşu, yuxarıdakı isə keçini təmsil 

edir. Sağ  tərəfdəki dairəvi girinti günəşin simvoludur. Buradan 

anlaşılır ki, piktoqrafik yazı kosmoqonik (səma cisimlərinə 

əsaslanan) təsəvvürün təsiri altında cızılmışdır. Nəzərə almaq 

lazımdır ki, qədim rəssamlar, səma cisimlərini simvolik mənalı 

rəsmlərlə göstərirdilər. Buna əsasən deyə bilərik ki, piktoqramdakı 

quş təsviri göyü, keçi rəsmi isə yeri, torpağı təmsil edir. Bizə elə 

gəlir ki, bu yazıda təbiətin iki hissəsi, iki qüvvəsi (yer və göy) 

qarşılaşdırılmış, onların bir-birindən asılılığı  əyani surətdə 

göstərilmişdir. Burada qədim «rəssam» torpağın göyə qarşı olan 

sitayişindən, yağışa olan təmənnasından danışır, sehrkarlıq işinə 

xidmət edir.  

Sonrakı tunc və alban dövrlərində yazılmış Qobustan və 

dulusçuluq piktoqramları isə konkret təfəkkürə  əsaslandığından 

insan və heyvanların real təsvirlərindən yaradılmışdır. 

Tunc dövründə  İran Azərbaycanında olduğu kimi, Şimali 

Azərbaycanda da, xüsusilə Qafqaz Albaniyası  ərazisində qara 

keramika mədəniyyətinin inkişafı yüksək səviyyəyə çatır. 

Cilalı qara keramika Azərbaycanın Xocalı, Mingəçevir, 

Çovdar, Xanlar kimi yerlərində yayılmış qədim məişətlə və dəfn 

ayinləri ilə  əlaqədar inkişaf etmişdir. Belə  məmulatın 

yaradılmasında  əksər hallarda dulusçuluq dəzgahından istifadə 



______________Milli Kitabxana_____________ 

 252


edildiyindən, qabların plastik quruluşu yüksək estetik keyfiyyətə 

malikdir. Misal üçün, Çovdardan (Daşkəsən yaxınlığında) 

tapılmış qabda gövdənin yuxarıya və  aşağıya doğru daralan 

bikonik  şəkildə  həll edilməsi onun plastik gözəlliyi üçün əsas 

yaratmışdır. Gövdənin dairəvi və zərif dayaq üzərində qurulması, 

çiyinlərin ritmik şəkildə olan üç qulp ilə tamamlanması gözəl 

siluetli qabın hündür görünməsinə  səbəb olmuşdur. Bu qabın 

gövdəsi üzərində  təkrar edilən ritmik şaquli xətlər və boğazı 

bəzəyən cızma üçbucaqlar dulusçunun məharətinə dəlalət edir. 

Ustalar məmulata dekorativ forma vermək üçün dulusçu 

dəzgahından bacarıqla istifadə etmişlər. Bunu Xanlar rayonundan 

tapılmış  şaquli kompozisiyalı qabda aydın görürük. Burada 

oturacaq konus şəklində  həll edildikdən sonra, gövdə  dəzgahın 

köməyi ilə qabarıq çevrələrə bölünmüşdür. Yuxarıya doğru 

daralan gövdənin plastik formasını  həmin dekorativ ünsürlər 

kəskin surətdə  nəzərə çarpdırır. Demək, asan bir üsulla çox 

mürəkkəb estetik keyfiyyət əldə edilir. 

Belə qabların qara rəngli və cilalanmış olması onların bədii 

keyfiyyətinə müsbət təsir göstərmişdir. Odur ki, tədqiqatçılar uzun 

zaman bu tip keramikanın texnologiyasını öyrənmək üzərində 

çalışmışlar. Bu haqda keçən  əsrin 30-cu illərində Türkiyə 

keramisti Nuru paşa ilk müvəffəqiyyətli nəticələr  əldə etmişdir. 

Dulusçular qədim keramik məmulatı qara rəngə boyamaq üçün 

adi hisdən bacarıqla istifadə etmişlər. Bu məqsədlə onlar açıq 

havada qurudulmuş gil qabları  əvvəlcə hamar sümük və yaxud 

başqa bərk çisimlə yaxşıca sürtərək onun üzərindəki məsamələri 

doldurub bərkidirdilər, bunu ona görə edirdilər ki, qab kürədə 

bişəndən və qara rəng alandan sonra, həm də cilalanmış və parıltılı 

olsun. Bu qayda ilə hazırlanan qablar tamamilə qara rəngli və 

cilalanmış olur. Lakin elə qablara da rast gəlirik ki, onların 

gövdəsi boz, üzərindəki həndəsi naxışlar isə tünd-qara rəngli və 

parıltılıdır. Belə hallarda həmin qablar bişirilməmişdən qabaq 

yuxarıdakı üsul ilə hazırlanır. Fərq ancaq orasındadır ki, bu tip 

məmulatın bütün səthi deyil, ancaq naxışları sürtülüb bərkidilir. 

Nəticədə qab bişəndən sonra onun sürtülmüş naxışları tünd-qara 

və cilalı, ornamentin yerliyi isə boz rəngdə olur. 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə