Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə69/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   111

______________Milli Kitabxana_____________ 

 244


Beləliklə  də, onlar ovlanacaq heyvanı daha yaxşı öyrəndikcə, 

ovun müvəffəqiyyətli keçəcəyinə daha çox inanırdılar. Bu 

ideyadan ruhlanan ibtidai adamlar ovun şəklini nizə, yaxud oxla 

vuraraq qəbilə qarşısında ovda neçə  iştirak edəcəyini nümayiş 

etdirirdilər. Bu proses əslində ova gedəcək adamların «döyüş» 

məşqi idi. Söz yox ki, bu məşqlərin böyük mənəvi-ruhi xeyrindən 

başqa, təcrübə əhəmiyyəti də var idi. Ovçular bu hazırlıqda sərrast 

atmağı və vurmağı da öyrənirdilər. Təsadüfi deyil ki, Qobustanın 

bu dövrə aid böyük öküz rəsmlərində nizə  və ox izləri indi də 

görünür. 

Hər dəfə belə  məşqlər keçəndən sonra ovda müvəffəqiyyət 

qazanan ibtidai insanlar getdikcə bu fikrə  gəlmişlər ki, heyvanın 

rəsmi qayada cızılmasaydı, o ovlanmayacaqdı. Beləliklə, əvvəllər 

heyvan rəsmlərinin cızılmasına gələcək ov səbəb olmuşdusa, 

sonralar bu məsələ  tərsinə  dərk edilir, yəni heyvanın  şəkli 

çəkilməyincə, ovun baş tutacağına ümid olmurdu. Ancaq bu ikinci 

mərhələni iş, istehsal magiyası hesab etmək olar. Lakin belə 

magik, sehrli təsəvvürün  əmələ  gəlməsi üçün əcdadlarımızın nə 

qədər uzun bir dövr keçmiş olduğunu nəzərə almaq lazımdır. Bu 

sehrkarlıq mis-daş dövrünün məhsulu idi. 

Daş dövrünün rəsmlərində öküzlər kontur cizgiləri vasitəsi 

ilə çəkilirdi. Siluet rəsm üsulu insan təsvirlərində görünür, kişilər 

əlində ox, kürəyində kaman olduğu halda, əzəmətli surətlər 

şəklində  rəsm edilirdi. Petroqliflərdə kişilər kobud, lakin hündür 

və döyüşkən bir vəziyyətdə əks edilmişdir. 

Bu rəsmlərdən bilinir ki, insanların qiyməti onların ibtidai 

icma quruluşuna verdikləri  əməli fayda ilə müəyyən edilirmiş. 

Onların hər  şeydən çox istehsal bacarıqları qiymətləndirilirmiş. 

Bu göstərir ki, daş dövrünün rəssamları yaşadıqları dövrün dünya 

görüşünə uyğun olaraq mühüm əlamətləri seçib təsvir etməyi 

bacarmışlar.  Əlbəttə, bu rəsmlərin nöqsanları - şərtiliyi, 

sxematikliyi, səthiliyi və s. dövrün iqtisadi-mədəni geriliyindən 

irəli gəlirdi. 

İnsan rəsmlərində siluet formasından geniş istifadə 

edilmişdir. Tək dayanmış ovçuların rəsmi, adamların  əl-ələ 

verərək qrup şəklində  rəqs etməsini göstərən təsvirlər siluet 




______________Milli Kitabxana_____________ 

 245


(kölgə) formasındadır. Bu rəsm üsulu da dövrün məhsulu idi. 

Burada ibtidai insanların müvəffəqiyyətli ovdan sonra şadlanaraq 

rəqs etmələri, yaxud təbiət qüvvələri ilə mübarizədə qalib çıxmış 

adamların sevinci və  məşəl  ətrafında hərlənmələri təsvir 

edilmişdir. Belə rəsmlərdə insanlar bir-birindən fərqlənmir. 

«Yallı» tipli qrup rəqsləri daş dövründə heç bir dini səciyyə 

daşımırdı. Lakin sonrakı dövrlərdə  qəbilə dini ayinlərində bu 

rəqslərdən geniş surətdə istifadə edilmişdir. 

Bəzi alimlər daş dövrünün petroqliflərini incəsənətlə heç bir 

əlaqəsi olmayan dini səciyyəli sehrkar magiya rəsmləri kimi 

qələmə verməyə çalışırlar. Onlar bu təsvirlərdə incəsənət üçün 

mühüm xüsusiyyət olan hissi emosional keyfiyyətlərin 

olmamağını əsas dəlil kimi irəli sürürlər ki, bu da tamamilə yanlış 

fikirdir. 

Bu qaya təsvirlərinə  əsasən biz daş dövrün adamlarının 

idrak proseslərini öyrənir, cəmiyyətin məhsuldar qüvvələri ilə 

tanış olur, insanların geyimləri, silahları  və s. haqqında məlumat 

toplayırıq. Demək, bu rəsmlər obyektiv varlığı müəyyən dərəcədə 

əks etdirir və beləliklə  də, incəsənətin ictimai vəzifələrini yerinə 

yetirir.  İbtidai insanların rəsmlərində emosional xüsusiyyətlər 

axtarmaq yersizdir. Çünki kontur xətli təsvirlərdən hissi 

keyfiyyətlər tələb etmək olmaz. Belə  təsvirlərdə biz insanların 

sevincini, kədərini və s. emosional keyfiyyətlərini görməsək də, 

təsəvvür edirik. 

İbtidai sənət  əsərlərində konkretlikdən uzaq, ümumi və 

mücərrəd xüsusiyyətlərə malik insan surətləri yaradılırdı. Burada 

kişi rəsmləri təxminən bir-birini təkrar edirdi. Bu cəhət heyvan 

təsvirlərində  də öz əksini tapır. Daş dövrünün rəssamından 

təsvirlərdə surətin konkret xüsusiyyətlərini ifadə etmək bacarığını 

gözləmək olmazdı. Yuxarıdakıları nöqsan hesab edərək qədim 

təsvirlərin incəsənətdən uzaq olduğunu iddia etmək düzgün deyil. 

Nəzərə almaq lazımdır ki, qaya təsvirləri keçmişdəki konkret 

varlıqların xətti obrazı kimi müasirlərimizin diqqətini cəlb edir. 

Həcmlərin konturlu xətlərlə ifadə edilməsi, heyvanların dinamik 

vəziyyətdə verilməsi və s. xüsusiyyətlər, söz yox ki, ibtidai 

insanlarda bədii təfəkkürün fəaliyyəti ilə  əlaqədar olmuşdur. 




______________Milli Kitabxana_____________ 

 246


Bütün bunlar petroqliflərin incəsənət  əsərləri olduğunu iddia 

etməyə haqq qazandırır. 

Eneolit (mis-daş) dövründə öküz rəsmlərində ağız, göz kimi 

xırda detallar və dinamika, hərəkət kimi yeni xüsusiyyətlər də 

ortaya çıxır. Bu mərhələdə keçi təsvirləri də  cızılmağa başlayır. 

Çox vaxt onların rəsmləri düz xətlərlə kəsilmiş halda verilir. Belə 

əlavə xətlər magik təsəvvürün ifadəsi idi. Belə ki, ovçu bu sehrkar 

xətləri çəkməklə  gələcək ovu tilsimə saldığına və onu mütləq 

ovlayacağına inanırdı. Bu sehrkarlıq ayinini icra edərkən ovçu, 

yəqin ki, niyyət edir, heyvanın neçə və hansı şəraitdə vurulacağı 

haqqında öz arzusunu bildirir, ya da ürəyində təkrar edirdi. 

Keçilərin rəsmləri bütünlüklə  əyri xətlərin birləşməsindən 

ibarətdir. Bunun nəticəsində  təsvirlərin bədii-estetik keyfiyyəti 

xeyli yüksəlmişdir. Qobustanda qaya təsvirlərinin tənəzzül etdiyi 

orta əsrlərdə isə əksinə, petroqliflər düz xətlərlə cızıldığından daha 

az cazibədar olmuşdur. 

Qaya təsvirlərinin müxtəlif dövrlərdə müxtəlif məqsədlərə 

xidmət etdiyi şübhəsizdir. Lakin təsvirlər hansı ideallara əsasən 

yaranırsa yaransın, həmişə  qədim rəssamın bacarığından, bədii 

təfəkkürünün, yaradıcılıq fantaziyasının qüvvətli və ya zəif 

olmasından asılı olaraq, müasirlərimizə incəsənət  əsəri kimi çox 

və ya az təsir göstərə bilir. 

Qaya təsvirlərindən ibtidai cəmiyyətdə yazı vasitəsi kimi də 

istifadə edilmişdir. Yəni qaya rəsmləri təsvirli yazılar-

piktoqramlar kimi çox mühüm bir rol oynamışdır. 

Qobustan piktoqramları üç qrupa bölünür. Birinci qrup 

təsvirli yazıların məzmunu xronika xarakteri daşıyır. Belə 

piktoqramlarda qədim «rəssam» qəbilənin gündəlik həyatında baş 

vermiş hadisələrdən xəbər verir. Bu yazılarda qəbilə üzvlərinin 

vəzifələrindən, qurban vermək ayinlərindən və s. bəhs edilir. Bu 

qrupa daxil olan tunc dövrünün piktoqramında iki süvarinin bir 

maralı ovlaması  təsvir edilmişdir. Onların arxasında, hərənin 

özünə aid olan düzbucaqlının içində üfqi xətlər çəkilmişdir. Bu 

göstərir ki, hər ovçu sol tərəfdə silindrik şəkildə,  şərti surətdə 

göstərilmiş  qəbilə ocağına doqquz heyvan verməlidir. Sol 

tərəfdəki süvari ovçu 8 heyvan vermişdir (bunu aşağıda olan 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə