Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə65/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   111

______________Milli Kitabxana_____________ 

 232


başlamışdır. Alban dövrü incəsənəti özünün bir sıra mütərəqqi 

sənət  ənənələri və yaradıcılıq prinsipləri ilə orta əsr 

incəsənətimizin inkişafı üçün möhkəm bünövrə yaratmışdır. 

Bütün bunlara görədir ki, bu dövr qədim Azərbaycan incəsənəti 

tarixində  əsas və başlıca mərhələ kimi qəbul edilir və 

incəsənətimizin daha qədim inkişaf mərhələləri hələlik,  şərti 

olaraq, «Alban dövründən əvvəlki incəsənət» kimi öyrənilir.  

Alban dövründən  əvvəlki incəsənət XII minillikdən 

başlayaraq, e. ə. IV əsrə qədər olan uzun bir mərhələni əhatə edir. 

Həmin dövrün başlanğıcında (Mezolit dövründə) yaşamış  qədim 

insanlar ibtidai icma quruluşunun ilk pilləsində baş vermiş tarixi 

hadisələrin  şahidi olmuşlar. Onlar madərşah-ana nəsli dövrünün 

daş alətləri ilə vidalaşmamış mis-daş dövründə (eneolit) yeni 

kəşflərə nail olmuşlar. Sonrakı tunc dövründə (e. d. III minilliyin 

ikinci yarısı  və II minillik) isə  qədim  əcdadlarımız pədərşahi-ata 

nəsli dövrünün qanunlarına tabe olmuş, metaldan qüdrətli istehsal 

alətləri yarada bilmişlər. Dəmir dövründə (e. ə. I minillik) bu 

alətlər daha da təkmilləşmiş, tuncdan, əsasən, dini əşyaların 

yaradılması  və  bəzək məqsədləri üçün istifadə edilmişdir. Bu 

dövrdə Azərbaycanın qədim sakinləri məhsuldar qüvvələrin 

inkişafı,  əmək alətlərinin təkmilləşməsi nəticəsində ibtidai icma 

quruluşu ilə  tədricən vidalaşmışlar. Nəzərdən keçirdiyimiz bu 

uzun dövr ərzində qədim qəbilələr yaşayış məskənləri və müdafiə 

tikintiləri yaratmışlar ki, bu da əcdadlarımızın memarlıq 

sahəsindəki ilk təcrübələri olmuşdur. Onlar eyni zamanda 

rəssamlıq sahəsində  də bacarıqlarını  sına-yaraq, qayalar üzərində 

heyvan və insan təsvirləri cızmışlar. Yurdumuzun ibtidai insanları 

əşyaların davamlılığına və gözəlliyinə diqqət yetirərək ürəyəyatan, 

gözəgəlimli dulusçuluq məmulatı, bəzəkli metal alətləri və s. 

hazırlamışlar. Qədim həmyerlilərimiz özlərini bəzəməyi də 

yaddan çıxarmamışlar. Onların yaratdığı tunc kəmərlər və  nəfis 

zərgərlik  şeyləri qiymətli sənət  əsərləridir.  Əcdadlarımızın 

minilliklər  ərzində  tərtib etdikləri piktoqrafik, təsvirli yazılar 

ölkəmizdə ibtidai insan cəmiyyətinin mədəni inkişafını  əyani 

surətdə göstərən ən yaxşı nümunələrdir. həmin piktoqrafik yazılar 

yazı  mədəniyyətimizin tarixini mis dövründən (e. ə. IV 




______________Milli Kitabxana_____________ 

 233


minillikdən) başlamağa imkan verdiyi üçün dünyəvi  əhəmiyyətə 

malik tarixi abidələrdir. 

Azərbaycanın coğrafi mövqeyi və  təbii zənginlikləri 

memarlığın təşəkkülünə  və inkişafına müsbət təsir göstərmiş 

amillərdəndir. Ölkədə müxtəlif növ inşaat materiallarının, 

cürbəcür daşların və ağacların, gil, əhəng və gəcin bolluğu tikinti 

işləri üçün şərait yaratmışdır. 

Mağaralar. Azərbaycan  ərazisində tapılmış mağaralar  ən 

ibtidai və  ən qədim insan məskənləri kimi qiymətlidir. Belə 

abidələrə misal olaraq, Qazax rayonunda Aveydağda tapılmış iki 

mağaranı  və Fizuli şəhərinin yaxınlığındakı Azıx mağarasını 

göstərmək olar. 215-220 m uzunluğunda olan Azıx mağarası 

Azərbaycan  ərazisində  ən böyük mağaradır. Onun böyük 

otaqlarında çoxlu qaya rəfləri vardır ki, bunlardan bəzilərinin 

altında 100-150 adam yerləşər. Bu əzəmətli mağaranın divarlarını 

çoxlu təbii stalaktit formalar bəzəyir ki, bunlardan sonralar orta 

əsr memarlığımızda da geniş surətdə istifadə edilmişdir. 

Qobustanın «Böyükdaş» deyilən hissəsində  də mağaralar 

vardır. Burada təbii mağaralarla yanaşı, qayaların irəliyə doğru 

uzanmış  çıxıntılarının  əmələ  gətirdiyi süni mağaralar da 

tapılmışdır. Bu tipli mağaraların qara dam yaşayış evlərinin  ən 

ibtidai forması olduğu güman edilir. 

Daş dövrü üçün xarakterik olan təbii və süni mağaralar 

Gəncəçay  ətrafında, Qubadlı, Zəngilan, Qonaqkənd, Zuvand, 

Mərəzə və başqa yerlərdə aşkar edilmişdir.  

Meqalitik abidələr. Yunanca meqa - böyük, litos - daş 

deməkdir. Ona görə də böyük qaya parçalarından qurulmuş qədim 

abidələrə meqalitik abidələr deyilir. Meqalitik abidələrin bir çox 

növləri vardır. Onlardan menhirləri, dolmenləri, kromlexləri, daş 

qutuları, daş xiyabanları, qalereyaları göstərmək olar. Bəzən 

siklopik tikintiləri də meqalitik abidələrə aid edirlər. 

Meqalitik abidələr Avropanın bir çox ölkələrində və Krımda 

aşkar edilmişdir. Qafqaz ərazisində  də meqalitik abidələrin 

müxtəlif tipləri tapılmışdır. Belə abidələr Azərbaycan  ərazisində 

də çox yayılmışdır.  Əksər hallarda onlar dəfn kultu ilə  əlaqədar 

olaraq yaradılmışdır. Belə nəhəng abidələrin daşlarının ağırlığı 40, 




______________Milli Kitabxana_____________ 

 234


100, 300 ton olduğunu nəzərə alsaq, onların yaradılmasında külli 

miqdarda insan qüvvəsinin sərf edildiyi aydın olar. Ona görə  də 

onların icma abidələri olduğu və ictimai xüsusiyyət daşıdığı 

güman edilir. Meqalitik abidələr daş dövrünün sonunda meydana 

çıxmış, tunc dövründə isə daha çox yayılmış memarlıq 

nümunələridir. 

Menhirlər  şaquli olaraq yerə basdırılmış daşlara deyilir. 

Menhir fransız sözü olub, (men-daş, hir-uzun) uzun daş 

mənasında işlənir. Azərbaycanda çoban daşı adı ilə  məşhur olan 

belə abidələrə dağ  və dağətəyi zonalarında rast gəlmək olur. 

Onların hündürlüyü əksər hallarda bir metr və bəzən də daha çox 

olur. Menhirlərə ancaq qəbiristanlıqda təsadüf edilir. Arxeoloqlar 

müəyyən etmişlər ki, menhirlər tunc dövründən sonra öz 

əhəmiyyətini itirmiş tarixi abidələrdir. Qədim qəbiristanlıqlarda 

cərgələrlə düzülmüş bu şaquli, yonulmamış daşlar ölülər kultu ilə 

əlaqədar olmuşdur. Belə güman edilir ki, hər daş ölən adamı 

təmsil edərək onu bu dünyada guya əbədi olaraq yaşadacaqmış. 

Göründüyü kimi, menhirlər ilk insan heykəlləridir, xatirə səciyyəli 

abidələrdir. Maraqlıdır ki, tədqiqatçılar belə daşlar arasında, 

ibtidai şəkildə olsa da, kişi və qadın heykəllərinə rast gəlmişlər. 

Qədim Azərbaycanda uzun zaman istehsal alətlərinin 

sabitliyi, ictimai formasiyaların dəyişməməyi nəticəsində  əmələ 

gəlmiş konservatizm, köhnəliyə, keçmişə pərəstiş əhval-ruhiyyəsi 

qüvvətli  şəkil alır və ibtidai insanların mənəvi aləminə,  şüuruna, 

ideologiyasına təsir edirdi. Bunun nəticəsində ortaya çıxmış atalar 

kutu ibtidai icma, qəbilə  ağsaqqallarına, başçılarına qarşı daimi 

hörmət və pərəstişi qanuniləşdirmişdi. Ağsaqqallara sözsüz tabelik 

və  pərəstiş onlar öləndən sonra da davam edirdi. Tez-tez onların 

qəbrinə yemək qoymaq, çətin günlərdə  məsləhət almaq üçün 

onların qəbrinə müraciət etmək atalar kultunun, əcdad kultunun 

nəticəsi idi. Odur ki, qədim insanlar qəbiristanlıqdakı menhirlərin 

altında dəfn edilmiş babaların köməyinə inanır, torpağın 

münbitliyi, yağışın çoxluğu, məhsulun bolluğu işində onların 

iradəsinin həlledici roluna etiqad edirdilər. Bu etiqad ikinci bir 

əqidəni - ölülər kultunu yaratmış oldu. Ənənəvi olaraq davam 

etmiş bu ideologiyanın, konservatizmin təsirinin nəticəsidir ki, 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə