Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə62/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   111

______________Milli Kitabxana_____________ 

 223


dövlət qurumuna çevrilmişdi və ona hökmdar başçılıq edirdi. 

Lullubilər Assuriyanın Nuzi şəhərində də  məskunlaşmış və 

yerli hürri tayfası ilə yaxın  əlaqədə olmuşlar. Bu şəhərdə  həm 

lullubi, həm də hürri qullarının əməyindən istifadə olunurdu. 

Azad lullubilər muzdlu döyüşçü kimi orduda xidmət 

edirdilər. 

Hürrilər onları nullu (nullahhi), yəni yadelli adlandırırdılar. 

Lullubilərin döyüş  məharəti qonşularda vahimə yaradırdı. Bəzən 

urartulular lullubi etnik adını “düşmən” mənasında işlədirdilər. 

Kuti (yaxud Quti) dövlət qurumu. Urmiya gölündən qərbdə 

və  cənub-qərbdə Kuti tayfa birliyi yaşamışdır. E.ə. III minilliyin 

ikinci yarısında Kuti (yaxud Kutium) dövlət qurumu yaranmışdır. 

E.ə. XXII əsrin  əvvəlində kutilər Akkad dövlətini süquta 

uğratmışlar. Bu zaman Kuti dövlətinin sərhədləri şimalda Urmiya 

gölünün qərbindən cənubda  İran körfəzinə  qədər uzanmışdır. 

Kutilər  Şumer və Akkadda mövcud olan idarə sistemini 

saxlamışlar. Ölkə canişinlər vasitəsi ilə idarə edilirdi. Kutilərə 

tabe olan Şumer şəhər hakimləri ensi rütbəsini saxlamışdılar. 

Kuti hökmdarlarının şərəfinə yazılmış qısa mətnli kitabələr 

akkad dilində  tərtib olunurdu. Kutilərin hakimiyyəti illərində 

Mesopotamiyada  şəhərlərarası toqquşmalara son qoyulmuşdur. 

Yuxarı dənizdən (Urmiya gölü), Aşağı dənizə (İran körfəzi) qədər 

uzanan ticarət yollarında 

əmin-amanlıq yaranmışdır. 

Mesopotamiyaya xarici hücumların arası  kəsilmiş, Urmiya gölü 

hövzəsi ilə dinc əlaqələr yaranmışdır.  Şumer və Akkad gəncləri 

kuti qoşunlarına xidmətə cəlb olunmuşlar. 

Kutilər Mesopotamiya (İkiçayarası) mədəniyyətinə  cəlb 

olunmuşdular. Kuti hökmdarlarının qısa mətnli kitabələri mixi 

yazılar ilə tərtib olunurdu.  

Kutilər Ay allahına, məhəbbət, bərəkət və  məhsuldarlıq 

ilahəsinə sitayiş edirdilər. Onlar Şumerdə  ənənəvi məbəd 

tikintisini davam etdirir, yaxud sökülmüş  məbədləri bərpa 

edirdilər. Kutilər və onların hökmdarları türk mənşəli idilər. 

E.ə. III minilliyin sonunda Kuti və Lullubi dövlətləri xırda 

vilayətlərə parçalandılar. 

E.ə. III minillikdə Mesopotamiyada əvvəl  Şumer  şəhər-



______________Milli Kitabxana_____________ 

 224


dövlətləri, sonra da Akkad dövləti mövcud olmuşdur. Bu dövrdə 

qədim Azərbaycanın  ərazisində yaranmış dövlət qurumları daha 

çox Mesopotamiya dövlətləri ilə  hərbi münaqişələrə girməli 

olurdular. “En-Merkar və Aratta hökmdarı” dastanına görə Aratta 

ilə Şumer arasında münasibətlər tez-tez dəyişir, gah düşmənçiliyə, 

gah dostluğa çevrilirdi. verilmişdir. 

E.ə. XXVIII-XXVII əsrlərdə  Şumerdə Uruk şəhər-dövləti 

yüksək inkişaf mərhələsinə çatmışdır.  

Lullubi hökmdarları Akkada qarşı döyüşlər aparmışlar. 

Şumer 


şəhər-dövlətləri Akkadın hakimiyyəti altında 

birləşdirilmişdir. Odur ki, lullubilər Akkad müdaxiləsinin qarşısını 

almaq üçün Mesopotamiyaya hücumlar etmiş, geniş ərazidə ağalıq 

uğrunda mübarizə aparmışlar. Akkad dövlətinin işğalçı siyasətinə 

qarşı hərbi ittifaqlar yaranmışdır. 

İşğalçılara qarşı  uğurlu mübarizə aparmaq üçün Lullubi 

ərazisindəki xırda dövlət qurumlarını birləşdirmək lazım idi. 

E.ə. XXIII əsrin sonu-XXII əsrin  əvvəlində Urmiya 

gölündən cənubda güclü Lullubi dövləti yaradılmışdır. 

Hökmdar Anubanininin dövründə dövlət daha da 

qüvvətlənmişdir. Anııbanininin uğurları “Daş sütun” üzərində 

mixi yazılarla həkk olunmuşdur. Anubanini böyük dövlət 

yaratmışdı. Bu dövlət Urmiya gölünün cənub və  cənub-şərq 

bölgələrini əhatə edirdi.  

Urmiya gölü yaxınlığında dövlət yaratmış kutilər də 

Mesopotamiyada baş verən hadisələrə qarışırdılar. Onlar daha çox 

Akkad ilə  hərbi münaqişələrə girirdilər. Kutilər  Şumer  şəhərləri 

ilə müttəfiqlik edir, bəzən də onların köməyinə gəlirdilər. Akkad 

hökmdarı Naram-Suen kuti tayfalarına qarşı düşmənçilik siyasəti 

aparırdı.  

Kuti hökmdarları Mesopotamiyaya yürüşlər edirdilər. E.ə. 

XX əsrin əvvəlində kutilərin hökmdarı Yarlaçaş Mesopotamiyaya 

hücum edib Akkad dövlətinə süquta yetirdi. Mesopotamiya 100 

ilə yaxın kutilərin hakimiyyəti altında qaldı. 

Mesopotamiyada sonuncu Kuti hökmdarı Tirikana qarşı 

Uruk şəhərində qiyam olmuşdur. Tirikan döyüşdə əsir düşdü. E.ə. 

XXII əsrin sonunda Mesopotamiyada kutilərin hakimiyyətinə son 



______________Milli Kitabxana_____________ 

 225


qoyuldu. E.ə. III minilliyin sonunda Kuti dövləti tədricən 

zəifləmiş və siyasi qurum kimi süqut etmişdir. 

Mesopotamiyada kutilərin hakimiyyəti tənəzzülə uğradıqdan 

sonra burada III Ur Şumer sülaləsinin hökmdarlığı bərqərar oldu. 

Bu sülalənin hökmdarları Lullubilər ölkəsinə  və qonşu  ərazilərə 

dəfələrlə dağıdıcı yürüşlər etmişlər. Kutilərin cənub torpaqları bu 

sülalənin siyasi təsiri altına düşmüşdür. Ur hakimlərindən biri 

“Kutium canişini” və “Su ölkəsinin hökmdarı” rütbəsini daşıyırdı. 

Lakin e.ə. 2003-cü ildə su tayfaları Elam ilə birlikdə III Ur 

sülaləsini devirdilər. Su ölkəsi müstəqil oldu. Turukki və su 

tayfaları Mesopotamiyada baş verən hadisələrə qarışmağa 

başladılar. 

Turukkilər Urmiya gölünün cənubunda yaşamışlar. Onlar 

Kuti və Lullubi dövlətlərinin tərkibinə daxil idilər. Bu dövlət 

qurumları süquta uğradıqdan sonra turukki tayfaları

 müstəqil siyasət yürüdürdülər. Həmin tayfalar Zaqros dağ 

keçidləri vasitəsilə Mesopotamiyaya daxil olmuşlar. 

Aşağı Zab çayının (Dəclə çayının qolu) yuxarı axarında 

yerləşən ərazilərə gələnlər (kutilər, lullubilər və turukkilər) burada 

yaşayan tayfalarla ünsiyyətə girərək, həmin torpaqlarda 

məskunlaşmışlar. Lakin Mesopotamiyanın  şimalında yaranmış 

Assuriya dövləti bu ərazini işğal etmək istəyirdi. Turukkilər 

müqavimət göstərərək öz torpaqlarını müdafiə etdilər, əks-hücuma 

keçib assuriyalıların nəzarəti altında olan Şuşarra vilayətini 

tutdular.  

E.ə. II minilliyin əvvəllərində Azərbaycan tayfalarını ayrı-

ayrı başçılar, yaxud xırda hökmdarlar idarə edirdilər. Bu dövrdə 

kuti, lullubi və turukkilərin tayfa birliyi yaranmışdı. Onların ardı-

arası  kəsilməyən hərbi təzyiqi Assuriya dövlətini zəiflətmişdi. 

Babilistan hökmdarı Hammurapi (e.ə. 1792-I750) təhlükəni öz 

ölkəsindən sovuşdurmaq üçün Mesopotamiyanın  şimalında baş 

verən hadisələrə qarışmalı oldu və  həmin tayfalara qalib gəldi. 

Buna baxmayaraq, turukkilər tədricən Babilistan ərazisində  də 

məskunlaşdılar. Qədim Babilistan sənədlərində burada yaşayan 

tayfalar arasında turukkilərin də adı çəkilir. 

E.ə. XIV əsrin sonundan Assuriyanın qüdrəti yenidən artdı. 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə