Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə64/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   111

______________Milli Kitabxana_____________ 

 229


təsəvvürləri, ayrı-ayrı heyvan və bitkilərin ilahi qüvvəsinə insanlıq 

əqidəsi, eneolit dövründən, mis-daş dövründən başlayaraq 

yayılmışdır. Totemizm ibtidai insanları canlı obyektiv real varlıq 

ilə, heyvanlar aləmi ilə möhkəm surətdə bağladı. Ruhlar kimi 

totemlər də toxunulmaz idi. Totemizm ideyaları  qədim 

əcdadlarımızın yaradıcılıq təfəkkürünə 

təsir göstərmiş, 

heykəltəraşlıq və folklor sahəsində, bir sıra maraqlı  sənət 

əsərlərinin yaranmasına səbəb olmuşdur. Qədim türk qəbilələrində 

hər totemin plastik obrazı yaradılırdı. Həmin fiqur çadırın yuxarı 

başında asılırdı. Bu ilahi fiqurlarda bəzən zoomorf və 

antropomorfik ünsürlərin birləşdiyi özünü göstərir, yəni fiqurlarda 

həm heyvani, həm də insani xüsusiyyətlər vardır. Belə totem 

fiqurlarında insan şəklinin görünməsi göstərir ki, onlar xalis 

heyvan fiqurlarına nisbətən daha sonralar, eramızın ilk əsrlərində 

yaradılmışdır. 

Totemizm qədim xalq teatrı tamaşasına böyük təsir 

göstərmişdir. Bunlardan biri kəndirbaz oyunu idi. Adətən 

oyunçular heyvan dərisi geyərdilər. Novruz-Bahar bayramlarında 

geniş yayılmış kos-kosa oyununu götürək. Kos-kosa tamaşasının 

mənşəyi b.e. birinci əsrlərinə aparıb çıxarır. O vaxtlar belə 

tamaşalar qəbilə miqyasında daha əzəmətli dini ayin 

mərasimlərində keçirilərək məhsuldarlıq, bolluq, artım və su 

təsərrüfatı ilahəsi olan Anahitə həsr edilirdi. Kos-kosa oyunu bizə 

gəlib çatmış  həmin ayin mərasiminin bir hissəsini təşkil edir. 

Qədim Azərbaycanda müxtəlif totemlərin heykəlləri, o cümlədən 

bolluq ilahəsinə həsr olunmuş heykəllər də yapılırdı. 

Qədim Azərbaycanda animizm də xeyli yayılmışdı. 

Mürəkkəb xarakterli dini əqidə hesab edilən animizm totemizm 

dini mərhələsindən sonra yetişmiş, mücərrəd təfəkkürün 

məhsuludur. Animistik təsəvvürlər ruhun varlığını, ruhun 

daimliyini və onun hərəkətdə olduğunu əsas tutur. Əslində ruhlara 

inanmaq kimi sadəlövh, ibtidai fikirlər çox sonralar yaranmış 

mürəkkəb xarakterli dinlərin (atəşpərəstlik, islam və s.) ideyaları 

üçün başlanğıc və möhkəm bünövrə olmuşdur. 

Magiyalar – sehrbaz təlimləri daima iki istiqamətdə inkişaf 

etmişdir: ağ sehrkarlıq, yəni xeyir qüvvələrə xidmət edən 



______________Milli Kitabxana_____________ 

 230


sehrbazlıq və qara sehrkarlıq, yəni  şər qüvvələrə kömək edən 

sehrkarlıq.  Əcdadlarımız ruhları mühüm keyfiyyətləri olan, 

xarakterik rəngləri və  hətta cinsləri olan konkret obrazlar kimi 

təsəvvür edirdilər. 

İbtidai dinlər inkişaf edərək Azərbaycanda atəşpərəstlik 

formasında yayılmağa başlamışdır. Bu din ibtidai icma 

quruluşunda yaranmış  və sonrakı quldarlıq dövründə inkişaf 

etmişdir. O, ilk feodalizm dövründə  qədim  İran Azərbaycanı 

ərazisində hakim dövlət dini səviyyəsinə qədər yüksəlmişdir. 

Azərbaycanda Zərdüştiliyin inkişafı əsrlərlə davam etmişdir. 

«Avesta»da baş allah, xeyir allahı Ahura Məzda, şər ahı isə Anqra 

Manyu adlanır. Qədim yunan alimləri bu allahların adlarını təhrif 

edərək, yunanlaşdıraraq, onları bütün dünyaya Hörmüz və 

Əhrimən adları ilə tanıtdırmışlar. 

Zərdüştlüyün qalıqları indinin özündə  də Azərbaycanda 

yaşamaqdadır. VII əsrdən başlayaraq Azərbaycanda  İslam dini 

yayılmağa başlamışdır. Bu dövrdə  ərəbdilli, farsdilli ədəbiyyatla 

yanaşı, türkdilli ədəbiyyat da geniş surətdə inkişaf etdirilmişdir. 

Memarlıq, heykəltəraşlıq, rəssamlıq, musiqi və 

mədəniyyətin digər növləri böyük inkişaf yolu keçmişdir. Qədim 

dövrlərdə Azərbaycanın cənub və  şimal hissəsi iqtisadi və siyasi 

cəhətdən müxtəlif inkişaf yolları keçmişdir. Belə ki, 

Azərbaycanda məhsuldar qüvvələrin yüksəlişi və nəsli quruluşun 

parçalanıb bölünməsi sürətlə baş verdiyindən orada qəbilə 

birləşmələri daha erkən yaranmışdı. E.ə. III minilliyin sonunda 

meydana gəlmiş Manna qəbilələrinin ittifaqı  əsasında e. ə. IX 

əsrdə Urmiya gölünün ətrafında qüdrətli Manna dövləti 

yaradılmışdır. Paytaxtı İzurtu şəhəri olmuş bu dövlət ə. e. IX-VII 

əsrlərə  qədər davam etmiş  və Assuriya, Urartu kimi dövlətlərlə 

siyasi və  mədəni  əlaqədə olmuşdur. Mannalılar yüksək səviyyəli 

mədəni nailiyyətlər  əldə etmiş, onların yaratdığı  mədəniyyət və 

incəsənət qonşu xalqlara, xüsusilə midiyalılara və köçəri skif 

tayfalarına öz qüvvətli təsirini göstərə bilmişdi. Midiya dövlətinin 

mövcud olduğu vaxtda da (e. ə. VII-VI əsrin ortaları) Manna 

incəsənətinin bədii ənənələri davam etdirilmişdir. Bu xüsusiyyəti 

nəinki Midiya incəsənətində, həmçinin qədim  İranın  Əhəmənilər 




______________Milli Kitabxana_____________ 

 231


sülaləsi mədəniyyətində də izləmək olur. 

İranın qədim yunanlarla müharibələri (e.ə. V əsr) və daha 

sonralar  İranın makedoniyalı  İsgəndər tərəfindən zəbt edilməsi 

nəticəsində Şərq və antik ölkələrinin mədəniyyəti bir-birinə xeyli 

yaxınlaşdı. Bu zaman Şimali Azərbaycan istər iqtisadi və istərsə 

də siyasi inkişaf baxımından ölkənin cənub hissəsindən xeyli 

geridə qalırdı. Həmin gerilik, söz yox ki, mədəni inkişafda da 

özünü göstərirdi. 

Yunan tarixçiləri ilk dəfə e. ə. IV əsrdən başlayaraq qədim 

Alban qəbiləsinin fəaliyyəti haqqında yazmağa başlamışlar. Bu 

qəbilənin adı ilə  əlaqədar olaraq Şimali Azərbaycan (Dağıstanın 

cənub hissəsi daxil olmaqla) Albaniya adlanmağa başlayır. 

Sonralar tədqiqatçılar bu ölkəni Qafqaz Albaniyası adlandırmışlar. 

Qafqaz Albaniyası münbit torpaqlara, suvarma arxları üçün bol su 

verən çaylar və başqa təbii zənginliklərə malik olmuşdur. Bu 

ölkədə  qəbilə ittifaqları e. d. I minilliyin ortalarında yaranmağa 

başlayır ki, bunun nəticəsində dövlət quruluşu Cənubi 

Azərbaycana nisbətən xeyli gec vaxta - e. ə. I əsrə təsadüf edir. 

Qədim Azərbaycan incəsənətinin tarixi bu ölkədə dövlətin 

yaranması tarixindən daha qədimdir. Müxtəlif incəsənət növləri 

ilə tanışlıq bizi uzaqlara, ibtidai icma quruluşunun dərinliklərinə 

aparıb çıxarır. Qədim Azərbaycan incəsənətinin inkişafı üç böyük 

dövrü əhatə edir: 1. Alban dövründən əvvəlki incəsənət (e. ə. IV 

əsrə  qədər); 2. Alban dövrü incəsənətinin ilk, klassik mərhələsi 

(e.ə. IV-e. I əsri); 3. Alban dövrü incəsənətinin ikinci mərhələsi (I-

VII əsrlər). 

Alban dövrünün incəsənəti daha qədim dövrlərin 

incəsənətindən doğduğuna baxmayaraq, yeni tarixi şəraitlə 

əlaqədar olaraq, mədəniyyətimizi yeni keyfiyyətlərlə 

zənginləşdirmişdir. Bu dövrün incəsənəti tarixdə ilk dəfə dini 

təsəvvürlərin zəncirini qırmış, sənətə yeni, dünyəvi və nikbin 

xüsusiyyətlər gətirmişdir. 

Alban dövrünün mühüm xüsusiyyətlərindən biri də 

sənətkarların müxtəlif növ yeni materiallara cəsarətlə müraciət 

etməsidir. Daha qədim mərhələlərin dini səciyyəli təsvir motivləri 

bu dövrdə dekorativ-ornamental motivlərə çevrilməyə 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə