Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə61/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   111

______________Milli Kitabxana_____________ 

 220


Atın minik və yük daşıma vasitəsi kimi əhəmiyyəti sürətlə artırdı. 

Ata sitayiş  mərasimləri meydana gəlir, dəfn edilənlərin 

məzarlarında atları da basdırırdılar. Məzarlarda dəvə skeletləri də 

tapılıb, bu isə dəvəçiliyin də mövcudluğuna dəlalət edir. Əkinçilik 

də inkişaf edirdi, suvarma arxları qurulur, şumlama və  məhsul 

yığımı alətləri təkmilləşdirilirdi. Buğda, yarma, darının bir neçə 

növü becərilirdi. Ehtiyatları nəhəng küplərdə saxlayırdılar. Qazax 

rayonunun Sarıtəpə  kəndində içində taxıl və un qalıqları olan 

qablar aşkar edilib. Qazıntılar vaxtı üzüm, nar, gilas, şaftalı 

tumları tapılıb, bu da bağçılığın inkişafına dəlalət edir. Saxsı 

istehsalatında dulusçuluq kürəsi meydana gəldi, metallurgiyada 

naxış basma, naxış açma, qaynaq üsulları mənimsənildi. Qızıl və 

gümüş zinət əşyalarının istehsalı artırdı. Toxuculuq sürətlə inkişaf 

edirdi. Dəmirin rolu tədricən artır və e. ə. VII əsrdən başlayaraq 

onun geniş  tətbiqi yer alır. Sənətkarlar arasında yalnız alverlə 

məşğul olan şəxslər meydana gəlir. Beləliklə tacir-alverçilər 

meydana gəldi. Əvvəllər olduğu kimi evlər çaylaq daşından olan 

özül üzərində çiy kərpicdən tikilirdi. Ağdamda Qaratəpə  kəndi 

kimi bir çox yaşayış  məskənləri qala divarları ilə  əhatə 

olunmuşdu. Kiçik Qafqaz bölgəsində  və Naxçıvanda isə  nəhəng 

qala qalıqları qalmışdır. Bütövlükdə memarlığın səviyyəsi həmin 

dövr üçün çox yüksək idi. 

Qəbilə başçılarının hakimiyyətinin güclənməsi onların 

ilahiləşdirilməsi ilə  nəticələnir. Onların məzarı üzərində hündür 

təpəliklər yüksəldir, ölümündən sonra da onlara sitayiş edirdilər. 

Bu məzarlar məişət  əşyaları, bürünc, qızıl, gümüş  əşyalar, külli 

miqdarda xarici məmulat, bahalı silahlar, zinət əşyaları ilə olduqca 

zəngin idi. Çox vaxt başçılarla yanaşı onların nökər, kəniz və 

arvadlarını, habelə sevimli atlarını, bahalı  yəhər-yüyənləri ilə 

birgə basdırırdılar.  İnsanlar bütün bunların o dünyada başçıya 

gərək olacağına inanırdılar. Üst bürünc və alt dəmir dövrünün dini 

təsəvvürlərində oda, suya, dağlara, meşələrə, bəzi ağac növlərinə, 

günəşə, aya, ulduzlara sitayiş mövcud idi. Həmin dövrdə 

Azərbaycan qəbilələrinin qonşu xalqlar və  qəbilələrlə  əlaqələri 

genişləndi. Cins mal-qara, sənət məmulatı,  ərzaq mübadilə 

vasitəsinə çevrilir. Beləliklə, üst bürünc və alt dəmir dövrü ibtidai 




______________Milli Kitabxana_____________ 

 221


icmanın süqutu və sinfi cəmiyyətə keçid dövrüdür. Şimalı 

Azərbaycandan fərqli olaraq Cənubi Azərbaycanda bu proses daha 

sürətlə gedirdi, burada dövlətlər də daha əvvəl meydana gəldi. 

Cəmiyyətin alt bürünc dövründə başlamış mülki və ictimai 

təbəqələşməsi üst bürünc və alt dəmir dövründə güclənir. 

Azərbaycanın  şimalında iri qəbilə birlikləri yaranır. Güclü 

qəbilələr geniş məhsuldar torpaqları və örüşləri zəbt edirdi. Qəbilə 

daxilində  də  təbəqələşmə gedir, zəngin ailələr başqalarından 

seçilirdi. Dəmir və bürünc alətlərin tətbiqi daha bol ərzaq 

məhsulları əldə etməyə imkan yaratmışdı. Belə alətlərə malik ailə 

əvvəllər bütün qəbilənin gördüyü işi yerinə yetirməyə qadir idi. 

Sürətlə qonşu icması formalaşmağa başladı. Zəngin ailələrin çox 

otaqlı evləri, çoxlu mal-qarası var idi, onların məzarlarında 

müxtəlif ləvazimat aşkar olunub. Əksinə, icma üzvlərinin 

əksəriyyəti müflisləşmişdi. Onların məzarlarında, demək olar ki, 

heç bir əşya yoxdur. Varlı ailələr məzlumları  əlavə  işçi qüvvəsi 

kimi muzdurluğa götürürdü. Qəbilə arası toqquşmalarda  əsir 

alınmış insanlardan da bu məqsədlə istifadə edirdilər. Beləliklə, 

qullar meydana gəldi. Çox vaxt onları amansızcasına qətlə yetirir 

və sahibləri ilə yanaşı basdırırdılar. Cəmiyyətin həyatında 

müharibə böyük yer tuturdu. Odur ki, məzarlarda külli miqdarda 

qılınc, nizə  və ox ucluqları, döyüş baltaları, toppuzlar kimi 

silahların tapılması  təsadüfi deyil. Üst bürünc və alt dəmir 

dövrünün, demək olar ki, bütün məskənləri güclü qala 

istehkamlarına malik idi. Qüdrətli qəbilələr zəiflərə zəfər çalaraq 

onları özlərinə tabe edirdilər. Bu, hərbi demokratiya dövrü idi. 

E.ə. II minillikdə hökm sürmüş Assuriya çarı Adadnirarinin adı 

həkk edilmiş muncuğun Xocalıda aşkar edilməsi  Şimali 

Azərbaycan qəbilələrinin başqa ölkələrlə, o cümlədən Ön Asiya 

ölkələri ilə  əlaqələrindən xəbər verir. Daha əlverişli təbiət-iqlim 

şəraiti, Ön Asiya mədəni mərkəzlərinin yaxınlığı  və  təsiri, bu 

mərkəzlərlə daimi əlaqələr Cənubi Azərbaycanda nəsil icmasının 

süqutunu Azərbaycanın  şimal bölgələrindən xeyli əvvəl 

sürətləndirdi, artıq e. ə. III minilliyin əvvəli, II minilliyin sonunda 

burada ilk, hələ ibtidai sinfi cəmiyyətlər yarandı. Azərbaycanın 

şimalında isə bu zaman hələ  də  qəbilə  və  qəbilə ittifaqları 




______________Milli Kitabxana_____________ 

 222


qalmaqda davam edirdi. Cənubi Azərbaycanın cənub qərb 

hissəsində sinfi münasibətlər daha sürətlə təşəkkül tapırdı. Burada 

artıq e. ə. III minillikdə Mesopotamiyanın şəhər-dövlətləri ilə sıx 

əlaqələri olan ilk dövlət qurumları yaranır. 

Beləliklə, Birinci ictimai əmək bölgüsü, şumluq  əkinçilik, 

mal-qara artımı,  şumluq torpaqlar və örüşlər uğrunda mübarizə 

güclü qəbilə birliklərin yaranması prosesini sürətləndirdi.  Şumer 

dastanları  və mixi yazı nümunələrində Azərbaycan qəbilələri 

haqqında ilk yazılı məlumatlarda Mil-Qarabağ bölgəsində yaşayan 

qarqarlar qəbilələrindən, Urmiya gölündən Cənubda yaşayan 

lullubi, su, turukki, ondan qərbdə  məskən salmış kuti 

qəbilələrindən bəhs edilir. 

Lullubilər döyüşkən qəbilə idi. Bu qəbilə birliyinə su, 

turukki və başqaları daxil idi. Maldarlıqla məşğul olduqlarından 

mal-qaranı taxıla dəyişirdilər. Onlar günəşə, aya, məhəbbət və 

məhsuldarlıq ilahəsinə sitayiş edirdilər. 

Aratta. Aratta dağlıq ölkə idi. Türk xalqlarının işlətdikləri 

Alataa, Alatuu, Alatau, Aladağ  və s. sözlər dağ, dağ silsiləsi 

mənasındadır. Aratta bu sözlərin erkən forması olmuşdur. 

Aratta Azərbaycan  ərazisində yaranmış ilk qədim dövlət 

qurumu idi. Onun torpaqları Urmiya gölünün cənub-şərqində 

yerləşirdi. Aratta dövləti e.ə. III minilliyin birinci yarısında 

mövcud olmuşdur. Mesopotamiyanın  Şumer  şəhər-dövlətləri ilə 

iqtisadi, siyasi və mədəni əlaqələri olmuşdur. Aratta ölkəsini “en”, 

yaxud “ensi” rütbəsi daşıyan hökmdar idarə edirdi. Şumerdə en, 

yaxud ensi ali kahini-hökmdarı bildirirdi. Aratta hökmdarı türk 

mənşəli sülaləyə mənsub idi. Ölkənin əsas şəhəri Aratta adlanırdı. 

Dini idarələrə maşmaş adlanan kahin başçılıq edirdi. Aratta 

hökmdarı yanında hərb məsələləri üzrə  şura fəaliyyət göstərirdi, 

lakin son qərarı hökmdar özü verirdi. 

Şumerdə olduğu kimi, Arattada da çoxallahlılıq mövcud idi. 

Məbədlər tikilirdi. Arattada ilahə  İnannaya sitayiş edirdilər. 

İnanna Şumerdə məhəbbət və bərəkət ilahəsi sayılırdı. 

Lullubi dövlət qurumu. E.ə. III minilliyin ikinci yarısında 

Azərbaycanın cənubunda, Urmiya gölündən cənubda Lullubi tayfa 

birliyi yaranmışdır. Artıq e.ə. XXIII əsrdə Lullubi tayfa birliyi 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə