Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə59/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   111

______________Milli Kitabxana_____________ 

 214


daşından və bazalt daşdan düzəldilən alətlərlə yanaşı obsidiandan 

(vulkanik-şüşə) düzəldilən alətlər peyda oldu. Obsidiandan dişli 

ərsin tiyə düzəldirdilər. Alt paleolitin sonunda insan sürüsünü və 

ilk icmanı daha sabit olan nəsil icması əvəz edir. 

Təxminən 100 min il bundan qabaq orta paleolit (mustye) 

dövrü başlanır və b. e. əvvəl 40-cı minilliyə  qədər davam edir. 

İnsanlar Kiçik Qafqaz, Naxçıvan, Qarabağ və Qazaxın daha geniş 

ərazilərində  məskən salır. Qarabağın Tağlar, Qazaxın Damcılı, 

Naxçıvanın Qazma mağaralarında külli miqdarda daş alət 

nümunələri tapılmışdır. Orta paleolit dövründə neandertal adam 

tipi formalaşır. Orta paleolit dövründə  də ovçuluq və  yığıcılıq 

başlıca məşğuliyyət növü olaraq qalırdı. Qafqaz maralı, mağara 

ayısı və boz ayı, dağ keçisi və vəhşi at-kulan ovlayırdılar. Həmin 

dövrdə dini təsəvvürlərdə dəyişikliklər baş verir, o dünyaya inam

totemizm, ovsun və bir çox başqa ibtidai din formaları yaranır. 

Orta paleolitdə insan sürüsünü tədricən nəsil icması başqa cür 

desək, qəbilə icması əvəz edirdi. 

Üst paleolit dövrü e. ə. 40-cı minillikdən XII minilliyə qədər 

davam edir. Mülayim rütubətli iqlim hökm sürür, fauna və flora 

dəyişir. Bu dövrün izlərinə Qarabağ  və Qazax mağara 

məskənlərində  təsadüf olunur. Təkmilləşdirilmiş  ərsin, biz, 

kənarları diş-diş edilmiş alətlər, uzunsov, dəyirmi və üçbucaq 

şəkilli alətlər üzə  sıxdı. Bu zaman “homo sapiyensin” (ağıllı 

insan) formalaşması sona yetdi. Nəsil icmasını qəbilə icması əvəz 

etdi və ana xətti üzrə nəsil-qəbilə icması qəti surətdə yer aldı. Bu, 

matriarxat dövrü idi. E. ə. 12 minillikdən 8-ci minilliyə  qədər 

mezolit dövrü davam etdi. Bu zaman kaman və oxun kəşf edilməsi 

ilə ov birinci yerə çıxdı, heyvanları əhliləşdirməyə başladılar, bu 

da gələcəkdə maldarlığa keçidin əsasını qoydu. 

Mezolit dövrünün sonunda ibtidai əkinçiliyin ünsürləri 

əmələ  gəldi, istehsal edən təsərrüfatın  əsası qoyuldu, neolit 

dövründə isə onun formalaşması başa çatdı. Azərbaycanda 

mezolit dövrü başlıca olaraq Qobustan abidələrində  Cəfərqulu 

Rüstəmov, Firuzə Muradova tərəfindən tədqiq edilmişdir. 

Qobustanlılar burada 12 min il əvvəl məskən salıb. Ovçuluq, 

balıqçılıq, yığıcılıqla məşğul olub. Burada, “Öküzlər”, “Ana 




______________Milli Kitabxana_____________ 

 215


zağa”, “Firuz” və digər mağaralarda külli miqdarda çaxmaq daşı, 

sümük, və obsidiandan düzəldilmiş bıçaq, ərsin, biz, qırmaq, nizə 

və ox ucluqları  və mikrolit alətlər tapılıb. Qobustanda külli 

miqdarda mezolit dövrünə aid qaya rəsmləri mövcuddur. Onlar 

totemizm təsəvvürləri, ov səhnələrini və s. təsvir edir. Qobustanın 

ən qədim qaya rəsmləri mezolit dövrünə aiddir. Mezolit dövründə 

mərhumun qəbrinə o dünyada istifadə etmək üçün müxtəlif 

əşyalar qoymağa başladılar. Belə  qəbirlər “Firuz” məskənində 

aşkar edilib. Qobustanda qaya rəsmlərini İ. Cəfərzadə aşkar edib. 

Mezolit dövrünə aid əmək alətləri və mikrolit alətlər Qazaxda 

Damcılı mağarasında tapılıb. E.ə. VII-ci minillikdə Azərbaycanda 

neolit dövrü başlanır. Onun əsas cəhəti istehsal edən təsərrüfatın 

təşəkkülü və inkişafıdır. Bunu neolit inqilabı adlandırırlar. 

Azərbaycanda bu proses eneolit dövründə, yəni e. ə. V-IV 

minillikdə tamamilə başa çatır. İnsan təbiətdən daha az asılı olur. 

Azərbaycanda  əkinçilik və heyvandarlığın inkişafı üçün zəruri 

şərait mövcuddur. Neolit dövründə Azərbaycanda dulusçuluq və 

toxuculuq meydana gəlir. Neolit dövründə alətlər əsasən çaxmaq 

daşından idi. Neolit dövrünün başlıca abidələri Gəncə  tərəfdə

Təbriz yaxınlığında və Bakı yaxınlığında Qobustanda aşkar edilib. 

Qazax rayonunda daş toxa, oraq içlikləri, balta və gürzlər tapılıb. 

Alətlər  əsasən çaxmaq daşı  və obsidiandan düzəldilib. Çaxmaq 

daşından kənd təsərrüfatı alətləri və obsidiandan səpin və biçin 

alətləri külli miqdarda Gəncə yaxınlığındakı məskəndə tapılıb. 

Eneolit dövründə istehsal edən təsərrüfat daha çox inkişaf 

edir. İnsanlar ilk dəfə metalla - mislə tanış olur. Lakin daş alətlər 

hələ də üstünlük təşkil edirdi. Eneolit dövründə əhali surətlə artır. 

Əsas məşğuliyyət toxa əkinçiliyidir. Gəncə-Qazax, Mil-Qarabağ

Muğan və Naxçıvan bölgələrində, habelə  Cənubi Azərbaycanda 

Urmiya gölü yaxınlığında və  Təbriz  ətrafında külli miqdarda 

neolit dövrü yaşayış  məskənləri qeydə alınıb. Eneolit dövründə 

insan çay sahillərində kiçik məskənlərdə yaşayırdı. Çiy kərpicdən 

tikilmiş evlər dəyirmi formada idi. Evlərdə ocaq və həsir var idi. 

Kiçik evlər icma torpağında öz sahəsi olan təknikahlı ailə,  ər-

arvad üçün nəzərdə tutulmuşdu.  Əkinçilik və maldarlıqla yanaşı 

ovçuluq və balıqçılıqla məşğul olmağa davam edirdilər. 




______________Milli Kitabxana_____________ 

 216


Sənətlərdən dulusçuluq, toxuculuq, daş  və sümük emalı yaxşı 

inkişaf etmişdi. Toxa əkinçiliyi hökm sürürdü, taxılı qurma 

oraqlarla biçir, qablarda və ya xüsusi çalalarda saxlayırdılar. 

Maldarlıq inkişaf edirdi. Həm xırda, həm də iri buynuzlu heyvan, 

e.  ə. V əsrdən başlayaraq at saxlayırdılar. Cəlilabadda  Əlikəmək 

təpəliyində  əhliləşdirilmiş at sümükləri tapılıb. Həmin dövrdə 

misdən yalnız bəzi alətlər düzəldirdilər. Ondan əsasən zinət 

əşyaları hazırlayırdılar. Qadın əvvəlki kimi cəmiyyətdə aparıcı rol 

oynayır. Eneolit matriarxatın çiçəklənmə dövrüdür. Külli 

miqdarda gildən düzəldilmiş qadın fiqurları tapılıb. Eyni zamanda 

icmanın həyatında ağsaqqallar  şurası  əhəmiyyətli rol oynamağa 

başlayır. Dəfn mərasiminə böyük diqqət yetirilirdi. İnsanları evlər 

arası  ərazilərdə, uşaqları isə evin içində döşəmənin altında dəfn 

edirdilər. Dini mərasimlərdə ovsun böyük yer tuturdu. 

Qobustandakı bəzi rəsmlər də həmin mərasimləri təsvir edir. 

E.  ə. IV minillikdə eneolit dövrünü tədricən patriarxata 

təkan vermiş tunc dövrü əvəz edir. Bu dövr e. ə. II minilliyə qədər 

davam edir. Azərbaycanda külli miqdarda mis filizi yataqları var ( 

Naxçıvan, Daşkəsən, Qarabağ, Gədəbəy və b.). Lakin misdən 

düzəldilən alətlər davamsız olurdu. Misə arsen, sürmə, nikel, 

sonralar isə qalay kimi müxtəlif aşqarlar  əlavə edən insanlar 

bürünc kimi möhkəm qatışıq  əldə etdilər. Ondan başlıca  əmək 

alətləri, silah və zinət  əşyaları istehsal etməyə başladılar. 

Cəmiyyətdə  əhəmiyyətli dəyişikliklər baş verdi. Yeni təsərrüfat 

sahələri yaranır, ictimai və mülki bərabərsizlik artırdı. 

Azərbaycanda qəbilələr və qəbilə ittifaqları kimi iri etnos-mədəni 

birliklər yarandı. Azərbaycanda tunc dövrü üç mərhələyə bölünür. 

Birinci mərhələ (e. ə. IV minilliyin II yarısı - III minillik) Kür-

Araz mədəni dövrü kimi məlumdur. Bu dövrün başlıca abidələri 

məhz burada, Kür və Araz çaylararası  ərazidə  aşkar edilib. 

Qarabağ, Naxçıvan, Qazax, Xaçmaz, Şəmkir və Qobustanda 

həmin dövrün abidələri tədqiq edilib. 

Əhali həmin  ərazidə sürətlə artırdı.  Əgər neolit və eneolit 

dövrlərində  əhali yalnız düzənliklərdə yaşayırdısa, alt tunc 

dövründə insanlar dağətəyi və dağlıq bölgələrdə məskən saldılar. 

Sahəsi 3-5 ha olan iri məskənlərdə yaşayırdılar. Adətən çay 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə