Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə56/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   111

______________Milli Kitabxana_____________ 

 200


aslanın geniş açılmış ağzına yapışdırılmış, əl tutacağının sonu isə 

vəhşi qaban fiquru formasında qızıldan tökülmüşdü. Bununla 

əlaqədar Luristan tunc əşyalarının kökünü Elam metallurgiya 

sənətində axtarırlar. 

Memarlıq sahəsində  də Elam sənətkarları öz üslubları ilə 

fərqlənirdilər. Dur-Untaş  məbədi özünün əzəməti ilə, inşaat 

texnikası ilə İkiçayarası məbədlərinə oxşamırdı. Bu qülləli məbəd 

(zikkurat) beş  mərtəbədən ibarət idi. Tikintidə çiy və bişmiş 

kərpicdən  istifadə olunmuşdu.   Minlərlə işçi qüvvəsi,  bənna və 

memar tikintidə çalışırdı. Məbəd ətrafına qala divarı hörülmüşdü. 

Divarın yeddi darvazası vardı. Bəzi darvazaların önündə müxtəlif 

Elam allahlarına mənsub kiçik məbədlər tikilmişdi. Elam qonşu 

xalqlar mədəniyyətinə xeyli təsir göstərmişdi. 

 Qədim fars təqvimi isə Babil qəməri-şəmsi (günəş-ay) 

təqvim sisteminə uyğun tərtib olunmuşdur. Təqvim 12 və bir 

əlavə aydan ibarət idi. İranda Zərdüşt təqvimi də  işlədilirdi. Bu 

təqvim, adətən, ayları allahların adı ilə bildirirdi. İl 365 gündən 

ibarət idi. Babilistanda olduğu kimi, il 12 aya, hər ay 30 günə 

bölünürdü. İlə 5 gün əlavə edirdilər. 

Haxamaniş dövlətinin yaranması və yüksəlişi dövründə İran 

mədəniyyəti imperiyaya daxil olan xalqlara güclü təsir 

göstərmişdi və eyni zamanda, əks təsirə də məruz qalmışdı. 

İranın  ən qədim  əhalisi müxtəlif allahlara sitayiş edirdi. 

Elamda artıq müəyyən panteon sistemi yaradılmışdı. Qaynaqlar 

Urmiyyə gölü hövzəsi sakinlərinin dini dünyagörüşü barədə çox 

cüzi təsəvvür yaradırlar. Burada çoxallahlılıq, bütlərə sitayiş 

mövcud olmuşdur. Assurilər dəfələrlə Manna allahlarını 

(təsvirlərini) qənimət kimi aparmışdılar. 

İranın cənubunda farslar arasında zərdüştlük təlimi 

yayılmışdı. Herodotun verdiyi məlumata görə, farslar məbəd 

tikməzdilər, ibadəti açıq havada keçirirdilər. Onlar müxtəlif təbiət 

qüvvələrinə sitayiş edirdilər. Günəş, su, ay, külək və s. sitayiş 

obyektinə çevrilmişdi. 

Ehtimala görə, zərdüştlük e.ə. VII əsrdə meydana gəlmişdir. 

Zərdüştlüyün müqəddəs kitabı Avesta hesab edilir. Avestanın 

mətnlərindən göründüyü kimi, bu dinin banisi Zərdüşt (Avestada 




______________Milli Kitabxana_____________ 

 201


Zaratuştra) olmuşdu. Zərdüştün yaşadığı dövr və dini təlimə 

başladığı yer mübahisəlidir. Zərdüştün e.ə. VII əsrdə yaşaması 

ehtimalına üstünlük verilir. Belə hesab edirlər ki, Zərdüşt dini 

Orta Asiyada, yaxud Şərqi İranda meydana gəlmiş və İranın digər 

yerlərinə yayılmışdı. Lakin bu müddəa daha çox ümumi 

mülahizələrdən ibarətdir.  İran  ərazisində  qədim dövrlərdən 

Anuramazdaya sitayiş  əks olunmuşdu. Fərz edirlər ki, Astiaqın 

dövründə  zərdüştlük Midiyada rəsmi dinə çevrilmişdi. Zərdüşt 

tarixi şəxsiyyət hesab edilir. 

İran panteonuna işıq, həqiqət və müqavilə allahı Mitra, su 

ilahəsi Anahit daxil idilər. Bu allahlara irandilli tayfalar sitayiş 

edirdilər. Avestada və Haxamanişlər dövründə Ahuramazda 

(Hörmüzd) qabaqcıl mövqeyə malik idi və baş allah hesab 

edilirdi. Avestada kainatın və həyatın yaradılması Ahuramazdanın 

əməli kimi qiymətləndirilir. Haxamaniş kitabələrində isə deyilir: 

"Böyük allah Ahuramazda bu torpağı yaratdı, bu səmanı yaratdı, 

insanı yaratdı". Ahuramazda müqəddəs ruhu (Spanta-manyu), 

Anqro-manyu (Anqro-maynyu) isə  şər ruhu təmsil edirdilər. 

Bunlar  əkiz qardaş hesab olunurdular. Anqro-manyu (sonrakı 

Əhriman,  Əhliman) div (dev) adlanan şər allahlarına başçılıq 

edirdi. Həqiqətin və xeyrin təcəssümü olan Ahuramazda ilə  şər 

qüvvələri təmsil edən Anqro-manyu arasında  əbədi mübarizə 

gedirdi. Onlar hər ikisi zaman allahı Zrvananın övladları idilər. 

İnsanlar Anqro-manyu və onun köməkçiləri olan divlərə qarşı 

mübarizə aparmalı idilər. Zərdüşt təliminə görə,  şər ilə xeyir, 

yalan ilə  həqiqət arasında ölüm-dirim mübarizəsi gedirdi. 

Zərdüştlük dininin ehkamları Avestanın müxtəlif bölmələrində 

əks olunmuşdur. 

Avestanın  ən qədim hissəsini qatlar təşkil edir. Qatlar 

Avestanın Yasna bölməsində təmsil olunmuşlar. Qatlar Zərdüştün 

təlimindən ibarətdir. Ehtimala görə, qatlar ilk əvvəl şifahi şəkildə 

ifa olunurdular. Onların yazıya alınmasını Haxamanişlərdən 

sonrakı dövrə aid edirlər. Zərdüştün təlimində  təkallahlıq 

tərənnüm edilir. O, Ahuramazdanı yeganə ali allah kimi təbliğ 

edirdi. Zərdüştün təsvirinə görə, xeyir və şər dünyanın əvvəlindən 

mövcud olmuş  və onların arasında mübarizə gedir. İnsanlar 




______________Milli Kitabxana_____________ 

 202


həyatda xeyri, yaxud şəri seçməkdə  sərbəstdirlər, lakin son 

məqamda xeyir və  həqiqət üçün imkan tapır. Avestada əks 

olunmuş dialekt leksikasına və ümumi mülahizələrə  əsaslanaraq 

Zərdüştün vətənini Orta Asiyada, yaxud Əfqanıstanda 

yerləşdirirlər. Bu mülahizə özü mübahisəli qalmaqdadır. Sonrakı 

İran  ənənəsi Rey şəhərini, yaxud Azərbaycanı  Zərdüştün vətəni 

hesab etmişdilər. Qatların dili asanlıqla anlaşılmır. Onun bir çox 

parçaları müxtəlif cürə başa düşülür, çətinliklə izah olunur. 

Yasna maldarlıq təsərrüfat sahəsini təbliğ edir. Zərdüşt 

"peyğəmbər" kimi çıxış edir, Ahuramazdanı mal-qaranın 

yaradıcısı kimi qələmə verir. Qatda yazılır: "Biz Ahuramazdanı 

tərifləyirik, çünki o, mal-qaranı  və Artanı, suyu və bitkiləri, işıq 

və torpağı, bütün nemətləri yaratdı... Mal-qaraya dinc otlaq və 

yem verməyə çağırırıq". Zərdüştün təliminə görə, mal-qaranın 

canıyanan sahibi olmalıdır, buna görə Ahuramazda çoban yaratdı. 

Lakin divlərə (qədim farsca "dayva") sitayiş edənlər çobana 

zorakılıq edirlər, evləri, kəndləri, vilayətləri və ölkələri talayırlar. 

Onlara qarşı silahla vuruşmaq, mal-qaranı zorakılıq və 

qəddarlıqdan qorumaq lazımdır. Yalançılar ölkədə mal-qaranın 

çoxalmasını istəmirlər. Hakimiyyəti onların  əlindən almaq 

lazımdır. 

Qatlar  əhalinin maldarlıqla məşğul olduğu dövrü əks 

etmişlər. Ara müharibələrim nəticəsində  əhalinin mal-qarası, 

davarı, əmlakı talan edilirdi. Burada müharibə törədənlər yalançı, 

div, Anqromanyunun tərəfdarları kimi şər qüvvələrə  şamil 

edilmişdir. Qatlar, şübhəsiz, sinfi cəmiyyət və müharibələr 

şəraitini  əks etmişlər. Məlum olduğu kimi, İran  ərazisi tez-tez 

İkiçayarası hökmdarlarının basqınlarına məruz qalırdı, ölkə 

talanırdı, mal-qara aparılırdı. Ölkədə yaranan narazılıq və ehtiyac 

yeni təlimlərin meydana gəlməsinə 

şərait yaradırdı, 

çoxallahlılıqdan tək allaha ibadət bərqərar olurdu. Zərdüşt 

təliminin  İran  ərazisində, xüsusilə maldarlıqla məşğul olan dağ 

əhalisi arasında meydana gəlməsi üçün tarixi şərait mövcud idi. 

Ola bilsin ki, Zərdüşt təlimi buradan şərqə doğru yayılmışdı. Bu 

təlimin mahiyyətini xeyir və  şərin mübarizəsi təşkil edir: guya 

varlığın əvvəlində xeyirxah və bədxah ruhlar öz əməllərinə, ,  



Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə