Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə57/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   111

______________Milli Kitabxana_____________ 

 203


digəri onu dağıdırmış. Onların arasında "nə fikir, nə  təlim, nə 

arzu, nə əqidə, nə söz, nə əməl, nə inam, nə ruh uyğun gəlmirdi". 

Təlimə görə, son məqamda yalançılar,  şər qüvvələr zülmət 

padşahlığına, həqiqət tərəfdarları, xeyirxah qüvvələr işıqlı 

padşahlığa düşəcəkdilər. Qatlarda sinfi cəmiyyətdə mülki 

bərabərsizliyin, haqsızlığın törətdiyi ziddiyyətlər dini boyalarla və 

fəlsəfi mühakimələrlə öz əksini tapmışdır. 

Zərdüşt bu ziddiyyətlərdən özü üçün çıxış yolu tapır. O, 

özünü Ahuramazdanın pərəstişkarı elan edir, bu məsləkə sahib 

olan kəndlərin talanmasını, mal-qaranın oğurlanmasını  və 

aparılmasını pisləyir. Yasnada deyilir: "Mən bu torpaqda mal-qara 

saxlayan hər bir sahibkara sərbəst hərəkət və azad həyat təmin 

edirəm... Mal-qaranı tutub aparmaqdan, Mazda məsləkli kəndlərə 

ziyan vurub talamaqdan imtina edirəm... Mən alçaq, ziyankar, 

yalançı, bədxah divlərlə birgə olmaqdan imtina edirəm, divlərdən 

və onların tərəfdarlarından, cadugərlərdən və onların 

tərəfdarlarından, canlı  məxluqa zorakılıq işlədənlərdən imtina 

edirəm". Nəhayət, Zərdüşt öz təliminə uyğun olaraq yeni 

əməllərinə sadiq qalacağına and içməli olur: "Mən Mazda inamına 

sadiq olmağa and içirəm, çünki o, hərbi basqınlara son qoymağa, 

silahı yerə qoymağa, özününkülər ilə nikah bağlamağa çağırır". 

Çox güman ki, Zərdüşt təlimi Midiya irandilli tayfalarının 

siyasi yüksəlişi zamanı, e.ə. VII əsrdə meydana gəlmiş  və 

formalaşmışdı. Bu təlim yerli (div, dayva) dini dünyagörüşü 

saxlayan etnoslara qarşı yönəldilmişdi, onlar dinsiz qələmə 

verilirdi, bütün bəd  əməllər onların adına çıxılırdı. Zərdüştün 

təlimini qəbul etməyənlər, yalançı  və  şər qüvvə  tərəfdarı elan 

edilirdi. Ahuramazdaya sitayiş edənə axirət dünyasında işıqlı 

həyat vədi verilirdi. Zərdüşt qədim dini dünyagörüşündən imtina 

edərək yeni siyasi şəraitə uyğun olaraq Ahuramazdaya inamı  və 

ibadəti seçmişdi. 

Avestanın digər bölməsi "Yaşt" adlanır. Burada ayrı-ayrı 

ilahələrə həsr olunmuş himn və mahnılar toplanmışdı. Biri Mitra 

allahıdır. Qədim hind-Avropa tayfaları Mitraya sitayiş edirdilər. 

Lakin yaştlar Mitranın yaradılmasını Ahuramazdanın  əməli kimi 

qələmə verirlər. Mitra çoxlu otlaqlara malik olan ilahi adlandırılır. 




______________Milli Kitabxana_____________ 

 204


Mitra insanları qələbəyə aparan, onları dinc və yaxşı həyatla təmin 

edən qüvvə kimi təsvir edilir. Ahuramazda peyğəmbər Zərdüştə 

Mitraya sitayiş etməyi tövsiyə edir: "Ey Spitama, Mitraya ibadət 

eylə. Şagirdlərinə (onun barəsində) danış. (Ey Mitra) sənə Mazda 

tərəfdarları xırda və iri heyvanları, qanad vuran lələkli quşları ilə 

birlikdə ehtiram göstərəcəklər". 

Yaştlar eyni zamanda, Qayamarta (Qaya-Martan) sitayiş 

etməyi tövsiyə edir. Qayamart Ahuramazdanın yaratdığı ilk insan 

olmuşdur. Qaynaq qeyd edir ki, Qayamart "Ahuramazdanın fikrini 

və təlimini birinci eşitmişdi". Qayamart Əhriman (Anqru-manyu) 

ilə döyüşdə yaralanır, can verəndə "toxumu" tökülür, torpağa 

çökür. Qırx ildən sonra torpaqdan Martiya və Martyanaq göyərmiş 

və insan görkəmi almışlar. Onlardan da Ahuramazda, guya ari 

torpaqlarını və etnoslarını törətmişdi. 

Yaştlarda Zərdüştün  şərəfinə  mədh söylənilmişdi. Zərdüşt 

ilk xeyirxah fikir sahibi, ilk kahin, döyüşçü və maldar, divlərdən 

(köhnə dinlərdən) birinci üz döndərən, Ahuramazdaya birinci 

sitayiş edən kimi qələmə verilmişdir. Zərdüşt köhnə dinlər 

mövcud olan şəraitdə yeni dinin yaradıcısı kimi çıxış edir. İlk 

zamanlar onun təliminin  əsasını maldarlığı inkişaf etdirmək və 

bununla əlaqədar şər qüvvələrə qarşı mübarizə aparmaq müddəası 

təşkil edirdi. 

Avestanın üçüncü bölməsi Videvdat (Vendidad) adlanır. Bu 

hissə nisbətən sonrakı dövrlərdə meydana gəlmişdir. Burada 

zərdüştlük dininin ehkamları, ayin və  mərasimləri  əks 

olunmuşdur. Eyni zamanda, bu hissədə qədim əsatirlər, rəvayətlər, 

hüquq qaydaları özünə yer tapmışdır. Zərdüşt dindarlarının 

gündəlik mərasimlərdə istifadəsi üçün "Xırda Avesta" tərtib 

edilmişdi. Qeyd etmək lazımdır ki, Videvdat artıq oturaq həyatı, 

əkinçilik təsərrüfat sahəsini, bolluq yaratmağı təbliğ edirdi. Mətn 

Zərdüştün suallarına Ahuramazdanın cavabı  şəklində  tərtib 

olunmuşdur. Sualların birinə ki, harada yaxşıdır, Ahuramazda 

cavab verir: "Həqiqətən orada ki, ey Spitama Zaratuştra, nə zaman 

ki, dindar ər əlində odun, ağac budaqları, süd, həvəng, dinə inam 

barədə müqəddəs söz deyə-deyə, geniş otlaqlı Mitraya və xoş 

otarma bəxş edən Ramana müraciət edə-edə hərəkət edir... Orada 




______________Milli Kitabxana_____________ 

 205


yaxşıdır ki, mömin ər ev tikmişdir, onu odla, südlə, arvad-uşaqla, 

(ev heyvanları) sürüsü ilə  təmin etmişdir. Orada yaxşıdır ki, nə 

zaman ki, xeyli əkirlər, taxıl, ot, barlı bitkilər becərirlər, susuz 

yerə su çəkirlər, bataqlığı qurudurlar... çoxlu buynuzlu xırda və iri 

heyvan saxlayırlar... xırda və iri buynuzlu heyvanlar çoxlu peyin 

verirlər". Zərdüşt təlimi dinə sitayiş etməyə,  əkinçiliklə  məşğul 

olmağa, ailə qurmağa, bir sözlə, zəhmət çəkməyə  dəvət edir, 

torpağa qulluq eləməyə çağırır. Qaynaq yazır: "Uzun müddət 

əkilməyən və  əkinçidən becərilməni gözləyən, bunun üçün 

kəndlidən yaxşılıq arzulayan torpaq qane deyildir, necə ki, uzun 

müddət övladsız qalmış  qəddi-qamətli cavan qadın bunun üçün 

ərindən yaxşılıq arzulayır... Kim bu torpağı becərmirsə, o, 

yaşamaq üçün çarə axtaranlar arasında başqasının qapısına 

söykənir, lakin ağız suyu axıdan (yəni dadlı) hər bir xörəyi onun 

yanından aparıb, onsuz da hər  şeyi kifayət qədər olana 

verəcəklər... Kim əkir, taxıl becərirsə, o, həqiqət  əkir (yaradır), 

Mazda inamını  aşılayır, Mazda inamına çörək verir... Qoy evdə 

həmişə un xörəyi olsun ki, divləri lərzəyə salsın". 

Sonra Zərdüşt hansı ölkələrin yaşayış üçün yaxşı olduğunu 

Ahuramazdadan soruşur. Ahuramazda belə ölkələr cərgəsində 

Ariyanam vayca (Orta Asiyada), Qava-soqdalar diyarı, Margiana, 

Baktriya, Nisaya (Baktriya və Margiana arasında), Areya, 

Araxoziya, Raqa, Varna, Yeddi hind vilayəti, Ranhi ölkəsi və 

başqalarının adını  çəkmişdir. Bu siyahıda  əsasən irandilli 

tayfaların, qismən də türk etnoslarının yayıldığı, yaxud 

məskunlaşdığı  ərazilər və ölkələr təmsil olunmuşdur. Midiya 

(Raqa  şəhərindən başqa), Azərbaycan burada öz əksini 

tapmamışdır. Deməli, bu zaman Zərdüşt təlimi nə Midiyada, nə də 

Azərbaycanda geniş yayılmamışdı. Lakin İranın başqa ölkələrində 

olduğu kimi, burada da, dini ayin və mərasimləri kahinlər yerinə 

yetirirdilər. Haxamanişlərin hakimiyyəti illərində kahinlər maq 

adını daşıyırdılar. 

Çox güman ki, maqlar dini mərasimləri keçirən, ayinləri 

qoruyan kahinlər idilər. Qaynaqların məlumatına görə, Midiya 

tayfalarının birini maqlar təşkil edirdi. Lakin maqlar din xadimləri 

kimi müəyyən ictimai təbəqəyə daxil idilər.  İlk maqlar nə 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə