Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə63/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   111

______________Milli Kitabxana_____________ 

 226


Assuriya hökmdarı I Adadnirari (e.ə. 1307-1275) Azərbaycan 

ərazisinə bir neçə yürüş etmiş, lakin ölkənin içərisinə girə 

bilməmişdi. Yerli tayfalar arasında birlik yox idi. Kutilər bir 

müddət Adadnirarinin hakimiyyətini tanımağa məcbur oldular. Az 

sonra kutilər üsyan qaldırdılar. Lakin Assuriya hökmdarı I 

Salmanasar (e.ə. 1274-1245) kutilərin üsyanını yatırdı. 

E.ə. II minillikdə  qədim Azərbaycan tayfaları turukkilər, 

lullubilər, kutilər və onlara yaxın olan şubarlar (subirlər) 

Assuriyanın işğalçılıq siyasətinə qarşı  çıxmış  və müstəqillik 

uğrunda mübarizə aparmışlar. Tayfa başçıları və xırda hökmdarlar 

vahid dövlət halında birləşməmiş, buna görə də Assuriyaya güclü 

müqavimət göstərə bilməmişlər. Lakin müharibələr qədim 

Azərbaycan tayfalarının yenidən dövlət halında birləşməsini 

zəruri edirdi. E.ə. II minilliyin sonu-I minilliyin əvvəlində qədim 

Azərbaycan yeni dövlət qurumlarının meydana gəlməsi ərəfəsində 

idi. 


Bütün xalqlar özlərinin mədəniyyətlərini yaratmışlar. 

Xalqların mədəniyyətlərini «zəngin» və yaxud kasıb» 

mədəniyyətlərə bölmək düzgün olmazdı. Bir sıra mədəniyyətlər 

ciddi tədqiq edildikdən sonra onların nə qədər zəngin olduğu aşkar 

olur. Elmi ədəbiyyatda  ən çox öyrənilən Misir, Hindistan, Çin, 

İran, Yunan mədəniyyətləri ilə yanaşı, öyrənilməyən, yaxud da az 

öyrənilən, ona görə  də az təbliğ olunan, tarix, ədəbiyyat və s. 

dərsliklərə düşməyən mədəniyyətlər də vardır. Belə 

mədəniyyətlərdən biri də Azərbaycan mədəniyyətidir. Azərbaycan 

mədəniyyət tarixinin ümumtürk mədəniyyəti kontekstində 

öyrənilməsi olduqca məqsədəuyğundur. Coğrafi amil də nəzərdən 

qaçırılmamalıdır. Məlum olduğu kimi, türk xalqlarının böyük 

əksəriyyəti (türk dilinin bu və ya digər dialektində danışan 

xalqların ümumi sayına görə  təxminən yarısı) keçmiş SSRİ 

ərazisində yaşayır.  

Şübhəsiz,  Şərqi Sibirdən Baltik dənizinə  qədər uzanan 

ərazilərdə  məskən salıb yaşayan bütün böyük və kiçik türk 

xalqları bir ana kök üzərində meydana gəlmişdir. Ana türk 

(prototürk) cəmiyyəti parçalanıb dağıldıqdan sonra yaxın-uzaq 

ölkələrə yayılmış, vahid siyasi, iqtisadi, mədəni əlaqələr kəsilmiş, 




______________Milli Kitabxana_____________ 

 227


hər bir türk qəbiləsinin tədricən özünəməxsus mədəniyyəti, 

iqtisadiyyatı  və siyasi dünyagörüşü formalaşmağa başlamışdır. 

Nəticədə  qədim türk xalqları  həm  əsarətə aldıqları, həm də 

əsarətinə düşdükləri xalqların dinləri, adət-ənənələri və s. ilə tanış 

olmuş, onların mühüm mədəni ünsürlərini mənimsədikləri kimi, 

özlərinin də  mədəniyyətini onlara mənimsətmişlər. Qonşu 

xalqlarla qarışmaq nəticəsində onların bütün mədəni-mənəvi 

sahələrində olduğu kimi, hətta antropoloji quruluşlarında belə 

ciddi dəyişikliklər baş vermişdir. Bütün bunlara baxmayaraq, bir 

ana kökdən ayrılan həmin qohum türk qəbilə  və xalqlarını 

birləşdirə biləcək  ən qədim xüsusiyyətlər məhz onların dilində, 

folklorunda və mifologiyasında qorunub saxlanmışdır. 

Azərbaycan mədəniyyəti dörd inkişaf mərhələsi keçmişdir. 

Birinci mərhələ ümumtürk, ümumbəşəri, arxaik-totemistik inkişaf 

mərhələsidir. Burada mifologiyada bir sıra heyvanlar, xüsusilə 

öküz mifi başlıca yer tutur. İkinci mərhələ qurd görüşünün öküz 

mifizmi ilə çarpazlaşması 

mərhələsi adlandırmaq 

məqsədəuyğundur. Mədəniyyətin həmin inkişaf mərhələsi 

həqiqətlərlə yarımhəqiqətlər  şəklində bizə  gəlib çatan erkən 

xaqanlıq-anaxaqanlıq və ataxaqanlıq, eləcə  də daş kitablar və 

abidələrdə tarixi iz qoymuş xaqanlıq  əxlaqi-fəlsəfi dünyagörüşü 

ilə bağlıdır. Mədəniyyətin üçüncü inkişaf mərhələsi zərdüştlük - 

maqların dini təlimi - xeyir və  şərin  əbədi mübarizəsi dövrü ilə 

əlaqələndirilməlidir. 

Dördüncü inkişaf mərhələsi islamın Azərbaycanda 

yayılmasından başlanır. Həmin dövrləri bir neçə  mərhələyə  də 

bölmək mümkündür. 

Azərbaycan  ərazisində Manna, Midiya, Atropatena və 

Albaniya dövlətləri fəaliyyət göstərmişdir. Lakin hələ dövlət 

meydana gələnə  qədər Azərbaycanın ilk sivilizasiya mərkəzi 

olması arxeoloji qazıntılar sayəsində sübut edilmişdir. Quru-çay 

və Azıx mağarası sakinlərinin hazırladıqları ilk əşyalar kobud 

çapacaqlar, müxtəlif qəlpələrdən düzəldilmiş qazıyıcı  və deşici 

alətlər olmuşlar. Onların bir çoxunun ağırlığı 4-5 kq-dır. 

Arxeoloqlar Qazax rayonunda Damcılı, Daşsalahlı, Tağlar 

mağaralarında yüz səksən-iki yüz min il bundan öncə, insana daha 



______________Milli Kitabxana_____________ 

 228


çox bənzəri olan məxluqların yaşadığını  aşkar etmişlər. 

Azərbaycan  ərazisində  şüurlu insan (homo sapiyens) otuz-qırx 

min il bundan qabaq təşəkkül tapmışdır. Bu dövrdə insanlar daha 

mükəmməl ov aləti - ox ilə yayı icad etmişdilər.  Şüurlu insanlar 

hələ on min il bundan əvvəldən başlayaraq Qobustan qaya 

rəsmlərini yaratmışlar. Qayaların üzərində yaradılmış müxtəlif 

rəsmlər - ov səhnəsi, yallı getmək və s. həmin dövrdə yaşayan 

insanların şüurunun yüksək səviyyədə olmasını göstərir. Qobustan 

uzun dövr ərzində yaşayış məskəni olaraq qalmışdır. Maldarlığın, 

əkinçiliyin meydana çıxdığı (VI minillikdən) və ondan sonrakı 

dövrdə bu insanların qayalar üzərində qoyub getdikləri misilsiz 

qiymətə malik dilsiz şahidləri onların dənizçiliklə  də  məşğul 

olduqlarını göstərir. Qayalar üzərindəki qayıq rəsmi, qayığın baş 

tərəfində günəş  təsviri bu torpağın aborigenlərinin dünyanın  ən 

qədim mədəni xalqlarından biri olan şumerlərlə bilavasitə əlaqədə 

olduqlarına dəlalət edir. Abşeronda, qədim Naxçıvanda, 

Gəmiqayada, Kəlbəcər ərazisində qaya rəsmləri kifayət qədərdir. 

Oddan istifadənin başlanması, ilk geyimlər, ilk yaşayış 

yerinin salınması, ilk nəqliyyat vasitələrindən istifadə olunması, 

müxtəlif  əmək alətlərinin hazırlanması, gil qablar, heyvanların 

əhliləşdirilməsi və s. sivilizasiyaya doğru böyük addımların 

atılması hesab olunmuşdur. 

Azərbaycan dünyanın ən qədim mədəniyyət mərkəzlərindən 

biridir. Qobustan qaya rəsmləri e.ə. XIII-X minilliyə aiddir. Onlar 

siluet  şəklində ön, arxa və yan tərəfdən təsvir edilmiş, 

kürəklərində kaman olan ovçuların sxematik təsvirlərindən 

ibarətdir. Son mezolit dövründə (e.ə. X-VIII minilliklər) 

yaradılmış  əzəmətli öküzlərin realistik qaya təsvirləri də 

diqqətəlayiqdir. Bu təsvirlər təxminən öküzlərin özü boyda 

cızılırdı. 

İbtidai insanların primitiv şəkildə silahlanması  və  vəhşi 

öküzlərin qüvvətli heyvan sayılması ovçuları  gələcək ovlara çox 

diqqətlə hazırlaşmağa və sonsuz məşqlər keçirməyə  məcbur 

edirdi. Bu məşqlər isə sonralar ayinlərə çevrilirdi. Dini görüşlər 

formalaşdıqdan sonra həmin ayinlər sehrbazlıq ayinlərinə 

çevrilirdi.  Əcdadlarımızın ibtidai qəbilə quruluşundakı totemistik 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə