Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə70/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   111

______________Milli Kitabxana_____________ 

 247


düzbucaqlıdakı  xətlərin sayından bilirik). Sağ  tərəfdə nizə atan 

süvari isə öz borcunu ödədiyi üçün rəssam bu haqda heç bir şey 

göstərmir. 

Qobustan piktoqramlarının ikinci qrupuna yaddaş vəzifəsini 

görən dini xarakterli yazılar daxildir. Bu tip təsvirlər gündəlik dini 

ayinləri yerinə yetirmək üçün əyani vəsait kimi təcrübi 

əhəmiyyətə malik olmuşdur. Tunc dövrünün belə bir 

piktoqramında heyvanların qurban kəsilməsi ayininin icrası 

göstərilir. 

Üçüncü qrup yazılara qəbilənin gündəlik təsərrüfat həyatı ilə 

bağlı olan piktoqramlar daxildir. Ovçuluq, maldarlıq və ov 

məşqləri ilə  əlaqədar süjetli təsvirlər bu qrupa mənsubdur. Ov 

məşqlərinin necə keçirilməsini nəql edən, daş dövrünə aid bir 

təsviri nəzərdən keçirək. Dağda cızılmış böyük öküz rəsminə ox 

atmaqla ov məşqi keçmək üçün ovçular bir cərgədə düzülmüşlər. 

Onların üzü öküz təsvirinə  və arxaları bizə  tərəf olduğundan 

qolları  və  əlləri görünmür, kürəklərindəki kaman və geydikləri 

enli dəri  şalvarları isə aydın görünür. Qədim rəssam icma 

üzvlərinin ovdan əvvəl necə  məşq etdiklərini bu əsərində  nəql 

edir. Bu piktoqram göstərir ki, ən qədim qaya təsvirlərimiz daş 

dövründə  əcdadlarımızın ov təsərrüfatlarına, ovdan əvvəl məşq 

keçmələrinə və s. həsr edilmişdir. 

O dövrün ox və kamanları ibtidai olduğu üçün uzaq 

məsafədən vəhşi öküzləri ovlamaq olduqca çətin idi. Odur ki, 

qədim  əcdadlarımız daş dövründə çox mühüm bir kəşf etmiş  və 

onun nəticəsində 

də heyvanlara yaxınlaşmaq üçün 

müvəffəqiyyətli bir hiylə  işlədə bilmişlər. Onlar uzun 

müşahidələrin nəticəsində  kəşf etmişdilər ki, vəhşi heyvanlar 

özlərinin qüvvətli iybilmə qabiliyyətlərinə yox, çox zəif görən 

gözlərinə inanırlar. Odur ki, heyvanların bu zəif cəhətindən 

istifadə edən  əcdadlarımız heyvan cəmdəklərindən düzəltdikləri 

gizləncəklərin arxasında gizlənərək, vəhşi öküzlərə asanlıqla 

yaxınlaşır və onları yaxından vura bilirdilər. Vəhşi heyvanlar isə 

bu gizləncəkləri özlərinə oxşadığı üçün heyvan bilib yaxına 

buraxırdılar. Qobustan qayalarında bu gizləncəklərə  həsr edilmiş 

petroqliflər çoxdur. 



______________Milli Kitabxana_____________ 

 248


Qobustanın qaya təsvirləri daş dövründən başlamış XIX əsrə 

qədər olan bütün dövrlərin təsviri sənət və yazı  mədəniyyətini 

əhatə edir. Odur ki, Azərbaycan təsviri sənətinin mənşəyini 

öyrənmək üçün bu qədim rəsmlər qalereyası tədqiqatçılara zəngin 

material verir. Ölkəmizdə incəsənət, din, estetika kimi mühüm 

ictimai elm sahələrinin tarixini araşdırmaqda Qobustan 

petroqliflərinin əvəzedilməz əhəmiyyəti vardır. 

Dulusçuluq. Qədim Azərbaycan  ərazisində iki tip bədii 

dulusçuluq məmulatı istehsal edilirdi. Birinci tip-qırmızı gil 

keramikadır ki, bu, ölkənin cənub rayonları (xüsusilə, Naxçıvan 

zonası) üçün səciyyəvidir. Cilalanmış qara rəngli qablardan ibarət 

olan ikinci tip keramika isə Qafqaz Albaniyasına xas idi. 

Birinci tip keramika polixrom, əlvan rəngli olduğu üçün ona 

boyalı keramika adı verilmişdir. Bu tipli qabların saxsısı 

dulusçuluq kürəsində bişəndən sonra qırmızı  və sarı  rəng alır. 

Belə gil məmulatın üzərində bir qayda olaraq sarı, göy, qara, çox 

zaman qəhvəyi boyalarla çəkilmiş quş, heyvan və insanların stilizə 

edilmiş təsvirlərinə rast gəlirik. 

Boyalı keramika nümunələri Naxçıvan, Qarabağ, Mil düzü, 

Xanlar və Qazax rayonlarında olan qədim yaşayış yerlərindən və 

qəbirlərdən tapılmışdır. 

Azərbaycanda boyalı qablar istehsalı tunc dövründə (e. ə. II 

minillikdə) inkişaf tapmışdır. Azərbaycanda boyalı keramika 

sənətinin inkişafı  qədim  İran qəbilələri ilə iqtisadi-mədəni 

əlaqələrin qurulması nəticəsində meydana çıxmışdır. 

Azərbaycanda tunc dövrünün boyalı keramikası iki üsulla-əl 

ilə  və dulusçuluq dəzgahında hazırlanırdı. Bu qabların üzərində 

təsvirlərdən  əlavə dalğavarı  sınıq və mürəkkəb  şəkilli düz 

xətlərdən ibarət naxışlar da çəkilirdi. 

Boyalı keramika mədəniyyəti orta tunc dövründən dəmir 

dövrünə  qədər dörd inkişaf mərhələsi keçmişdir. Birinci mərhələ 

qabların üzərində monoxrom (birrəngli) rəsmlərin çəkilməsi ilə 

səciyyələnir. Belə  məmulatın üstü qırmızı anqob ilə (xüsusi gil 

məhlulu ilə) örtüldüyündən parıltılı  səthə malik olurdu. Onların 

üzərindəki həndəsi naxışlar (üçbucaq, romb), quşların rəsmi qara 

boya ilə  çəkilirdi. Hündür formalı belə qablar Kültəpədə 




______________Milli Kitabxana_____________ 

 249


(Naxçıvan), Culfada, Zurnabadda (Xanlar rayonu) və Mil-

Qarabağ düzlərində tapılmışdır. 

İkinci mərhələnin qabları daha kiçik, həm də girdə  şəkildə 

hazırlanırdı. Naxçıvan rayonundan tapılmış belə qabların 

üzərindəki insan, heyvan və quş  rəsmləri qara, qırmızı, ağ, 

qəhvəyi, sarı  və s. boyalarla çəkilir, üstü qırmızı, sarı  və  ağ 

anqobla örtülürdü. Dolça və dövrə  şəklində olan bu qab-ların 

ornamentləri qara və  qırmızı boyalarla çəkilirdi. Naxışlar isə 

düzbucaqlı, üçbucaqlı  və romb kimi motivlərdən tərtib edilirdi. 

Qobustan petroqliflərində gördüyümüz «yallı» tipli rəqs 

təsvirlərinə bu keramikada da rast gəlirik.  Şahtaxtıdan tapılmış 

polixrom rəsmli böyük qab (e. ə. XVIII-XVII əsrlər) da bu 

mərhələyə aiddir. Tovuz, keçi, at, vəhşi heyvan və quşların 

rəsmləri ilə  bəzənmiş kürəvi qabın üstü qırmızı anqobla 

örtülmüşdür. Qabın çiynindəki tovuzlar sırası sarı  rəngli zolağın 

üstündə  təsvir edilmişdir. Təsvirlərdə realist əlamətlərlə yanaşı 

dekorativliyə də geniş yer verilmişdir. 

Üçüncü mərhələnin qabları (Culfa-da, Kültəpədən tapılan 

nümunələr) çaydan, nimçə, kasa formasındadır. Onların üzərində 

qırmızı, qəhvəyi boyalarla çəkilmiş insan, heyvan və quş rəsmləri 

həndəsi naxışlarla haşiyələnmiş  və qablar qırmızı, ağ anqobla 

örtülmüşdür. 

Dördüncü mərhələ  dəmir dövrünün başlanğıcına təsadüf 

edir. Bu vaxt boyalı təsvirli keramika tənəzzülə uğrayaraq ortadan 

çıxır. Dördüncü mərhələnin boyalı qabları dolça, çaydan və kasa 

formasında olub, dalğavarı  cızma üsullu ornamentlərlə  bəzədilir, 

naxışlar isə tünd-qırmızı boyalarla da çəkilirdi. Bu dövrün kürədə 

bişən-dən sonra qırmızı  rəng alan nimçələri günəşi andıran 

qabarıq ornamentlərlə bəzədilmişdir. Onların içərisi qırmızı, çölü 

isə sarı anqobla örtülmüşdür. Çaydanlar bu dövrdə də hazırlanırdı. 

Onların üçbucaq, yanakı  xətlər tipli naxışları  cızma üsulu ilə 

hazırlanırdı. Boz rəngli silindrik piyalələr də bu dövrün bədii 

məhsulu idi. 

Boyalı keramika mədəniyyəti qədim qəbilələrdə estetik 

zövqün tərbiyəsində  əvəzedilməz, mütərəqqi bir rol oynamışdır. 

Əslində bu mədəniyyət orta əsrlərdə Azərbaycanda şirli keramika 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə