Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə85/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   111

______________Milli Kitabxana_____________ 

 303


Qədim Hindistanda mədəniyyətin müxtəlif sahələri inkişaf 

tapmışdı. Ədəbiyyat, incəsənət, xüsusilə memarlıq, təbiət elmləri, 

fəlsəfə sahəsində müəyyən nailiyyətlər  əldə edilmişdi. Burada 

müxtəlif dini ehkamlar və  təsəvvürlər mövcud idi. Erkən dövrdə 

dini əsatirlər meydana gəlmişdi. 

Lap qədim dövrlərdə hind əhalisi arasında günəşə, aya, 

çaylara, bitkilərə inam və sitayiş mövcud idi. Hələ hind-İran 

birliyi dövründə hindlilərin iranlılar ilə oxşar dini anlayışı vardı. 

Oda, suya, əcdadlara, eyni adlı ilahi qüvvələrə inam həm hind, 

həm də irandilli etnik birləşmələr üçün səciyyəvi idi. Hindlilərin 

erkən dini təsəvvürləri Riqvedada əks olunmuşdur. Riqvedaya 

görə  qədim hind panteonun başında  İndra dururdu. O, baş allah 

olmaqla ildırım saçan və fateh hesab edilirdi. 

Əfsanəyə görə ilk əvvəldən yer üzündə asura adlanan 

vücudlar, iblislər yaşayırmış. Hind əsatirlərində asura şər 

qüvvələri təmsil edirdi. İrandilli  ənənədə isə onun müqabili olan 

ahura xeyirxah allahı təcəssüm edirdi. İran div ehkamının əksinə 

olaraq hindlərdəki div xeyirxah əməllərin sahibi idi. Vritra adlı 

iblis (asura) şər qüvvələrin başçısı kimi təsvir olunmuşdur. Aditi 

xeyir və şər qüvvələri təmsil edirdi. Vritranın silahdaşları Danava 

adlanırdı. Aditilər Danava ilə mübarizə aparırlarmış, lakin həmişə 

məğlubiyyətə  uğrayırmışlar. Belə halda Aditilər  İndranı başçı 

seçirlər. İndra göyün və yerin oğlu kimi qələmə verilmişdir. Guya 

o, anasının böyründən "doğulmuşdu". Anadan olandan sonra İndra 

bir müddət gizli yaşamış, sonra soma içkisini dadmış, nəticədə 

bədheybət bir nəhəng görkəminə düşmüşdü. Bundan vahiməyə 

gələn qoşa göy və yer əks tərəflərə ayrılmış, arada yaranmış fəza 

İndranın məskəni olmuşdu. İndra allahların başçısı kimi Vritra ilə 

döyüşə girir. İndra iblisi öldürür. Kosmik sular və ilahi analar 

guya Vritranın qarnından azadlığa çıxırlar. Hamilə sular günəşi 

dünyaya gətirilər. Sonra Sat, yəni varlıq aləmi yaradılır. Bura 

allahların və insanların məskəninə çevrilir. Asat, yəni qeyri-varlıq 

Satdan təcrid edilir. Asat yerin dərinliyini, o dünyanı təmsil edirdi. 

Kosmik sular göydə yerləşdirilir ki, oradan yerə vaxtaşırı rütubət 

göndərsinlər. Varuna qanunlara nəzarət edirdi. İndra dünyanı bu 

cür yaratdıqdan sonra rəqsə başlayır. Eyni zamanda, erkən dini 




______________Milli Kitabxana_____________ 

 304


təsəvvürlərdə od və ev himayədarı Aqni, günəş allahı Surya 

müəyyən yer tuturdu. E.ə. I minilliyin sonunda Brahma, Vişna və 

Şiva allahlarına ibadət genişləndi. Müxtəlif allahlar Vişnanın əksi 

kimi qələmə verildi. Bunlar Krişna, Rama və  hətta Budda hesab 

olunurdu. Hindistanın bir çox allahlarının məbədləri Vişnanın 

müxtəlif təcəssümü kimi qəbul edilir. 

Avestada bu içki haoma adlanır və onun güclü təsiri qatlarda 

pislənir, sonrakı hissələrdə isə təriflənirdi. 

Rama bitki aləmi allahı kimi məlum idi. Onun arvadı Sita 

(mənası  "şum yeri") məhsuldar torpağı  təmsil edirdi. Onların 

haqqında müxtəlif məzmunlu  əsatirlər yaradılmışdı. Rama və 

Sitanın taleyinə iblis Ravana mənfi təsir göstərmişdi.  Əsatirin 

birində deyilir ki, Ravana Lankada (Seylon) hökmranlıq edirdi. 

Brahman onu allah və iblislər tərəfdən məğlubedilməz etmişdi. 

Ravana isə müqəddəs kahinlərin qurban ayinlərini yerinə 

yetirmələrinə maneçilik törədirdi. Allahlar Brahmaya şikayət 

edirlər. Brahma Ravananı məğlub etmək üçün çıxış yolu tapır. O, 

Vişnaya məsləhət görür ki, o, Aydoxa hökmdarının oğlu Ramanın 

cildinə girsin. Rama gənc ikən gözəl Sitaya evlənmişdi. Atası 

Daşaratha onu özünə varis təyin etdi. Lakin hökmdar qadın 

hakimiyyətə Brahatanı  məsləhət bildi. Rama 14 il müddətinə 

sürgünə göndərildi. Sürgündə o, koma tikib Sita ilə dolanırdı. Bir 

gün Ravananın iblis bacısı Ramanı gördü və ona məhəbbətini 

bildirdi. Rama onu rədd etdi. Bunu eşidən Ravana Ramaya qarşı 

çoxlu iblis göndərdi, lakin onlar məğlub oldular. Ravana hiylə 

işlədib Sitanı qaçırdı. Rama çox macəralardan sonra Lankaya 

gəldi, Ravananı öldürdü və Sitanı azad etdi, lakin onu yaxına 

buraxmadı. Sita pak olduğuna and içdi, Rama ona inanmadı. 

Sitanın göstərişi ilə tonqal qaladılar. O, paklığını sübut etmək 

üçün yanan tonqala girdi, lakin allah Brahma alovu Sitanadan 

uzaqlaşdırdı. Sita tonqaldan salamat çıxdı. Od allahı Aqni onu 

Ramaya qaytardı. Rama Sita ilə birlikdə Aydoxaya qayıdır, 

atasının taxt-tacına sahib olur və on min il hökmranlıq edir. 

Bundan sonra Rama Vişna görkəminə qayıdır. Hindistanda bir çox 

məbədlər Ramaya həsr olunmuşdur. 

Qədim hind allahı Krişna həmçinin Vişnanın təcəssümü 




______________Milli Kitabxana_____________ 

 305


kimi təzahür etmişdi. Onun haqqında xeyli əfsanə yaradılmışdı. 

Krişnanın uşaqlıq və gənclik illəri əfsanələrdə öz əksini tapmışdı. 

Uşaq ikən o, meşəyə gedib çobanlıq edirmiş. Onun tütəyinin səsi 

naxır otaran oğlan və  qızları valeh edirmiş, hətta inəklər bundan 

zövq alırmışlar. Bir gün Krişna çayda çimən naxırçı qızların pal-

paltarlarını  oğurlayıb ağacın başında gizlənir. Qızlar ona çox 

yalvarırlar. Krişna paltarı bir şərtlə qaytarır ki, qızlar onunla rəqs 

etsinlər. Krişna qızlar ilə  rəqs edir, sonra yoxa çıxır. Bir xeyli 

keçmiş o, qayıdır, nigaran qalmış  qızları sevindirir. Krişna öz 

simasını, yaxud görkəmini çoxaldır. Qızların hər birinə elə  gəlir 

ki, Krişna onunla oynayır. Krişnanın hamıdan çox xoşuna Radha 

gəlirdi. Guya Radha Vişnanın arvadı Lakşminin ifadəsi imiş. 

Krişna isə ancaq Radha ilə öz görkəmində oynayırdı. Krişna ilə 

Radhanın məhəbbətinə dair xeyli incəsənət  əsəri yaradılmış, ona 

mahnılar qoşulmuşdur. Krişna  əfsanələrdə  məhəbbət vurğunu və 

özünə qarşı sevgi, məhəbbət yaradan allah təcəssümü kimi təsvir 

edilmişdir. Krişnanın eyni zamanda, çoxlu düşməni varmış. O, 

hamını valeh edən cazibədarlıq ilə yanaşı qeyri-təbii qüvvəyə 

malik imiş. 

Əfsanələrin birində deyilir ki, Uqarsen adlı hökmdarın 

arvadını iblis yoldan çıxarıbmış.  İblis Uqarsenin görkəminə 

giribmiş və bunu da arvadı bilmirmiş. O, Kansanı doğmuş, Kansa 

isə hakimiyyəti zəbt edibmiş. O, camaata böyük əzab-əziyyət 

verirmiş, yer üzünü onun zülmü bürüyürmüş. Buna dözməyən Yer 

kürəsi inək görkəmində kömək üçün İndraya müraciət edir. İndra 

əlac tapmaq üçün allahların yanına gedir və  nəhayət, Vişna 

Krişnanın görkəminə düşür. Krişna Kansanı öldürməli idi. Lakin 

Kansanın taleyini yozub deyirlər ki, onu ancaq bacısı oğlu öldürə 

bilər. Belə halda Kansa göstəriş verir ki, bacısı Devakanı 

öldürsünlər. Lakin bacısı əri Kansanı bu qərarından çəkindirir və 

anadan olan körpələri ona verəcəyini vəd edir. Beləliklə, Kansa 

altı körpəni öldürür, lakin yeddi və  səkkizincidən xəbəri olmur. 

Bunlardan biri Krişna, digəri onun qardaşı Balarama imiş. 

Qardaşlar möcüzə ilə Devakanın bədəninə yeridilirlər və bununla 

Kansanın caynağından xilas olurlar. Kansa Krişnanın üstünə 

cürbəcür vücudlar göndərir. İblisə Puntana bədəninə zəhər sürtüb, 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə