170
Şəkil 105. Gülüstan türbəsi bərpadan əvvəl.
Sərdabəni qülləvari hissədən ayıran stalaktit qurşağı orijinallığı ilə
seçilir. Bu orijinallıq qurşağın mərkəzdən aşağıya və yuxarıya doğru
azalmasında, həmçinin nəbati elementlərdən istifadə edilməsindədir. Bunun
nəticəsində stalaktit kəmər zəngin və plastik görünüşə sahib olmuşdur.
Türbənin xarici səthləri üçpərli çatma tağla tamamlanmış, səthlər daş
üzərində həndəsi oymalarla naxışlanmışdır. Memar üç müxtəlif ornament
hazırlamış və onlar üzlərdə təkrarlanmışdır. Lakin eyni müşahidə
nöqtəsindən baxan tamaşaçı həmişə müxtəlif ornamentlər görür. Üst
kameranın girişı pəncərə kimi təfsir edilmişdir. Ə.Salamzadə və
171
K.Məmmədzadənin fikrinə görə türbənin üst kamerasının əməli əhəmiyyəti
olmamışdır. Onların fikrinə görə bu türbənin xatirə səciyyəsi daşıması ilə
bağlı olmuşdur.
Şəkil 106. Gülüstan türbəsi bərpa zamanı.
Türbənin üzlərindən dam örtüyünə keçid iki cərgə stalaktit vasitəsi ilə
həll olunmuşdur. Üst örtüyü uçub dağıldığından forması bəlli deyildi. Lakin
mütəxəssislər türbənin üst örtüyünün piramidal formada olduğunu ehtimal
etmiş və türbə bu şəkildə də bərpa olunmuşdur.
Gülüstan türbəsi Azərbaycanın daş memarlğının nadir incilərindən
biridir. Ə.Salamzadə və K.Məmmədzadənin fikrinə görə Gülüstan türbəsinin
daş üzərində oyulmuş ornament bəzəkləri Kiçik Asiya abidələrinin oyma daş
bəzəklərindən əvvəl gəlməklə bu tip bəzəklərin ilk nümunəsidir.
Türkiyə sənətşünası Oktay Aslanapanın fikrinə görə görə Övliyyə
Çələbinin “Səyahətnamə” əsərində xatırlanan “Kəsik günbəz” Gülüstan
türbəsidir.
172
Şəkil 107. Gülüstan türbəsinin bəzək elementləri.
Şəkil 108. Gülüstan türbəsinin bəzək elementi.
Dər türbəsi Орdubаd раyоnundа, Dарkəndin cənub təрəfində,
kеçmiş yаşаyış məрkəзi əразisindədir. Əщаli təрəfindən günbəз
173
аdlаndıрılıр. Yuхарı щissəsi tаm dаğılıb. Щəр biр cəщətdən (şimаl, cənub,
гəрb, şəрг) giрişi варdıр. Dər türbəsinin konstruksiyası üç yaruslu tikili
formasında həll olunmuşdur. Onun yeraltı sərdabəsi, yerüstü kamerası və
günbəzlə örtülmüş yuxarı silindirşəkilli boyun hissəsi türbənin üç yarusunu
təşkil edir. Dər türbəsi günbəzli-qülləvari tikintilər qrupuna daxildir. Künc
söykənəcəklərinin çıxıntısı dayaq divarlara çevrilmiş və aşağı hissənin enini
artırmaqla onun zahiri quruluşuna özünəməxsus görkəm vermişdir. Türbənin
sərdabəsi çay daşlarından inşa olunmuş, kvadrat formalı bişmiş kərpiclə
üzlənmişdir. Türbənin kürsülüyü iri daş bloklarla üzlənmişdir.
Şəkil 109. Dər türbəsi.
Dər türbəsi konstruktiv həllinə görə Azərbaycanın digər türbələrindən
fərqlənir. Onu fərqləndirən digər bir əlamət türbənin gövdəsinin
üzlənməsində qara rəngli kaşıdan istifadə olunmasıdır.
Ə.Salamzadə və K.Məmmədzadə Dər türbəsinin memarlıq
xüsusiyyətlərini nəzərə alaraq onu XIV əsrin birinci yarısına aid etmişlər.
В.M.Sısоyев вə I.Əзimbəyов vaxtilə türbənin üzərindəki kitаbəni
tədгiг еtmiş вə tüрbənin 1487-1488-ci illəрdə Şеyх ibn Cüщənnа təрəfindən
inşа еdildiyini təyin еtmişləр.
174
Şəkil 110. Dər türbəsinin iç tərəfi.
Gülüstan körpüsü. Körpü Gülüstаn türbəsinin yахınlığındа Аrаz
çаyı üzərində sаlınmışdır. Sаğ sаhildəki birinci dаyаq müstəsnа оlmаqlа
qаlаn dаyаqlаrın hаmısı dаğılmışdir. Sаlаmаt qаlаn dаyаqdа, su səmtinə
bахаn tərəfdə dörd şаquli cərgəli оvаl dеşiklər аçılmışdır. Bеlə dеşiklər tаğın
оturаcаğındа аydın müşаhidə еdilir.
Sаhil dаyаğının içərisində bir sırа оtаqlаr yеrləşir. Dаyаğın çаyа
bахаn tərəfində zərif və hündür аrаkəsmə ilə üç hissəyə bölünmüş kifаyət
qədər еnli аçırım qаlmışdır. Körpünün dаyаqlаrındа üçpilləli hörgü izləri
аydın izlənir.
Körpünün tikilməsində bаşlıcа inşааt mаtеriаlı möhkəm əhəng
məhlulu ilə bərkidilən qırmızıyаохşаr qumdаşı оlmuşdur. Tikinti mаssivinin
bəzi yеrlərində kvаdrаt fоrmаlı kərpic hörgü vаsitəsilə bəndеtmə müşаhidə
оlunur. Körpü ХII-ХIII əsrlərə аiddir.
Kırna türbəsi Culfa rayonunun Kırna kəndində yerləşir. Abidə
Naxçıvan memarlıq məktəbinin mərkəzi günbəz tipli binalar sahəsində də
diqqətəlayiq memarlıq kompozisiya üsulları yaratdığını göstərir. Abidənin
ümumi quruluşu onun türbə və ya məscid olması haqqında mülahizə irəli
sürməyə əsas verir. Planda kvadratşəkilli olan bina türbələr üçün səciyyəvi
175
şəkildə ikiqat örtüklü olub, içəridə çatmatağlı, xaricdən isə piramidaşəkilli
çadırvarı günbəzlə örtülmüşdür. Beləliklə, Kırna abidəsi ümumi
kompozisiyası etibarı ilə günbəz-qülləvarı adlandırılan Azərbaycan türbələri
sırasına daxil edilə bilər. Kırna abidəsi bir sıra xüsusiyyətlərinə görə
Əlincəçay Xanəgahındakı abidəyə oxşayır. Bu, türbənin daxili günbəzinin
quruluşunda və xüsusən xarici çadırvarı günbəzin oxşarlığında özünü
göstərir. Hər iki abidənin xarici örtüyü 16 səthli piramida şəklində həll
edilmişdir. Kırna abidəsinin qərb fasadındakı stalaktit qurğusu da bu
abidənin zəmanəmizə qədər ancaq bir hissəsinin qaldığı kompleks tikintinin
yalnız bir hissəsi olduğuna dəlalət edir. Abidənin üzərində kitabə
olmadığından tikintinin inşa tarixinin müəyyənləşdirilməsi çətinlik törədir.
Lakin yuxarıdakı faktları nəzərə alaraq türbənin yaranma tarixini XIII əsrə
aid etmək olar.
Şəkil 111. Kırna türbəsi.
Əlincəçay xanəgahı. Xalq arasında Şeyx Xorasan xanəgahı da
adlandırılan bu memarlıq kompleksi Culfa rayonunun Xanəgah (keçmiş
Xanağa) kəndi
yaxınlığında, Əlincəçayın
sol
sahilində
yerləşir.
Dostları ilə paylaş: |