167
təchizаtının təmin еdildiyini göstərir. Lаkin yаğış sulаrını yığmаq üçün
düzəldilən hоvuzlаr su təchizаtındа müəyyən çətinliklər оlduğunu göstərir.
Еhtimаl ki, şəhərin tərk еdilməsinin əsаs səbəblərindən biri su sistеminin
pоzulmаsı оlmuşdur. Mаddi-mədəniyyət qаlıqlаrının tədqiqi şəhərin əsаsının
е.ə. V-IV əsrlərdə qоyulduğunu dеməyə əsаs vеrir. Оrtа əsrlərdə, хüsusilə
ХII-ХIV əsrlərdə şəhər mühüm ticаrət və sənətkаrlıq mərkəzi оlmuşdur.
Tədqiqatlar zamanı yaşayış yerindən şirli və şirsiz keramika məmulatı əldə
edilmişdir.
Şəkil 103. Gilan türbəsi.
Gilan türbələri. Ordubad rayonunda Gilan şəhərinin xarabalıqlarında
onlarla türbə vardır. Türbələr hazırda yarımdağılmış vəziyyətdədir. Onların
biri 1979-cu ildə aşkar edilmişdir. Şərti olaraq "Gilan türbəsi" adlandırılan
bu abidə iri təpənin yamacında yerləşir. Türbənin üst qülləsi dağılmış,
sərdabəsi isə yaxşı qalmışdır. Sərdabənin planı daxildə səkkizbucaqlı,
xaricdə isə düzbucaqlıdır. İçərisində sonradan tikildiyi aydın görünən və iç
quruluşu ilə uyuşmayan alçaq səki var. Gilan türbəsinin sərdabəsi
Azərbaycan və qonşu ölkələrin Orta əsr memarlığında geniş yayılmış
səkkizüzlü sərdabələrdən giriş qapısı ilə üzbəüz dərin taxçasına və örtük
konstruksiyasına görə fərqlənir. Gilan sərdabəsində örtüyün ortası iç
məkanın mərkəzində ucalan göbələkvari, yuxarıya doğru genişlənən sütuna
dayanır. Sütun da planda səkkizbucaqlıdır. Buna bənzər mərkəzi dayaq
sütunu Azərbaycan ərazisində indiyədək yalnız iki abidədən-Marağadakı
168
Qırmızı günbəz (1148) və Naxçıvandakı Möminə xatın (1186) türbələrinin
sərdabələrindən bəllidir.
Şəkil 104. Gilan türbəsinin sərdabəsi.
Gilan türbəsi Marağa-Naxçıvan memarlıq məkanında olmasına
baxmayaraq, memarlıq quruluşu, konstruksiya baxımından Şərqi
Anadolunun (Türkiyə), Kemah qəsəbəsindəki Menqucuq Qazi türbəsinin
(XII əsrin əvvəlləri) alt qatı ilə, demək olar ki, eynidir. Hər iki sərdabənin
həcmi və hündürlüyü də bir-birinə çox yaxındır. Kemahdakı türbənin də
Marağa-Naxçıvan memarlıq məktəbi nümayəndəsi tərəfindən tikilməsi
ehtimal edilir. Çünki həmin illərdə Menqucuqların əsas tikililərini iki
azərbaycanlı memar yerinə yetirirdi. Onlardan birinin - memar Əhməd
Əbubəkr oğlu Mərəndinin Sivasda ucaltdığı Keykavus türbəsi görünüşcə
Gilan və Kemah türbələrinə bənzərdir. Gilan sərdabəsi ətraf qayalardan
qopardılmış lay daş parçalarından tikilmişdir. İçərisinə nisbətən bayır
üzlərində daşlar daha diqqətlə yonulmuş, hörgü işi səliqəli aparılmışdır.
İnteryerdə tavan və döşəmə büsbütün, eləcə də divarların və mərkəzi dayağın
169
hörgü daşlarının arası ağ məhlulla suvanmışdır. Tünd boz daşlar təbii
biçimləri və codluğu ilə ağ yerlikdə orijinal dekorativ düzüm əmələ gətirir.
Bütövlükdə, sərdabə interyerinin ifadəliliyi biçimlərin təmiz həcm
quruluşuna əsaslanır, estetik tələblərə uğurla cavab verməklə fəzalı plastik
arxitektonikası ilə gözəl təsir bağışlayır. Bayırda sərdabə qatının üstündə
kubvarı tutumlu gövdə ucaldılmışdır. Uçub dağılmış və indiyədək kiçicik
fraqmentləri qalmış üst qüllə tamamilə kərpicdən tikilmiş, üzləri kərpicdən
hörülmüş, mürəkkəb həndəsi naxışlarla bəzədilmişdir. Gövdənin künclərini
silindrik kərpic sütunlar qapayırmış. Sütunlardan birinin alt bölümü
qalmışdır. Bəzək işlərində göy rəngli kaşı lövhələr də işlədilmişdir. Gilan
türbəsinin tikilmə tarixini bildirən kitabə qalmasa da, abidənin XII əsrin son
rübündə inşa edildiyi ehtimal olunur.
Gülüstan türbəsi. XIII əsr Azərbaycan memarlığının ən maraqlı
nümunələrindən biri olan Gülüstan türbəsi Culfa şəhəri yaxınlığında yerləşir.
Naxçıvan memarlıq məktəbinin digər nümunələrindən fərqli olaraq Gülüstan
türbəsi daşdan inşa olunmuşdur. Qeyd edək ki, daşla inşa olunmuş memarlıq
abidələri Naxçıvanda çoxdur. Daş başlıca olaraq qalaların və körpülərin
inşasında istifadə olunmuşdu. Görünür bu daşa dekorativ görkəm verməyin
çətinliyi ilə bağlı olmuşdur. Lakin buna baxmayaraq Orta əsr Naxçıvan
ustaları Gülüstan türbəsinin timsalında daş üzərində oyma sənətinin ən
mükəmməl nümunəsini yarada bilmişlər. Üstündə kitabəsi qalmadığından
türbənin tikilmə tarixi, sifarişçisi, kimin şərəfinə tikilməsi və memarı
bilinmir. Mütəxəssislər türbəni üslubi xüsusiyyətlərinə görə XIII əsrin
başlanğıcına aid edirlər.
Gülüstan türbəsinin özünəməxsus xüsusiyyətlərindən biri sərdabənin
yerin üstündə inşa edilməsidir. Ehtimal ki, bu yeraltı suların sərdabəyə daxil
olmasının qarşısını almaq məqsədilə edilmişdir.
Əcəmi yaradıcılığının bilavasitə təsiri ilə yaranan bu abidə
özünəməxsus arxitekturası və zahiri ornamentlərinin orijinallığı ilə seçilir.
Türbə qırmızı rəngli tuf daşından inşa olunmuşdur. Türbənin sərdabəsi
xaricdən kvadratşəkilli, daxildən isə dairəvidir. Sərdabənin girişi düzbucaqlı
formasınadır. Türbənin yuxarı hissəsinə keçid kvadratşəkilli kürsülükdən
qoşa kəsikli künclər və stalaktitlər vasitəsilə həll edilmiş, nəticədə on üzlü
qülləvari hissənin əsası yaradılmışdır.
Dostları ilə paylaş: |