188
Qeysəriyyə Ordubad şəhərində XVII əsrə aid tarixi memarlıq
abidəsidir. Şəhərin mərkəzində yerləşir. Ümumi sahəsi 540 m
2
-dir. Abidə
10x10 m olan mərkəzi səkkizbucaqlı zaldan və onun üzərini qapayan dairəvi
günbəzdən, günbəzi künclərdə saxlayan mürəkkəb quruluşlu dörd ədəd
dayaqdan və dayaqlarla kənar divar taxçaları arasında yerləşən keçidlərdən
(eni 3,4 m) ibarətdir. Dayağın divarlarındakı taxçaların ölçüləri 1,4x1,45x2,2
m-dir.
Şəkil 124. Qeysəriyyə.
Dayaq taxçalarından fərqli olaraq kənar divar taxçaları çatmatağ
konstruksiyalı olub, ölçüsü 3,4x1,37x3 m-dir. Keçidlərin tavanı 16 ədəd
kiçik günbəzlərlə qapanıb. Abidə bişmiş kərpicdən inşa olunmuş, divarının
qalınlığı 80 sm-dir. Abidənin mərkəzi, günbəzi də daxil olmaqla, ümumi
hündürlüyü 8,5 m-dir. Qeysəriyyə sözunun mənası keçmiş zamanlarda
şahlara məxsus daş-qaş, ləl-cəvahirat satılması məqsədilə tikilmiş örtülü
Şərq bazarı deməkdir. Belə tikililərə dünyanın 3 yerində rast gəlmək olar:
Səmərqənd, Təbriz və Ordubad şəhərində. Hazırda ən görkəmlisi və abadı
Ordubaddakıdır. Sonrakı dövrlərdə bu abidədən "Zorxana" kimi istifadə
edilmişdir. Belə ki, zalının döşəməsi nisbətən binanın döşəməsindən aşağı
olduğu üçün döşək əvəzinə dağlardan yığılmış gəvən kollarını buraya
doldurub üstünə narın torpaq tökərmişlər. İrandan, Türkiyədən, Həmədandan
və başqa yerlərdən gələn pəhləvanlar burada öz güclərini sınayarmışlar. Kim
qalib gəlirdisə, hücrələrdə əyləşən xandan mükafat kimi bir kisə qızıl
alırmış. XIX əsrin ortalarına yaxın Ordubadda yaradılmış "Əncüməni-şüəra"
ədəbi məclisinin üzvləri (yaradıcısı fars və ərəb dillərini gözəl bilən, həcv və
189
satirik şeirlər yazan, lakin, təəssüf ki, əsərləri bizim dövrümüzə gəlib
çatmayan Ordubadlı Kərbalayı Molla Əhməd adlı bir nəfər olmuşdur)
Hacıağa Fəqir Ordubadi, Məhəmməd Tağı Sidqi, Qüdsi Vənəndi, Aşıq
Abbas Dəhri, Usta Zeynal Nəqqaş, Hacı Əhməd Bikəs və başqaları bu
binaya yığışıb öz yazdıqları əsərləri oxuyaraq kimin güclü yazdığını bəyan
edərmişlər. Qeysəriyyə binası çar Rusiyasının hakimiyyəti dövründə
üçtürləngəli feldşer Qasımın və pinəçi İbrahimin babaları və dayıları
tərəfindən qızıl pulla alınaraq ipək sarıyan sexə çevrilmişdir. Sovet
hakimiyyəti dövründə binanın bir tərəfi mağaza və anbar, digər tərəfi isə
aşxana kimi istifadə edilmişdir. XX əsrin axırlarında, 1978-ci ildə ordubadlı
memar Zakir Haşım oğlu Babayev tərəfindən abidə yenidən bərpa
edilmişdir. Hazırda Qeysəriyyə binası Ordubad rayonunun Tarix-
Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir.
Şəkil 125. Naxçıvan şəhərində imamzadə kompleksi.
Naxçıvan şəhərində imamzadə kompleksi. Xanəgah əvəzinə
İmamzadələrin meydana gəlməsi Səfəvilər dövrü üçün xarakterikdir.
Naxçıvan şəhərinin cənub-şərq hissəsində yerləşən memarlıq abidəsi XVIII
əsrə aiddir. Kompleks 3 binadan ibarətdir. Kompleksin özəyini planda
kvadrat şəkilli, xarici görünüşünü isə kubik formalı qülləvari türbələrdən
gələn dairəvi gövdənin qovuşduğu kompozisiya-türbə təşkil edir. Türbənin
qülləsinin silindrik gövdəsinin dekorativ Bərdə türbəsi ilə eyniyyət təşkil
edir. Üfüqi düzülmüş qırmızı kərpiclərin təkrarlanmasından yaranan
190
epiqrafik motivli naxışlar türbənin yeganə bəzəyidir. Bu tip naxış Qarabağlar
türbəsində də istifadə olunmuşdur. Sonradan türbəyə əlavə edilən otaqlar
qapı keçidləri ilə əlaqələndirilmişdir. Onların biri yastı, digəri isə günbəzli
dam örtüyü vardır. Dördkünc binadan günbəzə keçid çatmatağlar vasitəsilə
həll edilmişdir. Türbəyə bitişən, nisbətən böyük həcmə malik və qərbdən
giriş qapısı olan bina kompleksin mərkəz hissəsini təşkil edir. Keçən
yüzilliyin 20-ci illərində Naxçıvanda olan rus alimi V.M.Sısoyevin
yazdığına görə kompleksin bu hissəsi Naxçıvan xanlarının məqbərəsi hesab
edilirmiş. Alimin şəhadətinə görə burada Abbasqulu xanın hicri 1337-ci ildə
(1918) vəfat etmiş oğlu Mustafaqulu xan Naxçıvanskinin qəbri varmış.
Şəkil 126. İmamzadə kompleksinin cənubdan görünüşü.
Türbə XVIII əsrdə inşa olunmuşdur. Tədqiqatçı İ.Əzimbəyov ərəb
dilində yazılmış və hazırda yerində olmayan daş kitabənin mətnini
oxumuşdur. Kitabənin mətni belə omuşdur: "1722-1732-ci illərdə bu
İmamzadə, ərəb və əcəmin ixtiyar sahibi, səxavətli xaqan, möhtərəm əmir,
ən böyük sultan, şah oğlu Şah Əbu Müzəffər Təhmasib Bahadır xanın
hökmdarlığı dövründə, günahları bağışlamağa layiq, mərhum Hacı Polad
bəyin oğlu sahibkar, zəmanənin xeyirxahı olan Rufan bəyin əmri ilə
tikilmişdir".
Kompleksdən azca aralı şimal tərəfdə başqa bir türbə vardır. Bişmiş
kərpicdən inşa edilən bu türbə aşağıdan kvadratşəkilli götürülərək yuxarıda
çoxbucaqlı şəkildə inşa olunmuş, üstü günbəzlə örtülmüşdür. Kompleksə
191
daxil olan başqa tikililərlə müqayisədə bu türbə yaxşı vəziyyətdə qalmışdır.
Ancaq onun içərisində heç bir qəbir və xatirə kitabəsi qalmadığından təyinatı
aydınlaşdırılmamışdır.
Pir Yaqub xanəgahı iki dördkünc formalı binanın birləşməsindən
ibarətdir. İçərisində iki müsəlman qəbiri vardır. Əsas binanın üzəri sferik
günbəzlə örtülmüşdür. Abidə hazırda bərpa edilərək abadlaşdırılmışdır.
Xanəgahın giriş qapısının üzərində latın qrafikası ilə «Pirəli və Miryaqub
piri» sözləri yazılmışdır. Memarlıq üslubuna əsasən xanəgahın binasını
XVIII əsrə aid etmək olar. Tədqiqatçı F.Səfərlinin fikrinə görə bu xanəgah
Bəktaşiyyə Sufi cəmiyyətinə mənsub olmuşdur. Xanəgaha əvvəlcə Pir Əli,
Sonra isə Pir Yaqub rəhbərlik etmişdir.
Şəkil 127. Pir Yaqub xanəgahı.
Zaviyə məscidi Naxçıvan şəhərində yerləşir. Ərəbcə guşə, künc,
bucaq mənasmı verən zaviyə sufi təriqətlərinə mənsub məskənlərin
adlarından biridir. Orta əsrlərdə Naxçıvanda mövcud olan bəzi təriqət
tərəfdarları məscidlərə getmir, özləri üçün ayrıca təkyələr, zaviyələr tikir,
orada yaşayır və zikrlə məşğul olurdular. Məscidin özünəməxsus
arxitekturası vardır. Bina böyük ibadət salonundan, ona bitişik vestibüldən,
ikimərtəbəli üç yardımçı otaqdan və dolama pilləkənləri olan minarədən
ibarətdir. Binanın xarici tərəfi bişmiş kərpiclə üzlənmişdir. Fasadında
Dostları ilə paylaş: |