192
kərpiclərdən çıxıntı verilməsi ilə dərin taxçalar yaradılmışdır. Zaviyənin
xarakterik cəhətlərindən biri ön tərəfindəki künclərdən birinin yarım
silindirlərin birləşdirilməsi ilə həll edilməsidir. Məscidin içərisi sadədir. İç
divarları gəclə suvanmışdır. Binaya üç tərəfdən: qərbdən və şimaldan bir,
şərq tərəfdəki həyətdən isə üç giriş qapısı var. Əsas giriş qərbdəndir.
Bina
dəfələrlə bərpa edildiyindən forması bir qədər dəyişmişdir. Arxitektura
quruluşuna görə XVII-XVIII əsrlərə aid edilir.
Şəkil 128. Zaviyə məscidi.
İsmayılxan hamamı. Naxçıvan şəhərində, Heydər Əliyev prospekti
və Təbriz küçəsinin kəsişməsində, Dədə Qorqud meydanında tarixi-
memarlıq abidəsidir. XVIII əsrin ortalarında Şərq memarlıq üslubunda inşa
edilən bina giriş, xidmət zalı, çarhovuzlu çimərlik, xəzinə və ocaqxanadan
ibarətdir. Ümumi sahəsi 526 m2-dir. Hamam planda düzbucaqlı formadadır.
Bina 20x20x5 sm ölçüdə bişmiş kərpiclə inşa edilmişdir. Hamama giriş
çatmatağlı portaldandır. Portalın eksteryeri kaşılarla bəzədilmişdir.
Hamamın daxilinə geniş vestübüldən, soyunma zalına isə dar keçiddən daxil
olmaq mümkündür. Soyunma zalı səkkizbucaqlı formadadır. Zalın divarları
boyunca 6 ədəd dərin taxça yerləşdirilmişdir. Yuyunma zalının iki keçidi
var. Keçidlərdən biri digər otağa açılır. Zalın mərkəzində 2x2 m ölçüdə
çarhovuz inşa edilmişdir. 108 m2 sahəsi olan zalın tavanı sferik günbəzlə
193
örtülmüşdür. Hamam zalların divarlarına yerləşdirilmiş kiçik pəncərələr və
kümbəzin üstündəki bacalarla işıqlandırılır.
Şəkil 129.İsmayılxan hamamı.
Hamamın xəzinəsi binanın qərbində, yuyunma zalına bitişik
yerləşdirilmişdir. Xəzinədən açılan gözlükdən su götürülməsi üçün istifadə
olunmuşdur. Hamamın su təchizatı kəhriz vasitəsilə ödənilmişdir. Xəzinənin
altındakı ocaq hamamın isidilməsində əsas rol oynamışdır. Otaqlara istilik
yeraltı kanallar vasitəsilə verilmişdir. Hamam Naxçıvan xanlarından biri
olan İsmayıl xanın adı ilə bağlıdır. Hazırda əsaslı təmir və bərpa edilmişdir.
Nehrəm İmamzadəsi. Türbə bir çox dəyişikliklərdən, təmir və bərpa
işlərindən sonra dövrümüzədək qalmışdır. Planının kvadrat formasında
olması, divarlarındakı oyuqlar və mərkəzi otağın günbəzlə örtülməsi
abidənin ilk məscid tiplərinə aidliyini göstərir. İndi də dəfn mərasimləri
keçirilən qəbiristanlığın mərkəzində yerləşən Nehrəm İmamzadəsi türbə,
məscid, təkyə və s. yardımçı binalardan ibarət böyük kompleksdir.
Kompleksin özəyini təşkil edən türbənin içərisində ziyarət obyekti olan bir
qəbir var. Qəbrin üstü sənduqə formasında olub gəclə örtülmüş, üzərinə qara
örtük salınmışdır. Zəvvarlar qəbri ziyarət edir, nəzir verir, qurban kəsirlər.
Qəbrin üzərində onun kimə aid olmasını bildirən kitabə yoxdur. Əhali
arasında yayılan rəvayətə görə qəbirdə şiələrin yeddinci imamı Museyi-
Kazımın oğlu Seyid Əqil dəfn olunmuşdur. Türbənin daxilində, divarlarda,
mehrabın cənub, baş və sağ tərəfində günbəzvari çərçivələrdə dini xarakterli
194
kəlamlar verilir və türbə daxilindəki xəttatlıq işlərinin Mehdi adlı sənətkara
məxsus olduğu göstərilir. Memarlıq quruluşuna görə XVIII əsrə aid edilir.
Şəkil 130. Nehrəm İmamzadəsi.
Pаrçı imаmzаdəsi Şərur rayonunun Хаnlıqlаr kəndinin şimаlındа,
Parçı kəndinin ərazisindədir. Parçı yаşаyış yеri Nахçıvаn-Şərur şоsе yоlunun
sаğ tərəfində Хаnlıqlаr kəndinin şimаlındа yеrləşir. Аbidə hаzırdа Хаnlıqlаr
kəndinin əhаtəsində qаlmışdır. Burаdа möhrədən və çiy kərpicdən hörülmüş
tikinti qаlıqlаrı vаrdır. Yаşаyış yеrinin üzərində хеyli şirsiz və şirli sахsı
məmulаtınа təsаdüf оlunur. Yаşаyış yеrinin üzəri müаsir tikintilərlə
örtüldüyündən оnа məхsus bir çох əlаmətlər itmişdir. Yаşаyış yеrinin
mərkəzində Sultаn İbrаhim imаmzаdəsi аdlаnаn mеmаrlıq kоmplеksi
yеrləşir. Günbəzli böyük binadan ibarət imamzadənin mərkəzi salоnunda bir
qəbir var. Sоn zamanlar bina kənd camaatı tərəfindən bərpa edilərkən qəbrin
üstü səliqə ilə düzəldilmiş, üzərinə yerli materiallardan hazırlanmış baş daşı
və sinə daşı qоyulmuşdur. Deyilənə görə, vaxtilə qəbrin üzərində kitabə
оlmuşdur. Kənd əhalisi abidəni "Şahzadə İbrahim ibn Musa imamzadəsi"
adlandırır. Buna əsasən ehtimal etmək оlar ki, ziyarətgahda dəfn оlunan şəxs
yeddinci imam Museyi-Kazımın оğlu İbrahimdir. Abidənin üzərində
sоnralar türbə ucaldılmışdır. Memarlıq-kоnstruktiv əlamətlərinə görə, Parçı
195
İmamzadəsi XVII–XVIII əsrlərə aid edilir. Аbidə bərpа еdilərək təmir
еdilmişdir.
Şəkil 131. Pаrçı imаmzаdəsi.
Xan Sarayı Naxçıvan şəhərində yerləşir. XVIII əsrə aid tarixi-
memarlıq abidəsidir. Şərq memarlıq üslubunda tikilmiş abidə XX əsrin
əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olmuşdur. Sarayı XVIII
əsrin sonunda axırıncı Naxçıvan xanı Ehsan xanın atası Kəlbəli xan Kəngərli
tikdirmişdir. Xan Sarayı 3600 m
2
sahəsi olan saray kompleksinin qərbində,
xan dikinin relyefinə uyğun olaraq üzü günçıxana tərəf inşa edilmişdir. Xan
Sarayı kompleksində 42x8 m ölçüdə yardımçı bina, yeni inşa olunmuş
hovuz, su quyusu, yaşıllıq zolaqları, bəzək və meyvə ağacları var. Bina iki
mərtəbəlidir. Vaxtilə saray iki ayrı-ayrı bölmədən ibarət olub. Cənub bölmə
inzibati işlər və yüksək mənsəbli qonaqların qəbulu, şimal bölmə isə xan
ailəsinin yaşayışı üçün nəzərdə tutulub. Bölmələrə giriş ikimərtəbəli, balkon
tipli çatma tağlı dəhlizlərdən olub. Hal-hazırda sarayda muzey yerləşdiyinə
görə yalnız cənub dəhlizdən istifadə olunur. Bölmələr arasında daxili keçid
yaradılıb. Dəhlizlər əsas fasaddan qabağa çıxarıldığı üçün binaya xüsusi
gözəllik verir. Dəhlizlərə qırmızı qum daşı ilə döşənmiş pilləkənlərlə
qalxılır. Pilləkənlərin ətrafı kərpiclə hörülüb və ağac məhəccərlərlə
bərkidilib.
Dostları ilə paylaş: |