MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:
80
illik şərəfli yolun tarixi
121
İnstitutun 2-ci kursundan bizi pambıq yığmağa Sabirabad rayonuna
apardılar. Heç getmək istəmirdim. Amma bu bir ay o qədər maraqlı keçdi ki,
düşünürəm, həyatımın ən maraqlı anları bu ayla bağlıdır. Hər səhər tezdən rəfiqəm
Tamilla ilə 1-2 kq pambıq yığıb, sonra onu yastıq formasına salıb yatırdıq.
Atamın qaz təsərrüfatı sistemində işlədiyindən bu rayonda dostları çox idi.
Prorabları hər gün mənə qazanla dolu ev xörəkləri gətirirdilər. Axşamlar isə
diskoteka qurub oynayırdıq. Bütün kənd əhli yığışıb sanki teatra baxmağa gəlirdi.
Kənd camaatı bizi növbə ilə qonaq çağırırdi. Beləliklə, 1
ay necə gəlib keçdi,
bilmədik. 56 kq çəki ilə pambığa yollanıb, 66 kq çəki ilə qayıtdım.
Mən ikinci kursda oxuyanda nənəm birdən birə xəstələndi və qısa bir
zamanda dünyasını dəyişdi. 84 yaşı vardı. Gümrah qadın idi, 7-ci mərtəbəyə ayaqla
qalxıb düşürdü. Axır zamanlar bibimgildə qalırdı. Son dəfə ona dəyməyə gedəndə
mənə bir fincan bağışladı, dedi pensiyama almışam, çay içəndə məni xatırlayarsan.
İndi də bu finçanı əzizləyib saxlayıram. Dekabrın 31-i idi. Axşam atamı
gözləyirdik ki, bayram süfrəsinin arxasına oturaq. Qapının zəngi çalınanda qapıya
qaçdım. Atam içəri girib uşaq kimi hönkür-hönkür ağlamağa başladı və söylıədi:
«Nənə keçindi». Həyatımda ilk ağır itki ilə üzləşdim. Sevimli nənəmi beləcə
itirdim...
Anamın ağır xasiyyəti və bizləri daim nəzarətdə saxlamağı səbəbindən mənə
yaxınlaşan oğlanları rədd edirdim. 5-ci kursun axırında gələcək həyat yoldaşımla
tanış olduq. Cox görkəmli olduğundan və əvvəllər heç kimlə ünsiyyətdə
olmadığımdan ona qarşı məndə ülvi hisslər yarandı. O məni evə ötürməyə başladı.
Əmək fəaliyyətimə Bakı radiozavodundan başlamışam.
Həmin il Uranla
nişanlandım. Yadımdadır, evimizə elçiliyə dörd nəfər xanım gəlmişdi. Onlar adlı-
sanlı Aşurbəylilər nəslindən idilər. Buna baxmayaraq anam Uranla şəxsən tanış
olmaq istədiyini, sonra cavab söyləyəcəyini bildirdi. Ertəsi gün anam rəhmətliklə
görüşdü və evə gəlib mənə dedi: «Ona ərə getmə, ürəyim rahat deyil». Lakin bu
dəfə mən öz xarakterimi göstərərək dedim: «Razılaşmasanız, qaçacağam».
İbrahim Həbibov
122
1990-cı ildə, «İnturist» restoranında toyumuz oldu.
Oğlumuz Sadiq dünyaya
göz açdı. Bu adı ona yoldaşım qoydu. Əvvəlcədən danışmışdıq ki, qızımız olsa
onun anasının, oğlumuz olsa mənim atamın adını qoyaq.
Atamın sevincinin həddi-hüdudu yox idi. O, Urandan çox sevinirdi.
Xəstəxanadan məni evə aparmağa gələndə atam o vaxt dəbdə olan «Çayka»
markalı dövlət maşını sifariş etmişdi. O da, yoldaşım da təzə bəyə oxşayırdılar.
Balaca Sadiqi qucağına kimin götürəcəyi uğrunda bəhsə girmişdilər.Yoldaşımın
mənə gül dəstəsi verməyə başı qarışan kimi atam gənc oğlan çevikliyi ilə tibb
bacısına şirinlik verib körpəni qucağına aldı.
Mən işləmək istəyirdim, lakin atam razılıq vermirdi. Onda İbrahim müəllim
ona başa salırdı ki, institutda yaxşı oxuyub, boş yer həmişə olmur, qoy mənim
yanımda işləsin. Uşağa baxmaq üçün hər cür imkan yaradarıq.
İbrahim müəllimin sözündən atam keçə bilmədi. Beləcə 2003-cü ildə
ADNA-nın «Mühəndis qrafikası» kafedrasında baş laborant
vəzifəsində işləməyə
başladım. Bu arada ikinci oğlum Həsən dünyaya göz açdı, lakin mən işdən
ayrılmadım. Körpəni Tanya adlı dayənin yanında qoyub işləyirdim. Az sonra
müsabiqə yolu ilə assistent vəzifəsinə keçdim.
MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:
80
illik şərəfli yolun tarixi
123
Atam dünyasını dəyişəndə 64 yaşı vardı. O, heç cür öləcəyi ilə barışmaq
istəmirdi. Axı 64 yaş həyat eşqi ilə qəlbi dolu kişi üçün nədir ki?
Yadımdadır, həmin gün axşam ona dəyməyə getdim. Ağır nəfəs alırdı. Atam
Sadiqi görmək istədi. Mən dedim ki, yatıb,
indi gedib durquzaram, gələr. Onda
Sadiqin 13 yaşı var idi. Atam icazə vermədi, dedi: «Durquzma, özün də evə get.
Uşaqları tək qoyma». Mən tərpənmədim. Atam yavaşca dedi: «Məni
əsəbiləşdirmə, uşaqların yanına get». Mən çıxanda atam dedi: «Əyil». Əyiləndə
məni öpdü. O halsız, taqətsiz, can verən insanın bu güclü öpüşü məni indi də
yandırıb yaxır. O zaman bu qüvvət ona hardan gəldi ki, məni belə bərk öpdü?...
Evə yollandım. Səhərə yaxın bacım
zəng vurdu ki, gəlin, son nəfəsidir.
Amma mən çatmadım. Hələ də niyə atama qulaq asıb evə getdiyimi özümə
bağışlaya bilmirəm. Hətta bacılarımın və anamın mənə sən xəstə idin, allah-təala
belə məsləhət bilib desələr də. Allah heç kimə itki qismət etməsin. Atamın
dünyadan köçməsi mənə ağır dərd oldu, axı o mənim ən yaxın dostum, həmdəmim,
qardaşım idi.
Beləcə günlər bir-birini əvəz etməyə başladı. Başımı işlə və uşaqlarımla
qatırdım. Kafedra müdirimiz mənə bu ağır günlərimdə yaxın həmdəm oldu.
Yenidən yoldaş, qardaş, ata...bir sözlə onun simasında özümə dayaq, arxa tapdım.
Kafedrada yaşanan mehribançılıq və qarşılıqlı hörmət
prinsipi hər birimizi
işə tələsməyə sövq edirdi.
Mənim addımbaadım, pillə-pillə inkişafımda bütün kollektivin - rəhmətlik
Valentina Yejkovadan, laborant qızlarımızdan tutmuş, ağsaqqal müəllimlərə qədər
hər bir insanın əməyi var. Yadımdadır, 2011-ci ilin əvvələrində dissertasiya işimin
müdafiəsi ərəfəsində laborant qızların otağına «köçmüşdüm».
Biri mənə yemək
hazırlayır, digəri kompüterdə yazılarımdakı səhvlərimi yoxlayır, biri də
sənədlərimi qaydaya salmağa kömək edirdi. Bəzən Rəbiyə mənə görə evə gec də
gedirdi. Hər bir əməkdaşımıza minnətdaram.
Kafedra müdirimiz, professor İbrahim müəllim barədə ayrıca danışmaq
istəyirəm. O olmasaydı, mən bəlkə də müdafiə etmək həvəsinə də düşməzdim.
Onun mənimlə söhbətləri, savadlı olduğuma və hər bir sahədə uğur qazanmağa