1969-cu il noyabrın 26-da Nyu-DehHdə (Hindistan) təşkil
edilmişdir. Bu təşkilat «Roma klubu» stilində fəaliyyət
göstərərək,
təbiətdən istifadənin və ətraf mühitin mühailzəsinin hüquqi
tənzimlənməsi sahəsində mütərəqqi ideyaların generatoru rolunu
oynayır. Təşkilat «Ekoloji siyasət və hüquq» adlı Beynəlxalq
monoqrafiya nəşr edir.
Çox illərdə xüsusilə BMT-nin ətraf mühitə dair 1992-ci ildə
keçiriləcək konfransına hazırhq dövründə ekoloji təmayüllü bir
sıra dövlətlərarası və qeyri-hökumət Beynəlxalq təşkilatları
yaranmışdır. Bu təşkilatlardan biri «Yer kürəsi şurası» adlanaraq,
özünü bəşəriyyətin «ekoloji vicdanı» hesab edir. BMT-nin
Rio-de-Janeyroda keçirilən Beynəbcalq forumunda 166 ölkənin
7000-dən artıq təşkilatı təmsil olunmuşdur.
Beynəlxalq ekoloji hüquq üzrə məsuliyyət. Ətraf mühitin
qorunması və təbii resurslardan istifadənin tənzimlənməsi
sahəsində Beynəlxalq ekoloji hüquq məsuliyyəti Beynəlxalq
ictimai hüquqa dair məsuliyyətin ümumi sisteminin hissəsidir.
Başqa sözlə desək, bu, ekoloji hüququn pozulmasına görə alınan
əlverişsiz nəticələri Beynəlxalq qanun pozuntusunun üzərinə
qoymaqdır. Bu o deməkdir ki, həmin qanunu pozan fiziki və
hüquqi şəxs ekoloji tələbatı və vəzifələri pozduğuna görə,
müəyyən
edilmiş
məhrumiyyətlərə,
cəzaya,
cərimələrə,
məhdudiyyətlərə məruz qalmalıdır.
Lakin cinayət və rəhbəredici məsuliyyət kimi kateqoriyalar
tətbiq edilən məsuliyyət tədbirləri sisteminə daxil deyildir,
həmçinin hər hansı bir Mquqi sanksiya siyahısı mövcud deyildir.
Məsuliyyətin siyasi və iqtisadi xarakteri təcrübə sahəsində üstün
mövqeyə malikdir. Kompensasiya - əmlaka vurulan zərərin
ödənilməsi Beynəlxalq ekoloji hüquq pozuntusuna görə daha çox
yayılan məsuhyyət tədbirlərindən biridir.
Ətraf mühitin beynəlxalq-hüquqi mühafizəsinin bəzi
parametrlərinə görə ziyan vuran dövlət dəyən ziyanın dəyərini
ödəməli, əks təqdirdə beynəlxalq təşkilat hüquqi nöqteyi- nəzərdən
çıxış edərək, ziyanverici dövlətə qarşı müəyyən tədbirlər həyata
keçirə bilər.
196