211
Yastıqların istehsalında cilalama prosesində əmələ
gələn şlakdan ovuntu texnologiyası usulu ilə alınan yastıq
həlqələri-nin tətbiqi ildə on min tonlarla keyfiyyətli leqirlənmis
polad ovuntularına qənaət etməyə imkan verir.
9.5. Sənaye tullantılarının zərərsizləşdirilməsi
Sənaye istehsalı prosesində çoxlu tullantılar alınır ki,
bunların da lazımi emaldan keçirdikdən sonra, yenidən məhsul
istehsalı üçün xammal kimi istifadə oluna bilərlər.
Təmizləmə qurğularında yığılan mədən suları tullantıları,
həcmi qatılığı polidispers bərk fazaya görə 0,5-dən 10-a qədər
olan su suspenziyadır. Buna görə də mədən suları tullantılarını
(MST) təkrar işlətmək və ləğv olunmasından əvvəl, onu şlam
almaq üçün qabaqcadan işləyirlər. MST-in emalının texnoloji
sikli bütün emal növlərinin ləğv olunmasını və istifadəsini
nəzərə alır. MST-ın sıxılması onun emalının I-ci mərhələsidir.
Qravitasiya və flotasiya metodu ilə sıxılma ən çox yayılmışdır.
Qravitasiyalı
sıxılma,
tullantısıxılma
qurğusunda,
flotasiyalı-təziqli flotasiya qurğusunda həyata keçirilir. Bundan
başqa
çöküntünün
siklonlarda
və
sentrofuqada
mərkəzdənqaçma sıxılması tətbiq olunur.
Çöküntünün stabilləşdirilməsi onun tərkibində olan
bioloji parçalanmaya məruz qalan üzvi maddə hissənin
daşlaşmasıdır ki. Bu da çöküntünün açıq havada üzun müddət
saxlanması zamanı çürüməsinin qarşısını alır.
Sənaye suları çöküntülərinin stabilləşmə üçün əsasən
aerob stabilləşmədən – aerotenk adlanan qurğuda çöküntünün
üzun müddət aeroblaşması ilə əldə edirlər. 20
0
-də aerob
stabiləşmə 8 – 11 gün təşkil edir, bu zaman 1 kq aktiv lilin üzvi
maddənin stabilləşdirilməsi üçün oksigenin sərfi 0,7 kq təşkil
edir. Bu metod sərfi 4200 m
3
/saat olan çöküntünün işlənməsi
üçün tətbiq olunur. Çöküntülərin susuzlaşdırılması isə
polidispers fazanın həcmi qatılığı 80% qədər olan şlam almaq
üçündür.
212
Sənaye suları tullantılarının susuzlaşdırılması vakuum
filtirlərində, filtr preslərdə, sentrofuqalarda və vibrasiya
filtrlərdə həyata keçirilir. Çöküntülərin ləğv olunması o vaxt
tətbiq olunur ki, təkrar işlənmə mümkün deyil və ya iqtisadi
cəhətdən rentabelli deyil. Çöküntülərin ləğv olunması
metodunun
seçilməsi,
onların
tərkibindən
və
sənaye
müəssisələrinin yerləşməsi və planlaşdırılmasından asılıdır.
Çöküntülərin yandırılması ən çox yayılmış ləğv olunma
metodlarından biridir.
Şəkil 13-də bərk tullantıların yandırılması hesabına alınan
istilikdən çöküntülərin termiki qurudulması və yandırılması
üçün qurğunun sxemi verilmişdir.
Şək.9.2.
Çöküntülərin yandırılması üçün sobadan (1) çıxan 900-
1000
0
C-də olan qazlar 3 kamerasına daxil olur. Buradan çıxan
qazların qarşısına nasos-dozator (12), kompressor (13) və
bölüşdürücü (2) vasitəsilə çöküntülər vurulur. Kameranın
yuxarı hissəsində temperatura suyun buxarlanması hesabına
750-800
0
C-dək
düşür.
Eyni
zamanda
bakdan
(4),
istidəyişdiricisi (5) kanalında sıxılmış çöküntü (nəmliyi 93-
95% olan) vurulur ki, bu da 84-89%-ə qədər qurudulub. Nasos-
dozatorda (12) çöküntü vermək üçün (11) ilə təchiz olunmuş
bak (10) daxil olur. Çıxan qazlar istidəyişdiricidə 300-350
0
C
213
qədər soyudulub, filtrə (6) oradan boru (7) ilə ventilyator (8) ilə
sorulub atmosferə keçir. Bərk hissəciklər filtirdə tutulub qəbul
edici (9) daxil olur və oradan periodik çıxarılır. Bu cür qurğular
ətraf mühiti körlamır və əsasən istismar olunur. Bunlar nəmliyi
60% mexaniki qarışığı 10% qədər olan üzvü tullantıları
zərərsizləşdirməyə imkan verir.
Sənaye tullantılarını emal və ləğv etmək üçün poliqon
qurğularından istifadə etmək məqsədə uyğundur.
9.6. Bərk tullantıların istifadə edilməsi
Bərk tullantıların istifadə edilməsi çox vaxt onların ayrı-
ayrı komponentlərə ayrılması ilə nəticələnir. Buna görə də bərk
tullantılardan yenidən istifadə etmək üçün aşağıdakı müxtəlif
üsullardan istifadə olunur.
Emal
edilən
materialların
ölçülərini
kiçildilməsi
(doğranılması, xırdalanması) onların kimyəvi, diffuziya və
biokimyəvi fəallığını artırır. Bununla əlaqədar olaraq digər
emal proseslərini yerinə yetirməklə yanaşı bərk tullantıların
yenidən emalında doğrama prosesində istifadə edilir.
Doğrama üsulu iri ölçülü materialların 5 mm ölçüyə
xırdalanması üçün tətbiq edilir. Bu məqsədlə şpekli, konusvari,
rotorlu, vallı doğrayıcılardan istifadə edilir.
Xıradalama üsulundaniri tullantıları dənəvari və xırda-
dispersli fraksiya şəkilində ölçüləri 5 mm-dən kiçik etmək üçün
istifadə edilir. Xırdalama prosesindən bərk tullantıların yenidən
emal olunması zamanı, faydalı qazıntıları, tikinti materiallarını,
qara və əlvan metallarını, plastmas tullantılarını və s.
xırdalamaq üçün istifadə edilir.
İriləşmə. Yuxarıda istifadə olunan xırdalama üsulları ilə
yanaşı İME (ikinci materiallar ehtiyyatları) tullantılarının xırda
zərrəciklərinin irilənmə zərurətini həll etmək üçün iriləşmə
prosesindən istifadə edirlər. Bu üsuldan tikinti materiallarının
yenidən emala, faydalı qazıntıların çox xırda, hissəciklərinin
emalı və s. hallarda istifadə edilir.
Dostları ilə paylaş: |