Azərbaycan miLLİ elmlər akademiyasi


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə24/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   20   21   22   23   24   25   26   27   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1
 
Rauf SADIXOV 
Filologiya üzrə fəlsəfə doktoru
Nizami adına Ədəbiyyat İnstitutu 
sadixov41@mail.ru 
 
HACI AXUND MOLLA RUHULLA:
HƏYATI VƏ PUBLİSİST FƏALİYYƏTİNƏ BİR NƏZƏR
 
 
Açar sözlər:
Molla Ruhulla, İslam dini, maarif, elm, tərbiyə, mətbuat 
Key words:
Molla Ruhulla, Islam religion, education, science, nurture, press 
Ключевые слова:
Молла Рухулла, исламская религия, просвещение, 
наука, воспитание, пресса
1912-ci il yanvarın 12-də Bakının keçmiş Kamenski (indiki Bə-
şir Səfəroğlu) küçəsindəki 151 saylı evdə güllə səsi eşidilir. Həmin 
güllə ilə məşhur din xadimi və XX əsrin əvvəllərindəki maarifpərvər 
ziyalılarımızdan olan Hacı Axund Molla Ruhulla Məhəmmədzadə öz 
evində qətlə yetirilir.
Hacı Axund Molla Ruhullanın qətlə yetirilməsi xəbəri az bir 
müddətdə bütün Azərbaycana, hətta onun hüdudlarından kənara da 
yayılır. Onun faciəli ölümü haqqında Azərbaycan və rusdilli mətbuat 
səhifələrində geniş yazılar dərc edilmiş, bir çox ictimai və mədəniyyət 
xadimlərimiz şəxsiyyəti haqqında fikirlərini müxtəlif mətbuat səhifə-
lərində bildirmişlər. 
Kimdir Hacı Axund Molla Ruhulla Məhəmmədzadə? 
Hacı Axund Molla Ruhulla Məhəmmədzadə dövrünün tanınmış 
ziyalılarından olmuş, çıxışlarında və publisistik məqalələrində təhsil, 
tərbiyə, qadın azadlığı məsələlərinə yaşadığı illərin tələbləri baxı-
mından yanaşmağı bacarmışdır. Onun Azərbaycanın ictimai-mədəni 
həyatında oynadığı rolu Bakı vilayətinin qazisi Axund Mirməhəmməd 
Kərimağa belə dəyərləndirmişdir: “Hacı Molla Ruhullanın məqalə və 
moizələri, məarifə xidmət etməyi onun bir fazil-həqiqi və müsəlman-
lar üçün nadir tapılan əziz vücud olmağına şahiddir” [1, s. 4]. 


62 
*** 
Molla Ruhulla 1856-cı ildə Bakının Novxanı kəndində dünyaya 
göz açmışdır. Atası Ruhullanı ilk çağlar sənət yiyəsi etmək istəyirmiş, 
lakin artıq onun yaşının təhsil almağa uyğun olduğunu gördükdə, bu 
fikirdən yayınmış və özü oğlunun təliminə başlamışdır. Kiçik yaşlı 
Ruhulla üç ay müddətinə müqəddəs Qurani-Kərimi başa vurur, bir çox 
surələrini əzbərləyir. İki il müddətində bir çox fənləri mənimsəyir. 24 
gün müddətində fars dilini öyrənir. 
Ruhulla sonra Quba uyezdinin Zarat kəndində yaşayan Axund 
Molla Hüseyn Zaratdan dərs alır və on üç yaşında olarkən təhsilini 
təkmilləşdirmək məqsədilə İrana yollanır. O, əvvəlcə İranın Rəşt şə-
hərində, sonra isə Qəzvində beş il müddətində təhsil alıb, yenidən 
Rəştə qayıdaraq Şeyx Cavadın yanında təhsilini davam etdirir. 
Atası Molla Məhəmməd vəfat etdikdən sonra Ruhulla təhsilini 
yarımçıq qoyub vətənə qayıdır. Atasının təziyə məclisləri qurtardıqdan 
sonra yenə əvvəlcə Rəştə və sonra da Tehrana qayıdıb, nəhayət, təh-
silini başa çatdıra bilir. Ruhulla İranda on beş il təhsil aldıqdan sonra, 
artıq 28 yaşında ikən, doğma kəndi Novxanıya dönür və bir ildən 
sonra Hacıtərxan (indiki Həştərxan – 
R.S.
) şəhərinə dəvət olunur. 
1881-ci il iyulun 4-də şəhərin şiə-məzhəb müsəlmanlarının məscidin-
də qazı vəzifəsinə təyin edilir. Burada bir neçə ay ərzində şəhərin 
müsəlman əhalisi ilə ünsiyyət yaratmağa nail olur. Hacıtərxanı özünə 
ikinci vətən hesab edir. O, bu şəhərdə ailə həyatı qurmuş və oğlu 
Məhəmmədsadıq orada anadan olmuşdur. (Məhəmmədsadıq Axundov 
sonralar XX əsrin birinci rübündə istər Azərbaycan və istərsə də rus-
dilli mətbuatda maraqlı, aktual mövzularla çıxış etmiş, milli teatr 
tənqidimizin təşəkkül və inkişafında müəyyən xidmətlər göstərmişdir 
[2, s. 26-28]. 
Həmin illərdə Rusiyanın bir çox şəhərlərində olduğu kimi Hacı-
tərxan şəhərində yaşayan müsəlmanlar arasında “tatar”, “qafqazlı”, 
“iranlı” kimi ayrı-seçkiliklər mövcud idi ki, bu da müsəlmanlar ara-
sında ziddiyyətlərin, nifaqların yaranmasına səbəb olmuşdur. Molla 
Ruhulla Hacıtərxanda olduğu ilk gündən bu ayrı-seçkiliyin, nifaqların 
aradan qaldırılmasına nail olmuşdur. Bu səbəbdən də şəhərin 
müsəlman əhalisi 1886-cı il aprelin 10-u tarixində Molla Ruhullaya 
razılıq məktubu göndərmişlər [1, s. 20]. 
Molla Ruhulla 1886-cı ildə İrana getmiş, İmam Rzanın müqəd-
dəs məqbərəsini ziyarət etmiş və bu səfərdən aldığı təəssürat nəticə-


63 
sində “Risaleyi-rəzviyyə” adlı bir səyahətnamə yazmışdır. Təəssüf ki, 
Axund Molla Ruhullanın digər kitabları kimi həmin əsəri də işıq üzü 
görməmişdir. “Risaleyi-rəzviyyə” əsərinin tapılıb nəşr edilməsi fikri-
mizcə, Azərbaycan ədəbiyyatında memuar janrının bir qədər də zən-
ginləşməsinə səbəb olardı. 
Molla Ruhulla 12 il Hacıtərxan şəhərində xidmət etdikdən sonra 
1891-ci ildə anasının xahişi ilə Novxanıya qayıtmış, burada bir il qal-
dıqdan sonra Bakıdakı “Tazə məscid” məhəlləsində işə girmiş, 1896-
cı il fevralın 8-də həmin məscidin prixod mollası təyin edilmişdir. 
1900-cü ildə müqəddəs Həcc ziyarətinə getmiş və bu barədə də ayrıca 
bir əsər yazmışdır ki, bu da əvvəlki əsəri kimi çap olunmamışdır. 
Məkkədən qayıtdıqdan sonra 1905-ci ildə Bakı şəhərində azər-
baycanlı uşaqlar üçün açılmış müsəlman-rus məktəbinə müəllim təyin 
olunmuş və ilahiyyət elminin əsaslarının tədrisinə başlamışdır. Həmin 
vaxtdan Hacı Axund Molla Ruhulla həyatını xalqın maariflənməsinə, 
tərəqqisinə həsr etmişdir. O, müxtəlif mətbuat orqanlarında özünün də-
yərli məqalələri ilə xalqı maariflənməyə, cəhalətin pəncəsindən qur-
tarmağa, uşaqlara zəmanənin tələblərinə uyğun tərbiyə verməyə ça-
ğırmışdır.
Hacı Axund Molla Ruhullanın mətbuat səhifələrində dərc olun-
muş məqalələrinin bir hissəsi ona həsr olunmuş kitabda toplanmışdır. 
Lakin kitabda qeyd edildiyinə görə, senzura bir çoxlarının oraya sa-
lınmasına icazə verməmişdir. Bu da onun fikir və dünyagörüşünün 
Çar Rusiyasının hakim dairələrini narahat etdiyini təsdiqləyir. Ki-
tabda, eyni zamanda mərhumun bir çox qeyri-mətbu yazılarının 
“əvam cəmaətimizin indiki halı nəzərə alınaraq” dərc olunmadığı da 
vurğulanmışdır. 
Molla Ruhulla həmçinin İstanbulda nəşr olunan “Məlumat” və 
Hindistanın Kəlküttə şəhərində çıxan “Həbbülmətin” məcmuələrində 
də fəal iştirak etmişdir. 
Mərhumun mətbuat səhifələrində dərc olunmuş məqalələrindən 
əlavə bir neçə bədii əsəri də olmuşdur. O, həmçinin “İngilis xanımı” 
və “Sərgüzəşti-yetiman” adlı tarixi romanları da tərcümə etmişdir. 
Bunlardan başqa Molla Ruhulla bir çox poeziya nümunələri də 
yaratmışdır ki, onlarda onun vətən həsrəti, vətən məhəbbəti, millətinə, 
xalqına yanğısı öz ifadəsini tapmışdır. 
Hacı Axund Molla Ruhulla öz qüvvə və imkanı daxilində 
millətinin tərəqqisi və səadəti yolunda çalışmış, Hacıtərxandan Bakıya 
qayıtdığı gündən başlayaraq, şəhərdə keçirilən bütün məclis və ictimai 
yığıncaqlarda çıxış etmiş, milləti tərəqqi və maarif yoluna səsləmişdir. 


64 
Hacı Ruhulla həmin illərdə Bakıda fəaliyyət göstərən “Nicat”, “Səadət”, 
“İttihad”. “Cəmiyyəti-xeyriyyə”, “Hidayət” və “Nəşri-maarif” kimi cə-
miyyətlərin üzvü olmuş, “Cəmiyyəti-xeyriyyə” və “Hidayət” cəmiy-
yətlərinin idarə heyətinin tərkibinə də seçilmişdir. 
1910-1911-ci illərdə Bakının kəndlərində məktəblərin açılmasını 
təbliğ etmək məqsədilə “Nəşri-maarif” cəmiyyəti tərəfindən müxtəlif 
yerlərə ezam olunmuş və yerli əhalini təhsilə sövq etmişdir. 
Dost-yoldaşları Molla Ruhullanın sözü açıq deməsinə görə na-
rahat olur, özünü və malını qorumağı tövsiyə edirdilər. “Hidayət” 
məclisinin üzvü olduğu vaxtlarda onun həmin cəmiyyətdən çıxarıl-
masına dair xəbərdarlıq da edilmişdi.
Belə hədələyici məktublar, nəhayət, 1912-ci il yanvarın 12-də öz 
nəticəsini verdi. Həmin gün Hacı Axund Molla Ruhulla Məhəmməd-
zadə öz evində axşam namazı qılarkən nadanlar tərəfindən qətlə ye-
tirildi. 
Hacı Ruhullanın qətlə yetirilməsi xəbəri Bakıda böyük həyəcana 
səbəb olmuş və dəfni izdihamla keçmişdir. Onlarla insan göz yaşları 
içərisində mərhumun cənazəsini Bibi-Heybətdəki qəbiristana kimi 
müşayiət etmiş, qəbri üstündə görkəmli ictimai və siyasi xadim Əli-
mərdan bəy Topçubaşov nitq söyləmişdir. Mərhumun cənazəsi üstünə 
müxtəlif mədəni-maarif cəmiyyətləri, “Yeni irşad”, “İşıq” qəzetlərinin 
redaksiyaları adından yazılı lövhələr qoyulmuşdur. 
Qeyd etdiyimiz kimi, Molla Ruhulla dövri mətbuatda çıxış et-
məklə yanaşı, həm də onun inkişafına çalışmışdır. Onun bu və ya 
digər mətbuat orqanları haqqında yazdığı təbrik məktublarında jurna-
listlərimizin, mühərrirlərimizin qarşılarına qoyduğu vəzifələr açıqlan-
mışdır. O, hər hansı bir mətbuat orqanının bağlanmasını ürəkağrısı ilə 
keçirir, digər bir qəzet və ya dərginin işıq üzü görməsini böyük sevinc 
hissi ilə qarşılayardı. Məsələn, “Füyuzat” jurnalının qapanmasına görə 
özünü “qol-qanadı sınmış və yuvası dağılmış bir quş” kimi hiss edən 
Molla Ruhulla, “İrşad” qəzetinin nəşrini “Füyuzat”ın yolunu davam 
etdirəcək bir mətbu orqanı kimi dəyərləndirmiş və qəzetin çap olun-
ması münasibətilə redaksiyaya göndərdiyi məktubunda milləti, xalqı 
hümmət yoluna, birliyə dəvət etmiş, bu yolda mətbuatın mühüm rol 
oynayacağını xüsusi olaraq vurğulamışdı. Molla Ruhulla yazırdı: 
“Hümmət! Hümmət! Hümmət zəmanıdır, qardaşlar! Millətimizin bu-
günkü halında bir “İrşad” və ya bir “Fiyuzat” degil, yüzlərcə, bəlkə 
minlərcə “İrşad”lar və ya “Fiyuzat”lar lazımdır ki, bizi bu ölüm uy-
ğusundan bəsidar etsin” [1, s. 139]. 
1912-ci ildə qadınlar üçün “İşıq” jurnalının nəşrini də o, böyük 


65 
sevinclə qarşılamış və bu jurnalın qadınların uşaq tərbiyəsi işinə bö-
yük köməklik edəcəyini xüsusi vurğulamışdı. O, jurnalın 2-ci sayına 
göndərdiyi təbrik məktubunda insanın hələ kiçik yaşlarından elm və 
ədəb öyrənməyə başlamasının zəruriliyini və əhəmiyyətini açıqla-
mışdı. Onun fikrincə, “cəvanlığın ibtidasında əxz olunan elm və ədəb 
hərgiz xatirələrdən məhv olmaz”. 
Molla Ruhulla həmin məktubu redaksiyaya göndərməsinin səbə-
bini belə izah etmişdi: “Bu yanvar ayının 22-ci günü həva qaranlıq-
laşana yavuq Bakı şəhərində nisvan-müslimə tərəfindən təsis və inti-
şarə başlamış “İşıq” jurnalının birinci nömrəsini poçtadan aldım. Gö-
zəl tərtibli, sadəcə Azərbaycan şivəsində gözəl təb olunmuş bir məc-
muədir. Baxüsus qarelərə tərbiyəyi-ətfalı layiqilə tanıtmaq üçün müs-
limə övrətin bir cocuq əlindən yapışıb işığı göstərməgini gözdən ke-
çirdim. Xeyirli olsun!” Hacı Molla Ruhulla sonra aşağıdakı nəsihət-
verici şeirini də vermişdi: 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə