Paşayev elbrus paşa oğlu həSƏnov fəRZƏLİ HƏSƏn oğlu “azdövsutəslayiHƏ”



Yüklə 34,69 Mb.
Pdf görüntüsü
səhifə17/30
tarix15.08.2018
ölçüsü34,69 Mb.
#62664
1   ...   13   14   15   16   17   18   19   20   ...   30

89
Муьан-Салйан дцзцндя суварма 
вя коллектор-дренаж системляринин схематик планы. 2006


90
larının ərazisində 11 min hektar əkin sahəsini suvarma suyu ilə təmin edir. Ümumi uzunluğu 
45 km-dir.
 Yeni Xanqızı kanalı Xanqızı irriqasiya sistemi, Köhnə Xanqızı və Yeni Xanqızı kanalla-
rının  xidmət  etdiyi  sistemdən  ibarətdir.  Əkinəyararlı  torpaq  sahələrində  bitkilərin 
məhsuldarlığını  artırmaq  və  bununla  da  torpaq  sahələrindən  səmərəli  istifadə  etmək  üçün 
Xanqızı  irriqasiya  sistemində  1970-ci  ildən  başlamaqla  əsaslı  meliorasiya  tikintilərinin 
layihələri hazırlanmışdır. 
Tərtib olunmuş baş plana əsasən birinci mərhələdə (1971-1975-ci illər) Agcəbədi rayonu 
ərazisində  13907  hektar  sahədə,  ikinci  mərhələdə  (1976-1984-cı  illər)  Beyləqan  rayonu 
ərazisində 53744 hektar sahədə əsaslı meliorasiya tədbirləri aparılmışdır. 
Köhnə  Xanqızı  kanalına  Araz  çayından  tələbata  uyğun  həcmdə  su  götürülməsində 
müntəzəm olaraq problemlər yaranırdı. Bu problemlər Baş Mil kanalı (1976-cı il) istismara 
verildikdən sonra həll edildi. Köhnə Xanqızı kanalına suyu Baş Mil kanalından vermək müm-
kün oldu. Bununla da Araz çayından tələb olunduqda, saniyədə 8-15 kub m su götürülürdü. 
Qeyd etmək lazımdır ki, Baş Mil kanalı istismara verildikdən sonra Köhnə Xanqızı kana-
lına paralel beton üzlük çəkilmiş, uzunluğu 51 km, sərfi saniyədə 40 kub m olan Yeni Xanqı-
zı kanalı tikilib istismara verildi (1985-ci il). Kanal Beyləqan və Ağcəbədi rayonları ərazisində 
57,3 min hektar əkin sahəsini suvarma suyu ilə təmin etdi. Üzərində 32 ədəd müxtəlif təyinatlı 
hidrotexniki qurğu mövcud idi. 
Köhnə Xanqızı kanalın suyundan istifadə etməklə, yalnız Beyləqan rayonu ərazisində 34 
min hektar sahə suvarılır. Kanalın uzunluğu 64 km, suaparma qabiliyyəti isə 45 m
3
/san-dir. 
Aparılmış genişmiqyaslı meliorasiya tikinti işləri nəticəsində 1971-1982-ci illər Xanqızı 
kanalının xidmət etdiyi ərazilərdə beton üzlük çəkilmiş 9 ədəd təsərrüfatlararası kanallar ti-
Haxçıvan MR-də Arpaçay su anbarı. 1977


91
kildi. Bu kanalların 5-i Beyləqan rayonunun, 4-ü isə Ağcəbədi rayonunun ərazisində tikilmiş-
dir. 
Bu illərdə irriqasiya sistemləri ilə bərabər, adı çəkilən ərazidə kollektor-drenaj sisteminin 
yenidən qurulmasına başlanıldı. 
Mil-Muğan hidroqovşağı Füzuli rayonunun ərazisində, Araz çayının Kürlə qovuşduğu 
yerdən 160 km yuxarıda, Horadiz qəsəbəsi yaxınlığında 1972-ci ildə tikilib istismara veril-
mişdir. Hidroqovşağın tikilməsində məqsəd Araz su anbarında çay axınının nizamlanması 
nəticəsində yaradılmış su ehtiyatından, aşağı hissədə Azərbaycan Respublikası və İran İslam 
Respublikası arasında bərabər paylanmaqla birgə istifadə olunmasıdır. Belə ki, hidroqovşağın 
sağ sahilindən İran İslam Respublikası ərazisində Muğan kanalına və sol sahilindən Baş Mil 
kanalına  bərabər  həcmlərdə  suvarma  suyu  verilir.  Kanalların  maksimum  suaparma 
qabiliyyətləri 95 m
3
/san-dir. Mil-Muğan hidroqovşağı istismara verildikdən sonra Azərbaycan 
Respublikası və İran İslam Respublikasının ərazisində 200 min hektar əkin sahəsini bitkilərin 
suvarma  rejimlərinə  müvafiq  suvarma  suyu  ilə  təmin  etmək  mümkün  olmuşdur.  Füzuli, 
Beyləqan,  Ağcəbədi,  Xocavənd,  İmişli  rayonlarının  ərazilərində  120  min  hektar  torpaq 
Baş Mil kanalının təsir zonasının sxematik planı. 1981


92
sahəsindən  daha  səmərəli  istifadə  olunmasına  əlverişli  şərait  yaranmışdır.  Hidroqovşağın 
bəndi eyni cür qurğulara aiddir. Beton bəndin hündürlüyü 40 m, uzunluğu 1026 m-dir. Bənddə 
6 ədəd, hündürlüyü 7 m, eni 12 m olan və seqmentvari bağlayıcılarla bağlanmış suburaxan 
tikilmişdir. Bənddən yuxarı byefdə hər iki sahildə suyu saxlayan və istiqamətləndirən, ümumi 
uzunluğu 2,8 km olan istiqamətlən dirici beton dambalar inşa olunmuşdur. Fəlakət törədən 
daşqınlar baş verərsə, hidroqovşaq 2700 m
3
/san su sərfini buraxmaq qabiliyyətindədir.
Baş Mil kanalı 1976-cı ildə istismara verilmişdir. Mil-Muğan hidroqovşağından su qəbul 
edən kanal Füzuli, Beyləqan, Xocavənd, Ağcabədi və İmişli rayonlarının ərazisində təxminən 
143,5 min hektar əkin sahəsinə xidmət edə bilər. Uzunluğu 37,1 km-dir. Kanala bütün uzun-
luğu boyu beton üzlük çəkilmişdir. Üzərində 74 ədəd müxtəlif tə yi natlı hidrotexniki qurğular 
və həmçinin mürəkkəb konstruk si yalı dükerlər və cəldaxıdan tikilmişdir. Baş Mil kanalından 
Yuxarı Mil kanalına, Yeni Xanqızı kanalına, 22,89 min hektar ərazini suvarma suyu ilə təmin 
edən Sıfır Paylayıcısı kanalına suvarma suyu verilir. Füzuli rayonunun ərazisində tikilmiş 1 
saylı mexaniki üsulla suvarılan 16,7 min hektar sahəyə və 2 saylı mexaniki üsulla suvarılan 
12,25 min hektar sahəyə də Baş Mil kanalından nasoslarla su vurulur. 
Yuxarı Mil kanalı tam beton üzlük çəkilmiş formada 1985-ci ildə istismara verilmişdir. 
Uzunluğu 20,5 km, suaparma qabiliyyəti 30,0 m
3
/san, Beyləqan və Xocavənd rayonlarında 
suvarma suyu ilə təmin etdiyi ərazinin sahəsi 19,6 min hektardır. Üzərində 8 ədəd hidrotexni-
ki qurğu, 4 yerdə hidrometrik məntəqə, 6 ədəd körpü və borulu keçid vardır. 
Maralyan kanalı torpaq məcrada, Cəbrayıl və Füzuli rayonlarının ərazisində əkinəyararlı 
münbit torpaq sahəsini suvarma suyu ilə təmin etmək məqsədi ilə 1931-ci ildə tikilmişdir. 
Kanala su öz axını ilə Cəbrayıl rayonu ərazisində Araz çayından mexaniki tənzimləmə apar-
Mil-Muğan hidroqovşağı. Horadiz. 1972


Yüklə 34,69 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə