Paşayev elbrus paşa oğlu həSƏnov fəRZƏLİ HƏSƏn oğlu “azdövsutəslayiHƏ”



Yüklə 34,69 Mb.
Pdf görüntüsü
səhifə20/30
tarix15.08.2018
ölçüsü34,69 Mb.
#62664
1   ...   16   17   18   19   20   21   22   23   ...   30

101
Baş Mil-Muğan kollektorun dənizə tökülən hissəsində normal iş şəraitində sərfi saniyədə 
107 kub m, maksimal sərfi saniyədə 147 kub m, dibdən eni 24-20÷18 m, suyun dərinliyi nor-
mal sərfdə 3 m, maksimal sərfdə 7 m, yamaclıq əmsalı 3,0-2,5 ÷2,0 m, maillik 0,000033, 
0,0005, 0,00007, 0,00014; suyun orta sürəti saniyədə 0,41 – 0,48-0,6-0,85 m, kollektorun 
inşaat dərinliyi 7,5 m, Araz çayı ilə kəsişmə yerindəki dükerin suburaxma qabiliyyəti saniyədə 
80 kub m-dir.
Ağstafaçay su anbarı 1971-ci ildə istismara verilmişdir. Respublikanın qərb zonasında 
yerləşən  Qazax, Ağstafa, Tovuz  və  Şəmkir  rayonlarının  ərazilərində  135  min  hektar  əkin 
sahələrinin su təminatını yaxşılaşdırmaq və yeni tikilmiş irriqasiya sistemlərini suvarma suyu 
ilə təmin etmək məqsədilə tikilmişdir. Su anbarı illik nizamlanmaya hesablanmışdır.
Bəndin hündürlüyü 52,5 m, üstdən eni 10 m, uzunluğu 2 km-dir. Anbarın su tutumu 120 
mln. kub m, faydalı həcmi 111 mln. kub m, faydalı həcm tam yığıldıqda, su səviyyəsi 479,5 
m, ölü həcm 9.1 mln. kub m, bu həcmə müvafiq su səviyyəsi 450 m, su səthinin sahəsi 6,38 
kv. km-dir.
Hidroqovşaq çınqıllı qruntdan tökülmüş bənddən, bəndin altında yerləşən qülləli subura-
xandan, daşqın sutulluyacısından və s. ibarətdir. Anbardan sutullayıcıya 260 m
3
/san, qülləli 
suburaxana 146 m
3
/san, sağsahil kanalına 27 m
3
/san, solsahil kanalına 12 m
3
/san su buraxmaq 
mümkündür.
Bəndin gövdəsinə 7,72 mln. kub m qrunt tökülmüşdür. 
Yuxarı Xanbulançay su anbarı 1976-cı ildə istismara verilmişdir. Lənkəran bölqəsində 
22 min hektar əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədi ilə tikilmişdir. Su anba-
rı illik nizamlanmaya hesablanmışdır. Anbarın su tutumu 50 mln. kub m, faydalı həcmi 45 
mln. kub m, su səthinin sahəsi 2,6 kv. km-dir. Hidroqovşağa qruntdan tökülmüş bənd, qülləli 
suburaxan, daşqın sutullayıcı və s. daxildir. Bəndin gövdəsinə tökülmüş qruntun həcmi 4,34 
mln. kub m, bəndin hündürlüyü 63 m, üstdən uzunluğu 550 m-dir. 
Ağstafaçay su anbarı. Qazax rayonu. 1971


102
Baş Mil-Mugan kollektoru. 2000
Yuxarı Şirvan kanalının Ağsu maşın qolu


103
Yuxarı Şirvan kanalında 
Ağsu maşın qolunun təir zonasındakı ərazinin sxematik planı


104
Yuxarı  Şirvan kanalının Ağsu maşın qolunda nasos stansiyası


105
Su anbarını tələb olunan həcmdə axınla təmin etmək üçün Bəşəriçay üzərində saniyədə 10 
kub m sərfə hesablanmış dağ tipli suqəbuledici tikilmişdir. 
Əyriçay su anbarı 1986-cı ildə istismara verilmişdir. Əyriçay su anbarı Şəki və Qax ra-
yonlarının ərazisində 17,2 min hektar əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə 
tikilmişdir. Hidroqovşağın tərkibinə bənd, tunel tipli qülləli suburaxan, daşqın sutullayıcısı və 
s. daxildir. Anbar illik nizamlanmaya hesablanmışdır. Anbarın su tutumu 80,6 mln. kub m, 
faydalı həcmi 67 mln. kub m, su səthinin sahəsi 12 kv. km-dir.
Torpaq bəndin hündürlüyü 23 m, üstdən uzunluğu 1,88 km-dir. Bəndin gövdəsinə 1,61 
mln. kub m qrunt tökülmüş, 63,7 min kub m beton və dəmir-beton, 265 ton metal konstruksi-
yaları işlədilmişdir.
Viləşçay  su  anbarının  tikintisi  iki  növbədə  həyata  keçirilmişdir  (1979-1995-ci  illər). 
Viləşçay  su  anbarı  tikintisinin  başa  çatması  ilə  Masallı  rayonunda  32,2  min  hektar  əkin 
sahələri suvarma suyu ilə təmin edilmişdir. Su anbarının tutumu 130 mln. kub m, faydalı 
həcmi 122 mln. kub m, su səthinin sahəsi 5,32 kv. km-dir. Torpaq bəndin hündürlüyü 54,3 m, 
bənd gövdəsində tökmə torpaq həcmi 16,21 mln. kub m, işlədilmiş beton və dəmir-betonun 
həcmi 228,4 min kub m, metal konstruksiyaların çəkisi 1670 ton olmuşdur.
“Azdövsutəslayihə”  İnstitutunun  fəaliy yəti  dövlət  tərəfindən  yüksək  qiymət lən dirilmlş 
1983-cü ildə SSRİ Ali Sovetinin qərarı ilə Şərəf Nişanı Ordeni ilə təltif olunmuşdu.
“Azdövsutəslayihə”  İnstitutunun  fəaliyyət  göstərdiyi  bu  müddətdə  meliorasiya  və  su 
təsərrüfatı  obyektlərinin  layihə  sənədlərinin  hazırlanmasında,  tikintiyə  müəllif  nəzarətinin 
həyata keçirilməsində xüsusi xidmətləri ilə fərqlənmiş əməkdaşlardan: 
 Topoqrafiya-axtarış şöbəsindən: Həsənov Alik Həsən oğlu,  Ağayev Seyran Fərzəli oğlu, 
Qasımov Qəzənfər Jabbar oğlu, İsmayılov Faiq Eyyub oğlu, Quliyev Vaqif Müsəlləf oğlu;
Geologiya və hidrogeologiya şöbəsindən: Xasayev Əskər İsmayıl oğlu, Allahverdiyev 
Ayət Namaz oğlu, İsmayılov Məmmədəli Abbas oğlu, Krasilşikov Leonid Anatolyeviç, Quli-
yev Əmirhüseyn Ağamir oğlu, Rəşidov Ramiz Məmməd oğlu, Ələkbərov Rafiq Davud oğlu, 
Sadıxov Aslan Məhəmməd oğlu;


106
Şəmkir maşın kanalı. Şəmkir rayonu.
Azdövsutəslayihə institutu. 1983


107
Azdövsutəslayihə institutunun strukturu. 1983


108
Şəmkir maşın kanalının təsir zonasında ərazinin sxmatik plani


109
Torpaq-meliorasiya şöbəsindən: Məmmədov Arzuman Əşrəf oğlu, Hacıyev Mahmud 
Hacı oğlu, Bağırov Kamran Cavad oğlu, Əliyeva Şərifə Hadı qızı, Tarasova Valentina Vasil-
yevna, Cəbrayılov Zakir Teymur oğlu, Əliyev Qərib Fili oğlu, Andreyev Aleksandr Andreye-
viç; Əliyev Tofiq Mirzəqulu oğlu;
Layihə şöbələrindən: Ələkbərov Asəf Mikayıl oğlu, Əlizadə Əliağa Qurban oğlu, Qası-
mov  Sadıx  Hüseyn  oğlu,  Əskərbəyli  Brilyant  İskəndər  qızı, Alməmmədov Tarış  Müseyib 
oğlu, Kərimov Yavuz İsmayıl oğlu, Mustafayev Rasim Qara oğlu, Soltanov Qurban Əbdüləli 
oğlu, Quliyev Zahid Məmməd oğlu, Mirzəxanov Əli Cəbrayıl oğlu, Quliyev İmanqulu Əli 
oğlu, Dudko Valentin Vasilyeviç, Dibirova Gözəl Müslüm qızı, Qasımov Şamil Kazım oğlu, 
Haqverdiyev Oktay Qəhrəman oğlu, Ağazadə Tahir Cahangir oğlu, Bulqak Yulian Yuliano-
viç, Cavadov Aydın Əhməd oğlu, Çernoqlazov Pyotr Qeorqiyeviç, Axundov Nadir Muxtar 
oğlu,  Muxəddis  Əsadulla  Sadıx  oğlu,  Musayev  Telman  Mir  Məsim  oğlu,  Şirinov  Ramiz 
Mərdan oğlu, Əmircanov Əmirxan Məmməd oğlu, Məmmədov Sovet Həsən oğlu, Mezentso-
va Vera Petrovna, Mustafayev Mansur Məhəmməd oğlu, Əliyev Rafiq Məmmədbağır oğlu, 
Axundova  Xalidə  İmran  qızı,  Novruzov  Lətif  Qənbər  oğlu,  Qaziyev Yusif  Cəbrayıl  oğlu, 
Qafarlı Adil Rzaqulu oğlu, Bayramov Nəzər Amin oğlu, Sadıxova Zemfira Əli qızı, Sultanov 
Akif Qara oğlu, Mahmudov Səttar Maqsud oğlu və digərlərinin adlarını bu sahədə çalışan 
gənc nəslə tanıtdırmaq istərdik.
“Azdövsutəslayihə” İnstitutunun 80 illik fəaliyyəti dövrünün 60 ili artıq tarixə dönmüş 
keçmiş SSRİ məkanında olmuşdur. Müstəqil Azərbaycan Respublikasında yaşayan əhalinin 
çox  böyük  hissəsinin  təhsil  aldığı  və  işləmiş  olduğu  yaxın  tariximizdəki  bu  cəmiyyətdə, 
müxtəlif ictimai-siyasi təşkilatlar mövcud idi. Ölkənin bütün müəssisələrində yaradılan siya-
si təşkilatların əsas vəzifəsi dövlət və hökumət rəhbərliyinin həyata keçirdiyi siyasi kursu 
rəhbər tutaraq, yuxarıdan verilmiş qərarların və tapşırıqların həyata keçirilməsi istiqamətində 
apardığı genişprofilli işlər olmuşdur. 
Etiraf etmək lazımdır ki, bütün müəssisələrdə qarşıya qoyulmuş plan və tapşırıqların vaxtın-
da yerinə yetirilməsində, görülən işlərin həcminin artırılmasında, keyfiyyətinin yüksəldilməsində 
müəssisələrdə fəaliyyət göstərən ictimai təşkilatların rolu böyük olmuşdur. 
“Azdövsutəslayihə”  İnstitutunun  fəaliyyəti  dövründə  institutun  müxtəlif  ictimai  təşkilat-
larında çalışmış, müəssisə daxilində sağlam mühitin yaradılmasında, əmək intizamının, haqq-
ədalətin qorunub saxlanılması, layihəçilərin, texniki işçilərin, köməkçi heyətin iş şəraitinin yax-
şılaşdırılması, gənc mütəxəssislərin hazırlanması və inkişafında xüsusi əməyi olan Şapçenko 
Pavel İvanoviçi, Mixail Zabelini, Sadıqova Zenfira Əli qızını, Məmmədov Yasin Bilal oğlunu, 
Novruzov Lətif Qənbər oğlunu, Qaziyev Yusif Cəbrayıl oğlunu, Qaragözov Rauf Əziz oğlunu, 
Tağızadə Esmira Məmməd qızını, Novruzov Abbas Qəmbər oğlunu, Həsənov Sabir Mirmöv-
süm oğlunu, Babayev Xəqani Ədalət oğlunu, Səmədov Cəsarət Qabil oğlunu, Süleymanov Ni-
yazi Ramiz oğlunu, Mustafayeva Elza Saday qızını və başqalarını qeyd etmək istərdik. 
Qeyd etmək lazimdır ki, bütün dövrlərdə hazırlanan layihə sənədlərində ölkə alimlərinin 
apardığı elmi tədqiqat işlərinin nəticələrindən mütəmadi olaraq istifadə olunub. Azərbaycanda 
meliorasiya və su təsərrüfatı sahəsinin inkişafında xüsusi əməyi olmuş alimlərimizdən pro-
fessorlar: Abbas Əli oğlu Mustafayevin, Əkbər Qasım oğlu Behbudovun, Yusif Əliqulu oğlu 
İbadzadənin, Hüseyin Məmməd oğlu Hüseynovun, Saleh Xalıq oğlu Hüseynzadənin, Bala 
Məmməd oğlu Ağayevin, Fətullah Süleyman oğlu Salahovun, Kamal Heydər oğlu Teymuro-
vun, akademik Vladimir Rodionoviç Volobuyevin və başqalarının adlarını xüsusi ehtiramla 
yad edirik.
Sovetlər məkanında ölkə iqtisadiyyatında durğunluq, bütün sahələrdə başlanmış yenidən-
qurma “Azdövsutəslayihə” İnstitutunun fəaliyyətinə də təsirsiz ötüşməmişdir. Respublika-


Yüklə 34,69 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə