Paşayev elbrus paşa oğlu həSƏnov fəRZƏLİ HƏSƏn oğlu “azdövsutəslayiHƏ”



Yüklə 34,69 Mb.
Pdf görüntüsü
səhifə23/30
tarix15.08.2018
ölçüsü34,69 Mb.
#62664
1   ...   19   20   21   22   23   24   25   26   ...   30

128
Azərbaycan  Respublikası  ətraf  mühitə  dair  15-dən  çox  beynəlxalq  konvensiyaya,  o 
cümlədən “Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsinə dair 
konvensiya”ya (17 mart 1992, Helsinki) qoşuldu və Milli Məclisdə 14 mart 2000-ci il tarixdə 
ratifikasiya olundu. 
Transsərhəd çaylarının su ehtiyatlarının istifadəsi və mühafizəsi sahəsində beynəlxalq su 
yurisdiksiyasına əsaslanmış dövlət siyasəti aparıldı.
Azərbaycanda  su  ehtiyatları  dövlətin  mülkiyyətindədir.  Su  ehtiyatlarının  istifadəsi  və 
mühafizəsinin idarə olunması, su münasibətlərinin tənzimlənməsi, su idarəçiliyi ilə bağlı qa-
nunlar və onların əsasında qəbul edilmiş normativ-hüquqi sənədlərə əsaslanaraq həyata keçi-
rilir.
Ölkədə formalaşan yeni iqtisadi münasibətlərin tələbinə uyğun olaraq 1996-cı ildə qəbul 
edilmiş “Azərbaycan Respublikasında sudan pullu istifadə qaydaları haqqında əsasnamə”yə 
görə  1  yanvar  1997-ci  ildən  başlayaraq  suvarma  suyundan  pullu  istifadəyə  keçilmişdir  (I 
mərhələ). Su istifadəçilərinin və sahibkarların hüquq və mənafelərini qorumaq, su ehtiyatla-
rından səmərəli istifadə olunmasını təmin etmək məqsədilə ölkədə “Sudan İstifadə Edənlər 
Assosiasiyaları (SİEA)” yaradılmışdır. Hazırda respublikanın suvarma aparılan topaqlarının 
60 faizindən çoxunda torpaq mülkiyyətçilərinin təşəbbüsü ilə və Meliorasiya və Su Təsərrüfatı 
Açıq  Səhmdar  Cəmiyyətinin  metodik  köməkliyi  ilə  585-dən  çox  “Sudan  İstifadə  Edənlər 
Assosiasiyaları” yaradılmışdır. 
Heydər Əliyev Yenikənd SES-nın açılışında. 2000


129
Dövlət  Torpaq  və  Xəritəçəkmə  Komitəsinin  məlumatına  görə,  respublikanın  kənd 
təsərrüfatına yararlı 4514473 hektar torpaq sahəsinin 1927247 hektarı dövlət mülkiyyətində 
saxlanılmışdır ki, bunun da 190652 hektarı suvarılan torpaqlardır. Odur ki, respublikada tor-
paq islahatı tam başa çatdıqdan və təsərrüfatların maliyyə imkanları artdıqdan sonra sudan 
pullu istifadənin II mərhələsinə keçilməsi və suyun tarifinin tədricən artırılması nəzərdə tutu-
lur (2006-2010-cu illər).
Ulu öndər Heydər Əliyevin ölkədə meliorasiya və su təsərrüfatının inkişafına göstərdiyi 
diqqət və qayğını, hazırkı vaxtda möhtərəm Prezident İlham Əliyev uğurla davam etdirir və 
yeni formalarla zənginləşdirir.
Çox  fərəhli  haldır  ki,  Ümummilli  lider  Heydər  Əliyev  tərəfindən  1970-1982-ci  və 
müstəqilliyimizin ilkin illərində təməlini qoyduğu genişmiqyaslı meliorasiya və su təsərrüfatı 
layihələri Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıq əsasında müvəffəqiyyətlə başa 
çatdırılır və yeni layihələrlə zənginləşdirilir.
Dövlət  başçısı  İlham  Əliyev  2004-cü  ildə  Samur-Abşeron  suvarma  sisteminin  yenidən 
qurulması sxeminə daxil olan Xanarx kanalının tikintisi ilə tanış olmuş, 2005-ci il dekabr 
ayında isə Heydər Əliyev adına Vayxır su anbarının istifadəyə verilməsi münasibəti ilə təşkil 
olunmuş tədbirdə iştirak etmişdir.
Məlumdur ki, respublikamızda nəzərdə tutulan “Ərzaq təhlükəsizliyi Dövlət Proqramı”nın 
həyata keçirilməsi və aqrar sahənin inkişafı bilavasitə meliorasiya və su təsərrüfatı layihələrinin 
uğurla həyata keçirilməsindən asılıdır. 
İqtisadi sahədə aparılan uğurlu siyasət nəticəsində Azərbaycanda büdcə gəlirləri ilbəil art-
dığına görə, meliorasiya və su təsərrüfatı sahəsində layihə işlərinə ayrılan vəsait də hər il artır. 
Möhtərəm Prezident İlham Əliyevin 1 sentyabr 2005-ci ildə “Respublikamızda su təchizatı 
və meliorasiya sahəsində görülən işlər və perspektiv layihələrlə bağlı” və 29 aprel 2008-ci 
Heydər Əliyev Vayxır su anbarının tikintisində. 2002


130
Xanarx kanalının tikintisi ilə tanış olmaga gəlmiş Prezident İlham Əliyevi Azərbaycan Meliorasiya  
və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə qarşılayır. 2004
Prezident İlham Əliyevə tikinti haqqında məlumat verilir.


131
Prezident İlham Əliyevə layihə haqqında məlumat verilir.
Prezident İlham Əliyevə tikinti haqqında məlumat verilir.


132
Prezident İlham Əliyevə tikinti haqqında məlumat verilir.
Prezident İlham Əliyev tikinti ilə tanış olur.


133
Xanarx kanalının tikintisi
Xanarx kanalı


134
Kanalın tikintisi


135
Prezident İlham Əliyev Naxçıvan MR-də Vayxır su anbarının açılışında. 18 dekabr 2005-ci il
Vayxır su anbarında tikinti işləri aparılır. 


136
Prezident İlham Əliyev Vayxır su anbarının açılışında. 
Vayxır su anbarında inşaat işləri tamamlanmaq üzrədir


137
Samur çaydakı Baş suqəbuledici
Samur çaydakı Baş suqəbuledici


138
ildə “Ölkəmizdə su təchizatı, meliorasiya, irriqa-
siya  və  kanalizasiya  sistemlərinin  inkişafı  ilə 
bağlı  layihələrə  dair”  keçirdiyi  müşavirələrdə 
verdiyi  göstərişlər  və  tapşırıqlar  son  illərdə  bu 
sahənin geniş miqyasda inkişafına böyük təkan 
vermişdir.
Azərbaycan Respublikası “Regionların sosi-
al-iqtisadi  inkişafı  Dövlət  Proqramına  (2004-
2008-ci  illər)”  daxil  edilmiş  və  respublika 
büdcəsindən  ayrılmış  vəsait  hesabına,  Dünya 
Bankının, İslam İnkişaf Bankının, Asiya İnkişaf 
Bankının və digər maliyyə qurumlarının krediti 
hesabına 2006-cı ildə Baş Mil-Muğan kollekto-
runda və 2006-cı ildə Naxçıvan Muxtar Respub-
likasında Vayxır su anbarında yarımçıq qalmış tikinti işləri, Samur-Abşeron suvarma sistemi-
nin yenidən qurulması layihəsi çərçivəsində 2002-ci ildə Samur Baş suqəbuledici qurğusunun 
bərpası, 2006-cı ildə Baş su durulducusunun tikintisi və 187 km uzunluğunda təsərrüfatlararası 
kanalların yenidən qurulması, 2006-cı ildə İslam İnkişaf Bankının vəsaiti hesabına layihə 
sənədləri  “Azdövsutəslayihə”  İnstitutu  və  Türkiyənin  “SU-YAPI”  firması  əməkdaşları 
tərəfindən birgə hazırlanmış, uzunluğu 67,2 km olan Xanarx kanalının tikintisi, 2007-ci ildə 
isə Samur-Abşeron kanalının ilk 50 km-lik hissəsinin bərpası başa çatdırılmışdır.
Uzunluğu 44,5 km olan Vəlvələçay-Taxtakörpü kanalının tikintisinin maliyyələşdirilməsinə 
İslam İnkişaf Bankı, Səudiyyə İnkişaf Fondu və OPEK Fondu tərəfindən kredit ayrılması 
barədə saziş imzalanmışdır. Bu kanalın tikilməsində əsas məqsəd yaranan əlverişli şəraitdə 
regiondakı 6 çayın su ehtiyatından səmərəli istifadə etməkdir. 
“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi” çərçivəsində ümumi su-
tutumu 269 mln. kub m olan “Taxtakörpü su an-
barının SES-lə birlikdə layihələndirilməsi və ti-
kintisi”,  “Taxtakörpü-Ceyranbatan  kanalının 
layihələndirilməsi  və  tikintisi”  obyektləri  üzrə 
işlərin həyata keçiriləməsinə 2006-cı ildə başla-
yaraq Dövlət Neft Fondundan vəsait ayrılmışdır. 
İqtisadi baxımdan bu layihələr çox sərfəlidir. 
Layihədə nəzərdə tutulmuş işlər başa çatdırıldıq-
dan sonra Taxtakörpü-Ceyranbatan kanalı anbar-
dan  qəbul  etdiyi  suyu  öz  axını  ilə  Ceyranbatan 
gölünə verəcək. Beləliklə, Samur-Abşeron kanalı 
üzərində,  Sitalçayda  və  Ceyranbatanda  mövcud 
olan nasos stansiyaları ləğv ediləcəkdir.
Tikintisi vacib sayılan üçüncü obyekt Naxçı-
van Muxtar Respublikasında, Babək, Şahbuz və 
Culfa  rayonlarında  6,9  min  hektar  yeni  əkin 
sahələrinin suvarılması və 9,9 min hektar mövcud 
əkin sahəsində su təminatının yaxşılaşdırılmasına 
imkan yaradacaq Vayxır su anbarı idi.Vayxır su 
anbarının  layihə  sənədləri  “Azdövsutəslayihə” 


Yüklə 34,69 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə