Paşayev elbrus paşa oğlu həSƏnov fəRZƏLİ HƏSƏn oğlu “azdövsutəslayiHƏ”



Yüklə 34,69 Mb.
Pdf görüntüsü
səhifə22/30
tarix15.08.2018
ölçüsü34,69 Mb.
#62664
1   ...   18   19   20   21   22   23   24   25   ...   30

123
Samur
-Abşer
on kanalı keçən ərazinin sxematik planı


124
Samur
-Abşer
on kanalının təsir zonasındakı rayonlar


125
Samur  çayından  Samur-Abşeron  kanalına  tələb  olunan  suyun  verilməsində  yaranan 
məhdudluğu və digər ölkədən gözlənilən təsiri aradan qaldırmaq məqsədilə Samur-Abşeron 
kanalı  üzərində  su  sərfini  mövsum  ərzində  tənzimləyə  biləcək  su  anbarının  yaradılması 
zəruriyyətini gündəmə gətirdi. Əmirxanlıçay (Taxtakörpü) hövzəsində Taxtakörpü su anbarı-
nın yaradılması üçün hazırlıq işlərinə başlandı.
Layihəyə görə Taxtakörpü su anbarı məcradan kənarda yaradıldı. Su anbarının əsas su 
mənbəyi Samur-Abşeron kanalıdır. Regiondakı Qusarçay, Qudyalçay, Quruçay, Ağçay, Caqa-
cuqçay və Vəlvələçayın su ehtiyatlarının müəyyən hissəsi Samur-Abşeron kanalı sisteminə 
daxil olan Vəlvələçay-Taxtakörpü kanalı ilə Taxtakörpü su anbarına axıdılır.
Üzərində SES olan Taxtakörpü su anbarının tikintisi başa çatdırıldıqdan sonra, yeni tikilən 
Taxtakörpü-Ceyranbatan kanalı tələb olunan həcmdə suyu öz axını ilə Ceyranbatan gölünə 
verir.  Layihədə  Abşeron  magistral  kanalına  suyun  Taxtakörpü-Ceyranbatan  kanalından 
verilməsi və Abşeron magistral kanalının suaparma qabiliyyətinin saniyədə 9 kub m-dən 15 
kub m-ə qədər artırılması nəzərdə tutulmuşdur.
Vəlvələçay-Taxtakörpü kanalının başlanğıcında Vəlvələçayda dib səviyyəsi 229,8 m, 
sonunda Taxtakörpü su anbarına tökülən yerdə dib səviyyəsi 189,0 m-dir. Kanal beton üzlük 
çəkilmiş trapes en kəsik şəkillidir. Sərfi saniyədə 75 kub m, uzunluğu 44,5 km, yamaclıq 
əmsalı m=1,5; dibdən eni 5 m, inşaat dərinliyi 4,2 m, suyun dərinliyi 3,6 m, maillik 0,0005, 
axının sürəti saniyədə 2,28 m-dir.
Taxtakörpü su anbarının texniki göstəriciləri. Anbara yığılmış sudan su təchizatında, 
suvarmada və elektrik enerjisinin istehsal olunmasında istifadə ediləcək. Su anbarının ümumi 
həcmi 268,9 mln. kub m, faydalı həcmi 218,9 mln.kub m, ölü həcmi 49,5 mln.kub m, anbarda 
maksimal su səviyyəsi 183 m, minimal istismar səviyyəsi 140 m, ölü həcmə uyğun səviyyəsi 
130  m,  aşağı  byefin  səviyyəsi  105  m-dir.  Mərkəzi  nüvə  tipli  bənddir.  Bəndin  hündürlüyü 
137,5 m, bəndin üstdən eni 15 m, bəndin gövdəsinin həcmi 14 mln. kub m-dir. Suaşıranın tipi 
qapısız, sutullayanın sərfi saniyədə 84,3 kub m, suötürücü tunelin sərfi saniyədə 49,4 kub m, 
tunelin daxili diametri 5,2 m, uzunluğu 360 m-dir.
Taxtakörpü  su  elektrik  stansiyasının  texniki  göstəriciləri.  Maksimum  su  sərfi 
saniyədə 40 kub m, maksimum basqı 77 m, suqəbuledicinin dib səviyyəsi 115 m, tunelinin 
diametri 4,5 m, uzunluğu 270 m, SES-in gücü 25,0 MW, turbinin sayı 2 ədəd, 1 turbinin 
gücü 12,5 MW, turbinin növü - Fransa istehsalı, transformatorların sayı 2 ədəd, generato-
run gücü 14 MW.
Taxtakörpü-Ceyranbatan kanalının uzunluğu 112 km, sərfi saniyədə 40 kub m, yamac-
lıq əmsalı 1,5, mailliyi 0,0003, dibdən eni 4 m, inşaat dərinliyi 3,5 m, suyun dərinliyi 3,12 m, 
axının sürəti saniyədə 1,48 m-dir. Yarımqazma-yarımtökmədə olan hissələrdə kanalın beton 
üzlüyünün qalınlığı 15 sm, tam tökmədə olan hissələrdə beton üzlüyünün qalınlığı 20 sm 
qəbul edilmişdir.
Respublikamız  üçün  həyati  əhəmiyyət  daşıyan  bu  obyektlərin  layihə-sənədləri  xarici 
şirkətlərlə birlikdə institutumuzun əməkdaşları tərəfindən bazar iqtisadiyyatının tələblərinə 
müvafiq hazırlanmışdır.
Respublikamızın bazar iqtisadiyyatına keçməsi, torpaq üzərində yeni mülkiyyət forması-
nın yaranması, su obyektlərinin istifadəsi və mühafizəsi ilə bağlı yaranmış yeni münasibətlər 
dövlətin su siyasətini dəyişdi və su təsərrüfatının yeni iqtisadi şəraitə uyğun idarə edilməsi 
zəruriyyətini yaratdı. 
Mövcud su ehtiyyatlarından və torpaq sahələrindən səmərəli istifadə etmək məqsədi ilə 
Avropa Şurası Parlament Assambleyasının su idarəçiliyi sahəsində qəbul etdiyi siyasətə uy-


126
Abşer
on kanalının sxematik planı


127
ğun olaraq müvafiq qanunlar, normativ-hüquqi aktlar, sərəncam və qərarlar qəbul edildi. Ya-
radılmış hüquqi baza əsasında meliorasiya və su təsərrüfatı sahəsində islahatlar aparıldı.
Azərbaycan  Respublikasında  ətraf  mühitin  qorunması  və  təbii  ehtiyatlardan  səmərəli 
istifadə olunması üçün müəyyən qanunvericilik bazası yaradıldı. 
Torpaq  islahatı  haqqında  Azərbaycan  Respublikasının  Qanunu  (16.06.1996)  qəbul 
edildikdən sonra keçmiş kolxoz və sovxozların balansında olan torpaqlar özəlləşdirildi və 
yeni fermer təsərrüfatları, birliklər yaradıldı. Beləliklə, sovet dövründə olan böyük təsərrüfat 
sahələri çox kiçik təsərrüfat sahələrinə bölündü. 
Azərbaycan  Respublikasında  torpaqların  özəlləşdirilməsi  proqramını  sürətləndirmək 
məqsədilə 1996-cı ildə Xaçmaz, Salyan, Lənkəran, Ucar, Bərdə və Şərur rayonlarının hər 
birində nümunəvi özəl kəndli-fermer təsərrüfatları yaradıldı. 
Torpaqların  özəlləşdirilməsi  təcrübəsi  göstərdi  ki,  əkin  sahələrinin  müəyyən  hissəsi 
istifadəsiz qalır və torpaqlardan səmərəli istifadə olunmur. Mövcud suvarma sistemlərinin 
istismarında  və  təmir-bərpa  işlərində  problemlər  üzə  çıxdı.  Kənd  təsərrüfatı  bitkilərindən 
nəzərdə tutulmuş məhsuldarlığın əldə edilməsi mümkün olmadı. Aqrar sahədə problemlər 
yarandı. 
MDB ölkələri arasında ilk dəfə Azərbaycanda meliorasiya sahəsində fəaliyyətin hüquqi 
əsasını müəyyən edən “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qa-
nunu 1996-cı ilin sentyarbın 14-də qəbul edildi.
Su  obyektlərinin  istifadəsi  və  mühafizəsi  ilə  bağlı  hüquqi  münasibətləri  tənzimləyəcək 
Azərbaycan Respublikasının Su məcəlləsi Qanunu isə 26 dekabr 1997-ci ildə qəbul edildi. 
Qəbul edilmiş qanunda əsasən aşağıdakı məsələlər öz əksini tapmışdır:
- su obyektlərinin istifadəyə verilməsi qaydaları, müddətləri, su istifadəçilərinin hüquq və 
vəzifələri;
- sudan istifadənin ləğv edilməsinin əsasları və qaydaları;
- su obyektləri üzərində mülkiyyət formaları;
- su obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təşkili;
- əhaliyə içməli su və məişət ehtiyacları üçün verilən sudan digər məqsədlərlə istifadə 
olunmasına qoyulan məhdudiyyətlər;
-  müalicə-kurort,  sağlamlaşdırma,  istirahət,  idman  məqsədləri  üçün  su  obyektlərindən 
istifadə;
- su obyektlərindən kənd təsərrüfatında istifadə;
- sudan sənaye və hidroenergetika məqsədləri üçün istifadə;
- sudan nəqliyyat ehtiyaclarını ödəmək məqsədilə istifadə;
- su obyektlərinin istifadəsi və mühafizə tədbirlərinin iqtisadi tənzimlənməsi;
- sudan pullu istifadə, su obyektlərinin istifadəsi və mühafizə sahəsində mübahisələrin həll 
edilməsi, qanunvericiliyin pozulmasına görə məsuliyyət və digərləri. 
Suyun  idarə  olunması  ilə  bağlı  “Hidrometeorologiya  fəaliyyəti  haqqında” Azərbaycan 
Respublikasının Qanunu (1998);
“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu (1999); 
“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu (1999); 
“Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu (1999); 
“Ətraf  mühitə  dair  informasiya  almaq  haqqında” Azərbaycan  Respublikasının  Qanunu 
(2002); 
“Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu 
(2002) və digər qanunlar.


Yüklə 34,69 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə