Paşayev elbrus paşa oğlu həSƏnov fəRZƏLİ HƏSƏn oğlu “azdövsutəslayiHƏ”



Yüklə 34,69 Mb.
Pdf görüntüsü
səhifə21/30
tarix15.08.2018
ölçüsü34,69 Mb.
#62664
1   ...   17   18   19   20   21   22   23   24   ...   30

110
mızda başqa sahələrdə olduğu kimi, meliorasiya və su təsərrüfatı sahəsində də 1985-ci ildən 
başlamaqla aparılan tikinti işləri ilbəil kəskin şəkildə azalmışdır. 
Layihə-axtarış  işlərinin  həcmi  azaldığına  görə  uzun  illər  institutda  çalışan  ixtisaslaşmış 
mühəndis kadrlar qısa müddət ərzində doğma iş yerlərini tərk etmək məcburiyyətində qalmışlar.
“Azdövsutəslayihə” İnstitutu 1941-1945-ci illərdə olduğu kimi, fəaliyyəti dövründə ikinci 
dəfə iş həcmlərinin kəskin formada az olduğu şəraitdə çətin günlərini yaşamalı oldu. Sənətinin 
fədaisi  olan  əməkdaşların  müəyyən  hissəsi  uzunmüddətli  ödənişsiz  məzuniyyətə  çıxdılar, 
fəaliyyətini davam etdirən mütəxəssislərin əksəriyyəti isə 0,5 ştatda olmalarına baxmayaraq
bəzən aylarla əməkhaqlarını almadan tapşırılmış layihələr üzərində işlərini davam etdirməli 
olmuşlar.
Binə hava limanını ətrafının ekoloji bərpası. Sxematik plan


111
Kollektiv dövlət bayramı tədbirlərində


112
Axundov N.M.
Çernoqlazov P.Q.


113
Mustafayev R.Q. əməkdaşlarının əhatəsində
Qasımov S.H.


114
Ələkbərov A.M və Sultanov A.Q.
Muxəddis Ə.C. və Quliyev Z.M.


115
İnstitutun direktoru Səlimbəyov C.V. və kollektivin bir qrupu
Əskərbəyli B.İ. bəndin sürüşmə zonasında


116
İnstitutun rəhbərliyi Rasim müəllimi təbrik edir 
Əliyeva Ş.H.


117
Borisenko Y.V. və 
Haqverdiyev O.Q., 1980
Arif Hacıyev, Məmməd Əsədov, Abdulrəhim Hacıyev


118
“AZDÖVSUTƏSLAYİHƏ” İNSTİTUTU  
AZƏRBAYCAN RESPUBLİKASININ 
 MÜSTƏQİLLİK DÖVRÜNDƏ
Qeyd olunduğu kimi, 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Azərbaycanda 
meliorasiya və su təsərrüfatı sahəsinə laqeyd münasibət olmuşdur. İnstitutda aidiyyatı sahələr 
üzrə layihə işlərinin həcmi kəskin formada azaldığından mütəxəssislər müxtəlif istiqamətlərdə 
tikinti-lahiyə işləri yerinə yetirməklə fəaliyyətlərini davam etdirməli olublar.
“Azdövsutəslayihə”  İnstitutu  1993-cü  ildə  İran  İslam  Respublikasında  “Qarasu  çayı 
üzərində Qeybəli su anbarı və onun suvarma massivinin sxemi” layihəsinin və “Gərmrud su 
anbarı, suvarma massivinin sxemi”nin layihə sənədlərinin hazırlanmasında iştirak etmişdir.
Sovet İttifaqının 1991-ci ildə dağılması ilə qazandığımız müstəqilliyimizin ilk illərində 
ölkəmiz faktiki olaraq müstəqil dövlət kimi fəaliyyət göstərə bilmirdi. 1991-1993-cü illərdə 
müstəqilliyimizin gələcəyi şübhə altında idi. Bu illərdə Azərbaycan xalqı 1920-ci ildə olduğu 
kimi, yenidən müstəqilliyini itirə bilərdi. 
Meliorasiya və su təsərrüfatı  
obyekytləri bizim sərvətimizdir.  
Bu sərvətdən səmərəli istifadə etməliyik
Heydər Əliyev


119
“Əsrin müqaviləsi“ öz bəhrəsini ver
di


120


121


122
Xalqımızın  müdrikliyi  sayəsində  Ulu  öndər  Heydər  Əliyevin  yenidən  respublikaya 
rəhbərliyə gətirilməsi Azərbaycanı bu bəlalardan qurtardı. Tarix Azərbaycanımızın timsalın-
da  belə  bir  həqiqəti  sübut  etdi  ki,  müstəqilliyi  əldə  etmək  bəlkə  də  bir  qədər  çətin  deyil, 
nəinki, onu qoruyub saxlamaq, inkişaf etdirmək.
20  sentyabr  1994-cü  ildə  Xəzər  dənizinin  neft  və  qazının  işlənməsinə  dair  “Əsrin 
müqaviləsi” adını almış sazişlərin imzalanması və prosesin uğurla axıra çatdırılması Heydər 
Əlivev  şəxsiyyətinin  nələrə  qadir  olğunu  təsdiq  etdi.  1993-2003-cü  illərdə Azərbaycanın 
dövlətçiliyi quruldu, ölkənin işkişaf starteqiyası müəyyən olundu. 
Heydər  Əliyevin  ikinci  dəfə  respublika  rəhbərliyinə  qayıdışı  ilə  meliorasiya  və  su 
təsərrüfatı sahəsi öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Ulu öndərin göstərişi ilə res-
publikaya qoyulan xarici investisiyalar ilk növbədə aşağıda adı çəkilən meliorasiya və su 
təsərrüfatı sahəsinə yönəldildi: 
1. Kür-Araz düzənliyində şorlaşmış torpaqların duzlardan təmizlənməsini təmin edəcək 
Baş Mil-Muğan kollektorunun tikintisinin davam etdirilməsi;
2. Bakı-Sumqayıt şəhərlərini və Abşeron yarımadasını su ilə təmin edən Samur-Abşeron 
suvarma sisteminin yenidən qurulması; 
3. Vayxır su anbarının tikintisinin başa çatdırılması.
Samur-Abşeron  massivinin  sxemi  Türkiyə  Konsorsiumu  “SEYAŞ-SUİŞ”  və  “Azdöv-
sutəslayihə” İnstitutu tərəfindən 1995-1996-cı illərdə hazırlandı.
“Azdövsutəslayihə” İnstitutu Almaniyanın layihə şirkəti ilə birgə 1997-ci ildə “Azərbay-
canda İrriqasiyanın və Drenaj İnfrastrukturunun Bərpası və Yaxşılaşdırılması” layihəsi hazır-
landı.
Samur-Abşeron  kanalı  suvarma  sisteminin  yenidən  qurulması  layihəsi  çərçivəsində, 
əsasən aşağıdakı işlərin görülməsi müəyyənləşdirildi:
1.  Samur Baş suqəbuledicinin bərpası;
2.  Xanarx kanalının tikintisi;
3.  Samur-Abşeron kanalının 50 km-lik hissəsinin bərpası;
4.  Vəlvələçay-Taxtakörpü kanalının tikintisi;
5.  Taxtakörpü su anbarının tikilməsi;
6.  Taxtakörpü-Ceyranbatan kanalının tikintisi.
Nəzərdə tutulan tədbirlər həyata keçirildikdən sonra Samur-Abşeron kanalı 180 min hek-
tar əkin sahəsini tələb olunan su ilə təmin edəcək və Bakı-Sumqayıt şəhərlərinə saniyədə 22 
kub m su vermək mümkün olacaqdır. 
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə daxil olan Vəlvələçay-
Taxtakörpü kanalının, Taxtakörpü su anbarının və su-elektrik stansiyalarının layihə sənədləri 
beynəlxalq  tenderin  qalibi  olmuş  Türkiyənin  “SU  YAPI”  Mühəndislik  Şirkəti  ilə  birgə, 
“Azdövsutəslayihə”  İnstitutunun  2  saylı  şöbəsində  Adil  Məmməd  oğlu  Məmmədovun 
rəhbərliyi altında hazırlanmışdır. 
Qeyd  etmək  lazımdır  ki,  1967-1974-cü  illərdə  Samur-Abşeron  kanalının  Vəlvələçay-
Ceyranbatan hissəsində kanalın suaparma qabiliyyəti Qudyalçay və Vəlvələçayda tikilmiş 
sugötürmə qurğuları hesabına saniyədə 25 kub m-ə çatdırılmışdır. Yeni layihədə isə bu sərfin 
saniyədə 40 kub m olacağı nəzərdə tutulmuşdur.
Xanarx kanalının istismara verilməsi Samur-Abşeron kanalının 50 km yuxarı hissəsində 
bərpa işlərinin problemsiz yerinə yetirilməsinə imkan yaratdı. Xanarx kanalının uzunluğu 
67,2 km, su sərfi saniyədə 36-25 kub m-dir.


Yüklə 34,69 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə