Paşayev elbrus paşa oğlu həSƏnov fəRZƏLİ HƏSƏn oğlu “azdövsutəslayiHƏ”



Yüklə 34,69 Mb.
Pdf görüntüsü
səhifə29/30
tarix15.08.2018
ölçüsü34,69 Mb.
#62664
1   ...   22   23   24   25   26   27   28   29   30

189
ci ilin noyabr ayından 1933-cü ilin mart ayına kimi Gəncə Mühəndis Meliorasiya İnstitutunda 
rektor vəzifəsini icra etmişdir. 1933-cü ilin mart ayında Azərbaycan SSR Xalq Komissarları 
Soveti yanında Dövlət Planlaşdırma Komitəsində qısa vaxt ərzində su təsərrüfatı sahəsinə 
baxan məsul şəxs kimi fəaliyyətdən sonra, yeni yaradılmış trest səlahiyyətli Azərbaycan Su 
Təsərrüfatı Layihə-Axtarış İdarəsinə rəis təyin olunmuşdur. 1937-cı ildən Zaqafqaziya Su 
Təsərrüfatı  Layihə-Axtarış  adlanan  trest  uzun  illər Azərbaycan,  Gürcüstan  və  Ermənistan 
Respublikalarının ərazilərində su təsərrüfatı obyektlərinin layihə işlərini yerinə yetirmişdir. 
1953-cü  ildə  Su  Təsərrüfatı  Layihə-Axtarış  tresti  Azərbaycan  Dövlət  Su  Təsərrüfatı 
Obyektlərinin Layihələndirilməsi İnstitutuna çevrilmişdir. 
Mehdi Əli oğlu Abbasov 1964-cü ilin iyıl ayına kimi, 31 il “Azdövsutəslayihə” İnstitutuna 
rəhbərlik etmişdir. “Azdövsutəslayihə” İnstitutundakı fəaliyyətindən sonra fəxri təqaüddə ol-
muşdur.
Azərbaycan  Respublikası  ərazisində  1933-cü  ildən  1964-cü  ilə  kimi  tikilmiş  dövlət 
əhəmiyyətli bütün meliorasiya və su təsərrüfatı tikintilərinin layihə sənədlərinin hazırlanma-
sında  Mehdi  Əli  oğlu  Abbasovun  xüsusi  əməyi  olmuşdur.  Onun  rəhbərliyi  dövründə 
Mingəçevir su anbarının, Muğan və Salyan düzlərində suvarma və meliorasiya sistemlərinin, 
Samur-Dəvəçi kanalının 1-ci və 2-ci növbələrinin, Yuxarı Şirvan və Yuxarı Qarabağ kanalla-
rının, Bəhrəmtəpə hidroqovşağının, Baş Muğan kanalının, Gəncə-Qazax bölgəsində suvarma 
sistemlərinin, Lənkəran subtropik bölqəsində suvarma sistemlərinin, Ağstafaçay və Xaçınçay 
su anbarlarının və digər yüzlərlə obyektlərin layihə sənədləri hazırlanmışdır. 
Azərbaycan Su Təsərrüfatı Layihə-Axtarış İdarəsində işə başlayarkən 25-30 əməkdaş ol-
duğu halda, “Azdövsutəslayihə” İnstitutunda rəhbərlikdən gedərkən 900-dən çox işçi çalışır-
dı. Fəaliyyət göstərən əməkdaşlardan 600 nəfəri mühəndis-texniki işçilər idi. 
Xatırlatmaq yerinə düşərdi ki, layihə təşkilatının rəhbəri M.Ə.Abbasovun aylıq vəzifə ma-
aşı SSRİ Nazirlər Sovetinin sədri İ.V.Stalinin 1951-ci il 17 dekabrda imzaladığı 5183 saylı 
sərəncamla  təyin  edilmişdir.  Dövlət  rəhbəri  tərəfindən  qəbul  edilmiş  bu  qərar,  o  dövrdə 
Azərbaycan  Su  Təsərrüfatı  Layihə-Axtarış  İdarəsində  görülən  işlərə  və  onun  rəhbərinin 
şəxsiyyətinə verilmiş ən böyük qiymət kimi dəyərləndirilmişdir. 
Əmək  fəaliyyəti  dövründə  M.Abbasov  “Qırmızı  Əmək  Bayrağı”  ordeni,  2  medal, 
Azərbaycan  SSR Ali  Sovetinin  fəxri  fərmanı,  2  dəfə  “SSRİ  Kənd  Təsərrüfatı  Nazirliyin 
əlaçısı”  döş  nişanı,  kənd  təsərrüfatındakı  nailliyyətlərinə  görə  3  dəfə  Xalq  Təsərrüfatı 
Sərgisinin bürünc medalı ilə təltif olunmuşdur. 
Abbasov Mehdi Əli oğlu 1979-cu ildə Bakı şəhərində, 81 yaşında vəfat etmişdir. Yasamal 
rayonu ərazisində yerləşən köhnə qəbiristanlıqda dəfn olunmuşdur.
Allah ona rəhmət eləsin! 


190
SƏLİMBƏYOV CƏFƏR VAHAB OĞLU
Cəfər  Vahab  oğlu  Səlimbəyov  18  sentyabr  1906-ci 
ildə  Bakı  şəhərində  doğulmuşdur.  1914-1918-ci  illərdə 
3-cü  Rus-Tatar  məktəbində,  1918-1923-cü  illərdə  isə 
2-ci  Bakı  Realnı  məktəbində  təhsil  almışdır.  Əmək 
fəaliyyətinə 14 yaşında olarkən, 1920-ci ildə məktəbdə 
oxuduğu  illərdə  başlamışdır.  1920-1923-cü  illərdə 
Azərbaycan  SSR  Daxili  İşlər  Xalq  Komissarlığında 
tərcüməçi işləmişdir. 1923-cü ildə Azərbaycan KP MK-
nın qərarı ilə Moskva şəhərinə, Lomonosov adına Mosk-
va Dövlət Universitetinə oxumağa göndərilmişdir. 1924-
cü ildə Timiryazov adına Kənd Təsərrüfatı Akademiyası-
na  köçürülmüş  və  28  fevral  1930-cu  ildə  akademiyanı 
bitirərək mühəndis-hidrotexnik ixtisasına yiyələnmişdir. 
Ali  məktəbi  bitirdikdən  sonra  1930-1933-cü  illərdə 
Moskva şəhərində SSRİ Əkinçilik Xalq Komissarlığının 
Su Təsərrüfatı Baş İdarəsində çalışmışdır. 1933-1944-cü 
illərdə  Azərbaycan  su  təsərrüfatı  sistemində  çalışmış, 
Azərbaycan Su Təsərrüfatı Obyektlərinin Layihə-Axtarış idarəsində böyük mühəndis, layihə 
baş mühəndisi, layihə kontorunun başçısı, Samur-Dəvəçi kanalının tikintisini həyata keçirən 
idarədə rəis müavini işləmişdir. SSRİ Müdafiə Nazirliyinin 1941-1942-ci illərdə Mozdok və 
Rostov şəhərlərinin 5 rayonunda yaratdığı müdafiə obyektlərinin tikintisində baş mühəndis 
olmuşdur. 1942-1945-ci illərdə Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyinin baş mühəndisi 
vəzifəsini icra etmişdir. 1945-1946-cı illərdə Kür-Araz Baş Su Tikinti İdarəsində rəis müavi-
ni, 1946-1950-ci illərdə Azərbaycan SSR Su Təsrrüfatı Nazirliyində baş mühəndis, 1950-
1962-ci illərdə Samur-Abşeron kanalının tikintisində rəis, Azərbaycan SSR Tikinti Nazirliyi-
nin Baş İdarəsində baş mühəndis, rəis müavini vəzifələrində çalışmışdır. 1962-1964-cü illərdə 
Azərbaycan SSR Tikinti nazirinin müavini olmuşdur. 
Səlimbəyov  Cəfər  Vahab  oğlu  11  iyul  1964-cü  ildən  17  aprel  1972-ci  ilə  kimi 
“Azdövsutəslayihə” İnstitutunun direktoru vəzifəsində işləmişdir. 1972-ci ildən respublika 
əhəmiyyətli təqaüdçü olmaqla yanaşı, Azərbaycan Mühəndis İnşaat İnstitutunda (indiki Az-
MİU) hidrotexniki qurğular və hidravlika kafedrasında baş müəllim kimi çalışmışdır. 
Cəfər Vahab oğlu Səlimbəyov əmək fəaliyyəti dövründə daşıdığı vəzifə səlahiyyətlərindən 
əlavə,  tapşırılan  çoxsaylı  işləri  də  layiqincə  yerinə  yetirmişdir.  1937-1950-ci  illərdə 
Azərbaycan Su Təsərrüfatı İdarəsində və Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyində Elmi-
Texniki Şuranın elmi katibi, 1942-1950-ci illərdə Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyi-
nin kollegiya üzvü olmuşdur. 1934-cü və 1938-ci illərdə Bakı şəhər Oktyabr (Yasamal) rayon 
sovetinin deputatı seçilmişdir. 1950-ci ildə 3-cü çağırış, 1952-ci ildə 4-cü çağırış Bakı şəhər 
Sovetinin deputatı olmuşdur. 1951-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. 
1952-ci ildə Azərbaycan KP Bakı şəhər komitəsinin üzvü olmuşdur. 
Cəfər Vahab oğlu Səlimbəyov Samur-Dəvəçi kanalının 1-ci və 2-ci növbələrinin tikintisində 
layihə müəlliflərindən biri idi. Onun Samurçay hidroqovşağının, Bəhrəmtəpə hidroqovşağı-
nın, Yuxarı Qarabağ, Yuxarı Şirvan magistral kanallarının, Xaçınçay su anbarının və digər su 
təsərrüfatı tikintilərinin istifadəyə verilməsində böyük əməyi olmuşdur. 


Yüklə 34,69 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə