c) lisenziyalı məhsulların ixracından əvvəl ona dair aşağıdakı məlumatlar Ümumdünya
Ticarət Təşkilatının internet səhifəsində (veb‐saytında) yerləşdirilməlidir:
bütün istiqamətlərə göndərilən məhsulların miqdarı;
məhsulların fərqləndirici xüsusiyyətləri.
Maddə 21.
ixtira, faydalı model və sənaye nümunələri ndən istifadənin dövlət
tərəfindən həvəsləndirilməsi
Dövlət ixtira, faydalı model və sənaye nümunəsinin yaradılması və istifadəsini həvəsləndirir,
müəlliflərə, patent sahiblərinə və təsərüfat subyektlərinə güzəştlər, o cümlədən güzəştli
kreditlər müəyyən edə bilər.
V fəsil
Patent hüquqlarının pozulması
Maddə 22.
Patent sahibinin müstəsna hüquqlarının pozulması
1. Patentlə mühafizə edilən ixtira, faydalı model və sənaye nümunəsi obyektlərindən
bu Qanunun müddəalarının pozulması ilə istifadə edilməsi, təsərrüfat dövriyyəsinə başqa
şəkildə daxil edilməsi və ya bu məqsədlə saxlanması patent sahibinin müstəsna hüququnun
pozulması sayılır.
2. Mülki mühakimə icraatının məqsədləri üçün patent sahibinin bu Qanunun 14‐cü
maddəsinin 2‐ci bəndində göstərilən hüquqlarının pozulması zamanı patentin predmeti
məhsulun alınma üsulu olarsa, məhkəmə məhsulun alınması üçün istifadə edilən üsulun
patentləşdirilmiş üsuldan fərqlənməsinə dair dəlillərin təqdim edilməsini cavabdehdən tələb
edə bilər. Təkzibedici dəlillər təqdim olunanadək patent sahibinin razılığı olmadan alınan
istənilən məhsul patentləşmiş üsulla alınmış hesab edilir, əgər:
a) patentləşmiş üsulla alınan məhsul yeni olarsa;
b) bu məhsulun patentləşmiş üsulla alınması ehtimalı yüksəkdir və patent sahibi
ağlabatan tədbir görməklə onun alınmasında hansı üsulun tətbiq edildiyini müəyyən edə
bilmirsə.
3. Bu maddənin 2‐ci bəndinin birinci abzasında göstərilənlərin sübut edilməsi patent
sahibinin hüquqlarının pozulmasında təqsirləndirilən şəxsin üzərinə o halda düşür ki, a) və
ya b) yarımbəndlərində göstərilən şərtlər yerinə yetirilsin.
4. Əks dəlilləri təqdim edən cavabdehin istehsalat və kommersiya sirrinin qorunması
sahəsində qanuni maraqları nəzərə alınır.
Maddə 23.
Patent sahibinin müstəsna hüquqlarının pozulması sayılmayan hallar
Aşağıdakı hallar patent sahibinin müstəsna hüquqlarının pozulması sayılmır:
tərkibində patentləşdirilmiş ixtira, faydalı model və sənaye nümunəsi olan vasitələrdən qeyri
kommersiya məqsədləri üçün gəlirsiz istifadəsi;
patentlə mühafizə edilən ixtira, faydalı model və sənaye nümunəsi obyektlərinin elmi,
eksperiment, tədqiqat və həmin obyektlərin yoxlanılması məqsədləri üçün patentin qüvvədə
olma müddəti bitənədək böyük həcmdə istehsala və ya məhsulların toplanmasına gətirib
çıxarmaması şərti ilə istifadəsi;
həkimin resepti üzrə birdəfəlik istifadə üçün dərman haırlanması;
Azərbaycan Respublikasının nəqliyyat vasitələri sahiblərinə eyni hüquqlar verən xarici
ölkələrin hüquqi və ya fiziki şəxslərinə məxsus olan, müvəqqəti və ya təsadüfən Azərbaycan
Respublikasının ərazisinə gətirilmiş nəqliyyat vasitələrinin ehtiyacları üçün patentləşdirilmiş
ixtira, faydalı model və sənaye nümunəsindən həmin nəqliyyat vasitələrinin konstruksiyasında
və ya istismarı zamanı istifadə.
Maddə 24.
Patentin_pozulması'>Patentin pozulması
1. Patentlə mühafizə edilən sənaye mülkiyyəti obyektindən bu Qanunun müddəalarının
pozulması ilə istifadə edən istənilən hüquqi və ya fiziki şəxs patent hüquqlarını pozan hesab
edilir. Patent hüquqlarını pozan şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə
cəlb edilə bilər.
2. Patent sahibi patenti pozmuş hüquqi və ya fiziki şəxslə ona dəymiş zərərin ödənilməsi
barədə razılığa gəlmədiyi halda mübahisələrə qanunvericiliklə müəyyən edilmiş qaydada
məhkəmədə baxılır.
VI fəsil
İddİa sənədİnİn verİlməsİ və patent alınması
Maddə 25.
Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunələri
ixtira, faydalı model və sənaye nümunəsi barəsində iddia sənədində göstərilən məlumatın
açıqlanması Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilərsə, həmin
iddia sənədinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qaydada baxılır.
Maddə 26.
Beynəlxalq iddia sənədi
1. Beynəlxalq iddia sənədi müvafiq icra hakimiyyəti orqanına verildikdə Azərbaycan
Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrə əsasən həmin iddia sənədinin müvafiq
icra hakimiyyəti orqanına daxil olduğu gündən 2 ay ərzində, iddiaçı onun düsturunun,
referatının və təsvirinin Azərbaycan dilində tərcüməsini təqdim etməlidir.
2. Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsləri beynəlxalq iddia sənədini
Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrə müvafiq qaydada verə
bilərlər.
3. Müvafiq icra hakimiyyəti orqanı bu maddənin 2-ci bəndinə uyğun verilən beynəlxalq
iddia sənədini alan orqan kimi çıxış edir.
Maddə 27.
Patent almaq üçün iddia sənədinin verilməsi
1. ixtira, faydalı model və sənaye nümunəsi üçün patent almaq istəyən hüquqi və ya fiziki
şəxs müvafiq icra hakimiyyəti orqanına iddia sənədi verməlidir.
2. İddiaçı müvafiq icra hakimiyyəti orqanına iddia sənədini aşağıdakı qaydada verə bilər: