Patent haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikası ərazisində ixtiraların, faydalı modellərin və sənaye
nümunələrinin yaradılması, hüquqi mühafizəsi və istifadəsi ilə əlaqədar yaranan əmlak
münasibətlərini və onlarla bağlı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir.
I fəsil
Ümumİ müddəalar
Maddə 1.
Əsas anlayışlar
Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır:
sənaye mülkiyyəti obyekti –– insanın əqli fəaliyyətinin nəticəsi olan ixtira, faydalı model və
sənaye nümunəsi;
ixtira - istənilən sahədə məhsula və ya üsula aid olan texniki həllər;
faydalı model - qurğuya aid olan texniki həllər;
sənaye nümunəsi –– məmulatın yeni zahiri görkəmini müəyyən edən bədii və ya bədii
konstruktiv həll;
patent –– ixtira, faydalı model və sənaye nümunəsi üçün müvafiq icra hakimiyyəti orqanı
tərəfindən verilən mühafizə sənədi;
üsul - bir-biri ilə bağlı proseslərin müəyyən ardıcıllıqla maddi obyekt üzərində, maddi
vasitələrin köməyi ilə yerinə yetirilməsi;
məhsul - əqli fəaliyyətin nəticəsində yaradılan bitki və ya heyvan hüceyrələrinin kulturaları,
mikroorqanizmlərin ştammı, maddə, qurğu;
qurğu –– funksional-konstruktiv vəhdətdə olan konstruktiv elementlərdən və ya onların
məcmusundan hazırlanmış məmulat, mexanizm, tikili;
iddia sənədi –– ixtira, faydalı model və sənaye nümunəsinə patent almaq üçün tərtib edilmiş
sənədlər toplusu.
Maddə 2.
Patent haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Patent haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının
Konstitusiyasından, bu Qanundan və bu Qanuna müvafiq qəbul edilən digər qanunvericilik
aktlarından və Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdən ibarətdir.
Maddə 3.
ixtira, faydalı model və sənaye nümunələrinin hüquqi mühafizəsi
ixtira, faydalı model və sənaye nümunələrinə hüquqlar dövlət tərəfindən qorunur və patentlə
təsdiq edilir.
Patent, ixtira, faydalı model və sənaye nümunəsinə müəllifliyi
və ilkinliyi təsdiq edir və
onlardan istifadə etmək üçün müstəsna hüquq verir.
Kommersiya məqsədləri üçün istifadəsi ictimai mənafeyə, humanizm və əxlaqi prinsiplərə
zidd olan, insanların, heyvanların həyat və sağlamlıqlarına, bitkilərin mühafizəsinə, ətraf
mühitə ciddi ziyan vuran ixtira, faydalı model və sənaye nümunəsi patentlə mühafizə edilmir
və onun istifadəsi qadağandır.
Maddə 4.
Sənaye mülkiyyəti sahəsində müvafiq icra hakimiyyəti orqanı
1. Azərbaycan Respublikasının sənaye mülkiyyəti sahəsində müvafiq icra hakimiyyəti
orqanı (bundan sonra–– müvafiq icra hakimiyyəti orqanı) ixtira, faydalı model və sənaye
nümunələrinin mühafizəsi sahəsində dövlət siyasətini həyata keçirir, bu Qanuna uyğun olaraq
ixtira, faydalı model və sənaye nümunələri barəsində hüquqi və fiziki şəxslərdən iddia
sənədlərini qəbul edir, onları ekspertizadan keçirir, ixtira, faydalı model və sənaye
nümunələrini dövlət reyestrində qeydə alır, patent verir, rəsmi məlumatları nəşr edir, patent
müvəkkillərinin attestasiyasını və qeydiyyatını aparır, bu Qanuna müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq digər funksiyaları həyata keçirir.
2. Müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri öz vəzifələrini yerinə yetirərkən və
həmin orqanla əmək münasibətlərinə xitam verildikdən sonra 1 il ərzində patent barəsində
iddia sənədi verə bilməzlər.
3. (Çıxarılıb)
Maddə 5.
Apellyasiya şurası
1. ixtira, faydalı model və sənaye nümunəsi barəsində iddia sənədinin verilməsi, onun
ekspertizası, patentin verilməsi, həmçinin patent müvəkkillərinin attestasiyası, qeydiyyatı və
fəaliyyəti ilə bağlı mübahisələrə müvafiq icra hakimiyyəti orqanının apellyasiya şurasında
baxılır.
Apellyasiya şurasının qərarından qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə
şikayət verilə bilər.
2. Müvafiq icra hakimiyyəti orqanının Apellyasiya şurası haqqında Əsasnamə müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Maddə 6.
Patent müvəkkili
1. Azərbaycan Respublikası ərazisində daimi yaşayan, ali təhsili olan, Azərbaycan
Respublikasının dövlət dilini bilən, patent müvəkkillərinin Dövlət reyestrində qeydiyyata
alınan Azərbaycan Respublikasının vətəndaşı patent müvəkkili ola bilər.
Patent müvəkkili Azərbaycan Respublikasının ərazisində ixtira, faydalı model və sənaye
nümunələrinə patentin alınması və onun qüvvədə saxlanılması işlərinin aparılmasında vəkalət
verən şəxsə köməklik göstərir, ixtira, faydalı model və sənaye nümunələri üzrə hüquqların
reallaşdırılmasında, lisenziya müqavilələrinin bağlanması zamanı onu təmsil edir, müvafiq
icra hakimiyyəti orqanında, məhkəmədə vəkalət verənin mənafelərini müdafiə edir və
səlahiyyətləri çərçivəsində işləri yerinə yetirir.
2. Patent müvəkkillərinin fəaliyyəti bu Qanunla və müvafiq icra hakmiyyəti orqanı
tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir.
3. Patent müvəkkili məsləhət verdiyi və ya ona verilən səlahiyyət daxilində həyata keçirdiyi
fəaliyyətlə bağlı ixtira, faydalı model və sənaye nümunəsi obyektləri üzrə müəllif və ya şərikli
müəllif ola bilməz.
II fəsil
İxtİra, faydalı model və sənaye nümunələrİnİn patent qabİlİyyətİ şərtlərİ
Maddə 7.
İxtiranın patent qabiliyyəti şərtləri
1. İstənilən sahədə məhsula və ya üsula aid olan texniki həllər ixtira obyektləri sayılır.
2. Yeni, ixtira səviyyəli olan (bəlli olmayan) və sənayedə tətbiq edilə bilən (faydalı) ixtira
obyektinə hüquqi mühafizə verilir.
3. Əgər ixtira mövcud bilgilər məcmusunda bir hissəni təkrarlamırsa, yeni sayılır. Mövcud
bilgilər məcmusuna ixtira barəsində iddia sənədinin verildiyi günə kimi dünyada hamıya
müyəssər olan məlumatlar aid edilir.İftira barəsində müvafiq icra hakimiyyəti orqanına daxil
olan, rəsmi bülletendə dərc olunmuş iddia sənədləri də mövcud bilgilər məcmusuna daxil
edilir.
İxtiranın yeniliyi müəyyən edilərkən mövcud bilgilər məcmusuna, həmçinin daha əvvəl
ilkinliyə malik olan, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına daxil
olan və geri götürülməyən ixtira və faydalı model barəsində iddia sənədləri, Azərbaycan
Respublikasında patentlə mühafizə edilən ixtira və faydalı model də aid edilir.
4. Yeniliyi yalnız onların tətbiqində təzahür edən ixtiralara bu maddənin 3-cü bəndi tətbiq
edilmir, ancaq bu şərtlə ki, tətbiq özü mövcud bilgilərdən irəli gəlməsin.
5. İxtira barəsində iddia sənədinin müvafiq icra hakmiyyəti orqanına verildiyi günə kimi 12
ay ərzində onun mahiyyətinə dair məlumat müəllif, iddiaçı və onlardan həmin məlumatı
birbaşa və ya dolayısı ilə almış hər hansı şəxs tərəfindən açıqlanarsa, bu hal iddia sənədində
göstərilən obyektin yeniliyinə xələl gətirmir. Açıqlanma faktının sübut edilməsi vəzifəsi
müəllif və ya iddiaçının üzərinə düşür.
6. İxtira, həmin sahədə çalışan mütəxəssis üçün mövcud bilgilərdən açıq-aşkar irəli gəlmirsə,
ixtira səviyyəsinə malik hesab edilir.
7. İxtiranın obyekti sənayenin və təsərrüfatın hər hansı sahəsində hazırlana və ya istifadə
edilə bilərsə, o halda ixtira sənayedə tətbiq oluna bilən sayılır.
8. Aşağıdakı obyektlər ixtira sayılmır:
kəşflər;
elmi nəzəriyyələr;
riyazi metodlar;
bədii konstruktorluq işinin nəticəsi (dizayn);
təsərrüfatın və əqli fəaliyyətin təşkili, idarə edilməsi metodları;
oyunların qaydaları və metodları;