kompüter alqoritmləri və proqramları;
informasiyanın təqdimi üsulları;
şərti işarələr, cədvəllər və qaydalar;
qurğu (tikili kimi qurğu), bina, ərazi layihələri və planlaşdırma sxemləri;
mikroorqanizmlər istisna olmaqla, bitkilər və heyvanlar, onların mahiyyət üzrə bioloji
yetişdirilməsi üsulları (qeyri-bioloji və mikrobioloji üsullar istisna olmaqla);
inteqral mikrosxemlərin topologiyası;
insan və heyvan orqanizmlərinin müalicəsinin cərrahi və terapevtik üsulları, xəstəliyin
diaqnostikası metodları.
Maddə 8.
Faydalı modelin patent qabiliyyəti şərtləri
1. Qurğu obyektləri faydalı model kimi mühafizə oluna bilər.
2. Yeni olan və sənayedə tətbiq edilə bilən faydalı modelə hüquqi mühafizə verilir.
3. Mühüm əlamətlərinin məcmusu mövcud bilgilərdən məlum olmayan faydalı model yeni
hesab edilir.
Mövcud bilgilər məcmusuna təklif olunan faydalı modelin ilkinliyi tarixinə qədər eyni
təyinatlı obyektlər və onların Azərbaycan Respublikasında tətbiqi barədə hamı üçün müyəssər
olan məlumatlar aid edilir:
Digər hüquqi və fiziki şəxslərin Azərbaycan Respublikasında faydalı modellər barəsində
verdikləri və müvafiq icra hakimiyyəti orqanının rəsmi bülletenində dərc olunmuş iddia
sənədləri də mövcud bilgilər məcmusuna aid edilir.
4. Faydalı model barəsində iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına verildiyi günə
kimi 12 ay ərzində onun mahiyyətinə dair məlumat müəllif, iddiaçı və onlardan həmin
məlumatı birbaşa və ya dolayısı ilə almış hər hansı şəxs tərəfindən açıqlanarsa, bu hal iddia
sənədində göstərilən obyektin yeniliyinə xələl gətirmir. Açıqlanma faktının sübut edilməsi
vəzifəsi müəllif və ya iddiaçının üzərinə düşür.
5. Faydalı model sənayenin və təsərrüfatın hər hansı sahəsində hazırlana və ya istifadə edilə
bilərsə, sənayedə tətbiq oluna bilən sayılır.
Aşağıdakılar faydalı model sayılmır:
məmulatın xarici görkəminə aid edilən və estetik tələblərin təminatına yönələn həllər;
inteqral sxemlərin topologiyası.
Maddə 9.
Sənaye nümunəsinin patent qabiliyyəti şərtləri
1. Sənaye nümunəsinə məmulatın zahiri görkəmini müəyyən edən bədii-konstruktiv həllər
aiddir. Sənaye nümünəsi şəkil və ya model, yaxud onların birliyindən ibarət ola bilər.
2. Yeni və ya orijinal olan, sənayedə tətbiq edilə bilən sənaye nümunəsinə hüquqi mühafizə
verilir.
3. Sənaye nümunəsinin estetik və erqonomik xüsusiyyətlərini doğuran mühüm əlamətlərinin
məcmusu (forma, konfiqurasiya, ornament və ya rənglərin quraşması) onun ilkinlik tarixinə
qədər mühüm əlamətlərinin məcmusu mövcud bilgilərdən məlum deyildirsə, sənaye nümunəsi
yeni hesab edilir.
Mövcud bilgilər məcmusuna iddia edilən sənaye nümunəsinin ilkinliyi tarixinə qədər eyni
təyinatlı obyektlər və onların Azərbaycan Respublikasında tətbiqi barədə hamı üçün müyəssər
olan məlumatlar aid edilir. Mövcud bilgilər məcmusuna iddia edilən sənaye nümunəsinə
aidiyyəti olan və əmtəə nişanı kimi Azərbaycan Respublikasında hüquqi mühafizəsi olan
obyektlər də daxil edilir.
4. Sənaye nümunəsi barəsində iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına verildiyi
günə kimi 6 ay ərzində onun mahiyyətinə dair məlumat müəllif, iddiaçı və onlardan həmin
məlumatı birbaşa və ya dolayısı ilə almış hər hansı şəxs tərəfindən açıqlanarsa bu hal iddia
sənədində göstərilən obyektin yeniliyinə xələl gətirmir. Açıqlanma faktının sübut edilməsi
vəzifəsi müəllif və ya iddiaçının üzərinə düşür.
5. Mühüm əlamətləri özünün estetik xüsusiyyətlərinə yaradıcı xarakter verən sənaye
nümunəsi orijinal hesab edilir.
6. Dəfələrlə yenidən istehsal edilə bilən sənaye nümunəsi sənayedə tətbiq oluna bilən sayılır.
7. Aşağıdakı obyektlər sənaye nümunəsi sayılmır:
Məmulatın yalnız texniki funksiyasını şərtləndirən həllər;
arxitektura obyektləri (kiçik arxitektura formalarından başqa);
sənaye, hidrotexniki və başqa stasionar qurğular;
çap məhsulları;
maye, qaz, toz və ya bu kimi maddələrdən hazırlanmış dayanıqsız formalı obyektlər.
Maddə 10.
Patentlə_verilən_hüquqi_mühafizənin_həcmi_və_onun_qüvvədə_olma_müddəti'>Patentlə verilən hüquqi mühafizənin həcmi və onun qüvvədə olma müddəti
1. ixtira, faydalı model və sənaye nümunəsinə patentlə verilən hüquqi mühafizənin həcmi
aşağıdakı kimi müəyyən edilir:
ixtira və faydalı model üçün –– onların düsturu ilə;
sənaye nümunəsi üçün –– məmulatın (maketin, rəsmin) fotoşəklində göstərilən mühüm
əlamətlərinin məcmusu ilə.
2. Azərbaycan Respublikası ərazisində patentin qüvvədə olma müddəti iddia sənədinin
müvafiq icra hakimiyyəti orqanına verildiyi gündən etibarən aşağıdakı kimi
müəyyənləşdirilir:
ixtira üçün –– 20 il;
faydalı model üçün –– 10 il;
sənaye nümunəsi üçün –– 10 il.
3. İxtira patentinin predmeti qanunvericiliyə uyğun olaraq inzibati
prosedurlardan keçməsi tələb olunan məhsula və ya məhsulun hazırlanma üsuluna
aid olarsa, patent sahibinin vəsatəti əsasında patentin qüvvədə olma müddəti 5 ilə
qədər uzadıla bilər. Vəsatət patentin qüvvədə olduğu müddətdə verilir.
4. Sənaye nümunəsi patentinin qüvvədə olma müddəti patent sahibinin vəsatəti
əsasında 5 ildən artıq olmamaq şərtilə uzadıla bilər.
5. İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
6. Məhsulun (məmulatın) alınma üsuluna patentlə verilmiş hüquq bilavasitə bu üsulla alınan
digər məhsula da şamil edilir və əksini sübut edən hal olmadıqda yeni məhsul
patentləşdirilmiş üsulla alınmış hesab edilir.
III fəsil
Müəllİf və patent sahİbİ
Maddə 11.
İxtiranın, faydalı modelin və sənaye nümunəsinin müəllifi
1. İxtiranın, faydalı modelin və sənaye nümunəsini yaradıcı əməyi ilə yaradan şəxs müəllif
sayılır.
ixtira, faydalı model və sənaye nümunəsinin yaradılmasında bir neçə fiziki şəxs iştirak etdikdə
onların hamısı müəllif sayılır.
Müəlliflərə məxsus olan hüquqlardan istifadə qaydası onlar arasında bağlanmış müqavilə ilə
tənzimlənir.
2. ixtira, faydalı model və sənaye nümunəsinin yaradılmasında şəxsən yaradıcı əməyi
olmayan, müəllifə (müəlliflərə) yalnız texniki, təşkilati və ya maddi yardım etmiş, yaxud
ixtira, faydalı model və sənaye nümunəsi üzərində hüquqların rəsmiləşdirilməsinə və ondan
istifadəyə kömək göstərmiş fiziki şəxslər müəllif sayılmır.
3. Müəlliflik hüququ özgəninkiləşdirilməyən şəxsi hüquqdur və müddətsiz qorunur.
4. Müəlliflə iddiaçı və yaxud patent sahibi (işəgötürən olmayan) arasında ixtira, faydalı
model və sənaye nümunəsinin istifadəsi ilə əlaqədar münasibətlər onların bağladıqları
müqavilə ilə tənzimlənir.
ixtira, faydalı model və sənaye nümunələrinin istifadəsi ilə bağlı onların arasındakı
mübahisələrə məhkəmə qaydasında baxılır.
Maddə 12.
Patent sahibi
Patent aşağıda göstərilən şəxslərə verilir:
ixtira, faydalı model və sənaye nümunəsinin müəllifinə (müəlliflərinə) və ya onun (onların)
varisinə;
patent verilməsi barədə iddia sənədində, yaxud ixtira, faydalı model və sənaye nümunəsi
qeydiyyata alınana qədər müvafiq icra hakimiyyəti orqanına verilmiş ərizədə müəllifin
Dostları ilə paylaş: |