Patent haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 249,53 Kb.
Pdf görüntüsü
səhifə2/12
tarix11.04.2018
ölçüsü249,53 Kb.
#37874
1   2   3   4   5   6   7   8   9   ...   12

kompüter alqoritmləri və proqramları; 

informasiyanın təqdimi üsulları; 

şərti işarələr, cədvəllər və qaydalar; 

qurğu (tikili kimi qurğu), bina, ərazi layihələri və planlaşdırma sxemləri; 

mikroorqanizmlər istisna olmaqla, bitkilər və heyvanlar, onların mahiyyət üzrə bioloji 

yetişdirilməsi üsulları (qeyri-bioloji və mikrobioloji üsullar istisna olmaqla); 

inteqral mikrosxemlərin topologiyası; 

insan və heyvan orqanizmlərinin müalicəsinin cərrahi və terapevtik üsulları, xəstəliyin 

diaqnostikası metodları. 

Maddə 8. 



Faydalı modelin patent qabiliyyəti şərtləri 

1.  Qurğu obyektləri faydalı model kimi mühafizə oluna bilər. 

2.  Yeni olan və sənayedə tətbiq edilə bilən faydalı modelə hüquqi mühafizə verilir. 

3.  Mühüm əlamətlərinin məcmusu mövcud bilgilərdən məlum olmayan faydalı model yeni 

hesab edilir. 

Mövcud bilgilər məcmusuna təklif olunan faydalı modelin ilkinliyi tarixinə qədər eyni 

təyinatlı obyektlər və onların Azərbaycan Respublikasında tətbiqi barədə hamı üçün müyəssər 

olan məlumatlar aid edilir: 

Digər hüquqi və fiziki şəxslərin Azərbaycan Respublikasında faydalı modellər barəsində 

verdikləri və müvafiq icra hakimiyyəti orqanının rəsmi bülletenində dərc olunmuş iddia 

sənədləri də mövcud bilgilər məcmusuna aid edilir. 

4.  Faydalı model barəsində iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına verildiyi günə 

kimi 12 ay ərzində onun mahiyyətinə dair məlumat müəllif, iddiaçı və onlardan həmin 

məlumatı birbaşa və ya dolayısı ilə almış hər hansı şəxs tərəfindən açıqlanarsa, bu hal iddia 

sənədində göstərilən obyektin yeniliyinə xələl gətirmir. Açıqlanma faktının sübut edilməsi 

vəzifəsi müəllif və ya iddiaçının üzərinə düşür. 

5.  Faydalı model sənayenin və təsərrüfatın hər hansı sahəsində hazırlana və ya istifadə edilə 

bilərsə, sənayedə tətbiq oluna bilən sayılır. 

Aşağıdakılar faydalı model sayılmır: 

məmulatın xarici görkəminə aid edilən və estetik tələblərin təminatına yönələn həllər; 

inteqral sxemlərin topologiyası. 

Maddə 9. 



Sənaye nümunəsinin patent qabiliyyəti şərtləri 

1.  Sənaye nümunəsinə məmulatın zahiri görkəmini müəyyən edən bədii-konstruktiv həllər 

aiddir. Sənaye nümünəsi şəkil və ya model, yaxud onların birliyindən ibarət ola bilər. 

2.  Yeni və ya orijinal olan, sənayedə tətbiq edilə bilən sənaye nümunəsinə hüquqi mühafizə 

verilir. 



3.  Sənaye nümunəsinin estetik və erqonomik xüsusiyyətlərini doğuran mühüm əlamətlərinin 

məcmusu (forma, konfiqurasiya, ornament və ya rənglərin quraşması) onun ilkinlik tarixinə 

qədər mühüm əlamətlərinin məcmusu mövcud bilgilərdən məlum deyildirsə, sənaye nümunəsi 

yeni hesab edilir. 

Mövcud bilgilər məcmusuna iddia edilən sənaye nümunəsinin ilkinliyi tarixinə qədər eyni 

təyinatlı obyektlər və onların Azərbaycan Respublikasında tətbiqi barədə hamı üçün müyəssər 

olan məlumatlar aid edilir. Mövcud bilgilər məcmusuna iddia edilən sənaye nümunəsinə 

aidiyyəti olan və əmtəə nişanı kimi Azərbaycan Respublikasında hüquqi mühafizəsi olan 

obyektlər də daxil edilir. 

4.  Sənaye nümunəsi barəsində iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına verildiyi 

günə kimi 6 ay ərzində onun mahiyyətinə dair məlumat müəllif, iddiaçı və onlardan həmin 

məlumatı birbaşa və ya dolayısı ilə almış hər hansı şəxs tərəfindən açıqlanarsa bu hal iddia 

sənədində göstərilən obyektin yeniliyinə xələl gətirmir. Açıqlanma faktının sübut edilməsi 

vəzifəsi müəllif və ya iddiaçının üzərinə düşür. 

5.  Mühüm əlamətləri özünün estetik xüsusiyyətlərinə yaradıcı xarakter verən sənaye 

nümunəsi orijinal hesab edilir. 

6.  Dəfələrlə yenidən istehsal edilə bilən sənaye nümunəsi sənayedə tətbiq oluna bilən sayılır. 

7.  Aşağıdakı obyektlər sənaye nümunəsi sayılmır: 

Məmulatın yalnız texniki funksiyasını şərtləndirən həllər; 

arxitektura obyektləri (kiçik arxitektura formalarından başqa); 

sənaye, hidrotexniki və başqa stasionar qurğular; 

çap məhsulları; 

maye, qaz, toz və ya bu kimi maddələrdən hazırlanmış dayanıqsız formalı obyektlər. 

Maddə 10. 



Patentlə_verilən_hüquqi_mühafizənin_həcmi_və_onun_qüvvədə_olma_müddəti'>Patentlə verilən hüquqi mühafizənin həcmi və onun qüvvədə olma müddəti 

1.  ixtira, faydalı model və sənaye nümunəsinə patentlə verilən hüquqi mühafizənin həcmi 

aşağıdakı kimi müəyyən edilir: 

ixtira və faydalı model üçün –– onların düsturu ilə; 

sənaye nümunəsi üçün –– məmulatın (maketin, rəsmin) fotoşəklində göstərilən mühüm 

əlamətlərinin məcmusu ilə. 

2.  Azərbaycan Respublikası ərazisində patentin qüvvədə olma müddəti iddia sənədinin 

müvafiq icra hakimiyyəti orqanına verildiyi gündən etibarən aşağıdakı kimi 

müəyyənləşdirilir: 

ixtira üçün –– 20 il; 

faydalı model üçün –– 10 il; 

sənaye nümunəsi üçün –– 10 il. 




3.  İxtira  patentinin  predmeti  qanunvericiliyə  uyğun  olaraq  inzibati 

prosedurlardan keçməsi tələb olunan məhsula və ya məhsulun hazırlanma üsuluna 

aid  olarsa,  patent  sahibinin  vəsatəti  əsasında  patentin  qüvvədə  olma  müddəti  5  ilə 

qədər uzadıla bilər. Vəsatət patentin qüvvədə olduğu müddətdə verilir. 

4. Sənaye nümunəsi patentinin qüvvədə olma müddəti patent sahibinin vəsatəti 

əsasında 5 ildən artıq olmamaq şərtilə uzadıla bilər. 

5. İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması qaydaları 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

6.  Məhsulun (məmulatın) alınma üsuluna patentlə verilmiş hüquq bilavasitə bu üsulla alınan 

digər məhsula da şamil edilir və əksini sübut edən hal olmadıqda yeni məhsul 

patentləşdirilmiş üsulla alınmış hesab edilir. 

III fəsil 

Müəllİf və patent sahİbİ 

Maddə 11.



 İxtiranın, faydalı modelin və sənaye nümunəsinin müəllifi 

1.  İxtiranın, faydalı modelin və sənaye nümunəsini yaradıcı əməyi ilə yaradan şəxs müəllif 

sayılır. 

ixtira, faydalı model və sənaye nümunəsinin yaradılmasında bir neçə fiziki şəxs iştirak etdikdə 

onların hamısı müəllif sayılır. 

Müəlliflərə məxsus olan hüquqlardan istifadə qaydası onlar arasında bağlanmış müqavilə ilə 

tənzimlənir. 

2.  ixtira, faydalı model və sənaye nümunəsinin yaradılmasında şəxsən yaradıcı əməyi 

olmayan, müəllifə (müəlliflərə) yalnız texniki, təşkilati və ya maddi yardım etmiş, yaxud 

ixtira, faydalı model və sənaye nümunəsi üzərində hüquqların rəsmiləşdirilməsinə və ondan 

istifadəyə kömək göstərmiş fiziki şəxslər müəllif sayılmır. 

3.  Müəlliflik hüququ özgəninkiləşdirilməyən şəxsi hüquqdur və müddətsiz qorunur. 

4.  Müəlliflə iddiaçı və yaxud patent sahibi (işəgötürən olmayan) arasında ixtira, faydalı 

model və sənaye nümunəsinin istifadəsi ilə əlaqədar münasibətlər onların bağladıqları 

müqavilə ilə tənzimlənir. 

ixtira, faydalı model və sənaye nümunələrinin istifadəsi ilə bağlı onların arasındakı 

mübahisələrə məhkəmə qaydasında baxılır. 

Maddə 12. 



Patent sahibi 

Patent aşağıda göstərilən şəxslərə verilir: 

ixtira, faydalı model və sənaye nümunəsinin müəllifinə (müəlliflərinə) və ya onun (onların) 

varisinə; 

patent verilməsi barədə iddia sənədində, yaxud ixtira, faydalı model və sənaye nümunəsi 

qeydiyyata alınana qədər müvafiq icra hakimiyyəti orqanına verilmiş ərizədə müəllifin 




Yüklə 249,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə