Patent haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 249,53 Kb.
Pdf görüntüsü
səhifə4/12
tarix11.04.2018
ölçüsü249,53 Kb.
#37874
1   2   3   4   5   6   7   8   9   ...   12

və sənaye nümunəsinin bütün mühüm əlamətlərini birləşdirən üsulun tətbiqi ixtira, faydalı 

model və sənaye nümunəsindən istifadə sayılır. 

2.  Patenti bir neçə şəxsə məxsus olan ixtira, faydalı model və sənaye nümunəsindən istifadə 

üzrə münasibətlər həmin şəxslər arasında bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bu cür 

müqavilə olmadıqda onların hər biri, ixtira, faydalı model və sənaye nümunəsi üzrə 

lisenziyanın və ya patentlə bağlı hüquqların digər şəxsə verilməsindən başqa, ixtira, faydalı 

model və sənaye nümunəsindən istədiyi kimi istifadə edə bilər. ixtira, faydalı model və sənaye 

nümunəsi barəsində patent sahibləri arasında yaranan mübahisələrə qanunvericiliklə müəyyən 

edilmiş qaydada məhkəmədə baxılır. 

3.  ixtira, faydalı model və sənaye nümunəsinin iddiaçısı patenti alanadək obyektdən istifadə 

hüququnu, müqavilə əsasında istənilən hüquqi və ya fiziki şəxsə verə bilər. ixtira, faydalı 

model və sənaye nümunəsinin bir neçə iddiaçısı olduqda iddia sənədi üzrə hüquqlar onların 

hər biri tərəfindən öz aralarındakı müqaviləyə uyğun başqa hüquqi və ya fiziki şəxsə verə 

bilər. İstifadə hüququnun verilməsi barədə müqavilə iddiaçı vəsatət qaldırdıqdan və 

müəyyənləşdirilmiş rüsumu ödədikdən sonra müvafiq icra hakimiyyəti orqanında qeydiyyata 

alınır. 


ixtira, faydalı model və sənaye nümunəsinin müvəqqəti hüquqi mühafizəsi dövründə ondan 

istifadə etmiş hüquqi və ya fiziki şəxs iddiaçı tərəfindən patent alındıqdan sonra ondan 

istifadəni davam etdirmək üçün bu Qanunun 19-cu maddəsinə uyğun olaraq patent sahibi ilə 

lisenziya müqaviləsi bağlaya bilər. 

4. Patent sahibi patentlə bağlı hüquqları vərəsəlik üzrə və ya digər şəxslərə vermək, habelə 

onun istifadəsinə görə lisenziya müqaviləsi bağlamaq üçün müstəsna hüquqlara malikdir. 

Maddə 16.

 İlkin istifadə hüququ 

1.  Patentlə mühafizə olunan ixtira, faydalı model və sənaye nümunəsinin ilkinlik tarixinə 

qədər onun müəllifindən asılı olmayaraq eyni ixtira, faydalı model və sənaye nümunəsini 

yaradıb Azərbaycan Respublikası ərazisində vicdanla istifadə etmiş və ya ondan istifadə üçün 

zəruri hazırlıq işlərini görmüş hüquqi və ya fiziki şəxsin ixtiyarı var ki, maneəsiz olaraq və 

patent sahibinə haqq ödəmədən, istifadə həcmini genişləndirməmək şərtilə bu obyektdən 

müstəqil istifadəni davam etdirsin. 

2.  İlkin istifadəçinin hüquqlarının tanınması üçün müvafiq icra hakimiyyəti orqanı onun 

vəsatəti əsasında iddiasına baxıb bu barədə patent sahibinə 1 ay ərzində bildiriş göndərir. İlkin 

istifadəçi vəsatət verdikdə müəyyənləşdirilmiş rüsumu ödədiyini təsdiqləyən sənədi də təqdim 

edir. 

Patent sahibindən ilkin istifadə barədə 2 ay ərzində etiraz gəlmədikdə müvafiq icra 



hakimiyyəti orqanı ilkin istifadəçinin hüquqlarının tanınmasına dair qərar çıxararaq müvafiq 

dövlət reyestrində qeydə alır və rəsmi bülletendə dərc edir. 

İlkin istifadəçi ilə patent sahibi arasında mübahisələrə məhkəmə qaydasında baxılır. 

3.  İlkin istifadə hüququ varisə, başqa hüquqi və ya fiziki şəxsə yalnız ixtira, faydalı model və 

sənaye nümunəsinin istifadə edildiyi və ya onun istifadəsi üçün hazırlıq işləri görülmüş 

istehsalatla birlikdə verilə bilər. Varis, hüquqi və ya fiziki şəxs həmin hüquqdan bu maddənin 

1-ci bəndinə uyğun olaraq ilkin istifadəçiyə verilmiş həcmdə istifadə edə bilərlər. 

Maddə 17. 



ixtira, faydalı model və sənaye nümunələri ilə bağlı hüquqların verilməsi 


1.  Azərbaycan Respublikasının qanunvericiliyində digər hallar nəzərdə tutulmayıbsa, 

istənilən iddia sənədi, patent və ya onlarla bağlı hüquqlar tamamilə və ya qismən Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qaydada özgəninkiləşdirilə bilər. 

2. Patent hüququnun girov qoyulması barədə müqavilə müəyyən edilən dövlət rüsumunun 

ödənilməsi şərtilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydalar 

əsasında qeydiyyata alınır. 

3.  ixtira, faydalı model və sənaye nümunəsi barəsində iddia sənədinin, patentin və ya onlarla 

bağlı hüquqların başqasına verilməsi müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınır. 

Maddə 18. 

ixtira, faydalı model və sənaye nümunəsindən patent sahibinin razılığı 

olmadan istifadə 

Milli təhlükəsizlik maraqlarını təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının 

patent sahibinin razılığı olmadan ixtira, faydalı model və sənaye nümunəsindən istifadəyə 

razılıq vermək hüququ vardır. Bu hallarda patent sahibinə uyğun kompensasiya ödənilir. 

Patent sahibi kompensasiyanın məbləğindən razı olmadığı halda Azərbaycan Respublikasının 

qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilər. 

Maddə 19. 

ixtira, faydalı model və sənaye nümunəsindən istifadə hüququnun 

verilməsinə dair müstəsna və qeyri‐müstəsna lisenziya müqavilələri 

1.  Patent sahibi olmayan istənilən hüquqi və ya fiziki şəxs ixtira, faydalı model və sənaye 

nümunəsindən yalnız patent sahibinin razılığı ilə, lisenziya müqaviləsi əsasında istifadə edə 

bilər. 


Lisenziya müqaviləsinə görə patent sahibi (lisenziar) ixtira, faydalı model və sənaye 

nümunəsindən istifadə hüququnu müqavilədə nəzərdə tutulmuş həcmdə başqa hüquqi və ya 

fiziki şəxsə (lisenziata) verir. Lisenziya müqaviləsi müvafiq icra hakimiyyəti orqanında 

qeydiyyata alınır. 

2.  Lisenziya müstəsna və qeyri-müstəsna ola bilər. 

Müstəsna lisenziya lisenziata ixtira, faydalı model və sənaye nümunəsindən lisenziya 

müqaviləsində nəzərdə tutulmuş həcmdə müstəsna istifadə hüququ verir. 

Lisenziat lisenziarın yazılı razılığı ilə digər hüquqi və ya fiziki şəxslə sublisenziya müqaviləsi 

bağlaya bilər. Bu müqavilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmalıdır. 

Sublisenziya qeyri-müstəsna xarakteri daşıyır və başqasına verilə bilməz. Müstəsna 

lisenziyaya xitam verildikdə sublisenziya müqaviləsinə də xitam verilir. 

3.  Qeyri-müstəsna lisenziya zamanı lisenziar ixtira, faydalı model və sənaye nümunəsindən 

istifadə hüququnu müqavilə əsasında lisenziata verməklə patentlə təsdiq edilən bütün 

hüquqları, o cümlədən üçüncü şəxslərə lisenziya vermək hüququnu özündə saxlayır. 

4.  Müvafiq icra hakimiyyəi orqanında qeydiyyata alınmış lisenziya müqaviləsində tərəflərin 

qarşılıqlı razılığı ilə dəyişikliklər edildikdə bu cür dəyişikliklər həmin müvafiq icra 

hakimiyyəti orqanında qeydiyyata alınmalıdır. 

5.  Lisenziya müqaviləsi ilə bağlı mübahisələrə qanunvericiliklə müəyyən edilmiş qaydada 

məhkəmədə baxılır. 



Yüklə 249,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə