Patent haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 249,53 Kb.
Pdf görüntüsü
səhifə3/12
tarix11.04.2018
ölçüsü249,53 Kb.
#37874
1   2   3   4   5   6   7   8   9   ...   12

(müəlliflərin) və ya onun (onların) hüquqi varislərinin göstərdikləri hüquqi və ya fiziki 

şəxslərə (onların razılığı ilə); 

bu Qanunun 13-cü maddəsində nəzərdə tutulan hallarda işəgötürənə. 

Maddə 13.



  İşəgötürən və müəllif 

1.  Müəllif olan işçinin (bundan sonra –– işçi) əmək fəaliyyəti göstərdiyi təşkilati hüquqi 

formasından asılı olmayaraq müəssisələrin mülkiyyətçisi və ya onun müvəkkil etdiyi 

müəssisə rəhbəri, səlahiyyətli orqanı, eləcə də qanunvericiliklə qadağan olunmayan 

sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər işəgötürən sayılırlar. 

2.  Xidməti vəzifələrinin həyata keçirilməsi və ya işəgötürənin yazılı şəkildə verdiyi (istehsal, 

elmi-tədqiqat, bədii-qrafik və başqa səpkili)tapşırığı ilə əlaqədar işçinin yaratdığı ixtira, 

faydalı model və sənaye nümunəsi üçün patent almaq hüququ, işəgötürənlə işçi arasında 

müqavilədə başqa şərtlər nəzərdə tutulmayıbsa, işəgötürənə mənsubdur. 

Yeni yaradılan ixtira, faydalı model və sənaye nümunəsi barəsində işəgötürənlə işçinin 

münasibətləri müqavilə ilə tənzimlənir. 

3 .  Bu maddənin 2-ci bəndinə uyğun ixtira, faydalı model və sənaye nümunəsini yaratmış işçi 

(işçilər) bu barədə işəgötürənə obyekti yaratdıqdan sonra 1 ay ərzində yazılı bildiriş 

göndərməlidir. 

4.  Əgər işəgötürən ixtira, faydalı model və sənaye nümunəsi barədə iddia sənədi verməkdən 

imtina edərsə və ya bildirişi aldığı tarixdən sonra 3 ay müddətində bu hüquqdan istifadə 

etmək niyyətini işçiyə bildirməzsə, onda bu hüquq işçiyə keçir. 

İddia sənədi verilənədək işəgötürən və işçi ixtira, faydalı model və sənaye nümunəsinin 

mahiyyətini açıqlamamalıdırlar. 

5.  Bu maddənin 4-cü bəndinə uyğun olaraq işçi patent aldığı tarixdən 6 ay müddətində 

işəgötürən lisenziya müqaviləsi üzrə patentdən istifadə olunmasında üstünlük hüququna 

malikdir. 

6.  Bu maddənin 2-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla bütün digər hallarda 

işçinin yaratdığı ixtira, faydalı model və sənaye nümunəsinə patent almaq hüququ işçiyə 

mənsubdur. 

7.  İşəgötürən işçiyə ixtira, faydalı model və sənaye nümunəsi yaratdığına görə aralarında 

bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq müvafiq məbləğdə haqq ödəyir. 

İşəgötürən ixtira, faydalı model və sənaye nümunəsindən istifadə hüququnu başqasına 

verdikdə işəgötürənin götürdüyü gəlir işçiyə verilən haqqın məbləğinə uyğun gəlməzsə və ya 

əgər işəgötürən obyektin istifadəsində iştirakını davam etdirərsə və işçiyə ödənilən haqqa 

uyğun gəlməyən gəlir götürərsə, işçinin, haqq məbləğinin artırılmasını tələb etmək hüququ 

vardır. 


ixtira, faydalı model və sənaye nümunəsinin istifadəsi zamanı işəgötürənlə işçi arasında 

bağlanan müqavilədə nəzərdə tutulandan çox iqtisadi səmərə əldə edilərsə, işçinin əlavə haqq 

almaq hüququ vardır. 



İşəgötürən ixtira, faydalı model və sənaye nümunəsinə dair patentlə bağlı hüquqlardan imtina 

etməyi qərara aldıqda həmin ixtira, faydalı model və sənaye nümunəsi üzrə hüquqların işçiyə 

verilməsi barəsində müqavilə bağlamağı qabaqcadan ona təklif etməlidir. 

8.  Müvafiq icra hakimiyyəti orqanı dövlətin milli təhlükəsizliyi ilə bağlı olan xüsusi elmi­

tədqiqat və ya layihə-konstruktor işlərinin sifarişçisi olduqda, icraçının bu işləri yerinə 

yetirməklə əlaqədar yaratdığı ixtira, faydalı model və sənaye nümunələrinə dair münasibətlər 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. 

9.  İşəgötürən və işçi arasında ixtira, faydalı model və sənaye nümunəsinə dair yaranan 

mübahisələrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada 

məhkəmədə baxılır. 

IV fəsil 

İxtİradan, faydalı modeldən və sənaye nümunəsİndən İstİfadə hüququ 

Maddə 14. 

ixtira, faydalı model və sənaye nümunəsindən istifadə üçün müstəsna 

hüquq 

1.  Sənaye mülkiyyəti obyektindən istifadə üçün müstəsna hüquq, digər patent sahiblərinin 

hüquqlarını və bu Qanunu pozmamaq şərtilə, patent sahibinə mənsubdur. 

2

. Patent sahibi patentə görə aşağıdakı müstəsna hüquqlara malikdir: 



a)  patentin  obyekti  məhsul  (məmulat)  olduqda,  patent  sahibinin  razılığı  olmadan 

üçüncü  şəxs  tərəfindən  onun  icazəsiz  istehsalının,  istifadəsinin,  satış  üçün  təklif 

olunmasının, satışının və bu məqsədlər üçün idxalının qarşısını almaq; 

b)  patentin  obyekti  üsul  olduqda,  patent  sahibinin  razılığı  olmadan  üçüncü  şəxs 

tərəfindən  bu  üsulun  tətbiqi  ilə  bağlı  hərəkətlərin,  habelə  bilavasitə  bu  üsulla  alınan 

məhsuldan istifadənin, məhsulun satışının, satış üçün təklif olunmasının və ya bu məqsədlər 

üçün idxalının qarşısını almaq. 

Mühafizə olunan sənaye nümunəsinin sahibi onun icazəsi olmadan üçüncü şəxs tərəfindən 

həmin nümunənin və ya ona bənzər olan nümunənin surətini özündə daşıyan və ya tərkibinə 

daxil edən məmulatın kommersiya məqsədilə hazırlanmasının, satışının və ya idxalının 

qarşısını almaq hüququna malikdir. 

3.  Patent sahibi patentlə verilən hüquqlardan dövlətin və cəmiyyətin mənafelərinə xələl 

gətirmədən istifadə etməlidir. 

4.  ixtira, faydalı model və sənaye nümunəsinin bir neçə patent sahibi olduqda patent üzrə 

hüquqlar onların hər biri tərəfindən öz aralarındakı müqaviləyə uyğun başqa hüquqi və ya 

fiziki şəxsə verilə bilər. 

Onlar razılığa gələ bilmədikdə mübahisələrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə 

müəyyən edilmiş qaydada məhkəmədə baxılır. 

Maddə 15. 

ixtira, faydalı model və sənaye nümunəsindən istifadə 

1.  Patentləşdirilmiş ixtira, faydalı model və sənaye nümunəsinin tətbiqi ilə hazırlanan 

məhsulun təsərrüfat dövriyyəsinə daxil edilməsi, habelə patentləşdirilmiş ixtira, faydalı model 



Yüklə 249,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə