Patent haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 249,53 Kb.
Pdf görüntüsü
səhifə5/12
tarix11.04.2018
ölçüsü249,53 Kb.
#37874
1   2   3   4   5   6   7   8   9   ...   12

Maddə 20. Məcburi lisenziya və patent sahibinin razılığı olmadan digər istifadə halları 

1.  Patent sahibi və ya onun varisi patentin verildiyi tarixdən 3 il müddətində ixtira, faydalı 

model və sənaye nümunəsindən üzürsüz səbəbə görə istifadə etmədikdə, istifadəyə ciddi 

hazırlıq görmədikdə, yaxud istifadəni 3 ildən artıq dayandırdıqda və bu müddət qurtardıqdan 

sonra lisenziya verməkdən imtina etdikdə, istənilən hüquqi və ya fiziki şəxs ixtira, faydalı 

model və sənaye nümunəsindən istifadə üçün məcburi lisenziya verilməsi barədə məhkəməyə 

iddia ilə müraciət edə bilər. Məcburi lisenziya qeyri-müstəsna xarakter daşıyır. 

Lisenziat məcburi lisenziyanın verildiyi tarixdən 2 il ərzində istifadə etmədikdə patent sahibi 

qanunvericiliklə müəyyən edilmiş qaydada lisenziyanın ləğv edilməsi barədə məhkəməyə 

müraciət edə bilər. 

Məcburi lisenziyanın verildiyi tarixdən patent sahibi ilə məcburi lisenziyanı almış şəxs 

arasında münasibətlər bu Qanunla müəyyən edilmiş lisenziarla lisenziat arasındakı 

münasibətlərə bərabər tutulur. 

2.  Patent sahibi başqa patent sahibinin hüquqlarını pozmadan ixtira, faydalı model və sənaye 

nümunəsindən istifadə edə bilmədikdə ondan lisenziya müqaviləsi bağlamağı tələb edə bilər. 

Bu barədə mübahisələrə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmədə baxılır. 

2.  Aşağıdakı  şərtlərə  riayət  etməklə,  hüquq  sahibinin  razılığı  olmadan  patent 

obyektindən dövlət və ya onun müvəkkil etdiyi şəxslər tərəfindən digər istifadə hallarına yol 

verilə bilər: 

2.1.  bu  cür  istifadəyə  icazənin  verilməsi  patent  obyektinin  fərdi  xüsusiyyətlərinə 

əsaslanmalıdır; 

2.2.  bu  cür  istifadədən  əvvəl  müraciət  etmiş  istifadəçinin  məqbul  kommersiya  şərtləri 

ilə hüquq sahibindən razılıq almaq cəhdləri uğursuzluqla nəticələnmişdirsə istifadəyə icazə 

verilə bilər. 

Bu  şərtə  fövqəladə  hallarda  və  ya  digər  fors‐major  hallarında,  habelə  dövlətin  qeyri‐

kommersiya məqsədləri üçün hüquqdan istifadə etdiyi hallarda riayət olunmaya bilər. Belə 

olduqda patent hüququnun sahibinə ən qısa müddətdə məlumat verilməlidir; 

2.3.  bu  cür  istifadənin  həcmi  və  müddəti  ona  razılıq  verilən məqsədlə  məhdudlaşır, 

yarımkeçiricilər  texnologiyası  sahəsində  isə  yalnız  dövlət tərəfindən  qeyri‐kommersiya 

məqsədləri  və  yaxud  məhkəmə  və  ya  inzibati  prosedurlar  nəticəsində  rəqabəti 

məhdudlaşdıran  kimi  müəyyənləşdirilən təcrübənin  qarşısının  alınması  üçün  nəzərdə 

tutulur; 

2.4. bu cür istifadə müstəsna xarakter daşımır; 

2.5.  bu  cür  istifadəni  həyata  keçirən  müəssisənin  hissəsi  və  ya  onun  qeyri‐maddi 

aktivləri ilə birgə olmadan bu cür istifadə digər şəxslərə verilə bilməz; 

2.6. hər bu cür istifadəyə razılıq verilməsinin  əsas məqsədi ilk  növbədə daxili bazarın 

tələbatının ödənilməsi olmalıdır; 



2.7.  əgər  bu  cür  istifadəyə  səbəb  olan  hallar  aradan  qalxarsa  və  onların  yenidən 

təkrarlanması  ehtimalı  aşağı  olarsa,  razılıq  alan  şəxslərin  qanuni  maraqlarının  təmin 

edilməsi şərtilə istifadə hüququ ləğv edilir. 

Bu maddədə göstərilən halların davam etdiyinə dair əsaslandırılmış ərizə daxil olarsa 

müvafiq  icra  hakimiyyəti  orqanı  bu  cür  istifadəyə  icazə  verilməsi  məsələsinə  yenidən 

baxmaq səlahiyyətinə malikdir; 

2.8.  hər  bir  halın  xüsusiyyətləri  və  razılığın  iqtisadi  dəyəri  nəzərə  alınmaqla,  hüquq 

sahibinə müvafiq mükafat (kompensasiya) ödənilir; 

2.9.  bu  cür  istifadəyə  verilən  razılıq  və  hüquq  sahibinə  ödənilən  mükafat 

(kompensasiya)  barədə  istənilən qərardan  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 

məhkəməyə şikayət verilə bilər; 

2.10.  məhkəmə  və  ya  inzibati  prosedurlar  nəticəsində  rəqabəti  məhdudlaşdıran  kimi 

müəyyən  edilən təcrübənin  aradan  qaldırılması  məqsədi  ilə  patent  obyektinə  istifadəyə 

razılıq  verildiyi  halda,  bu  maddənin  2.2‐ci  və  2.6‐cı  bəndlərində  göstərilən  şərtlər tətbiq 

edilmir. 

Rəqabəti  məhdudlaşdıran  təcrübənin  aradan  qaldırılmasının  zəruriliyinə  baxılarkən, 

ödəniləcək  mükafatın  (kompensasiyanın)  məbləği nəzərə  alına  bilər.  Razılığın  verilməsinə 

əsas olan halların yenidən yaranma ehtimalı olduğu halda müvafiq icra hakimiyyəti orqanı 

razılığın ləğv edilməsindən imtina edə bilər; 

2.11.  əgər  bu  cür  istifadəyə  razılıq  başqa  patentə  (birinci  patent)  dair  hüquqları 

pozmadan  patentin  (ikinci  patent)  istifadəsinin  mümkün  olmadığına  görə  verilirsə, 

aşağıdakı əlavə şərtlər tətbiq edilir: 

a)  birinci  patentin  obyekti  olan  ixtira  ilə  müqayisədə  ikinci  patentin  alınması  üçün 

verilən  iddia  sənədindəki  ixtira  böyük  iqtisadi  dəyərə  malik  olan  əhəmiyyətli  texniki  həlli 

özündə əks etdirməli; 

b)  birinci  patent  sahibinin  ikinci  patentlə  iddia  edilən  ixtiradan  istifadə  etməsi  üçün 

münasib şərtlərlə çarpaz lisenziya müqaviləsi bağlamaq hüququna malik olmalı; 

c)  birinci  patentə  verilən  razılıqdan  istifadə  hüququ,  ikinci  patentə  dair  hüquqların 

verilməsi istisna olmaqla, digər şəxslərə verilə bilməz. 

3.  İxrac  edilən  patentləşmiş  əczaçılıq  məhsullarına  məcburi  lisenziya  verilərkən, 

lisenziya müqaviləsində aşağıdakı şərtlər öz əksini tapmalıdır: 

a)  lisenziya  üzrə  məhsul  yalnız  zəruri  miqdarda  idxal  edən  ölkənin  minimum 

tələblərini təmin etmək məqsədilə istehsal edilə bilər; 

b)  lisenziya  üzrə  istehsal  edilən məhsul  idxal  olunan  məhsuldan  müvafiq  işarə  və  ya 

nişanla  fərqlənməlidir.  Lisenziya  üzrə  istehsal  olunan  məhsulların  bu  cür  fərqlənməsi 

məhsulların  xüsusi  bükmələri  və  (və  ya)  bilavasitə  məhsulların  rəngləri  (formaları)  ilə  o 

şərtlə  həyata  keçirilə  bilər  ki,  bu  fərqlənmə  amilləri  tətbiq  edilə  bilən  olsun  və  məhsulların 

qiymətinə təsir etməsin; 




Yüklə 249,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə