Plan: Fənnin problemlərin həllinə yanaşma prinsipləri Tarixi müqayisə prinsipi


Geoloji-geofiziki öyrənilmə tarixi



Yüklə 2,6 Mb.
səhifə3/11
tarix27.09.2023
ölçüsü2,6 Mb.
#123955
1   2   3   4   5   6   7   8   9   10   11
C fakepathMühazi l r121.18, 123.18 Struktur geologiya

Geoloji-geofiziki öyrənilmə tarixi
1914-1916-cı illərdə İ.S.Çarnoskiy Hərəmi, Mişovdağ, Kürovdağ, Babazənən sahələrində geoloji xəritəalma işləri aparmış, bu sahələrin statriqrafik kəsilişlərinin və tektonikasının təsvirini vermişdir. O, daha çox perspektivli olan Məhsuldar qatı (MQ) ayırmışdır.
1931-ci ildə N.Q.Akatov Kəlaməddin sahəsində 1 : 42000 miqyasında geoloji planalma işləri həyata keçirmişdir. N.Q.Akatov tərəfindən aparılan tədqiqatların əsasında , Kəlaməddin qalxımının geoloji quruluşu çox ətraflı təsvir edilmişdir. O, göstərmişdir ki, Kəlaməddinin sahəsinin geoloji kəsilişində Pont mərtəbəsinin, Məhsuldar qatın, Ağcagil, Abşeron və Bakı mərtəbələri çöküntülərinə rast gəlinir.
1955-ci ildə geoloqlar İ.H.Hüseyn-zadə və R.B.Babayev Böyük Hərəmi – Kəla-məddin sahələrində, Kələki sahəsindən cənub – şərqə doğru alətlərlə planalma işləri aparmışlar. Struktur – xəritəalma qazıması Kəlaməddin sahəsində 1956-57-ci illərdə aparılmışdır. 1956-58-ci llərdə Kəlaməddin sahəsində 500-600 m və 1200 m dərinliyə kimi struktur-axtarış qazıması aparılmışdır (S.H.Həsənov). Aparılmış bu işlər nəticəsində sahənin geoloji quruluşu dəqiqləşdirilmişdir və burada qırışığın quruluşunu mürəkkəbləşdirən əsas uzununa qırılma aşkar edilmişdir.
1964-cü ildə Kəlaməddin – Böyük Hərəmi sahələrində kəsilişin və Məhsuldar qat çöküntülərinin neft-qazlılığını öyrənmək eləcə də rayonun tektonikasını dəqiqləş-dirmək məqsədilə struktur- axtarış qazımasına başlanmışdır.
1967-ci ilin yanvar ayında burada dərin axtarış-kəşfiyyat quyularının qazılmasına başlanmışdır. Kəlaməddin sahəsinin sənaye əhəmiyyətli neftli-qazlı sahə olması, qırışığın cənub-qərb qanadında qazılan 3 və 7 saylı kəşfiyyat quyuları ilə müəyyən edilmişdir.
1979-cu illərdə Ərəbqubalı-Kəlaməddin-Rəhimli sahələrində seysmik-kəşfiyyat işləri həyata keçirilmişdir. 1980-ci ildə seysmik-kəşfiyyat işləri Ərəbqubalı-Hərəmi-Kəlaməddin sahələrində 14-16/80 saylı seysmik profil üzrə aparılmışdır. Görülən işlər nəticəsində sxematik struktur xəritələr və dərinlik seysmik kəsilişlər tərtib edilmişdir.
1981-ci ildə Qovlar və Kəlaməddin-Bicar, Küryani ərazisi sahələrində seysmik kəşfiyyat və ÜDNÜ işləri aparılmışdır.
1982-ci ildə Küryani ərazisində Kəlaməddin-Hərəmi sahələrində SX, ŞSP və ÜDNÜ işləri həyata keçirilmişdir . Burada məqsəd Paleogen – Mezozoy çöküntüləri arasında sürət və dalğa modelinin öyrənilməsi olmuşdur.
1983-cü ildə Ləngəbiz dağ silsiləsi Padar sahəsində seysmik kəşfiyyat işləri reallaşdırılmışdır. Pliosen çöküntüləri üzrə Şimali Şirvan sinklinalının quruluşu həmçinin Şimali, Mərkəzi və Cənubi Padar qalxımlarının və Kəlaməddin qırışığının varlığı dəqiqləşdirilmişdir.
1984-cü ildə seysmik kəşfiyyat işləri nəticəsində Rəhmli-Padar-Kəlaməddin sahələrində MQ-ın üst və alt hissəsi ilə əlaqədar olan struktur xəritələr tərtib edilmişdir. MQ altda yatan çöküntülərə Mezozoyun kontaktına görə sahələrin struktur quruluşu dəqiqləşdirilib.
1985-ci ildə quruda GKK “Azneft” birliyi Kəlaməddin sahəsində layihə dərinliyi 1200 m-ə qədər olan struktur axtarış qazmasına başlamışdır. Sahələrdən birini dərin qazmaya hazırlamaq məqsədilə stratiqrafiyası, kollektor xüsusiyyətləri və orta Pliosenin (MQ) neftlilik-qazlılığını öyrənilmişdir, həmdə Kəlaməddin-Qubalı sahəsinin CQ toğyanı hissəni tektonik elementləri dəqiqləşdirilmişdir.
Hal-hazırda Kəlaməddin sahəsində “Şirvanneft” NQİİ tərəfindən istismar işləri aparılır.

Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə