Plan: Fənnin problemlərin həllinə yanaşma prinsipləri Tarixi müqayisə prinsipi



Yüklə 2,6 Mb.
səhifə6/11
tarix27.09.2023
ölçüsü2,6 Mb.
#123955
1   2   3   4   5   6   7   8   9   10   11
C fakepathMühazi l r121.18, 123.18 Struktur geologiya

Neftlilik-qazlılıq
Nefililik-qazlılıq baxımdan tədqiqat rayonunda özündən neft pərdəsinə malik palçıq və su ayıran palçıq vulkanları və qıra bulaşmış qumdaşı şəklində təbii neft-qaz təzahürləri qeyd olunur. Neft-qaz təzahürləri burada həm də qazılmış struktur-axtarış və dərinlik quyularında da qeyd olunmuşdur.
Kəlaməddin-Quşçu sahəsi
Sahənin hüdudunda neft-qazlılıq əlamətləri qrifon və sazlara malik Quşçu palçıq vulaknı ilə əlaqədardır. Dövrü olaraq bu vulkandan palçıqla bərabər qaz və neft pərdəsinə malik olan su ayrılır. Burada qazılmış struktur-axtarış quyularında neftlə doymuş süxurlar və qaz təzahürləri qeyd olunub. Kəlaməddin-Quşçu sahəsində quyuların qazılması prosesində strukturun mərkəzi hissəsinin parçalanmış zonasını təşkil edən əzilmiş Maykop lay dəstəsi süxurlardan keçən zaman süxurlarda neft yaxması və neft iyi qeyd edilmişdir. Pont, MQ, Ağcagil mərhələsi çöküntülərində zəif qaz və su təzahürləri qeyd edilmişdir.
Qazılan 1saylı quyuda 10-46 m intervalda Maykop lay dəstəsinin əzilmiş gillərində neft əlamətləri olan nazik qumdaşı araqatlarından keçilmişdir.
940-994 m intervalda MQ boz-qonur xırda-orta dənəli qumdaşılarında neft iyi alınmışdır. 14 saylı quyuda 138-170 m intervalda, tektonik brekçiyaya qədər sürtülmüş gillərdə (Maykop lay dəstəsi) bəzi yerlərdə neft yaxmasına rast gəlinmiş və neft iyi alınmışdır.
15 saylı quyuda 260-270 m dərinlikdə (Ağcagil) tünd-qəhvəyi-qonur rəngli gilli birləşmələrdən neft iyi alınmışdır. 357 m quyudibinə yaxın qaz təzahürləri alınmışdır.
Kəlaməddin.
Kəlaməddin qalxımı ərazisində yer səthində çox sayda neft və qaz nişanələri vardır ki, bunlarda əsasən, palçıq pilpilələri və salzlarla əlaqədardırlar. Kəlaməddin sahəsində iki kateqoriyalı quyular- struktur-axtarış, dərinliyi 500 m və tək quyular – 1200 m-ə qədər qazılmışdır.
Əsas uzununa qırılma zonasında qazılan bir neçə struktur-axtarış quyularında əzilmiş süxurlarda və pilpilə brekçiyalarında neft əlamətləri və neft iyi alınmışdır. Yer səthində bu qırılma zonasında çox sayda özündən, neft pərdələrinə və qaz qabarcıqlarına malik su ayıran palçıq pilpilələri qeyd olunur.
Kəlaməddin sahəsində, qırışığın cənub-şərq periklinalına qazılan bir neçə quyularda Abşeron mərhələsi süxurlarından neft iyi alınmışdır. 29 saylı quyuda brekçiyaların tərkibində neftlə doymuş və neft yaxmasında malik qumdaşı qırıntılarına rast gəlinmişdir.
Kəlaməddin sahəsində qaz təzahürü qırışığın tağ xətti boyu keçən əsas uzununa qırılma zonasından qazılmış bir neçə struktur-axtarış quyularında müşahidə edilmişdir. Əzilmiş süxurlarda və palçıq brekçiyalarında qaz tullanışı alınmışdır.
29 saylı quyuda 301 m dərinlikdə hündürlüyü 15 m-ə çatan güclü qaz tullanışı baş vermişdir (MQ üst hissəsində).
9 saylı quyuda 496-504 m dərinlikdə orta Abşeron qumlarında neft iyi verən güclü qaz (17 m-ə qədər hündürlük) tullanışı alınmışdır.
Kəlaməddin sahəsində (Kəlaməddin qırışığının cənub-qərn qanadında) 1ci- dərin- kəşfiyyat quyuları 1970-ci illərdə MQ kəsilişinin və ondan altda yatan çöküntülərin neft-qazlılığını öyrənmək məqsədilə qazılıb. Sənaye əhəmiyyətli neft və qaz, Kəlaməddin sahəsində Məhsuldar qatdan bir sıra quyularda (3,7,11,13,20 saylı) alınmışdır və burada yeni yataq kəşf olunmuşdur.
I sənaye neft və qaz axının 1979-cu ildə 3 saylı axtarış quyusu sınanan zaman 1981-1398 m, 1367-1330 m, 1311-1256 m, 1126-1063 m intervallardan 7000 m3 qaz axını, 12 t/san isə neft və kondensat alınmışdır. Quyu qırışığın cənub-qərb qanadında qazılmışdır.
Qırışığın şımal-qərb hissəsində cənub-qərb qanadda sənaye neft və qaz axını müəyyən olunmuşdur ki, bu da MQ I, II, III, IV horizontalları ilə əlaqədardır.

Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə