Plan: Fənnin problemlərin həllinə yanaşma prinsipləri Tarixi müqayisə prinsipi


Aşağı Kür çökəkliyinin şimal-qərb hissəsinin paleotektonik şəraiti



Yüklə 2,6 Mb.
səhifə7/11
tarix27.09.2023
ölçüsü2,6 Mb.
#123955
1   2   3   4   5   6   7   8   9   10   11
C fakepathMühazi l r121.18, 123.18 Struktur geologiya

Aşağı Kür çökəkliyinin şimal-qərb hissəsinin paleotektonik şəraiti
Hər hansı bir ərazidə neft və qaz yataqlarının proqnozlaşdırılması və təşkil edilməsi məsələlərinin həllində ən mühim məsələlərdən biri də onun tektonik inkişaf tarixinin öyrənilməsidir.
Geoloji rayonların tektonik inkişaf tarixini aydınlaşdırmağa imkan yaradan əsas və ümumi qəbul edilmiş üsullardan biri də fasiya formasiya və çöküntülərin qalınlıqlarının paylanılmasının təhlil edilməsidir. Aşağı Kür çökəkliyinin şimal qərb hissəsinin tektonik inkişaf tarixi MQ əsasında öyrənilir.
Tədqiq olunan ərazinin tektonik inkişaf tarixini təsvir etmək üçün paleotektonik profillər tərtib edilmişdir.
Kəlaməddin qalxımı. Seysmogeoloji profil
Paleoprofillər
Abşeron əsrinin sonuna

MQ əsrinin sonuna

Pont əsrinin sonuna

Şəkil 3.2. Kəlaməddin qalxımı.
Kəlaməddin qalxımı üzrə Pont, Məhsuldar qat (MQ-alt Pliosen) və Abşeron əsrlərinin sonuna qurulmuş paleoprofillərdən göründüyü kimi, o, Miosenin sonundan gec olmayaraq inkişafa başlamış və MQ əsrinin sonuna uzununa qırılma ilə mürəkkəbləşmişdir. Sonrakı əsrlərdə qırışığın cənub-qərb qanadı şimal-şərq qanadına nisbətən daha intensiv inkişafa malik olmuşdur. Nəticədə cənub-qərb qanaddakı layların yatım bucağı 50-600 , şimal-şərq qanadda isə 20-300 təşkil etmişdir. Qırışığın ən intensiv inkişafı Dördüncü Dövrə aiddir və bu zaman qaıxım növbəti ikinci uzununa qırılma ilə mürəkkəbləşmişdir. Lokal qalxımın inkişaf sürəti çöküntütoplanma ilə eyni zamanda və ondan kiçik sürətlə baş vermişdir. Dördüncü Dövrdə qırışığın inkişafının sürəti çöküntütoplanmanın sürətindən böyük olduğundan onun tağ hissəsində Abşeron çöküntüləri qismən yuyulmaya məruz qalmışdır. Konsedimentasion inkiçafa malik olan Kəlaməddin qalxımının tağına doğru MQ-nin qalınlığının azalması həmin istiqamətdə onun bir sıra laylarının pazlaşmasını göstərir. Belə qırışıqlarda qanadlardan tağa doğru fasiyaların kobudlaşması baş verdiyindən, qeyd olunan istiqamətdə layların kollektor xüsusiyyətlərinin yaxşılaşmasını söyləmək olar.
Kəlaməddin sahəsində MQ kəsilişinin üst hissəsi, qırışığın tağyanı hissəsi hüdudunda iştirak etmir.

Bu çöküntülərin yuyulması, qonşu sahələrlə müqayisədə Kəlaməddin qırışığının qalxmasını, çöküntülərdə fasilənin olmasını, MQ çöküntülərinin Ağcagil dənizi ilə hissə-hissə yuyulmasını göstərir. Kəlaməddin qalxımının tağyanı hissəsinin bir neçə sahələrində Ağcagil mərtəbəsi çöküntülərinin iştirak etməməsi və qırışığın cənub-qərb qanadının mərkəzi hissəsində bu çöküntülərin az qalınlıqda olması, onun göstərir ki, qeyd edilən sahələr də Ağcagil əsrində qalxmışdır., bu qırışığın şimal-şərq qanadı və Güngörməz antiklinalının cənub-qərb qanadı isə enən sahəsi olmuşdur. Bunu burada böyük qalınlıqda (300-370 m) toplamış Ağcagil mərtəbəsi çöküntüləri sübut edir. Bu əsrdə palçıq püskürmələri də mühim yer tutur ki, bu da qazma zamanı quyu kəsilişlərində tərkibində Ağcagil süxurlarının araqatları olan qalın gilli brekçiyaların (200 m-ə qədər) rast gəlməsi ilə sübut olunur. Bebəliklə, Ağcagil əsrində Kəlaməddin antiklinalı öz inkişafına davam etmişdir, lakin qırışığın tağı müasir tağın vəziyyətinə nisbətən bir qədər qərbə doğru yerini dəyişmişdir.


Abşeron çöküntütoplama hövzəsinin sərhədləri demək olarki, bütün ərazisi ilə Ağcagil çöküntütoplama hövzəsinin sərhədləri ilə üst-üstə düşür. Bununla yanaşı, müxtəlif sahələrdə çöküntülərin qalınlıqları nisbəti dəyişir. Abşeronun qalınlığı şimal-şərqdən cənub-qərbə doğru artır. Antiklinalın şimal-şərq qanadında qalınlıq 800-1000 m-dir və bu qırışığın cənub-qərb qanadında çöküntülərin qalınlığı 1500 m-dən 1700 m-ə kimi dəyişir. Abşeron çöküntülərinin qalınlığının belə kəskin artması göstərir ki, bu çöküntülərin toplanması zamanı Kəlaməddinin şimal-şərq qanadı nisbətən qalxmışdır, qırışığın cənub-qərb qanadı isə intensiv aşağı enmişdir.
IV dövr çöküntüləri əsasən, Kəlaməddin antiklinalının cənub-qərb qanadında inkişaf etmişdir. Qırışığın inkişafı görünür antropogendə də davam etmişdir.

Şəkil 3.3. Qırışığın inkişafının sürət qrafiki
Abşeron çöküntüləri kimi antropogen çöküntülərinin qalınlığı da layların gömülməsi nəticəsində tağdan qanadlara doğru artmışdır, bu dövrdə həmçinin qırışıq intensiv inkişaf etmişdir.
Ədəbiyyat

  1. Ə. M. Salmanov, Ə. Süleymanov, B. Məhərrəmov. “ Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası” Bakı- 2015-ci il, 471 səh.

  2. M.Ə.Əliyev, V.Q.Qədirov. “Qravimetrik məlumatlar əsasında Kəlaməddin-Kiçik Hərəmi sahəsində neft-qaz kəşfiyyatı işlərinin perspektivliyi haqqında” Azərbaycan Neft Təsərrüfatı , №10, 2006-cı il.

  3. A.Алиев “Эволюция представлений о связи грязевого вулканизма с сейсмичностью в Азербайджана» АНХ, №4, 2013-cü il.

  4. Ad. A.Əliyev, İ.S.Quliyev, F.H.Dadaşov, R.R.Rəhmanov. “ Dünya palçıq vulkanlarının ATLASI” , Bakı- 2015-ci il .

  5. Ə.M. süleymanov, R.L. Zeynalov, B.İ. Məhərrəmov. “Ləngəbiz-Gürcüvan monoklinalı və Kəlaməddin-Hərəmi antiklinal zonasının neft-qaz perspektivliyi”, AzNQSDETLİ-nin elmi əsərlər fondu, Bakı-1999 –cu il.

  6. Ə.M. süleymanov, R.L. Zeynalov, B.İ. Məhərrəmov. “Kür dağlararası çökəkliyin Mezozoy kompleksi çöküntülərinin paleostruktur analizi və neft-qazlılığı ”, AzNQSDETLİ-nin elmi əsərlər fondu, Bakı-2005-ci il.

  7. B.İ. Məhərrəmov. “Aşağı Kür çökəkliyinin şimal-şərq və Şamaxı-Qobustan rayonunun cənub-qərb hissələrində karbohidrogenlərin əmələgəlmə və toplanma zonaları”, H.Ə.Əliyevin 80 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfransın materialları. Bakı-2003-cü il.

  8. А.М. Сулейманов. «Палеогеолого-географические условия формирования неантиклинальных ловушек в Азербайджане». “Azərbaycan geoloqu”, Elmi bülleteni, №8, 2003-cü il.

  9. М.Г. Юсифов, Ш.Х. Ахундов. Прогнозирование тектонически –экранированных залежей углеводородов в Среднекуринской депрессии. АНХ, №4, 2013 г.

Struktur geologiyada geofiziki üsulların nəticələrindən də istifadə olunur. Qırışıq, qırılma , intruziya və s. geofiziki üsullar vasitəsilə alınan fiziki sahələrə (anomaliyalara) görə öyrənilir.



Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə