Plan: Fənnin problemlərin həllinə yanaşma prinsipləri Tarixi müqayisə prinsipi


Aşağıda hesabatın tərtibat qaydası və nümunəsi verilir



Yüklə 2,6 Mb.
səhifə2/11
tarix27.09.2023
ölçüsü2,6 Mb.
#123955
1   2   3   4   5   6   7   8   9   10   11
C fakepathMühazi l r121.18, 123.18 Struktur geologiya

Aşağıda hesabatın tərtibat qaydası və nümunəsi verilir

GIRIŞ


Aşağı Küryanı neftli-qazlı rayonu Azərbaycanın əsas neftli-qazlı zonalarından biridir. Respublikanın quru ərazisində yeni neft-qaz yığımlarının aşkar olunması baxımından tədqiqat sahəsinə aid mövzu öz aktuallığı ilə seçilir. AKÇ sahələrinin geoloji kəsilişində quyularla üst Miosen-Oliqosen, Pliosen və Dördüncü dövr çöküntüləri öyrənilmişdir. Palçıq vulkanları püskürmə məhsullarında üst Təbaşir çöküntülərinə qədər süxur nümunələrinə rast gəlinir.
Pont mərtəbəsi və üst Miosen (Oliqosen) çöküntüləri (Diatom, Çokrak, üst Maykop) tək-tək quyularla Mişovdağ, Qarabağlı, Kürovdağ, Kəlaməddin və b. sahələrdə açılmış və əsasən gillərdən, bəzi hallarda isə sərt qumdaşı təbəqəcikli gillərdən ibarətdir. Qumdaşılara əsasən Çokrak və Maykop çökütülərinin kəsilişində rast gəlinir. Aşağı Kür çökəkliyi yataqlarının kəsilişində, o cümlədən tədqiqat sahəsi olan Kəlaməddin qalxımında əsas yeri Məhsuldar qat (MQ) çöküntüləri tutur. Məhsuldar qatın üst şöbəsində 20-yə qədər (bəzi tədqiqatçılara görə 22) qumlu horizont və onları ayıran gilli təbəqələr qeyd olunur. MQ-ın üst şöbəsi ümumən qumlu-gilli layların növbələşməsindən ibarətdir. Mişovdağ, Kürovdağ və Qarabağlıda “Fasilə” lay dəstəsinin analoqu (XX hor.) olan konqlomerat layları Kəlaməddin sahəsində pazlaşır.
Bu ərazidə 26 lokal qalxım aşkar edilmişdir. Onlardan 9-u neft-qaz yatağı kimi istismardadır. Bu yataqlar Kəlaməddin, Mişovdağ, Qalmaz, Kürsəngi, Kürovdağ, Qarabağlı, Xıllı, Neftçala yataqlarıdır. Rayonda 6 perspektivli struktur aşkar edilib, seysmik kəşfiyyatın dərin axtarış-kəşfiyyat qazımasına hazırlanmışdır.
Orohidroqrafiya və ya fiziki-coğrafi xüsusiyyətlər
Aşağı Kür çökəkliyinin tədqiq olunan hissəsi Şirvan düzənliyində yerləşir. Bu sahə şərqdə Hacıqabul gölündən keçən meridianla, şimal-şərqdə iri Acıçay-Ələt yarığı, şimal-qərbdə və cənub-qərbdə Ağsu çayı, cənubdan isə Əli-Bayramlı-Sabirabad dəmir yolu ilə hüdudlanır.

Şəkil 1.1. Aşağı Kür neftli-qazlı rayonu. İcmal xəritə


Oroqrafik cəhətdən tədqiqat rayonu iki hissəyə bölünür: Ləngəbiz-Kəlaməddin-Kiçik Hərəmi qalxımları qeyd olunan şimal-şərq hissə və Şirvan düzənliyi ilə əlaqədar olan cənub-qərb hissə.

Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə