Plan: Fənnin problemlərin həllinə yanaşma prinsipləri Tarixi müqayisə prinsipi



Yüklə 2,6 Mb.
səhifə4/11
tarix27.09.2023
ölçüsü2,6 Mb.
#123955
1   2   3   4   5   6   7   8   9   10   11
C fakepathMühazi l r121.18, 123.18 Struktur geologiya

Stratiqrafiya
Kəlaməddin qırışığının şimal-şərq qanadında qazılan 6 saylı kəşfiyyat quyusu ilə Maykop seriyası, Miosen, Pliosen və IV dövr çöküntüləri açılmışdır (şəkil 1.1).
Maykop seriyası (Oliqosen alt Miosen) -- Maykop lay dəstəsi qalın, boz, tünd-boz, zəif qumdaşılı, gil seriyasından ibarətdir. Tərkibində boz, açıq-boz, tünd-boz, xırda dənəli qumdaşı araqatlarına rast gəlinir. Açılmış görünən qalınlığı 1000 m təşkil edir.
Miosen çöküntüləri: Miosen çöküntüləri əsasən boz, yaşımtıl-boz, vərəqvari, qumdaşılı, ayrı-ayrı 1m-lik boz, xırda-narın-dənəli qum və qumdaşı laylarına malik gillərdən təşkil olunub. Miosen çöküntüləri özünəməxsus elektrik karotajı ilə səciyyələnir ki, burada Miosen kompleksi daxilində Çokrak çöküntülərini asanlıqla ayırmaq olar. Miosen çöküntülərinin açılmış ümumi qalınlığı 100 m-dən çoxdur.
Pont mərtəbəsi: Yuyulma və bucaq uyğunsuzluğu ilə Sarmat süxurları üzərinə yatan Pont mərtəbəsi çöküntülərinin litoloji tərkibi boz, açıq-boz, sıx bəzi yerlərdə narın dənəli qum araqatlarına malik gillərdən ibarətdir. Pont mərtəbəsinin açılmış qalınlığı 300 m-ə çatır.
Məhsuldar qat (alt Pliosen)-- Məhsuldar qat çöküntüləri qalxımın tağ hissəsi hüdudunda az qalınlıqda 100 m-dən çox yer səthinə çıxır. Burada onlar Ağcagil mərtəbəsinin yaşımtıl-boz rəngli gillərindən ibarət nazik zolaqla haşiyələnirlər. MQ kəsilişi tam olaraq 2,3 saylı kəşfiyyat quyuları vasitəsilə açılmışdır. Litoloji cəhətdən MQ çöküntüləri bütün yayılma sahəsi üzrə gil araqatlarına malik

Şəkil 1.2. Kəlaməddin sahəsi. Orta normal litoloji-stratiqrafik kəsiliş.


qumdaşılarından təşkil olunub. Alt şöbə qumdaşılı-gilli növbələşmədən ibarətdir. Burada qalınlığı 10-15 m-ə çatan boz, xırda dənəli qumlar üstünlük təşkil edirlər.
Qumdaşı layları az hallarda və orta dənəli sıx kəsimləri şəklində rast gəlinirlər. Gillər qəhvəyi-qonur, sarımtıl-qonur və boz rənglidirlər.
Orta şöbə alt şöbədə olduğu kimi, qum, qumdaşı və gillərin növbələşməsindən ibarətdir, lakin çox gilli olması ilə alt şöbədən bir qədər fərqlənir.
Üst şöbə boz, qonur və qonur-boz qumdaşılı gillərin laylanmasından ibarətdir. MQ I horizontdan V horizonta kimi neftli-qazlıdı. Birinci olaraq 3 saylı kəşfiyyat quyudan 20000 m3/s hasilatla sənaye əhəmiyyətli qaz alınmışdır. MQ açılmış ümumi qalınlığı 2450 m-ə çatır, cənub qanadda yatım bucağı 2 saylı quyu ərazisində 800 çatır.
Ağcagil mərtəbəsi - Kəlaməddin sahəsində Ağcagil mərtəbəsi layları uyğun olaraq MQ çöküntüləri üzərinə yatırlar. Onlar MQ-2 nazik lent şəklində haşiyəyə alırlar. Litoloji cəhətdən nazil-laylı, şistli, boz, göyümtül-boz, qonur rəngli gillərdən ibarətdir. Kəsilişin alt hissəsində nazik vulkan külü araqatları ilə laylanırlar. Ağcagil mərtəbəsinin qalınlığı kəşfiyyat qazıması məlumatlarına əsasən 100 m-ə çatır.
Abşeron mərtəbəsi--Abşeron mərtəbəsi çöküntüləri Kəlaməddin dağ silsiləsi hüdudunda hər üç yarımmərtəbəsi ilə ifadə olunur.
Alt yarımmərtəbə- Abseron mərtəbəsinin alt yarımmərtəbəsi Ağcagil laylarını haşiyələyərək, MQ-la birlikdə qırışığın tağında yatırlar. Litoloji baxımdan qalın gil qatından təşkil olunub. Boz, bozumtul-qonur gillər, boz rəngli narın dənəli qum araqatları ilə növbələşirlər. Alt yarımmərtəbəsinin qalınlığı 500 m-ə çatır.
Orta yarımmərtəbə - Bu yarımmərtəbə qırışığın qanadlarında və periklinallarında yatırlar. Litoloji tərkibi boz, qonur-boz, sarımtıl-boz və qonur gillərin sıx iridənəli qumdaşı və üzvi sıx əhəngdaşları ilə növbələşməsindən ibarətdir. Qumdaşı laylarının qalınlığı 2-3 m arasında dəyişir.
Kəlaməddin dağ silsiləsinin yamacları boyu qumdaşı və üzvi əhəngdaşı layları antiklinal qırışıq strukturunu əks etdirir. Orta Abşeron çöküntüləri alt Abşeron çöküntüləri üzərinə uyğun yatırlar və zəngin orta Abşeron fauna qalıqlarına malikdirlər. Qalınlığı 1000 m təşkil edir.
Üst yarımmərtəbə - Litoloji tərkibcə çöküntülər boz, qonuru-boz və sarımtıl-boz gillərin, iri kobuddənəli qumdaşı və üzvi əhəngdaşıları ilə növbələşməsindən ibarətdir. Üst Abşeron çöküntüləri tərkibində rəhbət fauna qalıqlarının peyda olması ilə orta Abşeron çöküntülərindən fərqlənirlər. Quyularla açılmış üst Abşeronun qalınlığı 400 m-dən artıqdır.
Qədim Xəzər terrasları - Bu terraslar Kəlaməddin dağ silsiləsinin cənub-qərb yamacında və Böyük Hərəminin cənub yamacında rast gəlinir. Qədim Xəzərin süxurları Pirşaat dərəsinin sinklinallarını doldurur. Onlar iridənəli qumların gilcə və qumdaşılı gillərin araqatları ilə növbələşməsindən ibarətdir. Tərkibində xırda qırıntılar və baqlıqqulağı araqatları iştirak edirlər. Terrasların qalınlığı 10-15 m arasında dəyişir.
Qırışığın şimal qanadının uzaq batımı hüdudunda Qədim Xəzər çöküntülərinin qalınlığı 300-320 m-ə bərabərdir.

Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə