Plan: Fənnin problemlərin həllinə yanaşma prinsipləri Tarixi müqayisə prinsipi



Yüklə 2,6 Mb.
səhifə5/11
tarix27.09.2023
ölçüsü2,6 Mb.
#123955
1   2   3   4   5   6   7   8   9   10   11
C fakepathMühazi l r121.18, 123.18 Struktur geologiya

Tektonika
Tədqiqat sahəsi, Kəlaməddin, Böyük və Kiçik Hərəmi, Padar, Qərbi Qarasu qalxımları kimi Aşağı Kür çökəkliyinə daxil olub, onun şimal-qərb hissəsində yerləşir və iki iri tektonik zonanı əhatə edir: şimal-şərqdə Ləngəbiz-Kəlaməddin-Kiçik Hərəmi və cənub-qərbdə Şirvan tektonik zonası.
Tektonik baxımdan Ləngəbiz zonası, layları cənub-qərbə doğru meyl edən Kür çökəkliyinin ox hissəsinə tərəf uzanan dik monoklinal yatıma malikdir. Bununla yanaşı Şirvan düzənliyi tərəfindən cənub-qərbə doğru layların yatım bucaqları qanunauyğunluqla artır. Şimal-şərqdə təxminən Acıçay-Ələt üstəgəlməsinə yaxın,
layların aşırılması vəziyyəti kimi, düzənliyin sərhəddində yatım bucaqları qərbdə 500- 600 qədər azalır, monoklinalın mərkəzi hissəsində isə 200-400 arasında dəyişir.
V.B Xainin məlumatlarına əsasən (1952-ci il) Ləngəbiz monoklinalı Acıçay-Ələt yarığı üzrə yuxarı qalxmış tağı və şimal qanadı Ləngəbiz-Ələt antiklinoriumun çöküntü kompleksi ilə örtülmüş Kürçay antiklinalının Şərq davamıdır. Kürçay antiklinalının davamı isə tədqiqatçının ehtimalına görə Ələt-Salyan zonasının Kəlaməddin qalxımıdır.
Kəlaməddin.
V.E Xainə görə Hərəmi-Salyan antiklinoriumun şimal-qərb hissəsində yerləşən Kəlaməddin antiklinalı şimalda Ləngəbiz-Ələt antiklinoriumu ilə birləşir. Məhsuldar qatın səthi üzrə və ondan altda yatan çöküntülərin səthinə görə tərtib edilmiş struktur xəritələrdən göründüyü kimi Kəlaməddin Ümumqafqaz istiqamətində 10-12 km yatım məsafədə uzanan antiklinal qırışıqdır.

Şəkil 1.3. Kəlaməddin yatağı. Məhsuldar qatın IV horizontunun tavanı üzrə struktur xəritə




Eninə kəsimdə onun eni 1,5-2 km təşkil edir. Qırışıq yastı şimal-şərq (200-300) və daha dik (900-ə qədər) cənub-qərb qanadlara malik olub, assimmetrik quruluşludur. Qırışığın şimal-şərq qanadı cənub-qərb qanada nisbətən yuxarı qalxmışdır( şəkil 1.4).

Şəkil 1.4. I-I xətti üzrə geoloji profil.


Qırışığın tağı iki uzununa qırılma ilə mürəkkəbləşmişdir. Bu qırılmalar üzrə qırışığın mərkəzi hissəsi aşağı düşmüş və daha cavan Abşeron mərtəbəsi çöküntüləri ilə ifadə olunur. Kəlaməddin qırışığı iki uzununa qırılmadan başqa daha üç üstəgəlmə-sürüşmə tip qırılmalarla da mürəkkəbləşmişdir. Uzununa qırılmaların amplitudu 1400-1500 m arasında dəyişir. Cənub-qərb qanadda qeyd olunan eninə qırılmaların amplitudu 500-800 m artıq deyildir. Cənub-şərqdə Kəlaməddin antiklinalı geniş palçıq pilpiləsi sahəsi altında ikiyə bölünərək Kiçik və Böyük Hərəmi antiklinallarına keçir.

Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə