Plan: Təhsil sahəsində yeni mərhələ


Azərbaycanın qonşu ölkələrlə elmi-pedaqoji və mədəni əlaqələri



Yüklə 47,76 Kb.
səhifə7/12
tarix23.01.2022
ölçüsü47,76 Kb.
#83068
1   2   3   4   5   6   7   8   9   ...   12
movzu 14

Azərbaycanın qonşu ölkələrlə elmi-pedaqoji və mədəni əlaqələri.

Azərbaycan xalqının milli mədəniyyəti, iqtisadiyyatı, ədəbiyyatı kimi elmi-pedaqoji fikir və mədəni əlaələri də zəngin olmuşdur. Yuxarıda deyildiyi kimi bu əlaqələrin ilk nümunələri yaxın və orta Şərq ölkələrilə bağlı olmuşdur. VII əsrdən başlayan bu əlaqələr XIX əsrə qədər davam etmiş, Azərbaycan mədəniyyəti, “Müsəlman mədəniyyəti” adı altında böyük inkişaf yolu keçən Şərq mədəniyyəti ilə sıx əlaqədə inkişaf etmişdir. Ərəb təhsil sisteminin Azərbaycana yayılması, ərəb dilinin elm dili, fars dilinin şeir, sənət dili kimi şöhrət tapması, azərbaycanlıların ali ruhani təhsil dalınca Şərq ölkələrinə getməsi bu əlaqələin əsasını təşkil edirdi.

XIX əsrin əvəllərində, Şimali və Qərbi Azərbaycanın Rusiya tərəfindən istila edilməsi, Azərbaycanın Şərqlə əlaqəsini qismən zəiflətdi, bunun əksinə olaraq Rusiya və Avropa ölkələri ilə elmi-pedaqoji və mədəni əlaqələr tədricən yaranmağa və inkişaf etməyə başladı. Istər Şimali, istərsə də Qərbi Azərbaycanda meydana gələn və təhsilin əsasən rus dilində verildiyi və XX əsrin ilk iki onilliyinə qədər daha da genişlənən dövlət məktəbləri bu əlaqələrin sürətli inkişafına əlverişli şərait yaratdı.

Azərbaycanlı genclərin Həsən bəy Zərdabi başda olmaqla bir dəstəsinin Moskva, Sank-Peterburq, Kiyev, Xarkov və s. kimi şəhərlərdəki ali məktəblərdə təhsil alması, prof. Mirzə Kazım bəy başda olmaqla qabaqcıl ziyalılarımızın Rusiya universitetləində səmərəli fəaliyyət göstərmələri, 1879-cu ildə Gürcüstanın Qori şəhərində əsası qoyulan Zaqafqaziya Müəllimlər Seminariyası nəzdində Azərbaycan bölməsinin təşkili, bir qədər sonra təsis edilən İrəvan müəllimlər seminariyası və burada təhsil alan böyük ziyalılar dəstəsinin yetişməsi, mütərəqqi rus mədəniyyətinin Azərbaycananüfuz etməsini, Rusiya ilə bərabər Zaqafqaziya xalqları arasında mütərəqqi elmi-pedaqoji əlaqələin inkişafını sürətləndirdi.

Bütöv XIX əsr ərsində və XX əsrin ilk iki onilliyində yaşayıb-yaradan Azərbaycan ziyalılarının bütöv bir nəsli Tiflis ədəbi-ictimai və pedaqoji mühitində inkişaf edib formalaşmışdır. A.Bakıxanov, M.F.Axundzadə, M.Ş.Vazeh və Kamal Ünsizadə qardaşları və bir çox başqaları tərəfindən əsası qoyulan və inkişaf etdirilən ədəbi, pedaqoji və ictimai əlaqələr sovet hakimiyyəti illərində yeni zəmində, daha da genişləndi. Zaqafqaziya alimlərinin vaxtaşırı elmi-pedaqoji konfransları, simpoziumlar, Azərbaycan alimlərinin mühazirələr oxumaq üçün vaxtaşırı Tbilisi və Lrəvan pedaqoji institutlarına dəvət edilmələri, müdafiə şuralarında qarşılıqlı iştirak etmələri bu əlaqələrin genişliyindən və səmərəli olmasından xəbər verir.

XIX əsr təkcə Rusiya ilə deyil, Rus imperiyası tərkibinə daxil olan türk dilli xalqlar ilə də əlaqələr yaradılmışdır. Bu əlaqələrin yaranmasında Həsən bəy Zərdabinin “Əkinçi”sindən tutmuş İsmayıl bəy Qaspiralının “Tərcümanı” və Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin”inə qədərki dövrü mətbuat böyük rol oynamışdır.

Krım tatarı, ictimai xadim İsmayıl bəy Qaspiralının (1851-1914) 1898-ci il aprelin 13-dən etibarən nəşr etdirdiyi məşhur “Tərcüman” qəzeti Krımdan başlayaraq cəmi Qafqaz, Sibir, Türküstan, Misir və Türkiyədə də geniş yayılmışdı. Qəzetin başlıca məramı “dildə, fikirdə, işdə birlik” idi.İsmayıl bəyin adı ilə məşhur olan yeni mütərəqqi pedaqoji cərəyan, - “Üsuli-cədid” hərəkatı türkdilli ölkələrlə yanaşı Azərbaycana da yayılmışdı. Azərbaycan ziyalılarının böyük bir dəstəsi İsmayıl bəylə yaxınlıq etmiş, dost olmuşlar.“İsmayıl bəy diriliyimizin mayası və millətimizin ruhu mənziləsindən idi”.

XX əsrin əvvəllərində Azərbaycanla türkdilli xalqların ailəsinə daxil olan Türküstan respublikaları arasında da elmi-pedaqoji əlaqələr yaradılmışdı. Bu işdə görkəmli maarifçi, istedadlı ədib və tərcüməçi, xalqımızın tanınmış oğlu Səid Rza Əlizadənin (1887-1945) mühüm xidmətləri olmuşdur. O, Səmərqənddə yeni üsullu məktəbdə müəllimlik etməklə yanaşı, tacik vəözbək məktəbləri üçün dərsliklər yazmış, qəzey nəşr etdirmişdir. Səid Rzanın həyatı və fəaliyyəti Azərbaycan- Özbəkistan və Tacikistan xalqlarının XX əsr əlaqələrinin parlaq səhifələrindən birini təşkil edir.

Azərbaycan və Türküstanxalqları arasında münasibətlərin tarixi qədimdir. Dilimizin, köklərimizin ümumiliyi, islam dininə mənsubiyyətimiz və ənənələrimizin ümumiliyi qardaşcasına yaxın münasibətlərin həmişə əsası olmuşdur. Bu münasibətlər XX əsr ərzində də davam etmişdir.

Keçən yüzillikdə AzərbaycanDövlət Pedaqoji İnstitutu ilə Səmərqənd Dövlət Universiteti arasında sıx əlaqə mövcud olmuşdur. Özbək, qazax və türkmən gənclərinin böyük bir dəstəsi Azərbaycanın elm ocaqlarında ali təhsil almış, dissertasiya müdafiə etmişlər. Türkdilli ölkələr arasında elm və təhsil sahəsində əməkdaşlıq, xalqlarımızın bir-birinə qarşılıqlı hərməti və qarşılıqlı köməyi əsdadlarımızdan qalmış böyük sərvətdir.

XX əsrin əvvəllərində Türkiyədən dəvət edilmiş müəllimlərin bir dəstəsi Azərbaycan ali məktəblərində səmərəli fəaliyyət göstərmişlər. Bu gün azərbaycanlı gənclərin Türkiyədə, türk gənclərinin isə Azərbaycan ali məktəblərində təhsil almaları pedaqoji əlaqələrin genişliyindən və möhkəmliyindən xəbər verir. Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Türkiyənin Hacıtəpə Universiteti arasında yaranan əməkdaşlıq bu əlaqələrin genişlənməsində mühüm addım olmuşdur. Türkdilli dövlət başçılarının zirvə görüşləri nəticəsində yaranan Türksoy təşkilatının yaradılması, türkdilli xalqların ortaq mədəniyyətinin tədqiq, təbliğ və tədris edilməsi sahəsində ilk addımlar atılmış, türkdilli ölkələrin əməkdaşlıq şurası yaradılmış, Ankarada Türksoy, Bakıda türkdilli ölkələrin Parlament Assambleyası, Astanada isə Türk Akademiyası yaradılmışdır.

Azərbaycanilə xarici ölkələr arasında elmi-pedaqoji əlaqələrin yaranmasında və inkişafında AzərbaycanXalq Cumhuriyyəti tərəfindən xarici ölkələrin ali məktəblərinə dövlət hesabına gənclərin göndərilməsi təcrübəsi sonralar öz bəhrəsini verdi.

1919-cu il sentyabrın 1-də AXC Parlamentinin qərarı ilə 100 nəfər azərbaycanlı gənc xaricə ali təhsil almağa göndərildi. Hökümətin bu addımı ilə Azərbaycanın təhsil tarixinə dövlət səviyyəsində azərbaycanlıların xaricdə təhsil alması kimi mütərəqqi ənənənin təməli qoyuldu. Bu təcrübə sonralar sovetlər birliyi dövründə daha da inkişaf etdirildi.

Keçən əsrin 40-60-cı illərində republikadan kənarda yüzlərlə gənc SSRİ-nin tanınmış ali məktəblərində təhsil alırdı. Təkcə 1950-ci ildə Moskva və Leninqradın ali məktəblərində 800-dən çox azərbaycanlı oxuyurdu.

1950-ci illərdən etibarən xarici ölkə tələbərinin dəAzərbaycanın ali məktəblərinə qəbulu başlandı.

1961-1971-ci illərdə Respublikanın ali məktəblərində 300 əcnəbi tələbə və aspirant təhsil alırdı. 70-80-cı illərdə Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbi vətəndaşların sayı artmış və əhatə etdiyi ixtisasların coğrafiyası genişlənmişdi.

1971-ci ildə respublikanın ali məktəblərində 43 ölkədən 943 əcnəbi tələbə oxuyurdusa, 1979-cu ildə 70 ölkədən 1915 tələbə təhsil alırdı. Azərbaycan təhsili XIX əsrin əvvəllərində özünün beynəlxalq əlaqələrini daha da genişləndirərək dünya təhsil sisteminə inteqrasiya inteqrasiya olundu. Beynəlxalq əlaqələr müstəqillik illərində daha da genişlənmişdir.

2005/2006 tədris ilindəAzərbaycanın 23 ali məktəbində dünyanın 45 ölkəsini təmsil edən 1500 əcnəbi tələbə və magistr, 15-dən artıq xarixi ölkədə isə dövlət və qeyri-dövlət xətti ilə 3 mindən çoxazərbaycanlı tələbə və magistr təhsil alırdı. Xarici ölkələrin müfuzlu ali məktəblərində azərbaycanlı gənclərin təhsil alması və onların müstəqil Azərbaycanın inkişafı üçün güclü amilə çevrilməsini təmin etmək məqsədiləAzərbaycanRespublikası Prezidentinin 19 oktyabr 2006-cı il tarixli sərəncamına əsasən “Azərbaycangənclərinin xarici ölkələrdə təhsilinə dair Dövlət Proqramı” hazırlanmışdır.

AzərbaycanRespublikası 2005-ci ilin mayında Norveçin Berqen konfransında ölkədə ali təhsili inkişaf etdirmək məqsədilə “Avropa ali təhsil məkanı haqqında Boloniya Konvensiyası”na qoşuldu.

5.


Yüklə 47,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə