Plan: Təhsil sahəsində yeni mərhələ


Müstəqilliyin üçüncü mərhələsi (2003-2013)



Yüklə 47,76 Kb.
səhifə4/12
tarix23.01.2022
ölçüsü47,76 Kb.
#83068
1   2   3   4   5   6   7   8   9   ...   12
movzu 14

Müstəqilliyin üçüncü mərhələsi (2003-2013).

Müstəqilliyin üçüncü mərhələsi Azərbaycan məktəb tarixinə təhsil sistemində köklü islahatlar dövrü kimi daxil olmuşdur. Məhz bu mərhələdə təhsil tarixində ilk dəfə olaraq 16 inkişafyönümlü dövlət proqramı qəbul olunmuş və uğurla həyata keçirilmişdir.

Hər şeydən əvvəl məktəbəqədər təhsil sahəsində dünya təcrübəsi və beynəlxalq təşkilatlarla əməkdaşlıq tədbirləri həyata keçirilmiş, qaçqın və məcburi köçkün uşaqlarının yaşayışına, təhsilinə və tərbiyəsinə kompleks yanaşmaya aid dövlət siyasəti həyata keçirilmiş, SOS Uşaq kəndləri, uşaq cəmiyyətləri yaradılmışdır. Bu illərdə məktəbəqədər təhsil sahəsində dövlət sektoru ilə yanaşı, qeyri-dövlət sektorunun geniş şəbəkəsi də formalaşmışdır.

Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2007-ci il tarixli Sərəncamı ilə 2007-2010-cu illər üçün nəzərdə tutulan “Məktəbəqədər təhsilin yeniləşdiril-məsi proqramı”nın təsdiq edilməsi bu sahənin təkmilləşdirilməsi, bütövlükdə məktəbəqədər təhsilin ictimai statusunun yüksəldilməsi həyata keçirildi. Məktəbə-qədər təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri elan edildi, bu sahəyə ayrılan vəsaitin miqdarı artırıldı. Məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki və tədris bazası daha da möhkəmləndirildi.

2003-cü ildən başlayaraq təhsil islahatları çərçivəsində eksperimentlərin aparılmasına, yeniliklərin və innovasiyaların tətbiqinə başlanıldı. Yeni dərslik siyasəti həyata keçirildi. 2008-ci sentyabrında Azərbaycanla Dünya Bankı arasında 2-ci Kredit sazişi imzalandı.

Təhsil Sektorunun inkişafı üzrə ikinci layihənin əsas məqsədi ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yüksəldilməsi və ümumitəhsilə ayrılmış xərclərin səmərəliyinin artırılmasından ibarət idi.

Respublika Prezidentinin 21 avqust 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” bu istiqamətdə atılmış ən əhəmiyyətli addım oldu. Məktəblərin İKT ilə təminatının əhəmiyyətindən bəhs edən ölkə prezidenti İlham Əliyev demişdir: “İndi kompyuterləşmə proqrmı həyata keçirilir. Bütün məktəblərdə kompyuter sinifləri yaradılacaqdır və əminəm ki, təhsil sahəsində ciddi irəliləyiş olacaqdı. Qarşıya belə bir vəzifə qoyulubdur ki, bütün məktəblərdə kompyuter sinifləri yaradılsın və uşaqlar bilavasitə internetə çıxış əldə etsinlər, dünyada gedən proseslərlə tanış olsunlar. Azərbaycan dünya birliyinə inteqrasiya siyasətini aparır və dünyada gedən bütün hadisələr, yeniliklər, yaranan yeni texnologiyalar-bunların hamısı internet, kompyuter vasitəsilə bizim uşaqlarımızın ixtiyarında olmalıdır”.

Respublika Prezidentinin17 aprel 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010)” keyfiyyətli təhsil uğrunda sağlam rəqabətin genişləndirilməsinə güclü təkan verdi. İstedadlı şagirdlərin potensial imkanlarının müəyyən edilməsində, tədqiqatçılıq qabilliyyətlərinin üzə çıxarılması və formalaşdırılmasında, onların gələcək inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsində mühüm rol oynadı. Dövlət proqramına əsasən ölkədə olimpiada hərəkatı gücləndirildi.

Bu mərhələdə yeni tədris müəssisələri, o cümlədən təmayüllü gimnaziya, litseylər yaraıldı. Bütövlükdə 2006-cı ildə ölkədə 1764 məktəbəqədər tərbiyə müəssisəsi, 4569 gündüz ümumtəhsil məktəbi, 107 texniki-peşə təhsili müəssisəsi, 60 orta ixtisas təhsili müəssisəsi, 48 ali məktəb, 384 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərirdi.


Yüklə 47,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə